ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə42/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   38   39   40   41   42   43   44   45   ...   95

- 113 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Çingiznamə” 
(anonim müəllif, XVII əsr) əsərində də qədim türklərin bir sıra nəsil-
tayfa atributları barədə məlumat sırasında ikibaşlı Toğrul mifinin inikasına rast 
gəlirik. Tanınmış tatar tədqiqatçısı Dəmir İshaqov həmin əsəri təhlil edərkən 
burada Çingiz xanın digər atributları ilə yanaşı, 
“iki baş kara koş” (ikibaşlı qara 
kuş) adı altında Toğrulun da yer aldığını vurğulamışdı. D.İshaqovun qənaətinə 
görə, “
bu problemin (ikibaşlı qartal rəmzinin etnogenezinin – A.Q.) köklərini 
Yaxın Şərqdə deyil, digər coğrafi məkanlarda axtarmaq lazımdır”.
182
 
    
Hun mənşəli macar kralı Arpad döyüşçüləri ilə. Qalxanın üzərində Turul (Toğrul) quşu  təsviri 
həkk olunmuşdur (1358-ci ilə aid macar miniatüründən fraqment) Azərbaycan rəssamı Sultan 
Məhəmmədin  (XV-XVI əsrlər) çəkdiyi “Şah Təhmasib ov zamanı” miniatüründən fraqment
Səfəvilər dönəmində ikibaşlı qartalın müxtəlif variantlarının tökmə metal 
fiqurları zəfər rəmzi kimi tuğ və sancaqların ucluğuna taxılırdı. Bundan 
başqa, həmin rəmzə Məmlük sultanlarının, Qızıl Orda xanlarının basdıqları 
sikkələr üzərində də rast gəlinir. Lakin Rusiya tədqiqatçıları Toğrulun Qızıl 
Orda dövlətinin rəmzi kimi qəbul olunmasından imtina edirlər. Çünki bu 
fakt da Rusiya knyazlıqlarının bu dövlətin vassalları olmasını təsdiqləyir. Orta 
əsrlərdə ikibaşlı qartal rəmzi ərəb dünyasında da həm dövlətçilik rəmzi, həm 
də ornament kimi populyar olmuşdu. Bu ornament Quran üçün rəhillərin əsas 
bəzək elementlərindən biri idi.
 İslam incəsənətində ikibaşlı qartal rəmzinin 
ən qədim təsvirlərinə İspaniya ərazisində - Əndəlusdakı Kordova xilafətinin 
(929-1031-ci illər) ipək parçaları üzərində rast gəlinir. Əndəlus qartalının 
qanadlarında Dirilik Ağacı (Qaba Ağac), caynaqlarında isə ortaq türk damğa 
182 
 Исхаков Д. “Дом Чингиз-хана” (Алтын Урук): клановая принадлежность и ее атрибуты // Этнологиче-
ские исследования в Татарстане. – Казань, 2007


- 114 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
və rəmzləri içərisində geniş yayılan, islamın qəbul edilməsindən sonra etnik 
ornamentə çevrilən Günəş rəmzinin   stilizə olunmuş variantlarından biri 
toxunmuşdur. Qeyd edək ki, həmin ornament Azərbaycan xalça naxışları 
içərisində bu gün də qalmaqdadır. Əndəlusun bəzi ikibaşlı qartal təsvirlərində 
isə quş caynaqlarında aslan (bars, bəbir və ya qaplan/pələng) tutur. İkibaşlı 
qartal rəmzinin milli mənşəyini təsdiqləyən digər önəmli elementlərdən 
biri də quşun boyun hissəsindəki təsvir - Şimali və Cənubi Qafqazda, İranın 
etnik azərbaycanlılar, o cümlədən qaşqaylar yaşayan ərazilərində, Anadoluda, 
Mərkəzi Asiyada, Krımda, Volqaboyunda “əlibelində” adı altında tanınan   
ornamentdir. Tatar alimi Niyaz Xalitovun qənaətlərinə görə, həmin spesifik 
əlamətlər Kordova xilafətində türk elementinin güclü təsirini təsdiqləyir. 
Onu da bildirir ki, 1157-ci ildə Səlcuq İmperiyasının süqutundan sonra bu 
rəmz islam simvolizminə geniş daxil olmuş, xilafət vassalları arasında geniş 
yayılmışdı.
 
1. 
 2.  
  3.  
4. 
 5. 
 6. 
1. Səlcuq hökmdarı Qılınc Arslanın qızı Gövhər Nəsibə Sultanın portretində qartal rəmzi (XII 
əsr). 2. Oğuzların Artuklu sülaləsindən olan Nəsirəddin Mahmudun (Şimali Suriya, Şimali 
İraq və Cənub-Şərqi Anadolu hakimi) 1200-1222-ci illərdə Kifas şəhərində kəsdirdiyi sikkədə 
ikibaşlı qartal. 3. X–XI əsrlərdə birinci Bolqar şahlığının rəmzi (Zaqora, Zağra-i Ətik). 4. 
Səlcuq dövlətinin rəmzi (XIII əsr. Konya, İncə Minarə Muzeyi). 5. XII əsrdə sultan Səlahəddin 
Əyyubinin Qahirədə inşa etdirdiyi qala üzərində Toğrul quşu. 6. Kordova sultanlığına (XI-XII 
əsrlər, İspaniya) aid ipək parça üzərində Toğrul quşunun təsviri. 


- 115 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Lakin 1243-cü ildə Rum Səlcuq dövləti Batı xan imperiyasının vassalı 
olduqdan sonra ikibaşlı qartal rəmzi aslan və Günəş təsviri ilə əvəz edilmişdi. 
Xatırladaq ki, 1251-ci ildə Anadolu Səlcuq dövlətinin paytaxtı Konyada əmir 
Cəlaləddin Karatay 
(“karataylar” - Volqaboyunda yaşayan türk kökənli etnik 
qrup) tərəfindən  inşa edilmiş Karatay mədrəsəsində hazırda Səlcuq dönəminin 
Keramika Muzeyi yerləşir. Muzeyin ekspozisiyasının əsas hissəsini sultan 
Əlaiddin Keyqubadın 1230-1236-cı illərdə tikdirdiyi Qubadabad sarayının 
dağıntıları arasında aşkar olunmuş kaşı plitələr təşkil edir. Həmin keramik 
lövhələr üzərində Səlcuqlara aid bir sıra rəmzlərlə yanaşı, ikibaşlı qartal 
təsvirlərinə də geniş rast gəlinir.
Polşadakı Yaqellon Universitetindən V.Bator “Macar xalqının 
mifologiyasına dair dinşünaslıq tədqiqatları” məqaləsində bildirir ki, Atillanın 
Şərqi Avropaya hərbi yürüşləri zamanı hunlar buraya öz miflərini, o cümlədən 
Toğrul quşu haqqında rəvayətləri də gətirmişdilər. Macar folklorunda Turul 
quşu Toğrul qədər - 
Toğrul” quşu obrazı ilə eyni mahiyyət daşımaqdadır. 
Tədqiqatçı yazır: “
Qədim macarların mifik təfəkküründə Turul ən sevimli 
quş, qəhrəmanlıq rəmzi olmuşdur. Rəvayətə görə, insanlar yaşayan 
Orta dünyanı, Yuxarı – Tanrılar dünyasını və Aşağı – Ruhlar səltənətini 
birləşdirən Həyat ağacını “Turul” adlı nəhəng bir quş qoruyur. Turul 
kultu hələ skif dönəmində məşhur idi. Arpadilər kral nəsli onu öz əcdadı 
hesab edirdi”.
183
 Qeyd edək ki, hun əsilli Arpad sərkərdə Almoşun oğlu idi 
və o, IX əsrdən XIX əsrə kimi hakimiyyətdə olan kral sülaləsinin təməlini 
qoymuşdu. 
Qanadlarını aşağı salmış qartal və ya şahin təsviri XII əsrdə tikilmiş Qahirə 
qalasının qərb divarlarında da aşkar olunmuşdu. Müəyyən edilmişdi ki, həmin 
təsvir görkəmli türk sərkərdəsi, Misir sultanı Səlahəddin Əyyubinin şəxsi rəmzi 
olmuş və onun tuğ və sancaqlarını da bəzəmişdi. Ehtimallara görə, məhz sultan 
Səlahəddinin vasitəsilə bu ənənə sonralar ərəb dünyasında da geniş yayılmışdı. 
“Səlahəddin qartalı” Misir, İraq, Fələstin, Yəmən və Liviyada geniş yayılmış, 
XX əsrdə isə onların dövlətçilik və milli-azadlıq hərəkatı rəmzinə çevrilmişdir. 
Məsələn, Misir Ərəb Respublikasının gerbinin üzərindəki Toğrul təsvirinin 
mərkəzində qalxan üzərində ərəb dilində “
Cumhūriyyat Misr əl-Arabiyya” 
sözləri yazılmışdır.
Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Milli Arxeoloji Muzeyində 
saxlanılan barelyefdəki ikibaşlı qartal tipoloji baxımdan “səlcuqlu həmkarı”nın 
183 
 Батор В. Религиоведческие исследования мифологии венгерского народа, http://fsn.fhum.info/
pdf/103/103-23.pdf


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə