ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə52/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   48   49   50   51   52   53   54   55   ...   95

- 142 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sonra ingilis generalı Biç Qarsa gələrək, Ermənistan hökumətinin S.Korqanovu 
Qars vilayətinə qubernator təyin etdiyini bildirir. Lakin Milli Şura hökuməti 
Ermənistan hökumətinin Qarsa qubernator təyin etməsini rədd etdiyini bildirir. 
Yanvarın 13-də təqribən 200 ingilis əsgərinin müşayiəti ilə 50-60 nəfərlik 
erməni hökuməti ingilislərin İstanbuldakı zabit qərargahının başçısı general 
Biçin müşayiəti ilə Qarsa gəlir. Gümrüdən dəmir yolu ilə S.Korqanov hökumətini 
Qarsa gətirən qatarda böyük bir Ermənistan bayrağı dalğalanırdı və ermənilər 
qatar gedə-gedə müsəlmanların ünvanına təhqiramiz ifadələr qışqırırdılar.
228
 
İ n g i l i s l ə r i n 
niyyətindən xəbər 
tutan Milli Şura 
h ö k u m ə t i n i n 
rəhbərləri ətraf 
qəzalardan 2000 
nəfərə qədər əhalini 
etiraz səslərini 
qaldırmaq üçün 
Qarsa çağırmışdılar. 
Milli Şuranın 
rəhbərləri ingilis 
generalı Biçə 
bildirirlər ki, region 
əhalisinin 85 faizindən çoxu türklərdən ibarətdir və vilayətin rəhbərliyinə 
erməninin təyin edilməsi Vilson prinsiplərinə ziddir. Qars Milli İslam Şurası ətraf 
kəndlərdən əhalini Qarsın mərkəzinə toplayıb etiraz aksiyası keçirir. Erməniləri 
Qarsa buraxmırlar və erməni hökuməti ingilislərin müşayiəti ilə dəmiryol 
stansiyasından Gümrüyə geri qayıdır. Bundan sonra general Biç Qarsda olan 
Milli Şura Hökumətini tanıdığını və onunla hesablaşdığını bildirir.
229
Qars hökumətinin başı üzərini real təhlükə almışdı. Bu təhlükəni 
sovuşdurmaq üçün 1919-cu il yanvarın 17-18-də 131 nümayəndənin iştirakı 
ilə Üçüncü Qars Konqresi keçirilir və hökumətin adı Cənubi-Qərbi Qafqaz 
Hökuməti Muvakkata-i Milliyyəsi adlandırılır. Konqresdə 18 maddəlik Anayasa 
qəbul edilir və paytaxt Qars şəhəri elan edilir. İbrahim bəy Cahangirov hökumət 
başçısı, Çıldırlı doktor Əsəd bəy Hacıyev parlament rəisi seçilir. Cənubi-Qərbi 
Qafqaz Hökuməti 9 nazirlikdən − Daxili İşlər, Ədliyyə, Xarici İşlər, Hərbi, 
228 
 Yenə orada 
229 
 Gökdemir Ahmet Ender. Cenüb-i Garbi Kafkas Hükümeti. Ankara. 1989
Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin təsis etdiyi medallardan biri


- 143 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Maliyyə, Maarif, İaşə, Neft, Əkinçilik və meşə nazirliklərindən, həmçinin poçt 
və teleqraf, dəmiryolları müdirliyindən ibarət olmuşdu. Nazirlərdən 8-i türk 
(
azərbaycanlı), biri isə yunan idi.
230
Cənubi-Qərbi Qafqaz Hökuməti 25 yanvar 1919-cu ildə Azərbaycan Xalq 
Cümhuriyyətinə müraciət edərək ondan hərbi və maddi yardım istəmişdi. 
Cənubi-Qərbi Qafqaz hökumətini rəsmən tanıyan Azərbaycan hökuməti 
özünün ağır durumda olmasına baxmayaraq, hərbi təlim keçmək üçün 
Gürcüstan yolu ilə zabitlər və silah almaq üçün xeyli qızıl pul göndərmişdi. 
Baş nazir Fətəli xan Xoyski Cənubi-Qərbi Qafqaz Hökumətinə qarşı 
düşmənçiliyi Azərbaycan hökumətinə qarşı düşmənçilik hesab etdiyini 
bildirmişdi.
231
 Azərbaycan hökuməti 1919-cu ilin fevralında Cənubi Qafqaz 
respublikalarının iştirakı ilə Tiflisdə keçirilən sülh konfransına Cənubi-Qərbi 
Qafqaz hökumətinin nümayəndələrinin də qatılmasını təklif etmişdi. Lakin 
Ermənistan və Gürcüstan nümayəndələri etiraz etdikləri üçün Cənubi-
Qərbi Qafqaz Hökuməti nümayəndələrinin həmin konfransda iştirakı baş 
tutmamışdı.
Türk qoşunlarının martın 6-da Qars şəhərindən, martın 15-də isə bütövlükdə 
Qars vilayətindən çəkilməsindən sonra bütün ağırlıq Cənubi-Qərbi Qafqaz 
Hökumətinin üzərinə düşmüşdü. Azәrbaycan Dövlәt Arxivindә saxlanan bir çox 
sәnәdlәrdә bu dövlәtin adı Cәnubi-Qәrbi Azәrbaycan Respublikası kimi çәkilir. 
Hökumət dərhal bütün bölgələrdə, qəzalarda, nahiyələrdə öz 
nümayəndələrini təyin edir. Cənubi-Qərbi Qafqaz Hökumətinin 34 qəza və 
nahiyəni əhatə edən Batumdan Ordubadadək ərazisi təxminən 40 min kv km, 
əhalisi isə 1,76 milyon nəfər idi. Bu əhalinin də mütləq əksəriyyətini azəri 
türkləri təşkil edirdi. Həmin ərazidə təxminən 230 min xristian (
erməni, gürcü, 
yunan, rus) yaşayırdı.
232
 Hökumətin rəsmi yayım orqanı Batumda həftədə üç 
dəfə dərc edilən “Sədai millət” qəzeti idi.
1919-cu il martın 25-də Cənubi-Qərbi Qafqaz Hökuməti müstəqilliyini 
elan edir və özünü Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti adlandırır. Dünya 
dövlətlərinə müraciət etmək üçün “İntibahnamə” hazırlanır.
28 mart 1919-cu ildə Britaniyanın Cənubi Qafqazdakı qoşunlarının 
komandanı general-mayor V.Tomson Ermənistan hökumətində görüş 
keçirmişdi. Görüşdə ermənilərin Naxçıvana və Qarsa qayıtması məsələsi 
230 
 Yenə orada
231 
 Hovannisian Richard. The Republic of Armenia. Volume I, 1918-1919, Los Angeles: University of California 
Press,1971
232 
 Gökdemir Ahmet Ender. Cenüb-i Garbi Kafkas Hükümeti. Ankara. 1989


- 144 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
müzakirə edilmişdi.
233
  
1919-cu il aprelin 6-da general-mayor V.Tomson Tiflisdən Ermənistan 
hökumətinin sədrinə göndərdiyi məktubda bildirirdi ki, aprelin sonunadək 
erməni qaçqınları Qarsa və Naxçıvana qayıtdıqdan sonra ingilis qoşunları 
Qarsdan və Naxçıvandan geri çağırılacaqlar, ingilis missiyası isə qalacaq. 
V.Tomson daha sonra qeyd edirdi ki, mayın 1-dək hər bir rayonda administrasiya 
təşkil edilməsi üçün lazımi miqdarda erməni qoşunu olmalıdır. O, general 
Devinin hazırda Qarsda olduğunu, erməni qoşunlarının Qarsa çatmasınadək 
Qars Milli Şurasının öhdəsindən gələcəyini, Ermənistan hökumətinə təhvil 
verilmiş iki zirehli qatarın böyük köməyi olacağını bildirirdi.
234
Ermənistanın daxili işlər naziri və hökumətin başçısı A.Xatisovun aprelin 
6-da Tiflisdə general V.Tomsonla görüşündə əsas müzakirə predmeti Qars 
vilayətinin, Şərur-Dərələyəz, Naxçıvan və Sürməli qəzalarının Ermənistanın 
idarəçiliyinə verilməsi məsələsi olmuşdu.
235
  
Aprelin 7-də A.Xatisovun briqada generalı Vilyam Biçlə görüşündə Qars 
vilayətinin Ermənistan və Gürcüstan arasında bölüşdürülməsi məsələsi 
müzakirə edilmişdi.
236
 Aprelin 8-də Tiflisdə A.Xatisov Qarsa qubernator təyin 
edilən Stepan Korqanovla birlikdə Gürcüstanın xarici işlər naziri N.Ramişvili və 
V.Tomsonla görüşmüş, erməni əsgərləri üçün 3000 komplekt verilməsi, Qarsın 
və Naxçıvanın işğalı üçün paravozların və lazımi vasitələrin alınması, Qarsın və 
Naxçıvanın ələ keçirilməsi planı müzakirə edilmişdi.
237
  
Aprelin 9-da A.Xatisovun Tiflisdə V.Tomsonla görüşündən sonra ingilis 
polkovniki Bali Qarsa göndərilir və o, ingilis komandanlığının Qarsın 
idarəçiliyinin Ermənistan hökumətinə təhvil verilməsi barədə təlimatını 
K.Deviyə çatdırır. Bali Qarsdan Xatisova teleqram göndərir ki, hərbi nazirliyin 
nümayəndələri və general-qubernator Qarsa getsinlər. Qars vilayətinin 
Ermənistanın tabeliyinə verilməsi üçün ingilis dəmiryol batalyonunun 2 
rotası və stansiyanın mühafizəsi üçün hindlilərdən (
indus) ibarət rota artıq 
göndərilmişdi. Həmin vaxt Qars vilayətində ümumilikdə 3000 ingilis ordusu 
əsgəri var idi.
238
  
Aprelin 12-də ingilis komandanlığının Qarsa hərbi komendant təyin etdiyi 
233 
 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), fond 276, siyahı 
9, iş 3, vərəq 36-40.
234 
  ARPİİSSA, fond 276, siyahı 9, iş 4, vərəq 58-59.
235 
 Yenə orada
236 
 Yenə orada
237 
 ARPİİSSA, fond 276, siyahı 1, iş 38, vərəq 47.
238 
 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), fond 897, siyahı1, iş 26, vərəq 549.


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə