ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə47/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   43   44   45   46   47   48   49   50   ...   95

- 127 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Deməli, 1992-ci ildə Xocalıda törədilən soyqırımının analoqunu ermənilər 
hələ 1905-ci ilin dekabrında Umudluda törətmişdilər. Ermənilər 1906-
cı ilin yanvarında Papravənd kəndinə hücum etmiş, lakin Ağdam tərəfdən 
azərbaycanlıların köməyə gəlməsindən sonra daha çox itki verərək məğlub 
olmuşdular. Erməni qaniçənləri 1905-1906-cı illərdə Cavanşir qəzasının 
Sırxavənd, Yeddi Qışlaqlar, Çıraqlı, Hacı Qərvənd, Məmərzalar, Arpatala, 
Buruz, Dəmirli, Güney Pəyələr, Manikli, Süleymanbəyli, Əliqağalı, Kəngərli, 
Papravənd, Qarapirim, Umudlu, İmarət Qərvənd, Çobansu, Şəxavənd və 
Pürxud kəndlərində kütləvi qırğınlar törətmiş və əhalini yer-yurdlarından 
didərgin salmışdılar.
204
 
1905-ci və 1906-cı ilin avqust aylarında erməni silahlı dəstələrinin hücumları 
nəticəsində Cəbrayıl-Qaryagin qəzasında Qaradağlı, Divanallar, Aşıq Məlikli, 
Veysəlli, Qacar, Çəmənli, Arış, Qışlaq, Qüzlək, Məzrə kəndləri darmadağın 
edilmişdi. Azərbaycanlıların əks-həmləsindən sonra ermənilər qırğınları 
dayandırmaq məcburiyyətində qalmışdılar. 
Gəncə şəhərində qırğınlar törətmək istəyən ermənilər yenə də təxribata əl 
atmışdılar. Belə ki, ermənilər 1905-ci il noyabr ayının 18-də Gəncənin ermənilər 
yaşayan Dik küçə adlanan məhəlləsində bir erməninin bağının önündən keçən 
Toğana kəndinin iki azərbaycanlı sakinini güllə ilə qətlə yetirmişdilər. Bu hadisə 
şəhərdə qırğınların başlaması üçün qığılcım rolunu oynamışdı. Kamsakaran 
soyadlı erməni Gəncənin pristavı idi və erməni silahlı dəstələrinə himayədarlıq 
edirdi. Yaranmış gərgin vəziyyətdən istifadə edən ermənilər noyabrın 18-dən 
etibarən Gəncə şəhərində kütləvi qırğınlar törətmişdilər. Noyabrın 22-dən 23-
nə keçən gecə qaçaq Dəli Alının dəstəsinin köməyə gəlməsi xəbərini eşidən 
ermənilər qırğınları dayandırmışdılar.  Qafqaz canişininin köməkçisi general 
Malamanın başçılığı ilə Gəncəyə gələn komissiya qırğınların törədilməsində 
ermənilərin təqsirkar olmaları barədə canişinə hesabat təqdim etmişdi. 
Ermənilər Gəncə qəzasının Mollavələd, Çaylılar, Dardərə, Sarısu, Dazılar, 
Abbasdərə, Pənahlar, Ağyoxuş, Axırca, Topalhəsənli, Dərəbəyli, Qarayataq, 
Məlikli və Söyüdlü kəndlərini dağıtmış, əhalisini yer-yurdlarından didərgin 
salmışdılar.
205
Erməni silahlı dəstələri Qazax qəzasında 1905-ci ilin noyabrından 1906-cı 
ilin fevral ayınadək müəyyən fasilələrlə qırğınlar törətmişdilər. Novo-Bəyazid 
qəzasındakı erməni silahlı dəstələrindən kömək alan ermənilər əvvəlcə Qazax 
şəhərində, sonra isə Tovuz, Tatlı və Ağstafa dəmiryol stansiyalarında iğtişaşlar 
204 
 Yenə orada
205 
 Yenə orada


- 128 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
törətmişdilər. Üç aydan artıq davam edən iğtişaşlar zamanı Qazax qəzasının 
Əlibəyli, Mülkülü, Hacalı, Köhnəqışlaq, Yaradulla, Hətəmağalı, Alatala, Safulu, 
Barxudarlı, Cəfərli, Çaxmaqlı, Polad Ayrım, Göyərçin, Mürteyil, Alaçıqqaya, 
Ağkilsə, Haqqıxlı, Qızılhacılı, Bağanis Ayrım, Xeyrimli, Məzəmli, Quşçu 
Ayrım, Aşağı Əskipara və Yuxarı Əskipara kəndləri erməni silahlı dəstələrinin 
hücumuna məruz qalmış, kəndlər dağıdılmış və əhalisi müəyyən müddət 
evlərindən qaçqın düşmüşdü.
206
 
1906-cı ilin fevral ayında Tiflisdə Qafqaz canişini Voronsov-Daşkovun 
təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh 
konfransı (
məclisi) keçirilmişdi. Həmin konfransda müsəlman nümayəndələri 
Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və 
başqaları “Daşnaksutyun” Partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi 
Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu 
göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu 
sübuta yetirmişdilər.   
Lakin sülh konfransının keçirilməsindən bir qədər sonra erməni silahlı 
dəstələri yenidən qırğınlara başlamışdılar. Zəngəzur qəza rəisinin tapşırığı ilə 
yerlərdə barışıq komissiyaları yaradılsa da bu, “Daşnaksutyun” Partiyasının 
məramına zidd idi. Ona görə də barışıq komissiyalarının üzvlərinə qarşı terror 
aksiyaları həyata keçirirdilər.   
İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər olan ərazidə erməni 
əhalisinin sayı olduqca az olduğu üçün erməni silahlı dəstələrinə yol üstündə 
yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi. 1906-cı il 
iyulun 29-da “Daşnaksutyun” Partiyasının göstərişi ilə ermənilər Zəngəzur 
qəzasının Mədən bazarında Səfyar bəyi qətlə yetirir, sonra isə Karxana kəndinə 
hücum edirlər. Ermənilər bu kənddə heç kəsə aman vermir, kəndin bütün 
əhalisini öldürür və ya əsir götürürlər. Elə həmin gün ermənilər Lov, Xələc, 
Saldaşlı, İncəvar, Daşnov kəndlərini viran qoyurlar. Avqustun 1-də ermənilər 
Qatar kəndinə hücum edirlər. Qatarlılar 9 gün ərzində kəndi müdafiə edirlər. 
1906-cı ilin avqust-sentyabr aylarında erməni silahlı dəstələri qırğınların 
ağırlıq mərkəzini Zəngəzurun Oxçu-Şəbədək bölgəsinə keçirirlər. Ermənilər 
qırğınlardan canını qurtaran azərbaycanlıların cəmləşdiyi Saqqarsu kəndində 
əsl soyqırımı törədirlər. Zəngəzurda ermənilərin törətdikləri qırğınlara son 
qoyulması üçün Ordubad nahiyəsində yaradılan könüllü dəstələr hərəkətə 
keçirlər. 800 nəfərə yaxın ordubadlı könüllünün köməyi və 1000 nəfərə yaxın 
Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək 
206 
 Yenə orada


- 129 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
kəndləri ermənilərin işğalından azad edilir.
207
 Bundan sonra sağ qalan əhalinin 
yenidən öz kəndlərinə qaytarılması prosesi başlanır. Erməni müəllifi A-Do 
dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndinin adlarını aşağıdakı kimi 
təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, 
Çaylı, Kalavalax, Novruzlu, Cecimli, Hacılar, Bağırbəyli, Qarahunc, Unanav, 
Kürdlər, Ağvani, Danzaver (
Armudlu), Sisyan, Ağudi, Dərəbas, Pul, Ərikli, 
Şükar, Məliklər, Yeməzli, Xəştap, Almalı, Karxana, Qatar, Cıbıllı, Xələc, Keçi-
Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclili, Buğaçıq, Kollu-Qışlaq, 
Mtnadzor, Sanalı.
208
 
Erməni müəllifi Stepan Zavaryanın verdiyi məlumata görə, həmin dövrdə 
Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur 
qəzasında 43 müsəlman kəndi, ümumilikdə isə həmin bölgələrdə 75 kənd 
dağıdılmışdı.
209
 
Ermənilər 20-29 noyabr 1905-ci ildə Tiflis şəhərində azərbaycanlıların 
yaşadıqları məhəllələrdə kütləvi qırğınlar və terror aktları törətmişdilər. 
Borçalı qəzasında yaşayan azərbaycanlılardan ibarət silahlı dəstələrin köməyə 
gəlməsindən sonra Tiflisdə qırğınlar dayandırılmışdı. Azərbaycanlıların 
təşkilatlanması, 1906-cı ilin payızında “Difai” Partiyasının formalaşaraq 
ermənilərin terroruna terrorla cavab verməsi erməniləri qırğınlar törətməkdən 
əl çəkməyə məcbur etmişdi. 
Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında 
- İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, 
Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı qəzalarında 
və 8 şəhərində - Bakı, İrəvan, Naxçıvan, Gümrü, Gəncə, Şuşa, Qazax və Tiflis 
şəhərlərində qırğınlar törətmişdilər.
Bütövlükdə, 1905-1906-cı illərdə Cənubi Qafqazda 1,5 milyon əhalinin 
yaşadığı ərazini əhatə edən milli münaqişələr zonasında təqribən 100 min nəfər 
qəzalardakı, bir neçə min nəfər şəhərlərdəki ev-eşiklərindən didərgin düşmüş, 
insan itkisi 10 min nəfərdən artıq olmuşdu. Ümumiyyətlə, İrəvan və Yelizavetpol 
(
Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi 
dağıdılmış, əhalisi etnik təmizləməyə və kütləvi qırğınlara məruz qalmışdı. 
207 
 Ordubadi M.S. Qanlı illər (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi). 
Bakı, 1991
208 
 A-Do. Hay-turkakan ındharumı Kovkasum (1905-1906. Pastakan, vicaqakrakan, değagidakan lusabanutyun-
nerov). (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla). 
İrəvan: Ayvazyanlar və Nazaryanlar mətbəəsi, 1907
209 
 Заварян С. Экономические условия Карабаха и голод 1906-1907 гг. Перевод с армянского. С.-Петер-
бург, 1907


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə