ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə38/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   34   35   36   37   38   39   40   41   ...   95

- 102 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
quşların, suda olan balıqların, yerin altında olanların təsvirlərini 
yaratma”.
159
 Daha sonra “Şmot” kitabında deyilir: “Mənim yanımda (hökmüm 
olan yerdə) gümüş ilahiləri, qızıl ilahiləri, öz təsvirlərini yaratma”.
160
 O da 
məlumdur ki, Romanın işğalı altında olan Yahudada 
(İudeya) əhalini romalılara 
qarşı qaldıran səbəblərdən biri gəlmələrin şəhərdə heykəl və büt qoymaları, 
bayraq və sancaqlarını müxtəlif təsvirlərlə bəzəmələri olmuşdu. Belə olan 
təqdirdə İsa Məsihin öz şəklini yaradıb hədiyyə verməsi mümkünsüzdür və 
bu, həmin rəvayətin ellinizm mədəniyyətinin təsiri altında yarandığını, tarixi 
gerçəkliklərlə və dini ehkamlarla əlaqəsi olmadığını göstərir.
159 
 Тора. “Двaрим”, (4:16). Иерусалим: “Шамир”, 1992
160 
 Тора. “Шмот” (20:20). Иерусалим: “Шамир”, 1992


- 103 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
X iddia
“Qartal ermənilərin dini və dövlətçilik rəmzidir”
XX əsrin 50-ci illərindən etibarən erməni din xadimlərinin – katolikosların 
və yepiskopların üzərlərində peyda olmuş vacib dini atributlardan biri də qızıl 
zəncirlə boyunlarından asılan ikibaşlı qartal fiqurudur. Bu fiqurun nə həqiqi 
mənşəyi, nə də daşıdığı funksiya haqqında erməni kilsə ədəbiyyatında ətraflı 
məlumat vardır. Elə erməni ictimaiyyəti də həmin rəmzin əsl mahiyyətindən 
xəbərsizdir. Ayrı-ayrı mənbələrdə ikibaşlı qartal səthi olaraq ya “qriqorian 
məzhəbinin rəmzi”, “katolikos ordeni”, ya “patriarx panagiyası” 
(din xadiminin 
boynundan asılan kiçicik ikona və ya mücrü), ya da “II Yekaterinanın erməni 
patriarxını təltif etdiyi orden” kimi tanınır. Bəzi materiallardan isə belə təsəvvür 
yaranır ki, sanki onların müəllifləri həmin atributa dair hansısa qapalı məlumatın 
açıqlanmaması naminə onun “erməni mənşəli” və “qədim ari ermənilərə 
məxsus” olması barədə inanılmaz 
rəvayətlər uydurmaqdan çəkinməmişlər. 
Məsələn, akademik 
Suren Ayvazyan 
“Tarix” kitabında and içir ki, 
“İkibaşlı 
qartal sırf erməni mənşəlidir və 
başlardan biri Böyük Ermənistanın 
şərq hissəsini, digəri isə onun qərbini 
təcəssüm etdirir. ERMƏNİSTAN 
MAKEDONİYASINDAN (!) olan 
Bizans imperatorları bu təsviri 
ermənilərdən mənimsəyərək sonralar 
öz imperiyalarının dövlət rəmzinə 
çevirmişlər. Kiyev Rus dövləti xristianlığı qəbul edəndə isə knyazın 
arvadının - erməni şahzadəsi Annanın və onu müşayiət edən erməni 
ruhanilərin (S.Ayvazyana görə, onlar rusların acizanə xahişi ilə Kiyevə gəlmişdilər 
– A.Q.) vasitəsilə Ermənistanın ikibaşlı qartalı sonralar Rusiyanın dövlət 
rəmzi olmuşdur”.
161 
Üstəlik, erməni araşdırmaçıları onu da iddia edirlər 
ki, Ermənistanda – əvvəllər  Tiflis quberniyasının Loru-Borçalı qəzasının 
Allahverdi 
(indiki Tumanyan) rayonunda Dsex kənd kilsəsi fasadındakı ikibaşlı 
qartal təsviri əslinə qalsa, “Mamikonlar knyaz sülaləsinin” gerbi olmuşdu.
162
 
Tatarıstanlı alimlər – Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən 
161 
 Айвазян C. “История”. http://aivazyansuren.am/node/11
162 
 Исторические флаги Армении. http://www.vexillographia.ru/armenia/history.htm
Qədim xettlərin ikibaşlı qartalı


- 104 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Nailə Xalitova və Tatarıstan Elmlər Akademiyasının Ş.Mərcani adına Tarix 
İnstitutundan 
Niyaz Xalitov isə  birgə qələmə aldıqları “Orta əsr islam və türk-
tatar incəsənətində ikibaşlı qartal” adlı tədqiqat işində bu tipli iddiaların heç bir 
tarixi sübuta söykənmədiklərini qeyd edirlər. Onlar bu rəmzə ilk dəfə eramızdan 
əvvəl XIII əsrdə xett monumental-dekorativ sənətində rast gəlindiyini, sonralar 
qədim Misir, Şumer, Assuriya dövlətlərində, eramızın XI-XII əsrlərində isə 
müsəlman aləmində yayıldığını, xristianların isə yalnız səlib müharibələri 
zamanı - XIII əsrdə bu simvolu mənimsədiklərini bildirirlər. Onu da əlavə edirlər 
ki, ikibaşlı qartal işarəsi Kordova xilafətinin 
(Əndəlus), Səlcuq dövlətinin, Qızıl 
Ordanın və Krım xanlığının rəsmi rəmzi kimi qəbul edilmişdi.
163
 
1. 
  2.  
  3. 
Təsvirlərin oxşar və fərqli əlamətlərinə diqqət yetirin: 1. 1228-ci ildə səlcuq sultanı  I Əlaiddin 
Keyqubadın fərmanı ilə Əhməd şahın Anadoluda tikdirdiyi Divriği Ulu Caminin divarında  Toğrul 
- Səlcuqların gerbi; 2. Erməni patriarxlarının boyunlarından asdıqları “orden”; 3. Həqiqi “katolikos 
ordeni”- Rusiya imperatriçasının katolikos I Simeonu təltif etdiyi mükafatın əsli (Eçmiədzin muzeyi)
 
Rusiyalı kilsə tarixi tədqiqatçısı
  Mariya Yeltsova isə ikibaşlı qartalın 
“ermənilərə aid olduğunu” iddia etsə də, Eçmiədzin kilsəsində saxlanılan 
ən qədim patriarx ordeninin
  məhz  XVIII əsrdə hazırlandığını bildirir.
164
 
Erməni simvolizmi üzrə mütəxəssis sayılan 
Samvel Qriqoryan isə tamamilə 
fərqli fikirdədir. O, “qədim erməni knyaz sülalələrindən Artaşeslərin və 
Arşakunilərin” dövlət rəmzlərində ikibaşlı qartal təsvirinin olması barədə digər 
araşdırmaçıların ehtimallarını rədd edərək təəssüflə bildirir ki,
  “İndiyədək 
bu fikri təsdiqləyə bilən nə numizmatika materialları, nə abidələr, nə 
də digər maddi sübutlar müəyyən edilmişdir”. Bununla belə, “erməni 
163 
 Халитова Н, Халитов Н. Двухглавый орел в исламском и тюрко-татарском средневековом искусстве  - 
https://elibrary.ru/item.asp?id=22764316
164 
 Ельцова М. “Сокровища Армении”, http://www.tserkov.info/conf/?ID=4804


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə