ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə44/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   40   41   42   43   44   45   46   47   ...   95

- 119 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
isə yeni yaranan erməni anklavlarını birləşdirməklə, erməni dövlətinin əsasını 
qoymaq istəyirdilər. “Hnçak” Partiyasının proqramına əsasən yaradılması 
nəzərdə tutulan erməni dövləti Cənubi Qafqazın, Şərqi Anadolunun və Cənubi 
Azərbaycanın bir hissəsini əhatə etməli idi.
Erməni siyasi partiyaları özlərinin həyata keçirmək istədikləri planlara 
mane olan çar məmurlarına qarşı terror tətbiq edirdilər. Nəticədə, bir çox rus 
məmurları və ayrı-ayrı şəxslər terror aktlarının qurbanı olurdular. General 
Maqsud Əlixanov-Avarski, Bakının qubernatoru Nakaşidze, Yelizavetpol 
(
Gəncə) quberniyasının qubernatoru Andreyev, polkovniklər Bıkov, Saxarov 
və başqa dövlət məmurları və yüksək rütbəli zabitlər ermənilərin həyata 
keçirdikləri terror aktlarının qurbanı olmuşdular. 
Bəzi çar məmurları isə Qafqazda güclənən narazılıq dalğasının hökumət 
əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin müsəlmanların 
yaşadıqları ərazilərdə törətdikləri qırğınlara biganə qalmış, bəzi hallarda isə 
onların tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik toqquşmalara sərf 
edilməsinə səbəb olmuşdular. 


- 120 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
1905-ci il fevralın 6-da Sabunçu qəsəbəsinin sakini Ağarza Babayevin 
Bakının mərkəzində öldürülməsi ilə şəhərdə və ətraf qəsəbələrdə ilk qırğınlar 
başlamışdı. Ermənilərin evlərinin damından, pəncərələrindən küçədən keçən 
azərbaycanlılar gülləbaran edilirdi. Evlər, mağazalar qarət edilir və yandırılırdı. 
Bakıdakı bir çox fabriklər və 
müəssisələr yandırılıb dağıdılmışdı. 
Hakimiyyət orqanları qırğınların 
dayandırılmasında acizliyini 
göstərdi. Bakı qırğınlarının 
səbəb və nəticələrini araşdıran 
Senator Kuzminski 6-9 fevral 
tarixlərində baş vermiş birinci 
Bakı qırğınları zamanı 232 nəfərin 
qətlə yetirildiyini bildirirdi. Hər iki 
tərəfdən yüzlərlə insanın ölməsi və 
yaralanması ilə nəticələnən qırğınlar 
fevralın 9-da dayandırılmışdı. 
Terror aktları zamanı istifadə 
etmək üçün Bakıda ermənilərə məxsus zavod və fabriklərdə partlayıcı maddələr 
və bomba istehsal edilirdi. 11 may 1905-ci ildə Bakının qubernatoru knyaz 
Nakaşidzenin terror aktı nəticəsində öldürülməsindən sonra polis şəhərdə 
ermənilərə məxsus idarə-müəssisələrdə axtarışlar aparmışdı. Polis tərəfindən 
19 may 1905-ci ildə Bakıdakı Telefonnaya küçəsindəki Sarkis Poğosbekovun 
metaləritmə emalatxanasında partlayıcı mərmilər və 80 hazır bomba aşkar 
edilmişdi. Həmçinin, həmin emalatxananın həyətində qazılmış xəndəkdə daha 
üç partladılmaq üçün hazır bomba tapılmışdı.
188
       
Ermənilər həmin il avqustun 20-də Bakıda ikinci dəfə qırğınlar törətmişdilər. 
Bu gün “Fəvvarələr bağı” adlanan ərazidə yerləşən erməni kilsəsinin zənginin 
çalınmasından bir neçə dəqiqə sonra ermənilərin evlərindən, onlara məxsus 
mağazalardan azərbaycanlıların üzərinə sel kimi atəş açılır. Qısa zamanda 
iğtişaşlar Bakı ətrafındakı qəsəbələri və neft mədənlərini də bürüyür. 
Hakimiyyət qüvvələrinin gördüyü ciddi tədbirlər sayəsində qırğınlara avqustun 
30-da son qoyulur. İkinci qırğınlar zamanı  hər iki tərəfdən 500-ə yaxın insan 
tələf olmuşdu ki, onların da üçdə ikisini müsəlman-türk əhali təşkil edirdi. 
Bakıda üçüncü qırğınlar 1905-ci il 20-25 oktyabr tarixində baş vermişdi. 17 
188 
 Всеподданнейший отчет о произведенной в 1905 году, по высочайшему повелению сенатором Кузьмин-
ским ревизии города Баку и Бакинской губернии. С.-Петербург, 1906
1905-ci ildə ermənilərin  
Bakıda törətdikləri qırğınlar


- 121 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
oktyabr Manifestinin imzalanmasından iki gün sonra, oktyabrın 19-da Bakının 
mərkəzində 1905-ci il mayın 11-də Nakaşidzeni öldürən 5 erməni məhbusunun 
azadlığa buraxılması üçün “Daşnaksutyun” Partiyasının təşkilatçılığı ilə mitinqlər 
keçirilir. İndiki Nizami (
keçmiş Torqovaya) küçəsində ermənilərlə müsəlmanlar 
arşında yenidən silahlı toqquşma baş verir. Yenə də erməni evlərindən və 
mağazalarından azərbaycanlılar atəşə tutulur. Qəzəblənmiş müsəlmanlar əks-
hücuma keçir. Erməni terrorçularının cəbbəxanaya çevirdikləri 20-dən artıq 
erməni evi yandırılır. Sonrakı günlərdə iğtişaşlar Bayıl qəsəbəsində də davam 
edir. Güc strukturlarının kəskin müdaxiləsi ilə qırğınlar dayandırılır. Bu zaman 
şəhərdə 60-dan artıq, Bayıl qəsəbəsində isə 35 nəfər qətlə yetirilir.
189
 
Bakıda baş verən erməni-müsəlman qırğınları bəzi müəlliflərin iddia 
etdikləri kimi, bir təsadüf nəticəsində deyil, məhz bütün Cənubi Qafqazın 
varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş 
vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail 
olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra 
bütün Cənubi Qafqazdan 
müsəlmanları silah gücünə 
qovub erməni dövləti 
yaradacaqlarına əmin idilər.
190
 
İlk qırğınlardan sonra 
ermənilər qanlı əməllərini 
İrəvan qəzasında davam 
etdirmişdilər. Erməni siyasi 
partiyalarının əsas məqsədi 
1905-1906-cı illərdə kütləvi 
qırğınlar törətmək yolu ilə 
əvvəlcə İrəvan quberniyasına 
yiyələnmək, sonra isə 
Zəngəzur-Qarabağ və Qazax-Tovuz istiqamətlərindən hücum etmək və bu 
iki istiqamət arasında qalan azərbaycanlı kəndlərini ələ keçirərək Gəncədə 
birləşməkdən ibarət idi. 
Erməni tarixçisi Hraçik Simonyan yazır ki, Bakıda fevral qırğınlarının 
yatırılmasından sonra “Daşnaksutyun” Partiyasının Tiflisdəki Şərq bürosunun 
189 
 A-Do. Hay-turkakan ındharumı Kovkasum (1905-1906. Pastakan, vicaqakrakan, değagidakan lusabanutyun-
nerov). (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla). 
İrəvan: Ayvazyanlar və Nazaryanlar mətbəəsi, 1907
190 
 Ordubadi M.S. Qanlı illər (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi). 
Bakı, 1991
1905-ci ildə Şuşada erməni vandalizmi


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə