ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə54/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   50   51   52   53   54   55   56   57   ...   95

- 148 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XIV iddia
“1918-1920-ci illərdə İrəvan quberniyasında 
azərbaycanlı əhaliyə qarşı soyqırımı  
siyasəti həyata keçirilməyib”
Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri 
soyqırımı və azərbaycanlıların yaşayış məntəqələrinin silah gücünə darmadağın 
edilməsi barədə o dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət 
qədər materiallar öz əksini tapmışdır. Lakin hazırda erməni tədqiqatçıları 
ya bu məsələnin üstündən sükutla keçir, ya da Azərbaycan tədqiqatçılarının 
yazdıqlarına cavab olaraq bildirirlər ki, guya 1918-1920-ci illərdə İrəvan 
quberniyasında azərbaycanlı əhaliyə qarşı soyqırımı siyasəti gerçəkləşdirilməyib, 
sadəcə olaraq Ermənistan hakimiyyətini qəbul etməyən bölgələrdə tərk-silah 
əməliyyatları keçirilib. Halbuki, bu mövzu ilə bağlı sovet hakimiyyətinin ilk 
illərində bir sıra erməni tədqiqatçıları və siyasi xadimləri öz əsərlərində erməni 
silahlı qüvvələrinin 1918-1920-ci illərdə istər Türkiyə ərazisində, istərsə də 
indiki Ermənistan ərazisində türk-müsəlman əhaliyə qarşı vəhşiliklər və kütləvi 
qırğınlar törətdiklərini etiraf etmişlər.
Bəs faktlar nə deyir? Araşdırmalar göstərir ki, öncə erməni siyasi partiyaları 
və onların silahlı dəstələri, daha sonra isə qərbi Azərbaycan torpaqlarında 
qurulan müstəqil Ermənistan dövləti tarixi şəraitin verdiyi fürsətdən istifadə 
edərək türk-müsəlman əhaliyə qarşı öz cinayətkar əməllərini həyata keçirmişlər. 
1917-ci ilin noyabrında Rusiyada hakimiyyət dəyişikliyindən sonra Şərqi 
Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını 
ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımları həyata 
keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı 
dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən 
başlamışdı. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan 
quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid 
qəzasında 7 və Sürməli qəzasında 75 kəndi - üst-üstə 198 kəndi darmadağın 
etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırımına məruz 
qoymuşdular.
245
245 
 ARDA, fond 894, siyahı 10, iş 80, vərəq 49-56; Azərbaycan xalqına qarşı 1918-ci ilin mart soyqırımı. Sənədlər 
toplusu. 3 cilddə, II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. 1918-1920-ci illər. Bakı: Çaşıoğlu, 2011


- 149 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Türkiyə kəşfiyyatının 18 mart 1918-ci ildə Qafqaz cəbhəsindəki vəziyyətlə 
bağlı əldə etdiyi məlumatda bildirilirdi ki, ermənilərin Qafqazdakı silahlı 
qüvvələrinin sayı 50 min nəfərdir və bu qüvvələrin formalaşması üçün 20-yə 
qədər ingilis zabiti fəal surətdə məşğul olur.
246
1918-ci ilin aprelində türk qoşunlarının Qarsı erməni işğalından azad 
etməsindən sonra Andranikin qoşunu geri çəkilərək Gümrü şəhərinə daxil 
olmuş, sonra isə Axılkələk istiqamətində hərəkət etmişdi. Həmin qoşun 
Ağbaba nahiyəsinin Arpaçay boyunca yerləşən Böyük Şiştəpə, İlanlı, Düzkənd, 
Qaranamaz, Təzəkənd kəndlərini viran etdikdən sonra qonşu Xocabəy (
sonralar 
Boqdanovka rayonu) nahiyəsinin türk kəndlərini xaraba qoymuşdu. Axılkələkdə 
türk qoşunlarına məğlub olan Andranikin silahlı dəstələri may ayının 14-dən 
18-dək İrəvan quberniyasına bitişik ərazilərdə Voronsovka (
sonralar Kalinin 
rayonu) və Cəlaloğlu (sonralar Stepanavan rayonu) nahiyələrinin azərbaycanlı 
kəndlərini viran qoymuşdu. Mayın 21-22-də Voronsovka və Cəlaloğluda 
türk qoşunlarına məğlub olan Andranikin qoşunu Loru bölgəsindən Dilicana 
keçmiş, oradan Qaraqoyunlu dərəsi ilə irəliləyərək iyunun 12-də Göyçə gölünün 
sahilindəki Axta nahiyəsinin azərbaycanlı kəndlərini darmadağın etmişdi. Sonra 
Novo-Bəyazid (
Kəvər) qəzasını, daha sonra isə Dərələyəz mahalının kəndlərini 
viran qoymuşdu. 1918-ci il iyunun 20-də Dərələyəz istiqamətindən Naxçıvana 
soxulan Andranikin qoşunu orada da qırğınlar törədərək, Culfa istiqamətindən 
Cənubi Azərbaycana daxil olmuşdu. 
İyunun 24-də Xoy şəhərində soyqırımı törədən Andranikin qoşunu 
Urmiya üzərinə hücum etmişdi. Aparılan tədqiqatlar göstərir ki, həmin dövrdə 
ermənilər türk qoşunları ilə qarşılaşmaqdan qorxaraq yenidən Naxçıvana 
qayıtmış, avqustun əvvəlində Oxçu vadisi ilə Zəngəzura daxil olmuşdular. 
1919-cu ilin aprel ayınadək Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək 
hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış 
məntəqəsini viran qoymuşdu. Zəngəzuru ələ keçirməklə Andranik Türkiyənin 
türk dünyası ilə əlaqəsini kəsmək üçün Qərb dövlətlərinin niyyətlərini 
reallaşdırmışdı. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini 
rəsmiləşdirmişdi, Naxçıvan Azərbaycandan ayrı salınmışdı. 
Erməni silahlı dəstələri 1918-ci ilin Novruz bayramı günlərində İrəvan 
quberniyasının Pəmbək mahalının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar 
etmiş, əhalisini kütləvi qırğınlara məruz qoymuşdu. Pəmbək nahiyəsinin 
9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Arcut 
kəndində 60 nəfər qətlə yetirilmiş, Vartanlı kəndində isə 13 yaşından yuxarı 
246 
 Toksoy Nurcan. Revanda Son Günlər. Türk Yönətimindən Ermeni Yönetimine. Ankara: Orion Yayınevi, 2007


- 150 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
411 kişini tövləyə dolduraraq yandırmışdılar. Həmin kənddən yalnız bir nəfər 
qaçaraq canını qurtara bilmişdi. Erməni silahlı dəstələri həmçinin 1918-ci ilin 
Novruz bayramı günlərində Əştərək yaxınlığındakı Gözəldərə kəndinə basqın 
etmiş, 600 nəfərdən çox sakini qətlə yetirmiş, bütün tikililəri yandırmışdılar. 
Həmin kənddən yalnız üç nəfər gənc qaçaraq canlarını qurtara bilmişdi.
247
Türkiyə arxivlərində saxlanılan sənədlərdə qeyd edilir ki, 1918-ci il aprelin 
29-da Gümrüdən 500 araba ilə Axılkələyə getməkdə olan 3000-ə qədər qadın, 
qoca, uşaq və kişi öldürülmüşdü.
248
Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında 
Cənubi Qafqaz Seymi nəzdində Müsəlman fraksiyasının qaçqınlar şöbəsi 
yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ 
qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı törədilən qırğınlara son 
qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri 
Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyəti müəyyən dərəcədə 
yüngülləşdirilsə də, qırğınları dayandırmaq mümkün olmamışdı.
İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə 
İrəvan Müsəlman Milli Şurası yaradılmışdı. Milli Şuranın sədri Əli xan Makinski, 
katibi isə Cabbar Məmmədzadə idi. İrəvan Milli Şurasının ermənilərin 
törətdikləri qırğınlar barədə Bəyaziddəki türk qoşunlarının komandanlığına 
göndərdiyi məktubda qeyd edilirdi ki, may ayına qədər iki yüz kənd məhv 
edilmiş, zülmdən qurtula bilənlər dağlara qaçmış, onların da bir qismi aclıqdan 
və soyuqdan ölmüşdü. İrəvan şəhərinin 18 min nəfərlik müsəlman əhalisi iki 
aydır ki, mühasirə altındadır.
Bütün bu qırğınları ermənilər Cənubi Qafqazda üç müstəqil dövlət 
yarananadək törətmişdilər. Müsəlman Milli Şurasının 1918-ci il mayın 29-da 
keçirilən iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsindən 
sonra vəziyyət daha da ağırlaşmışdı.
İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh və dostluq 
haqqında imzalanan müqaviləyə əsasən, Ermənistan Respublikasının ərazisi 
təqribən 10 min kvadrat kilometr təşkil edirdi. Bu respublikanın ərazisinə 
Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə 
biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Lakin ermənilər bununla 
kifayətlənməyib, silah gücünə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini 
davam etdirməklə yeni-yeni əraziləri ələ keçirirdilər.
247 
 Qazıyev Y. Erməni məsələsi. Yalanlar və gerçəklər. Bakı: Nurlar, 2009
248 
 Karabekir Kazım. 1917-1920 Arasında Erzincandan Erzuruma Ermeni Mezalimi. İstanbul: Emre Yayınları, 2000


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə