ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə34/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   30   31   32   33   34   35   36   37   ...   95

- 93 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
cü illər) dövründə Edessanın adı “Antioxiya” sözünə dəyişdirilmiş, onun 
ölümündən sonra isə Parf dövlətinin vassalı olmuşdu. Eramızdan əvvəl 132-ci 
ildə yenidən müstəqil dövlət olmuşdu. Maraqlıdır ki, şəhər yalnız eramızdan 
əvvəl  127-ci ildə Abqarlar sülaləsinin nəzarətinə keçmişdi. Antik müəllif 
Plininin “Osroena ərəbləri” adlandırdığı qövm vaxtilə Aman dağlarından 
bu ərazilərə köçmüşdü.
138
 Beləliklə, Edessa V Abqarın zamanında deyil, 
yalnız Selevkilər dövlətinin süqutundan 
(eramızdan əvvəl II əsr) sonra kiçik 
Osroena dövlətinin paytaxtına çevrilmişdi. Onomastika 
(adların mənşəyini, 
tiplərini və etimologiyasını öyrənən elm) üzrə  araşdırmalara əsasən, Osroenada 
hakimiyyətdə ərəb sülalələri olsa da, əhalinin əksəriyyəti aramilərdən ibarət 
idi. Ərəblər bu ərazilərə hələ eramızdan əvvəl gəlmiş, Osroenadan savayı, 
Bet-Arbaya, Zabdukena, Arzapena, Sofena kimi Parf imperiyasından asılı 
olan marionet dövlətlər qurmuşdular. Eramızın III əsrində bu dövlət Roma 
imperiyasının tərkibinə daxil edilmiş, onun əyalətlərindən birinə çevrilmişdi.
139
 
Ən başlıcası isə, V Abqarın xristianlığa, eləcə də İsa Məsihə heç bir aidiyyatı yox 
idi.  Xristianlığı Edessaya V Abqar deyil, ondan təqribən 150 il sonra - eramızın 
212-ci ilində  IX Abqar qəbul etdirmişdi. Bu isə erməni-qriqorian kilsəsinin 
V Abqarı və arvadı Yelenanı övliyalar sırasına daxil etməsinə qətiyyən mane 
olmamışdı.
140
 Qəribə bir “təsadüf” üzündən Roma imperatoru Konstantinin 
anası da - oğlundan əvvəl xristianlığı qəbul edən, İsa Məsih tərəfdarlarını 
himayəsi altına alan və ölümündən sonra müqəddəsləşdirilən qadın da “Yelena” 
adlanırdı. Lakin bu azmış kimi, erməni xalqı ilə heç bir etnik bağlılığı olmayan 
ərəb V Abqar Uhama nəinki onların “milli hökmdarı” elan edilmiş, üstəlik 
həvari Faddeydən 
(erm. Totevos) İsa Məsihin portretini alan yerdə olan təsviri 
Ermənistan Respublikası Milli Bankının 100 min dram nominalındakı əskinası 
üzərinə həkk olunmuşdur.
Tarixi mənbələrdə göstərilir ki, II əsrdən etibarən Roma ərazisində 
təqiblərdən yayınan xristian icmalarının Edessaya axını başlanmışdı. IX Abqar 
onlara himayə göstərmiş, dini etiqadları üçün şərait yaratmışdı. Rusiyalı 
alim Boris Derevenskinin qənaətinə əsasən, hökmdarın xristian dinini qəbul 
etməsindən sonra Edessa kilsəsinin tarixi, onun həvari mənşəli olması barədə 
reallıqdan uzaq rəvayətlər silsiləsi yaranmışdı. Bu rəvayətlərin nüvəsini isə I 
əsrdə Abqar Uhama ilə İsa Məsihin məktublaşması haqqında mif təşkil edir. 
B.Derevenski “İsa Məsih tarixi şəxsiyyət kimi” kitabında hər iki salnaməçinin 
- Qeysəriyyəli Yevsevi və Movses Xorenatsinin əsərlərindəki məktubun 
138 
 Абрамзон М.. “Осроена в Римской восточной политике  в I в. до н. э. — III в. н. э./ “Проблемы истории, 
филологии, культуры”. Вып. XV. М. — Магнитогорск — Новосибирск, 2006
139 
 Лёзов С. “Классический сирийский язык”, http://www.biblicalstudies.ru/NT/Lyosov03.pdf
140 
 Мещерская Е. “Легенда об Авгаре”, М.: Наука, 1984


- 94 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
cüzi fərqlərlə eyni mətndən ibarət olduğunu vurğulamaqla yanaşı, Movses 
Xorenatsinin Abqar haqqında mifləri daha da inkişaf etdirdiyini qeyd etmişdir. 
Fərqli cəhəti isə “erməni Homerinin” əlavə olaraq, daha beş məktubun da 
adını çəkməsi, vassal bir dövlətin çarı olan V Abqarın cəsarətə gələrək Roma 
imperatoru Tiberiyə, İran şahı Ərdəşirə, Assuriya hökmdarı Nesehə məktublar 
ünvanlayıb onları İsanı Rəbbin oğlu və Xilaskar kimi tanımağa dəvət etməsidir.
141
 
Movsesin yazdıqlarına qayıdaq. V Abqar yeddi il idi ki, ağır xəstə idi. 
Xəstəliyinin ağırlaşdığı bir dövrdə ona xəbər çatır ki, uzaq Yerusəlimdə “İsa” 
adlı mömin bir şəxs
 peyda olmuş və Rəbbin adı ilə möcüzələr yaradır, sağalmaz 
xəstələrə şəfa verir, ölüləri dirildir. Movses Xorenatsi yazır ki, bütpərəst Abqar 
İsa haqqında eşitdiyi söhbətlərdən çox heyrətlənmişdi: 
“Abqar əmin olmuşdu 
ki, O (İsa) həqiqətən də Rəbbin oğludur və demişdi: “Bu, insanın deyil, 
Rəbbin qüdrətidir. Rəbbdən başqa bir kəs ölüləri dirildə bilməz”.
142
 
Burada diqqət çəkən məqam Abqarın öz zamanını bir neçə yüz il qabaqlayaraq 
nəinki mömin xristian, hətta monofizit erməni-qriqorian kilsəsinin adepti 
mövqeyindən fikir yürütməsidir! Çar
 Abqar bu qərara gəlir ki, təcili Yerusəlimə 
çapar göndərib İsanı yanına çağırsın və çapar oraya getmişkən, qayıdanda İsanın 
şəklini də Edessaya gətirsin. Ovanes Drasxanakertsi və Movses Xorenatsinin 
əsərlərində bu tarixi missiyanı yerinə yetirən çaparın adının gah “Anan”, gah da 
“Ananiya” olduğu bildirilir. Digər tərəfdən, bəzi erməni kilsə rəvayətlərində o, 
çapar deyil, peşəkar rəssam kimi də təqdim edilir.
 Əvvəlcə, V Abqar İsaya məktub yazır. Movses Xorenatsi Abqarın 
məktubunun mətnini “orijinalda olduğu kimi” çatdırır. Lakin həmin məktubdan 
o da məlum olur ki, bütpərəst Abqar həm də öncəgörmə qabiliyyətinə malik 
şəxs idi və İncil Müjdələri yaranmamışdan onların mətnlərini əzbər bilirdi. 
Üstəlik, İsa Məsihin Rəbbin təcəllası olduğuna da əmin idi. Diqqət edin, məktub 
hökmdarın bu səmimi sözləri ilə başlanırdı: 
“Xristos” (!) adlanan İsaya Edessa 
ölkəsinin (halbuki, ölkənin adı Osroena idi) hökmdarı və Sənə qul olmağa 
layiq olmayan Abqar tərəfindən”. Sonra yazılır: “Mən Abqar, Ermənistan 
ölkəsinin (?) çarı Yerusəlim torpağına təşrif buyurmuş İsa Xilaskara (!) 
və Xeyirxaha öz salamlarımı yetirirəm… Sənin haqqında hər şeyi eşitdim 
və öz ağlımla belə fikirləşdim ki, ikisindən birisən: Sən ya Rəbbin özüsən, 
ya da bu möcüzələri yaradan Rəbbin Oğlusan. Bu məktubu Sənə yazıb 
xahiş edirəm ki, zəhmət çəkib yanıma gələsən və məni mübtəla olduğum 
141 
 Деревенский Б. “Иисус Христос как историческая личность”, http://www.gumer.info/bogoslov_Buks/
apologet/Derev_hist/Derev_7.php
142 
 Хоренаци М. “История Армении”, перевод с древнеармянского языка, введение и примечания Гагика 
Саркисяна  Издательство:  Ер., “Айастан”, 1990


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə