ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə51/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   47   48   49   50   51   52   53   54   ...   95

- 139 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
qoyub getdikləri cəbbəxanaların böyük əhəmiyyəti olmuşdu. Erməni quldur 
dəstələri Ərzincandan Qarsadək böyük bir ərazidə bütün türk-müsəlman 
kəndlərini darmadağın etmiş, əhalisini soyqırımına məruz qoymuşdu. Türk 
ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara son qoymaq üçün 
1918-ci il fevralın 12-də əks-hücuma keçmişdi. Martın 3-də Türkiyə ilə Sovet 
Rusiyası arasında imzalanan Brest-Litovsk müqaviləsinin şərtlərinə əsasən, 
Sovet Rusiyasının nəinki 1914-cü il sərhədlərinə geri çəkilməsi, hətta 1878-ci 
il Berlin müqaviləsi ilə Türkiyədən qoparılan Üç Sancağın (
Batum, Ərdəhan və 
Qars vilayətlərinin) qaytarılması qərara alınmışdı. Brest-Litovsk müqaviləsinə 
əlavə Rusiya-Türkiyə müqaviləsinin 1-ci maddəsində deyilirdi ki, Rusiya 
türk ordusunun qeyd edilən ərazilərə qayıtmasınadək qarət və cinayətlərə 
yol verilməsinin qarşısını alacaq, erməni “çətə”lərini tərxis və tərk-silah edib 
buraxacaq.
223
 Cənubi Qafqaz hökuməti martın 7-də Brest-Litovsk müqaviləsinin 
imzalanmasına etiraz etmişdisə də, rus qoşunlarının yerini tutmuş erməni 
silahlı qüvvələrinin türk ordusunun qarşısında duruş gətirmədiyini yəqin etmiş 
və nəhayət, aprelin 10-da bu müqaviləni qəbul etdiyini bildirmişdi. 
Kazım Qarabəkir paşanın komandanlığı ilə türk ordusu aprelin 25-də 
Qars vilayətini bütövlükdə işğaldan azad etmiş və bundan sonra ermənilərin 
223 
 Документы внешней политики СССР, Москва, 1957, I том.


- 140 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
törətdikləri qırğınlar zamanı evlərindən didərgin düşən müsəlman əhali 
tədricən  öz yer-yurdlarına qayıtmağa başlamışdı. Brest-Litovsk müqaviləsinə 
əsasən, iyunun 12-də Üç Sancaqda (
Batum, Qars, Ərdəhan) plebisit (rəy 
sorğusu) keçirilmiş, bölgələrin əhalisi yenidən Türkiyəyə birləşmək arzusunu 
ifadə etmiş və səsvermənin nəticələri avqustun 15-də Dolmabaxça sarayında VI 
Sultan Vahidəddinə təqdim edilmişdi.
224
  
1918-ci ilin mayında Cənubi Qafqazda müstəqil Azərbaycan, Gürcüstan 
və Ermənistan dövlətləri yaranmışdı. 
İyunun 4-də Batumda bu dövlətlərlə 
Türkiyə arasında ayrı-ayrılıqda sülh 
və dostluq müqavilələri imzalanmışdı. 
Həmin müqaviləyə əsasən, Ermənistanın 
ərazisi təqribən 10 min km

təşkil edirdi. 
Ermənistanla Türkiyə arasında imzalanan 
müqavilənin 12-ci maddəsinə əsasən, 
Brest-Litovsk müqaviləsinin şərtləri 
tərəflər üçün keçərli sayılmışdı.
225
 
Lakin bölgə əhalisinin sevinci çox da 
uzun sürməmişdi. 30 oktyabr 1918-ci 
ildə imzalanan Mudros sazişinin 11-ci 
maddəsinə əsasən, türk ordusu Cənubi 
Qafqazdan 1914-cü il sərhədlərinə geri 
çəkilməli, 24-cü maddəsinə əsasən isə Antanta qoşunları ermənilərin iddia 
etdikləri Şərqi Anadolunun 6 vilayətini tutmalı idi.
226
 
Türk ordusunun 1914-cü il sərhədlərinə geri çəkilməsi bölgənin ermənilərin 
və gürcülərin işğalına məruz qalması təhlükəsi yaratmışdı. 40 illik erməni-rus 
işğalından yenicə qurtulan bölgə əhalisi yenidən əsarətə düşmək təhlükəsi ilə 
üzləşdiyindən geri çəkilən türk qoşunlarının komandanı Yaqub Şevki paşadan 
özünümüdafiə dəstələrinin yaradılması, onların silahlandırılması və təlimlər 
keçməsi üçün türk zabitlərinin bir qisminin bölgədə saxlanılmasını xahiş 
etmişdi. Yaqub Şevki paşa bu məsələdə yerli müsəlman əhalisinə lazımi köməklik 
göstərmiş, yerlərdə milli özünümüdafiə dəstələrinin və əhalinin iradəsini 
ifadə edən milli şuraların formalaşmasınadək ordunun Qars vilayətindən geri 
çəkilməsini mümkün olduğu qədər ləngitmişdi. 
224 
 Gökdemir Ahmet Ender. Cenüb-i Garbi Kafkas Hükümeti. Ankara. 1989
225 
 Бадалян X. Германо-турецкие оккупанты в Армении в 1918 
226 
 Погосян A. Карсская область в составе России. Ереван: Айастан, 1983
İbrahim bəy Cahangirov


- 141 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
1918-ci il oktyabrın 29-da Axıska bölgəsində Ömər Faiq Nemanzadənin 
başçılığı ilə Axıska Müvəqqəti Hökuməti qurulmuşdu. Noyabrın 3-də isə 
Naxçıvan qəzasını və İrəvan quberniyasının cənub hissəsini birləşdirən ərazidə 
Araz-Türk Hökuməti yaradılmışdı. Bundan iki gün sonra Qars İslam Şurası 
qurulmuşdu.
İdarəçilikdəki pərakəndəliyə son qoymaq, ermənilərin və gürcülərin bölgəyə 
hücumlarının qarşısını almaq üçün silahlı qüvvələrin bir əldən idarə edilməsinə 
nail olmaq məqsədilə noyabrın 30-da Naxçıvan, Ordubad, Qəmərli, Sürməlı 
(
İqdır), Ağbaba, Şörəyel, Axıska, Axalkələk və Batum bölgələrindən gələn 60 
nəfərlik nümayəndə heyətinin iştirakı ilə 2-ci Qars Konqresi keçirilmişdi. Üç 
gün davam edən bu konqresdə Batumdan Ordubada qədər ərazidə Qars Milli 
İslam Şurası Hökumətinin qurulduğu elan edilir. İbrahim bəy Cahangirov 
hökumət rəisi seçilir. 2-ci Qars Konqresində həmçinin Parlament funksiyasını 
icra edən Mərkəz Müməssisləri Heyəti seçilmişdi.
Qars vilayətində Mudros sazişinin şərtlərinin yerinə yetirilməsinə 
nəzarət Cənubi Qafqaza mandat alan ingilis hərbi komandanlığının üzərinə 
qoyulmuşdu. 1918-ci il noyabrın 11-də ilk ingilis heyəti Qarsa gəlmişdi. 1919-
cu il yanvarın 4-də ingilis qoşunlarının 27-ci diviziyasının komandiri general-
mayor C.Forestye-Uokker, ingilislərin İstanbuldakı zabitlər qərargahının rəisi 
general Vilyam Henri Biç və kapitan (
sonra polkovnik) Klayv Temperley birlikdə 
Tiflisdən Qarsa gəlirlər. 
Həmişə olduğu kimi, Cənub-Qərbi Qafqaza münasibətdə də ingilislər 
ikili oyun oynayırlar. General F.Uokker 1919-cu il yanvarın 6-da Gümrüdə 
Ermənistanın xarici işlər naziri Tiqranyanla görüşür. Həmin görüşdə qərara 
alınır ki, Qars vilayətinin mülki idarəçiliyinin təşkili Ermənistan hökumətinə 
həvalə edilsin. Ermənilərin 1914-cü il Rusiya-Türkiyə sərhədlərini nəzarətə 
götürmək arzularını nəzərə alan ingilis generalı keçmiş Qars vilayəti ərazisində 
əsgəri idarəetmənin ingilislərə, mülki idarəetmənin isə ermənilərə məxsus 
olacağına söz verir. F.Uokker yanvarın 7-də Qarsa gəlir. O, Qarsda Yaqub Şevki 
paşa ilə görüşür, ayın 25-dək türk qoşunlarının vilayətin ərazisini tərk etməsini 
tələb edir. 
Yanvarın 12-də K.Temperley Qarsın hərbi qubernatoru təyin edilir.
227
 
Yanvarın 14-də Ermənistan hökuməti Qars vilayətinin Ermənistana 
birləşdirilməsi haqqında qərar qəbul edir. Yanvarın 16-da Ermənistan 
hökuməti Stepan Korqanovu Qarsın mülki qubernatoru təyin edir. Bundan 
227 
 Петросян Гегам. Отношения Республики Армения с Россией (1918-1920 гг.). Ереван: Издательство 
ЕГУ, 2012


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə