ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə50/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   46   47   48   49   50   51   52   53   ...   95

- 136 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə mayın 
27-də Osmanlı hökuməti məcburiyyət qarşısında qalıb, erməniləri müharibə 
rayonundan ölkənin içərilərinə köçürmək haqqında “Təhcir qanunu” qəbul 
etmişdi. Həmin qanun 1 iyun 1915-ci ildə rəsmi olaraq qüvvəyə minmişdi. 
Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə köçürmə işlərinə 
başlanılmışdı. Mövcud olan imkanlar nəzərə alınmaqla və ədalətlə müəyyən 
edilən köçürmə şərtləri hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil 
edilməmişdi.  
Ermənilər hər il aprelin 24-nü “genosid günü” kimi qeyd edərək iddia edirlər 
ki, guya həmin dövrdə türklər 1,5 milyon erməni qırmışlar. Əslində isə həmin 
gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən 
erməni təşkilatlarının təcili şəkildə bağlanması, onların rəhbərlərinin isə həbs 
edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. 
Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, 
belə bir əmrin veriləcəyindən əvvəlcədən xəbər tutan Eçmiədzin katolikosu 
aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, erməniləri “türk 
fanatizminin özbaşınalığından xilas etsin”. Həmin teleqram aprelin 24-də, yəni 
əmr verilən gün artıq ABŞ prezidentinə çatdırılmışdı.
218
 
Ümumiyyətlə, müharibə zamanı Rusiya 12 milyon, Fransa 1 milyon, 
Böyük Britaniya 0,6 milyon, Almaniya 1,473 milyon əsgər itirmişdi.
219
 Təbii 
ki, ermənilərin yığcam yaşadıqları ərazilərdə gedən döyüşlər zamanı ermənilər 
də tələf olmuşdular. Qərb mütəxəssislərinin qənaətlərinə görə, üst-üstə Birinci 
Dünya müharibəsi ərzində və milli mücadilə illərində Türkiyə ərazisində 2,5 
milyon müsəlman və 600 min erməni həlak olmuşdu.
220
  
Ermənilərin itkilərinin dəqiq sayını isə müharibəyədək Türkiyə ərazisində 
yaşayan 1,3 milyon erməninin sayından xarici ölkələrə mühacirət edən 
ermənilərin sayını çıxmaqla müəyyən etmək olar. Statistik məlumatlara görə, 
müharibə ərəfəsində və ondan sonra xarici ölkələrə mühacirət edən ermənilərin 
sayı aşağıdakı kimidir: Rusiyaya (
o cümlədən Cənubi Qafqaza) 420 min, Fransaya 
35 min, Kanadaya 1244, ABŞ-a 34136, Yunanıstana 42200, Bolqarıstana 15 
min, Kiprə 2500, digər Avropa ölkələrinə təqribən 50 min erməni köçmüşdü. 
Erməni tədqiqatçısı Riçard Hovannisyana görə, müharibədən sonra Suriyada 
100 min, Livanda 50 min, İordaniyada 10 min, Misirdə 40 min, İraqda 25 min, 
218 
 Жорж де Малевил, Армянская трагедия 1915 года.  Баку, 1990
219 
 Урланис Борис. Войны и народонаселение Европы: людские потери вооруженных сил европейских 
стран в войнах XVII-XX вв. Москва, 1960 
220 
 Маккарти Джастин, Маккарти Каролин. Тюрки и армяне: руководство по армянскому вопросу. Баку, 
1996


- 137 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İranda 50 min erməni mühaciri qeydə alınmışdı. Bütün bu rəqəmləri üst-üstə 
gəldikdə 875 min nəfər edir. Bu rəqəmin üzərinə Türkiyədə qalan 123 min 
erməninin sayını da əlavə etsək, cəmisi 998 min nəfər edir. Deməli, 1,3 milyon 
ermənidən təqribən 1 milyonu sağ qalmışdı.
221
Yuxarıda sadalanan faktlar sübut edir ki, 1,5 milyon erməninin Türkiyədə 
“soyqırımı”na məruz qalması iddiası cəfəngiyatdan başqa bir şey deyil. 
Faktlar onu da sübut edir ki, istər Şərqi Anadolunun ruslar tərəfindən 
işğalı dövründə, istərsə də 1918-1920-ci illərdə Ərzurumdan tutmuş, İrəvan 
quberniyası da daxil olmaqla böyük bir ərazidə ermənilər türklərə qarşı 
soyqırımı həyata keçirmişdilər. 
 
221 
 Гюрюн Камуран. Армянское досье. Перевод с турецкого. Баку: Язычы, 199З


- 138 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XIII iddia
“Şərqi Anadoluda qurulan Cənubi-Qərbi 
Qafqaz Cümhuriyyəti ingilislərin himayəsi 
altında fəaliyyət göstərib”
Azərbaycan tarixini saxtalaşdırmağı özlərinin başlıca elmi-tədqiqat 
istiqaməti seçən erməni tarixçiləri 1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində 
mövcud olmuş Qars Milli İslam Şurasının və Şərqi Anadoluda qurulan ilk 
demokratik cümhuriyyətin – Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin tarixini 
də özlərinəməxsus şəkildə saxtalaşdırırlar. Erməni tarixçiləri iddia edirlər ki, 
guya Qarsda mövcud olan “Qars Müsəlman Respublikası”nı – yəni, Milli Şura 
hökumətini ingilislər qurmuşlar və bu respublika onların himayəsi altında 
fəaliyyət göstərmişdir.
222
 Faktlar isə bunun tamamilə əksini sübut edir. 
Coğrafi mövqeyinə görə, Qars yaylası zaman-zaman qanlı müharibələr 
meydanı olmuş və əldən-ələ keçmişdi. I Pyotrun dövründən etibarən isti 
dənizlərə çıxmaq istəyən Rusiya, ilk növbədə Şərqi Anadolunu ələ keçirmək 
istəyirdi. Qars qalası isə Şərqi Anadolunun açarı sayılırdı. Rus qoşunları Qars 
şəhərini ələ keçirmək üçün dörd dəfə − 1807, 1828-29, 1855-56, 1877-78-ci illər 
rus-türk müharibələrində cəhd göstərmiş, yalnız sonuncu müharibə nəticəsində 
ona yiyələnə bilmişdi. 1878-ci il Berlin müqaviləsinə əsasən, Qars sancağı hərbi 
təzminat əvəzinə Rusiyaya birləşdirilmiş, birbaşa Qafqaz canişinliyinə tabe 
olan hərbi qubernatorluq idarə üsulu yaradılmışdı. 1913-cü il inzibati-ərazi 
bölgüsünə əsasən isə Qars vilayəti 4 dairəyə − Qars, Ərdəhan, Qağızman və 
Oltu dairələrinə bölünmüşdü və 800-dən artıq yaşayış məntəqəsini əhatə edən 
Qars vilayətinin ərazisi 18,7 min kv.km olmuşdu. Türkiyə tarixşünaslığında 
Qars vilayətinin işğal dövrü “40 illik qara günlər” kimi xarakterizə olunur.  
1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra rus 
komandanlığı Şərqi Anadolunu tərk etmişdi. Digər tərəfdən, Sovet Rusiyasının 
rəhbəri V.Leninin 29 dekabr 1917-ci ildə imzaladığı “Türkiyə Ermənistanı 
haqqında” dekret ermənilərə Şərqi Anadoluya, o cümlədən də Qars vilayətinə 
ərazi iddiası irəli sürməyə fürsət vermişdi. Ermənilərə öz niyyətlərini həyata 
keçirmək üçün Şərqi Anadoludan geri çəkilən rus qoşunlarının ermənilərə 
222 
 Погосян H. Карсская область в составе России. Ереван: Айастан, 1983; Петросян Гегам. Отношения 
Республики Армения с Россией (1918-1920 гг.). Ереван: Издательство ЕГУ, 2012
 Киракосян Джон. Младотурки перед судом истории. Ереван: Айастан, 1986


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə