ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə53/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   49   50   51   52   53   54   55   56   ...   95

- 145 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
podpolkovnik Preston hökumət üzvləri ilə görüşmək adı altında şəhərə gəlir. 
İngilislər Ermənistan hökumətinin arzusunu yerinə yetirərək, Cənubi-Qərbi 
Qafqaz Cümhuriyyətinin parlament binasını mühasirəyə alaraq parlament və 
hökumət üzvlərindən 12 nəfəri həbs edirlər. İbrahim bəy Cahangirovun da daxil 
olduğu heyət həmin axşam zirehli qatarla Gümrüyə, oradan Tiflisə, sonra isə 
Batuma aparılır. Batumdan gəmi ilə İstanbula gətirilən Cənubi-Qərbi Qafqaz 
Cümhuriyyətinin liderləri Malta adasına sürülürlər. Beləliklə, altı ay fəaliyyət 
göstərən Qars hökuməti ingilislərin əli ilə süquta yetirilir.
239
 
Azərbaycan hökuməti ingilislərin Cənubi-Qərbi Qafqaz Cümhuriyyətini süquta 
yetirməsini  kəskin şəkildə qınamış, onlara olan inamı utancverici bir şəkildə heçə 
endirdiyini bildirmişdi.
240
 Bundan sonra Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin 
12 bölgəsində milli şuralar yerli hökumətlər şəklində müstəqil fəaliyyət göstərirlər. 
Vilayətdə fövqəladə vəziyyət elan edilir və aprelin 14-də yerli türk-müsəlman 
əhalisini sakitləşdirmək məqsədilə ingilis generalı Devinin tövsiyəsi ilə 6 türk, 1 rus 
(
molokan), 1 yunandan ibarət yeni qondarma Milli Şura yaradılır.
241
 
Aprelin 19-da Qars vilayətinin qubernatoru təyin edilən S.Korqanov, 
aprelin 21-də isə general Osepyanın komandanlığında 2000 erməni əsgəri, 
onların ardınca da 50 min erməni qaçqını Qarsa daxil olur. Aprelin 28-də 
2-ci erməni piyada alayı 
Qarsı ingilislərdən təhvil 
alır. Ayın 30-da qondarma 
Milli Şura ləğv edilir
daşnak hökuməti Qarsda 
öz fəaliyyətinə başlayır və 
qəza təşkilatlarını qurmaq 
üçün öz nümayəndələrini 
bölgələrə göndərir.
Cənubi-Qərbi Qafqaz 
Cümhuriyyətinin ingilislər 
tərəfindən süquta yetirilməsi 
fürsətindən istifadə edən 
gürcü ordusu general 
Kvinitatzenin komandanlığında aprelin 20-də hücuma keçərək Ərdəhanı, daha 
239 
 Gökdemir Ahmet Ender. Cenüb-i Garbi Kafkas Hükümeti. Ankara. 1989
240 
Hovannisian Richard. The Republic of Armenia. Volume I, 1918-1919, Los Angeles: University of California 
Press,1971
241 
 Gökdemir Ahmet Ender. Cenüb-i Garbi Kafkas Hükümeti. Ankara. 1989
Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin üzvləri 
Malta adasında sürgündə


- 146 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sonra isə Çıldır və Gölə nahiyələrini işğal etmış, kütləvi qırğınlar törətmişdi.
242
 
Müttəfiqlərin qoşunlarının komandanlığının ermənipərəst mövqeyi 
erməniləri yeni-yeni əraziləri ələ keçirməyə təhrik edirdi. 1919-cu il mayın 28-
də Ermənistan parlamenti “Birləşmiş Ermənistan haqqında Akt” qəbul etmiş, 
Azərbaycana və Türkiyəyə qarşı iddia sürdüyü ərazilər,  o cümlədən də Qars 
vilayəti “Birləşmiş Ermənistana” daxil edilmişdi. 
1919-cu il iyunun 8-də ingilis hərbçilərinin Qarsı tərk etməsindən sonra 
erməni silahlı dəstələri genişmiqyaslı hücumlara başlayırlar. Ermənilərin 
törətdikləri qırğınlardan qurtulmaq üçün İrəvan quberniyasının 91 kəndindən 
Qars vilayətinə pənah 
gətirən 25 min azərbaycanlı 
əhalinin bir qismi yenidən 
Türkiyənin içərilərinə doğru 
hərəkət etmiş, bir qismi də 
Gürcüstandan keçməklə 
Azərbaycanda özlərinə 
sığınacaq tapmışdı.
243
 
9 mart 1920-ci ildə 
Azərbaycan parlamentinin 
fövqəladə iclasında Qars 
vilayətində və İrəvan 
quberniyasında baş verən 
qanlı hadisələr, Ermənistan 
Respublikasının təcavüzkar  əməlləri müzakirə edilmişdi. Müzakirənin sonunda 
qətnamə qəbul edilmişdi. Qətnamədə Azərbaycan parlamentinin Rəyasət 
Heyətinə səlahiyyət verilmişdi ki, Ermənistan hökumətinin qanlı əməllərinə 
son verməsinə təsir göstərmək üçün mədəni ölkələrin parlamentlərinə müraciət 
etsin və Azərbaycan hökumətinə tapşırılmışdı ki, erməni təcavüzündən zərər 
çəkənlərin və qaçqınların vəziyyətinin yüngülləşdirilməsi üçün lazım olan 
tədbirləri görsün.
244
  
Hәr tәrәfdәn hәrbi təcavüzə mәruz qalan Türkiyәnin ölüm-dirim məsәlәsi 
hәll edildiyindәn, Malta adasına sürgün edilәn Cәnubi-Qәrbi Qafqaz 
Cümhuriyyətinin qurucularının taleyi ilə uzun müddət maraqlanan olmamışdı. 
Arxiv sənədlərindən məlum olur ki, Malta adasında sürgündə olan Qars 
242 
 Yenə orada.
243 
  ARPİİSSA, fond 276, siyahı 1, iş 38, vərəq 47.
244 
 ARDA, fond 897, siyahı 1, iş 69, vərəq 101.
Qarsda İbrahim bəy Cahangirovun məzarı


- 147 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
hökuməti üzvlərinin taleyi ilə ilk öncə Azərbaycan hökuməti məşğul olmuşdu.
Azәrbaycanın xarici işlәr nazirinin müavini Mәmmәd bәy Tәkinski 1919-cu 
il noyabrın 21-dә Azәrbaycanın Gürcüstandakı diplomatik nümayәndәliyinә 
mәktub göndәrmişdi ki, Britaniya hökumәtinin Qafqazdakı ali komissarı 
Uordropa Azәrbaycan hökumәti adından müraciәt etsin vә sürgündә olan 
qarslı mücahidlərin azad edilmәsi haqqında vәsatәt qaldırsın.
Lakin İbrahim bәy Cahangirovun vә mәslәkdaşlarının azad edilmәsi yalnız 
1921-ci ilin may ayında baş tutmuşdu. Belə ki, Böyük Britaniya I Dünya 
müharibәsindәn sonra Qafqaz mandatına sahib olduğu zaman hәmin ölkәnin 
xarici işlәr naziri lord Kerzonun qardaşı polkovnik Ravlinson Şәrqi Anadoluya 
nәzarət etmək üçün öz qәrargahını Әrzurumda yerlәşdirmişdi. İngilislər 
Qafqazdan çәkildikdәn vә Kazım Qarabәkir paşanın komandanlığı ilә türk 
ordusu Şәrqi Anadolunu azad etdikdәn sonra polkovnik Ravlinson türklәrin 
әlindә girov qalmışdı. 
Atatürk Maltada sürgündә olan yüz türk mücahidini polkovnik Ravlinsonla 
dәyişmәyi Britaniya hökumәtinә tәklif edir. Әsirlәr gәmi ilә Trabzon limanına 
gәtirilirlәr. Lakin ingilislәr hiylәyә әl ataraq, polkovniki tәhvil alıb, qarslı әsirlәri 
təhvil vermədən geri dönmәk istәdiklәrindәn әmәliyyat baş tutmur. İkinci dәfә 
Atatürk polkovnik Ravlinsonla 65 әsiri, o cümlәdәn, Cәnubi-Qәrbi Qafqaz 
Cümhuriyyətinin parlament üzvlәrini dәyişdirmәyi tәklif edir. Mayın 23-də 
әsirlәr azad edilir vә qarslı mücahidlәr әski Rusiya tәbәәsi olmaları bәhanәsi ilә 
Tiflisә göndәrilirlәr. Sonradan onlar müxtəlif yollarla Qarsa qayıdırlar. 
Yuxarıda sadalanan faktlar onu sübut edir ki, 40 illik Rusiya işğalından 
qurtulan Qars vilayəti ingilislərin yeritdiyi cinayətkar siyasət sayəsində 
Ermənistanın işğalı altına düşmüş və 1920-ci ilin oktyabrınadək işğal altında 
qalan Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin əhalisi sözün həqiqi mənasında 
erməni silahlı qüvvələri tərəfindən soyqırımına məruz qoyulmuşdu. 
Yuxarıda sadalanan faktlar onu da göstərir ki, Birinci Dünya müharibəsindən 
sonra ingilis missiyası Cənubi Qafqazda fəaliyyət göstərdiyi dövrdə erməni 
tarixçilərinin iddia etdikləri kimi, türk-müsəlman əhalisinin deyil, ermənilərin 
mənafeyinə xidmət etmiş, onların törətdikləri qırğınlara, qətl və qarətlərə rəvac 
vermişdi.  


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə