ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə49/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   45   46   47   48   49   50   51   52   ...   95

- 133 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
olmuşdur), alman İohann Lepsius (Alman-Erməni Cəmiyyətinin sədri), ingilis 
Ceyms Brays (
İngilis-Erməni Cəmiyyətinin sədri), fransız tarixçisi və arxeoloqu 
Jak de Morqan, rus yazıçısı Valeri 
Bryusov, avstriyalı yazıçı Frans 
Verfel və başqaları olmuşlar. 
Bəs həmin dövrdə erməni 
tədqiqatçıları Türkiyədə nə qədər 
erməninin qırıldığını nəyə əsasən 
iddia etmişdilər? Bu suala cavab 
vermək üçün Birinci Dünya 
müharibəsi ərəfəsində Türkiyədə 
nə qədər erməninin yaşadığını 
müəyyən etmək lazımdır.   
1914-cü ildə Tiflisdə 
dərc edilən “İmperator Rus 
Coğrafiya Cəmiyyətinin Qafqaz 
bölməsinin xəbərləri” seriyasının 
XXII cildinin 2-ci buraxılışı 
toplusunda A.Arakelyanın 22 
may 1913-cü ildə adı çəkilən 
cəmiyyətin ümumi yığıncağında 
etdiyi məruzənin mətni çap olunub. Məruzə belə adlanır: “Kiçik Asiyanın 
erməni əhalisinin statistikası”.
213
 Saxta “erməni soyqırımı”nı təsdiqləmək üçün 
ermənilər yüzlərlə əsər dərc etmiş, həmin əsərlərin yazılmasında minlərlə 
“mənbələrə” istinad olunmuşdu. Lakin “erməni soyqırımı”nı təsdiq edən 
əsərlərin heç birində A.Arakelyanın yuxarıda adı çəkilən məqaləsinə istinad 
edilməmişdi. Səbəb aydındır. Çünki A.Arakelyan 1913-cü ildə həmin məqaləni 
yazanda Birinci Dünya müharibəsi başlamamışdı və xristian missionerlərinin 
“erməni soyqırımı”nı iddia edəcəklərini ağlına gətirə bilməzdi.  
1877-78-ci illər müharibəsindən sonra imzalanan Berlin traktatının 61-
ci maddəsinə əsasən, Osmanlı dövlətinin 6 vilayətində (
Ərzurum, Van, Bitlis, 
Xarput, yaxud Mamurətül-Əziz, Diyarbəkir və Sivas) ermənilərə muxtariyyət 
verilməsi üçün islahatlar aparılması nəzərdə tutulurdu. İslahatların aparılması 
tələbinə bəhanə isə Türkiyədəki erməni patriarxlığının yuxarıda adları çəkilən 
vilayətlərdə guya əhalinin böyük əksəriyyətinin ermənilərdən ibarət olması 
213 
 Известия Кавказского отдела Императорского Русского географического общества. Том XXII, выпуск 
2, Тифлис, 1914
A.Arakelyanın məqaləsinin titul səhifəsi


- 134 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
barədə Berlin Konqresinə təqdim etdiyi sənəd olmuşdu. Statistik hesabat 
şəklində təqdim olunan həmin sənədlərdə göstərilmişdi ki, guya adı çəkilən 
6 vilayətdə 1 milyon 639 min, digər vilayətlərdə 935 min, Türkiyənin Avropa 
hissəsində isə 195 min erməni yaşayır. Üst-üstə Osmanlı İmperiyasında 2 
milyon 760 min erməninin yaşadığı iddia edilirdi.
214
Bəs bu rəqəm haradan 
götürülmüşdü? 1844-cü ildə 
keçirilən siyahıyaalma zamanı 
Osmanlı hökuməti 14 yaşdan 
yuxarı, 70 yaşdan aşağı 600 min 
erməninin yaşadığını müəyyən 
etmişdi. 1854-cü ildə Parisdə 
dərc etdirdiyi kitabında Ubicini 
xərac verən ermənilərin sayını 
mexaniki olaraq 4-ə vurmaqla, 
Türkiyədə 2,4 milyon erməninin 
yaşadığını iddia etmişdi. Bu 
rəqəmi erməni patriarxlığı əsas 
götürmüş, sadəcə olaraq, aradan 
keçən 25 ildə onların sayının daha 
360 min artmasını ehtimal edərək, 
Berlin Konqresində Osmanlı 
İmperiyasının ərazisində 2,76 
milyon erməninin yaşadığını iddia 
etmişdi.
215
Osmanlı hökuməti isə Berlin 
Konqresinin tələbinə əsasən 
islahatlar keçirilməsi tələb olunan 
Şərqi Anadolunun 6 vilayətinin 
heç birində ermənilərin çoxluq təşkil etmədiyinə dair rəsmi statistik rəqəmləri 
ortaya qoymuşdu. A.Arakelyan yazır ki, o, həmin məqaləsində Türkiyə, Avropa 
və erməni mənbələri vasitəsilə dəqiq olmasa da, heç olmasa təqribi olaraq 
Asiya Türkiyəsində, xüsusən də islahatlar keçirilməsi tələb olunan 6 vilayətdə 
ermənilərin sayını müəyyən etməyi qarşısına məqsəd qoymuşdu.  
Müəllif əvvəlcə 1878-ci ildə erməni patriarxlığı tərəfindən Berlin Konqresinə 
214 
 Yenə orada
215 
 Yenə orada
A.Arakelyanın məqaləsində Şərqi Anadolu 
əhalisinin etno-demoqafik statistikası


- 135 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
ermənilərin sayı barədə təqdim edilən və yuxarıda qeyd olunan statistik 
rəqəmləri ortaya qoyur. Sonra o, 1892-94-cü illərdə Vital Cuinetin Parisdə dərc 
edilən dörd cildlik “Sarı kitab”ından ermənilərin sayı barədə statistik rəqəmləri 
təqdim edir. 12 il Türkiyədə ermənilərin yaşadıqları ərazilərdə ekspedisiya 
aparan V.Cuinet Şərqi Anadolunun 6 vilayətində 666.435, digər ərazilərdə isə 
448.576 erməninin, yəni Kiçik Asiyada cəmi 1.115.011 erməninin yaşadığını 
təsbit etmişdi. 
Məqalə müəllifi A.Arakelyan yazır ki, alman missioneri İohann Lepsiusun 
1913-cü ildə “Der Christliche Orient” jurnalında dərc etdirdiyi məqaləsində 
isə Asiya Türkiyəsində yaşayan ermənilərin sayı 1.181.066 nəfər göstərilmişdi. 
O cümlədən: 
1) Eçmiədzin erməniləri (yəni qriqorian ermənilər) - 995.479 nəfər; 
2) Katolik ermənilər  -   89.746 nəfər; 
2) Protestant ermənilər  -  95.841 nəfər. 
Nəhayət, A.Arakelyan yenidən erməni mənbələrinə müraciət edir. O 
göstərir ki, 1912-ci ildə Balkanlarda müharibənin başlanması yenidən erməni 
məsələsini gündəliyə gətirmişdi. Türkiyə tərəfi bir daha erməni əhalisinin 
sayının islahatlar aparmaq üçün yetərli olmadığını iddia etmişdi. Bundan sonra 
Türkiyədəki erməni patriarxı (
xatırladırıq ki, ermənilər bir qayda olaraq həm 
də kilsələrdə siyahıya alınırdılar) ermənilərin sayı barədə daha dəqiq statistika 
təqdim edir. Həmin statistikaya görə, 6 vilayətdə ermənilərin ümumi sayı 
1.018.000 nəfər idi. O cümlədən, Ərzurum vilayətində 215 min, Vanda 185 
min, Bitlisdə 180 min, Xarputda 168 min, Diyarbəkirdə 105 min, Sivasda 165 
min erməni yaşayırdı.
216
Məqalə müəllifi qeyd edir ki, 6 vilayətdə yaşayan ermənilərin sayının 
üzərinə Kilikiyada (
yəni Adana və Hələb vilayətlərində), habelə İstanbulda və 
digər yerlərdə yaşayan ermənilərin sayı gəlinərsə, onda Osmanlı İmperiyasında 
ermənilərin sayı böyük ehtimalla 1,5 milyona çata bilər.
217
Əslində, rəsmi Türkiyə statistikası bu rəqəmin də xeyli dərəcədə erməni 
patriarxı tərəfindən şişirdilmiş olduğunu sübut etmişdir. Bununla belə, yekun 
qənaət belədir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı Türkiyəsində 
təqribən 1,3 milyon erməni yaşayırdı.   
Birinci Dünya müharibəsi zamanı ermənilərin türk ordusuna arxadan zərbə 
216 
  Yenə orada
217 
 Yenə orada


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə