ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.

səhifə39/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   95

- 105 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Arşakunilərin qədim əcdadlarının - Parfiya Arşakilərinin (!) simvolikasını 
mənimsəmələri ehtimalını” da istisna etmir. “Erməni qartalının” tarixən 
ikibaşlı olması ətrafında mülahizələrin dəqiqliyi də tədqiqatçı S.Qriqoryanda 
açıq şübhələr oyadır. Yazır ki, 
“Ermənistan Respublikası gerbindəki qalxan 
üzərində Arşakunilər sülaləsinin rəmzi təsvir edilsə də, həmin qartalın 
məhz ikibaşlı olması barədə əlimizdə heç bir sübut yoxdur”.
165
 
Bununla belə, S.Qriqoryan tarixi mənbələrə istinad etmədən onu da
 yazır 
ki, guya vaxtilə Mamikonların, xüsusilə Vardan Mamikonun bayrağı üzərində 
ikibaşlı qartal təsvir edilmiş, Baqratunilərin rəmzi bars (
bəbir) olmuşdu. Sonralar 
“erməni dövlətçiliyi tarixində baş vermiş inqilabi hadisələr – hakimiyyətin bir 
sülalədən digərinə keçməsi” nəticəsində Baqratunilər qalib gələrək “Ermənistan 
taxtında” əyləşmiş və bu səbəbdən dövlətin ikibaşlı qartal rəmzini bəbir təsviri 
əvəzləmişdi.
166
 Maraqlıdır ki, erməni simvolizmindəki “rəmz əvəzləməsi” 
iddiasında açıq plagiat və tarixi hadisələrin saxtalaşdırılması elementləri özünü 
qabarıq şəkildə göstərməkdədir.
  Belə ki, bu saxtakarlıq heyrətamiz dərəcədə 
Anadolu Səlcuq dövlətində rəsmi rəmz dəyişməsini xatırladır. Məlumdur ki, 
Anadolu Səlcuq sultanlığında dövlət rəmzi 
Toğrul quşu - ikibaşlı qartal təsviri 
olmuşdu. Lakin
 1243-cü ilin yazında sultan II Qiyasəddin Keyxosrovun yüz 
səksən min nəfərlik ordusu Kosadağ yaxınlığında Ulus Cuci 
(Qızıl Orda) 
qoşunlarına 
(bayraqlarında bars və Günəş təsvir olunmuşdu) məğlub olduqdan 
və səlcuq dövləti Batı xan imperiyasının vassalına çevrildikdən sonra onun 
bayraq və tuğlarında Toğrul təsvirini şərqi türklərin bars və Günəş simvolu 
əvəzləmişdi. 
 
     Hələlik isə onu bildirək ki, ötəri eyhamlar istisna edilərsə, Mamikonların bu 
rəmzdən istifadə etmələri barədə nə elmi ədəbiyyatda, nə də qədim salnamələrdə 
birbaşa təsdiqedici sübutlar vardır. Lakin, görünür, erməni tarixçiləri açıq şəkildə 
bildirməsələr də, məhz həmin ötəri detallardan bəhrələnmişlər. Məlumdur ki, 
ikibaşlı qartal qədim Midiya dövlətinin rəmzlərindən biri sayılırdı və erməni 
salnaməçi Movses Xorenatsi Mamikonları “çenlilər” və “midiyalılar” adlandırırdı. 
Belə olan təqdirdə, bu sülalənin həqiqətən də həmin rəmzi daşımaları barədə 
kiçicik, hətta cüzi dəlil əldə edilərsə, onların “erməni simvolizmini” deyil, 
məhz öz əcdadlarının rəmzini yaşatması ehtimalı daha anlaşılandır.
  Erməni 
tarixçilərinin zəngin təxəyyülünün bəhrəsi olan digər paralellik isə ərəb 
xilafətinə qarşı vuruşan Babək Xürrəminin və  “islamın Ermənistana gəlişinə 
165 
 Григорян С. “Восстающие львы Армении” - http://www.aniv.ru/about/news/vosstajuschie-lvy-armenii-
samvel-grigorjan/ 
166 
Знаки всеармянских монархов в свете проблемы государственных символов Первой и Третьей 
Республики, http://www.yerkramas.org/2010/12/10/znaki-vsearmyanskix-monarxov-v-svete-problemy-
gosudarstvennyx-simvolov-pervoj-i-tretej-respublik/


- 106 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
qarşı çoxillik mübarizə aparan” erməni sərkərdəsi Vardan Mamikonun 
bayraqlarının rənginin eyniliyi, hər ikisinin al-qırmızı olmasıdır! Beləliklə, XX 
yüzillikdə təkcə Azərbaycan və Gürcüstan ərazilərinin deyil, həmçinin Anadolu 
torpaqlarındakı qədim tarix və 
mədəni irsin də genişmiqyaslı 
mənimsənilməsi cəhdləri, 
əslinə qalsa, həm də mifik 
“erməni dövlətçiliyinin” 
qədimliyini iddia edən 
erməni tarixçiləri tərəfindən
 
“Mamikonlar zadəgan 
sülaləsinin gerbinin - 
caynaqlarında heyvan 
tutmuş ikibaşlı qartal 
rəmzinin bərpası”
167
 ilə və “ən 
qədim erməni bayrağının al-
qırmızı rəngdə olmasının, 
onun üzərində ikibaşlı qartal 
təsvirinin həkk edilməsinin 
sübuta yetirilməsi”
168
 ilə 
nəticələnmişdi. 
  Rəmzin semantikasının 
təhlilindən əvvəl onun erməni katolikoslarının atributlarından birinə çevrilməsi 
tarixçəsinin erməni variantlarına diqqət yetirək. Yuxarıda qeyd edildiyi kimi, 
variantların birində kilsə tarixçilərinin “katolikos ordeni” adlandırdıqları həmin 
“müstəqil dövlət quşunun” erməni katolikoslarının qoynuna qonmasının səbəbi 
onun “erməni-arilərin qədim rəmzi” olması ilə izah edilir. Başqa bir variantda 
isə mifik “Böyük Ermənistanın” dövlət rəmzi olan “erməni ikibaşlı qartalının” 
sonralar Bizans və Rusiya imperiyaları tərəfindən mənimsənildiyi bildirilir. 
İctimai dövriyyəyə buraxılan sonuncu kilsə mülahizəsinə görə, bu simvol dolayı 
yolla Nuh peyğəmbərin üzən nəqliyyat vasitəsi – gəmisi ilə əlaqəli olsa da, “rus 
və erməni xalqlarının əbədi dostluğunun rəmzi təzahürüdür”. Çünki məhz çar 
Rusiyası ilk dəfə olaraq erməni katolikosunu həmin ordenə layiq görmüş, daha 
doğrusu, Nuh gəmisinin ağac fraqmentinə dəyişmişdi.  
Müqəddəs Akop Ayrapetin tapdığı, amma rəvayətə görə, “Rəbbin ona 
hədiyyə etdiyi” taxta parçasının sonrakı macəraları olduqca maraqlıdır. Məlum 
167 
 Исторические гербы Армении, http://www.heraldicum.ru/armenia/history.htm
168 
 Флаг Армении, http://planetaarmenia.ru/content/show/17834-istoriya-armyanskogo-flaga/
Azərbaycan, Anadolu, türkmən, çuvaş, özbək, qumık 
xalçalarındakı ortaq Toğrul (Turul) rəmzi. Sonuncu 
ornament Ermənistan Respublikasının dövlət gerbi 
üçün mənimsənilmişdir




Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə