ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə40/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   36   37   38   39   40   41   42   43   ...   95

- 107 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
olur ki, 1768-ci ildə katolikos I Simeon guya, Eçmiədzin saxlanclarında qorunan 
“Nuhun gəmisi”nin bir parçasını kəsərək haşiyəyə aldırmış və erməni xalqının 
ülyahəzrətə dərin minnətdarlığının və sədaqətinin rəmzi olaraq, Rusiya çariçası
 
II Yekaterinaya hədiyyə etmişdi. Belə qiymətli hədiyyədən riqqətə gələn çariça 
borclu qalmamış, həmin ağac-yonqar materialının müqabilində katolikos I 
Simeonu qiymətli daşlarla bəzədilmiş patriarx ordeni ilə təltif etmişdi. XVIII 
əsr Rusiya imperiyasının gerbi – ikibaşlı qartal şəklində hazırlanmış bu mükafat 
imperiya qarşısındakı müstəsna xidmətlərə görə verilirdi.
169
 Lakin, bu gün siyasi 
mülahizələrə görə, həm də “katolikos ordeni”, “rus və erməni xalqları arasında 
tarixi qardaşlığın təcəssümü” kimi təqdim olunan həmin ikibaşlı qartal öz 
görünüşü və semantikası ilə II Yekaterinanın patriarx ordenindəki “həmkarının” 
eyni deyildir!
Təsvirə baxdıqda erməni vardapetlərinin səlcuq rəmzində hansı zahiri 
dəyişiklikləri etdiklərini, daha doğrusu, ona Rusiya imperiyası gerbinin və 
“qədim erməni simvolizminin” hansı əlamətlərini əlavə etdiklərini aydın görmək 
olar. İlk növbədə “siam əkizlərinin” sinsindəki  Müqəddəs Georgi təsviri öz yerini 
erməni xaçına vermiş, sonra isə ordenə səlcuq gerbi üçün xarakterik olmayan 
tac əlavə edilmişdi. Lakin bu tac təbii ki, II Yekaterinanın rəsmi baş geyimindən 
fərqlənməli idi. Axı, imperatriçanın erməni kilsəsi üçün etdiklərinə baxmayaraq, 
“erməni qartallarının” başı üzərində – “Böyük Ermənistan hökmdarı II Tiqranın 
tiarası” üzərində Günəş işarəsi, səkkizguşəli ulduz olan   dairəvi tacın deyil, 
başqa hökmdarların hakimiyyət rəmzinin həkk olunması ümumerməni milli 
ideologiyasına böyük xəyanət olardı! Lakin erməni vardapetlərinin tələskənlik 
və sonsuz millət sevgisi, həm də unutqanlığı üzündən ortaya çıxan bir xırda 
məqam onların obyektivliyinə, tacın və “katolikos ordeninin” qədimliyinə bir 
balaca kölgə salmaqdadır. Çünki erməni arxeoloqları üzərində Böyük Tiqranın 
təsviri olan metal pulları yalnız XX əsrdə “aşkar etmişlər”! Onu da xatırladaq ki, 
hələ ötən əsrin əvvəllərində Aleksandropolda 
(Gümrü) çar Rusiyasının beş rubl 
məzənnəsində qızıl sikkələri əsasında Böyük Tiqranın saxta pulları hazırlanır və 
sadəlövh kolleksiyaçılara baha qiymətə satılırdı.
170
 
169 
 Титаренко Е.   “Длань благословляющая”, http://www.interfax-religion.ru/arm/print.php?act=print_
media&id=3465
170 
 “Фальсификация и монеты”, http://www.e-reading.ws/chapter.php/1020646/16/Mir_kollekcionera.html


- 108 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
  
  
   
Mamikonların “bərpa olunmuş” bayrağının təsviri;  erməni katolikosları I Vazgenin (Levon 
Palçyan), II Qareginin (Krtiç Nersesyan) və Livandakı “Böyük Kilikiya evi”nin katolikosu I 
Aramın (Aram Keşişyan) boyunlarından asdıqları Toğrul rəmzi  
Mərhum akademik Ziya Bünyadov haqlı olaraq qədim numizmatik 
materialları milli dövlətçiliyin mövcudluğunu təsdiqləyən əsas arqumentlərdən 
biri kimi dəyərləndirirdi. O da məlumdur ki, arxeoloji materiallar arasında 
müstəqil erməni dövlətçiliyinin atributları - “qədim erməni pulları” aşkar 
olunmamışdır. Elmi dövriyyəyə buraxılan saxta sikkələrin isə XIX-XX 
əsrlərdə hazırlandığı sübuta yetirilmişdir. Bu baxımdan, erməni alimlərindən 
A.Qanalanyanın, L.Xaçikyanın və A.Ter-Gevondyanın birgə təkzibləri isə 
əslinə qalsa, tarix boyu müstəqil erməni dövlətçiliyinin mövcud olmamasının, 
ən yaxşı halda vassal erməni məlikliklərinin 
(knyazlıqlarının) “suveren ölkə” 
qismində tanıdılmasının, “qədim erməni sikkələri” kimi təqdim edilən 
numizmatik materialların saxta pullar olması faktının təsdiqidir. Belə ki, 
“Tarixdə bir çox iri dövlətlərin müstəqil pul sistemi, dövriyyədə olan 
sikkələri yox idi. Lakin, XI-XV əsrlərdə elə lokal knyazlıqlar da mövcud 
idi ki, müstəqil olmasalar da, öz pulları vardı”.
171
 Erməni numizmatı 
Vaçe Martirosyan isə İrəvan alimlərindən fərqli düşünür və elmi dövriyyəyə 
buraxılan Tiqran pullarının saxta olmasına əmindir. Bildirir ki, “
Ermənistan 
ərazisində qızıl erməni sikkələri ya basılmamış, ya da indiyədək aşkar 
edilməmişdir. Tiqranın qızıl tetradraxmasına gəldikdə isə, çoxları 1984-
cü ildə “Erebuni” nəşriyyatında buraxılmış “Eçmiədzinin xəzinəsi” 
fotoalbomunda həmin sikkənin təsvirini görmüşdü. Ötən əsrin 60-cı 
illərində düzəldilmiş həmin sikkənin müəllifi Qriqori Gevorkyandır. 
171 
 Ганаланян А., Хачикян Л., Тер-Гевондян А. “Об очередных “размышлениях” 3.М.Буниятова”, http://
armenianhouse.org/caucasian-albania/311-320.html


- 109 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Hətta adı çəkilən kitabda da bu pulun orijinal olduğu barədə susmağı 
üstün tutmuşlar”.
172
 Yeri gəlmişkən, məhz Qriqori Gevorkyanın 
yaradıcılığının bəhrəsi olan həmin təsvir İrəvan şəhərinin 2500 illiyi 
münasibətilə buraxılmış xatirə medalının üzərinə həkk olunmuşdu. Ötən 
əsrin 70-ci illərinin sonunda bu medalları Moskvanın Puşkin meydanındakı 
“Armeniya” mağazasından sərbəst şəkildə almaq mümkün idi. Bəziləri 
medalı süni şəkildə köhnəldib və halqa hissəsini səliqə ilə kəsdikdən sonra 
onu “numizmatik raritetə” çevirmişdilər. Belə “qədim suvenirləri” alanlar 
mütəxəssislərə müraciət etdikdən sonra məyus olmuşdular.
173
İşğal altında olan Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntılar 
aparan erməni alimləri bir müddət əvvəl sensasiyalı bəyanatla çıxış etmişlər. 
“Armenia Today”, “Reqnum”, 
News.am. kimi saytların yazdıqlarına görə, 2010-
cu ildə qondarma 
“Dağlıq Qarabağ Respublikasının” ərazisində “qədim 
erməni yaşayış məntəqəsinin - eramızdan əvvəl 95-55-ci illərdə Böyük 
Ermənistanın hökmdarı olmuş II Tiqranın paytaxtının, Tiqranakert 
şəhərinin qalıqları” aşkar olunmuşdu. Halbuki, Tiqranakertin qalıqları Dağlıq 
Qarabağdan xeyli uzaqda, Türkiyənin Diyarbəkir şəhərinin yaxınlığındadır. 
“Arsak arxeoloji ekspedisiyasının” rəhbəri “tarix elmləri doktoru” Hamlet 
Petrosyan məlumat vermişdi ki, qazıntıların aparıldığı sahələrdə “dahi erməni 
memarlarının şah əsəri olan qədim məbədin bünövrəsi” ilə yanaşı, II Tiqranın 
metal pul nümunələri də aşkar edilmişdi. Tiqranın Azərbaycan torpaqlarında 
tapılan pulları ilə bağlı məsələ aydındır. Erməni saxta pul ustaları köhnə 
peşələrindən hələ də əl çəkməmişlər. Bu qənaətə nöqtə vuran daha bir fakt. XX 
əsrin əvvəllərində Eçmiədzin kilsəsinin hücrələrinin birində qəlp pul hazırlayan 
bir qrup rahib həbs olunmuşdu. Müəyyən edilmişdi ki, ibadətdən sonra, 
asudə vaxtlarında həmin rahiblər bir yerə yığışaraq Rusiya imperiyasının saxta 
əskinaslarını çap edirmişlər. O ki qaldı “qədim erməni məbədinə”, burada da 
saxtakarlığa yol vermişdilər. Şəkillərin ekspertizası zamanı məlum olmuşdu ki, 
həmin tikili qalıqları Orta əsrlərdə islam memarlığı ənənələrinə uyğun tikilmiş 
məscidin, minarənin və ... şəhər hamamının bünövrələridir.
174
 Bütün bunlar 
azmış kimi, erməni tarixçiləri daha bir şok iddia ilə bəşəriyyəti heyrətləndirmək 
fikrinə düşmüşlər. Məlum olub ki, II Tiqranın tacı hazırda Dağlıq Qarabağdadır, 
sadəcə olaraq, qədim ermənilər onu elə gizlədiblər ki, axtarıb-tapmaq 
172 
 Мартиросян В. “Золотая монета Тиграна Великого”,  http://vahemart.livejournal.com/ tag/нумизматика
173 
 Никитин А. “Осторожно: фальсификаты!”, Советский музей, 1987, № 4
174 
 Эйваз А. Арцахский Тигранакерт” в Карабахе... состоит из мечети, мусульманских бань и тюркских сим-
волов, http://www.rizvanhuseynov.com/2012/08/blog-post_27.html


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə