ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə36/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   32   33   34   35   36   37   38   39   ...   95

- 97 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
işləri görəndən, Məni buraya göndərənin yanına çəkiləndən (qeyb olandan) 
sonra sənə öz həvarimi (bəzi mətnlərdə “Həvari Faddeyi”) göndərəcəyəm ki, 
xəstəlikdən şəfa tapasan və sənə, yaxınlarına həyat bəxş etsin”.
149
 Movses 
Xorenatsini plagiatlıqda ittiham etmək fikrindən uzaq olsaq da, məktubdakı 
müəyyən məqamların həvari Mattanın 
(Matveyin) Müjdəsindəki ifadələri xeyli 
xatırlatdığını qeyd etməyə bilmərik: “
Sizi qəbul edən, Mənə biət edər, Mənə 
biət edən isə Rəbbə biət edər”.
150
 
Məktubun “həqiqiliyini”, eyni zamanda Movses Xorenatsinin tarixçi 
“dürüstlüyünü” sübuta yetirmək üçün daha bir neçə “əhəmiyyətsiz” detalı 
diqqətə çatdırmaq istərdik. İncilə daxil olan müjdələr çar V Abqarın ölümündən 
ən azı 30 il sonra qələmə alınmışdı. Məsələn, xristian ilahiyyatçılarının ümumi 
qənaətinə əsasən, həvari Mattanın 
(Matvey) Müjdəsi eramızın 70-90-cı illəri 
arasında, Markın Müjdəsi – 70-ci illərdə, Lukanın Müjdəsi – 80-ci illərdə və 
ən nəhayət, sonuncu, Yəhyanın 
(Yohan) Müjdəsi III əsrin sonunda yazılmışdı. 
Təsadüfi deyil ki, “İncil”, “Müjdələr”, “Müqəddəs Kitab” ifadələrini ilk dəfə 
olaraq xristian apollogetlərindən – kilsə salnaməçilərindən olan Afinalı Aristid 
(II əsr) 120-ci ildə yazdığı “Apollogiya” əsərində işlətmişdi. Belə xronoloji 
uyğunsuzluqlar Movses Xorenatsidə və Ovanes Drasxanakertsidə kifayət 
qədərdir. 
Qeyd edək ki, Osroena hökmdarı ilə İsa Məsih arasında yazışmaya dair 
ilk məlumata xristian salnaməçisi Qeysəriyyəli Yevsevinin 
(263-340-cı illər) 
qələmə aldığı “Kilsə tarixi” əsərində rast gəlirik. Yevsevi yazırdı ki, Edessa 
şəhəri kitabxanasında olarkən həmin məktublara rast gəlmiş və onları süryani 
dilindən yunan dilinə çevirmişdi. VIII əsrdə yaşamış Movses Xorenatsi isə 
“Tarix” kitabında nəinki Yevsevinin yazdıqlarını birə-bir təkrarlamış, hətta 
oxucunu inandırmaq üçün onun əsərini şahid qismində göstərmişdi: 
“Bu 
arxivi (diqqət edin, məktublardan söz salmır) öz gözlərimizlə gördük. Əmin 
olmaq istəyirsinizsə, Qeysəriyyəli Yevsevinin “Kilsə tarixi” kitabına 
baxa bilərsiniz. Ustadımız (vardapet) Maştots bizə həmin kitabı dilimizə 
çevirməyi tapşırmışdı”.
151
 Bir maraqlı fakta da diqqət yetirək. VI əsrdə 
tərtib olunan və Edessanın hökmdar və kilsə xadimlərinin həyatından bəhs 
edən salnamədə 
(“Edessa xronikaları”) Abqar və İsa Məsih arasında hər hansı 
bir məktub mübadiləsi barədə eyham belə yoxdur. Həmin dövrə aid digər 
sənədlər də xristian dünyası üçün mühüm olan bu hadisə barədə susur. Boris 
149 
 Yenə orada
150 
 Евангелие от Матфея,  (10,40). http://bibleonline.ru/bible/rus/40/11/
151 
 Хоренаци V. “История Армении”, перевод с древнеармянского языка, введение и примечания Гагика 
Саркисяна. Ер.: “Айастан”, 1990


- 98 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Derevenskinin fikrincə, həmin məsələ II əsrdə – Edessada xristian icmasının 
formalaşması və möhkəmləndirilməsi dövründə yaranmış dini rəvayətdir 
və əvvəlcə Qeysəriyyəli Yevsevi, sonra isə  Movses Xorenatsi bu əfsanədən 
yararlanaraq onu gerçəklik kimi qələmə vermişlər.
152
  
 İndi isə İsa Məsihin “portreti” və ya ermənilərə göndərilən ilk xristian 
ikonası haqqında. Movses Xorenatsi Ananın 
(Ananiyanın) həmin məktubu və 
təsviri Edessaya gətirdiyini və bunların orada saxlanıldığını bildirir. Xristianlığın 
apokrif mətnlərindən olan və VI-VII əsrlərə aid edilən “On ikilərdən biri olan 
həvari Faddeyin həyatı” salnaməsində isə Ananiya qətiyyən rəssam deyildi və 
ona verilən tapşırığın spesifik xarakteri olmuşdu. Yəni, müasir kriminalistika 
terminologiyası ilə desək, ona İsanın antropoloji portretini - sifətin xarakterik 
tipini, zahiri əlamətlərini, boyunu, gözünün, saçının rəngini, sifətinin 
quruluşunu yaddaşında saxlamaq həvalə edilmişdi. Lakin 
“Ananiya Məsihi 
görəndə onun əzəmətini tam dərk edə, qavraya bilmirdi. Və O (Məsih) 
bunu qəlbi ilə hiss etdi. Xahiş etdi ki Onu yuyundursunlar. Sonra (ona) 
dəsmal gətirdilər. Məsih üzünü sildi. Dəsmalda onun surəti həkk olundu. 
Dedi: “Səni göndərənə bunları çatdır: Sənə və şəhərinə əmin-amanlıq 
diləyirəm! Mən bu dünyaya əzab çəkmək və yenidən zühur etmək üçün 
gəlmişəm”.
153
Ermənilərin yaratdığı digər varianta, müasir kilsə rəvayətinə görə, Ananiya 
peşəkar rəssam idi. Lakin Yerusəlim meydanında İsa Məsihin uzaqdan şəklini 
çəkmək istəsə də, uğurlu rakurs tapa bilmir. Həm də Məsihin ətrafına toplaşmış 
izdiham ona bədii yaradıcılıqla məşğul olmağa imkan vermir. Ananiya əlacsız 
qalıb hündür daşın üstünə dırmaşır və bu zaman İsa hamıdan yüksəkdə dayanan 
erməni rəssamı görür, görməsə də, bilməsə də bəsirətlə erməni rəssamı tanıyır 
və ucadan “Ananiya, bura gəl!” deyib yanına çağırır. Məsih Abqarın məktubunu 
diqqətlə oxuyur, fikrə gedir, öz dəst-xətti ilə cavab məktubu yazır və əmin edir 
ki, Abqar darıxmasın, şagirdlərdən birini tezliklə Edessaya göndərəcək. Sonra 
söhbət portret çəkilişi sifarişindən düşür. İsa Məsih erməni rəssamın xətrinə 
dəymək istəmir, bəlkə də onun istedadına əmin deyildi. Ona görə də xahiş edir 
ki, ona su və ubrus 
(kətan dəsmal) gətirsinlər. Məsih üzünü tər-təmiz yuyur 
və dəsmal ilə qurulayıb Ananiyaya uzadır. Möcüzə! Rəssam görür ki, Rəbbin 
möcüzəsi ilə dəsmal üzərində İsanın rəngli boya ilə çəkilmiş portreti həkk 
olunub! Pravoslav kilsəsinin dini rəvayətində isə bildirilir ki, Edessa şəhərindən 
gəlmiş “Ananiya” adlı naməlum bir rəssam 
(milliyyəti göstərilmir) İsa Məsihin 
152 
  Yenə orada
153 
 Деяния святого апостола Фаддея, одного из двенадцати. http://apokrif.fullweb.ru/apocryph1/acts_
faddey2.shtml 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə