ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə48/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   44   45   46   47   48   49   50   51   ...   95

- 130 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ermənilərin 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınların miqyası 
onların əsl niyyətlərinin nədən ibarət olduğunu ortaya qoyur və bu qırğınlar 
XX əsrdə soydaşlarımızın məruz qoyulduqları soyqırımı və deportasiyalar 
silsiləsinin ilk mərhələsi və ən qanlı səhifəsidir.
 


- 131 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XII iddia
“1915-ci ildə Türkiyədə 1,5 milyon 
erməni soyqırımına məruz qalmışdı”
Qərb dövlətləri və Rusiya Osmanlı İmperiyasını parçalamaq üçün XIX əsrin 
əvvəllərindən etibarən müxtəlif planlar cızır, həmin planları həyata keçirmək 
məqsədilə yollar axtarırdılar. Osmanlı hökumətinin daxili işlərinə müdaxilə 
etmək üçün ən tutarlı “arqument” kimi Türkiyədə yaşayan xristian azlıqların 
“mənafeyinin müdafiəsi” məsələsi qabardılırdı. Osmanlı İmperiyası ərazisində 
aysorlar, yunanlar, xristian ərəblər, yezidi kürdləri kimi fərqli inanclara sahib 
kütlələr yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların 
xarakterindən - satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini 
dəyişmək xislətindən irəli gəlirdi.
Anadoluya yeridilmiş xristian missionerlər ermənilərin bu xüsusiyyətlərindən 
istifadə edərək, onları himayə etmək adı altında Osmanlı hökumətinə qarşı 
silahlı mübarizəyə hazırlayırdılar. Erməniləri fransızlar katolik, ruslar pravoslav, 
ingilislər isə protestant kilsəsinin himayəsinə girməyə çağırırdılar. Kim daha 
çox pul verirdisə, ermənilər də həmin istiqamətə meyillənirdilər. Amerikalı 
missionerlər hələ XIX əsrin əvvəllərindən etibarən erməniləri protestant 
xristiana çevirmək üçün daha çox vəsait buraxır, məktəblər açır, millətçilik 
ideyalarını daha geniş şəkildə təbliğ edirdilər. XIX əsrin sonlarından etibarən 
missionerlər protestantlığı qəbul etmiş erməni gənclərinin Amerikada təhsil 
almaları və ticarətlə məşğul olmaları üçün xüsusi şərait yaradırdılar. ABŞ-da 
anti-türk kampaniyası aparan erməni koloniyası beləcə yaradılmışdı.
1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni məsələsi” 
gündəliyə gəlmiş, San-Stefano müqaviləsi və Berlin traktatına əsasən, Şərqi 
Anadoluda ermənilərə muxtariyyət verilməsi qərara alınmışdı. Bundan sonra 
Türkiyə ərazisində ermənilərin silahlandırılaraq üsyana hazırlanması üçün 
Rusiya və Avropa dövlətləri gərgin səy göstərməyə başlamışdılar. “Armenakan”, 
“Daşnaksutyun” və “Hnçak” siyasi partiyaları Anadoluda gizli silahlı dəstələr 
təşkil edirdilər. 
Belə bir şəraitdə ermənilərin Anadoluda müstəqil dövlət yaratmaq 
niyyətləri ilə Türkiyəni parçalamaq istəyən böyük dövlətlərin məqsədləri üst-
üstə düşürdü. Ermənilərin 1896-cı il üsyanlarından sonra isə alman və ingilis 
missiyaları da bölgədə yerləşərək erməniləri Türkiyə əleyhinə təşviq edirdilər. O 


- 132 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
zaman Türkiyədəki konsulların köməkçi və tərcüməçilərinin hamısı ermənilər 
idi. Onlar nə deyirdilərsə, nə söyləyirdilərsə, konsullar da səfirlərə onu yazıb 
göndərirdilər.
210
   
  
Şərqi Anadoluya silahlar, əsasən, gizli yollarla Rusiyadan göndərilirdi. Alman, 
ingilis və fransız missiyaları bölgədə daha aktiv şəkildə erməniləri Türkiyə 
əleyhinə təşviq edirdilər. Rusiyanın boğazlara və İstanbula (
Konstantinopola
yiyələnmək uğrunda mübarizəsi yenidən baş qaldırmışdı və o, “Şərq məsələsi”ni 
öz xeyrinə həll etmək istəyirdi.
211
 Türklərə qarşı vuruşmaq üçün ermənilər 
həm Amerikada, həm Avropada, həm də Rusiyada səfərbər edilirdilər. Erməni 
mənbələrinin etiraf etdiyinə görə, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq 
erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə 
yaradılan və tərkibində təqribən 10 min könüllü ermənini birləşdirən 4 silahlı 
birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyənin üzərinə 
hücuma keçmişdi.
212
Öz planlarını həyata keçirmək məqsədilə Rusiyanın rəsmi dairələrinə Türkiyə 
ərazisində kompakt şəkildə yaşayan erməni əhalisinin sayını dəqiqləşdirmək 
lazım gəlirdi. Rusiya İmperator Coğrafiya Cəmiyyətinin Qafqaz bölməsi 
həmsərhəd vilayətlərdə və dövlətlərin ərazilərində əhalinin sayının və dəqiq 
statistikasının aparılması ilə dəfələrlə məşğul olmuşdu. Bu iş, adətən, Rusiyanın 
Türkiyədəki konsulluqlarının əməkdaşlarına həvalə edilirdi. Bundan əlavə, 
rəsmi icazə ilə Rusiyadan Şərqi Anadoluya araşdırmaçılar göndərilirdi. Erməni 
əsilli həmin araşdırmaçılar həm erməni əhalisinin statistikasını aparır, həm 
də Rusiyanın mənafeyi naminə ermənilər arasında Türkiyə əleyhinə təbliğat 
aparırdılar. 
Türkiyədə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik 
nümayəndəliklərinin əməkdaşlarına tapşırıq verilmişdi ki, türklərin “qaniçən”, 
“cəllad” obrazının yaradılması üçün bütün mümkün vasitələrdən istifadə 
etsinlər. Erməni üsyanlarının alovlandırılması və kütləvi qırğınlar törədilməsi 
də həmin planın tərkib hissəsi idi.  
1915-ci ildə Türkiyədə yaşayan ermənilərin kütləvi surətdə qırılması 
iddiasının əsl müəllifləri ermənilər deyil. Birinci Dünya müharibəsi dövründə 
Osmanlı İmperiyasını parçalamaq istəyən xristian dövlətlərinin missionerləri 
ilk dəfə belə bir iddia ilə çıxış etmişdilər. Uydurma “erməni soyqırımı”nın “xaç 
ataları” yəhudi Henri Morqentau (
1913-1916-cı illərdə ABŞ-ın Türkiyədəki səfiri 
210 
 Sidney Whitman. Turkish Memories. London: William Heinemann. 1914
211 
 Готлиб В. Тайная дипломатия во время первой мировой войны, Москва, 1960
212 
 Арутюнян А. Кавказский фронт 1914-1917 гг. Ереван, 1971


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə