ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə43/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   39   40   41   42   43   44   45   46   ...   95

- 116 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
eynidir. Rusiya alimi Nikodim Kondakov hələ 1929-cu ildə qələmə aldığı “Orta 
əsr incəsənətinin və mədəniyyətinin tarixinə dair oçerklər” monoqrafiyasında 
Bolqarıstanın Zaqora şəhərində aşkar olunmuş ikibaşlı qartal rəmzinin 
xronoloji cəhətdən Bizans rəmzinin prototipi olduğunu bildirmiş, bu amilin 
Orta əsr bolqar mədəniyyətinə Bizansın deyil, məhz “
Asiya Şərqinin və onun 
ənənələrinin təsiri olduğunu” xüsusi vurğulamışdı. 
 


- 117 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XI iddia
“1905-1906-cı illərdə erməni silahlı dəstələri  
Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı  
kütləvi qırğınlar törətməmişlər”
Müasir erməni tarixçiləri 1905-1906-cı illərdə erməni silahlı dəstələrinin 
Cənubi Qafqazda  türk-müsəlman əhaliyə qarşı qırğınlar törətdiklərini təkzib 
edir, müsəlmanları “əliyalın və yazıq” erməniləri məhv etməyə çalışan “barbar” 
kütlə kimi təqdim etməyə çalışır, ermənilərin “özünümüdafiə” məqsədilə 
silahlı dəstələr yaratmaq məcburiyyətində qaldıqlarını yazırlar. Erməni sovet 
tarixşünaslığında 1905-1906-cı illər qırğınlarının əsl səbəbləri ört-basdır edilir, 
milli ədavətin baiskarı kimi Çar Rusiyası və onun yeritdiyi “parçala, hökm sür” 
siyasəti göstərilir.
184
 Bəs əsl həqiqət necə idi?
Həmin dövrün mətbuat səhifələrində, arxiv sənədlərində və bəzi erməni 
müəlliflərinin əsərlərində ermənilərin törətdikləri qırğınların mahiyyəti və 
miqyası barədə kifayət qədər məlumatlar öz əksini tapmışdır. 
XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycan xanlıqlarını 
işğalından sonra zaman-zaman Cənubi Qafqaza axışan ermənilər tarixi 
şəraitin verdiyi fürsətdən istifadə edərək, 1905-1906-cı illərdə kütləvi 
qırğınlar törətmiş və gələcək erməni dövlətinin əsasını qoymaq üçün 
azərbaycanlıların yaşayış məntəqələrini ələ keçirərək erməni anklavlarının 
yaranmasına nail olmuşdular. 
XX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan 
ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi 
ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə 
əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa 
dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan “Erməni məsələsi” 
sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil 
Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Həmin illərdə 
İngiltərə və Fransanın yardımı ilə Türkiyədə ermənilər arasında üsyan təbliğatı 
aparılırdı. Bu işə rəhbərliyi “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları 
öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar törətmək məqsədilə 
184  Арутюнян А.М. Революционное движение в Армении 1905-1907 гг. Ереван: Изд-во АН Арм. ССР, 1970; Галоян Г.А. 
Рабочее движение и национальный вопрос в Закавказье 1900-1922. Ереван: Аястан, 1969; Арутюнян А.Б. Народы Закавка-
зья в борьбе против царизма в годы первой русской революции. Ереван: Аястан, 1957


- 118 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
türklərə və kürdlərə hücum edirdilər ki, qırğınlar baş versin və sonradan da 
Avropanın kütləvi informasiya vasitələri ilə türklərin erməniləri qırğınlara 
məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar 
yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və iştirakçılarının 
əksəriyyəti Cənubi Qafqaza axışmışdı. Rus müəllifi N.Şavrovun yazdığına görə, 
1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə 1301000 erməni yaşayırdı. 
Deməli, təkcə bu dövrdə Cənubi Qafqazda 400000 erməni yerləşdirilmişdi.
185
 
XX əsrin əvvəllərində Qafqazda mövcud olan 54 qəzadan yalnız beşində 
ermənilər sayca çox idilər. İrəvan quberniyasındakı 7 qəzadan 3-də, Yelizavetpol 
quberniyasındakı 8 qəzadan yalnız 1-də ermənilər çoxluq təşkil edirdilər. 
1905-1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud 
olan 1301 yaşayış məntəqəsindən 959-da azərbaycanlılar, 342-də ermənilər 
məskunlaşmışdılar.
186
 Yelizavetpol quberniyasında isə 1613 kənddən 390-da 
ermənilər yaşayırdılar.
187
 
XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının 
maddi və mənəvi qida mənbəyi rolunu əsasən erməni kilsələri oynayırdı. 
1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin 
sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi 
siyasi partiyaların və onların terrorçu dəstələrinin maddi vəziyyətinə zərbə 
vurmuşdu. Həmin qanunun icrasının qarşısını almaq məqsədilə erməni siyasi 
partiyalarının terrorçu dəstələri hakimiyyət mənsublarına qarşı terror aktları 
həyata keçirməyə başlamışdılar. Eyni zamanda, erməni siyasi partiyaları Cənubi 
Qafqazda anti-türk, anti-müsəlman kampaniyasını genişləndirirdilər. 
1905-ci ildə Rusiyada baş verən iğtişaşlardan, çarizmə qarşı narazılıq 
dalğasının güclənməsindən ermənilər məharətlə istifadə etmişdilər. 
Qafqaz Canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları 
vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Cənubi Qafqazda 
azərbaycanlıların kompakt yaşadıqları ərazilərə silahlı hücumlar edib etnik 
təmizləmə həyata keçirməklə, həmin ərazilərdə Türkiyədən qaçıb gələn 
erməniləri məskunlaşdırmaqla özlərinin say üstünlüyünə nail olmaq, sonra 
185 
  Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. 
С.-Петербург, 1911
186 
 A-Do. Hay-turkakan ındharumı Kovkasum (1905-1906. Pastakan, vicaqakrakan, değagidakan 
lusabanutyunnerov). (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik
topoqrafik izahlarla). İrəvan: Ayvazyanlar və Nazaryanlar mətbəəsi, 1907
187 
 Yenə orada


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə