ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə55/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   51   52   53   54   55   56   57   58   ...   95

- 151 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında ermənilərin 
müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn həyəcanlı 
xəbərlər müzakirə edilmişdi. İrəvan quberniyası ərazisində ev-eşiklərindən 
didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, 
ermənilərin 206 kəndi dağıtdığı bildirilirdi. Milli Şura İrəvan quberniyasında 
qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara 
almışdı. Azərbaycan hökumətinin 15 iyul 1918-ci il tarixli qərarı ilə Xarici İşlər 
Nazirliyinə tapşırılmışdı ki, bütün Cənubi Qafqazda ermənilərin müsəlmanlara 
və onların əmlakına qarşı törətdikləri zorakılıqları təhqiq etmək üçün Fövqəladə 
İstintaq Komissiyası yaratsın.
249
 
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski 1918-ci il iyulun 28-
də Gürcüstandakı daimi nümayəndəyə göndərdiyi teleqramda Novo-Bəyazid 
qəzasının azərbaycanlı kəndlərində ermənilərin törətdikləri vəhşiliklərlə bağlı 
Ermənistan hökumətinə etiraz göndərməsini tapşırmışdı. Ermənistan hökuməti 
1918-ci ilin sentyabr-oktyabr aylarında silahlı müdaxilə yolu ilə Yelizavetpol 
(
Gəncə) qəzasının Novo-Bəyazid qəzasına bitişik əraziləri ələ keçirmək, orada 
Qarsdan və Gümrüdən olan qaçqınları məskunlaşdırmaq istəyirdi.
250
30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən, türk qoşunları 
1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. Bundan sonra 
Ermənistan ordusu İrəvan quberniyasının və Qars vilayətinin ərazilərində türk-
müsəlman əhalini tamamilə məhv etməyə başlamışdı. 1918-ci ilin dekabrında 
türk qoşunlarının sonuncu hissələrinin İrəvan quberniyasını tərk etməsindən 
sonra yerli müsəlman əhalinin müdafiəsi yerli milli şuraların özünümüdafiə 
dəstələrinin ümidinə qalmışdı. Geri çəkilməzdən öncə türk ordusunun 
komandanlığı həmin özünümüdafiə dəstələrinin silah-sursatla təmin 
edilməsində əlindən gələn köməyi əsirgəməmişdi. 
1919-cu il yanvar ayının əvvəllərində Azərbaycanın xarici işlər nazirinin 
müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər nazirinə 
göndərilən notada qeyd edilirdi ki, İrəvan quberniyasında çoxsaylı erməni 
silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və 
kəndlərdə tərk-silah olunur, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə 
tabe etdirməyə çalışırlar, təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün 
Araz çayını keçmək istəyərkən boğulan azərbaycanlıların sayı 300 nəfərə çatır.
251
 
İrəvan quberniyasından gələn xəbərlər o qədər ciddi və həyəcanlı idi ki, 
249 
 ARDA, fond 970, siyahı1, iş 6, vərəq 1.
250 
 ARDA, fond 897, siyahı1, iş 25, vərəq 38.
251 
 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 268, siyahı 23, iş 503, 
vərəq 29.


- 152 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Azərbaycan parlamenti 8 yanvar 1919-cu il tarixli iclasında İrəvan quberniyası 
müsəlmanlarının vəziyyəti haqqında məsələ müzakirə etmişdi. Yanvar ayında 
İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından Mir Hidayət 
Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində 
isə qeyd edilirdi ki, Ermənistan hökuməti silah gücünə erməni qaçqınlarını 
müsəlmanların yaşadıqları ərazilərdə məskunlaşdırır. Məqsəd ondan ibarətdir 
ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları 
təmizləsinlər ki, Paris Konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu 
sübut edə bilsinlər.
1919-cu il fevralın 24-də Azərbaycan xarici işlər nazirinin müavini 
A.Ziyadxanov ermənilərin Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı 
törətdikləri vəhşiliklər barədə müttəfiq dövlətlərin birləşmiş qüvvələrinin 
komandanı general V.Tomsona məlumat vermişdi. Novo-Bəyazid qəzasının 26 
azərbaycanlı kəndinin sakinlərinin 1919-cu il martın 29-da keçirdikləri icma 
yığıncağında Azərbaycan hökumətinə və xalqına qəbul olunmuş müraciətdə 
qeyd edilirdi: “
Ararat Respublikasının qoşunları, erməni şovinist və quldur 
dəstələri tərəfindən dəfələrlə dinc müsəlman kəndlərinə hücumlar edilərək 
kəndlər dağıdılır, sakinlərin başlarına görünməmiş müsibətlər açılır və 
onlar qeyri-insani hərəkətlərlə təhqir edilirlər. 270-dən çox müsəlman 
kəndi dağıdılmışdır ki, bundan başlıca məqsəd İrəvan quberniyasında qalan 
müsəlman əhalini sıxışdırıb tamamilə qovmaqdan ibarətdir”.
252
Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanovun 17 iyun 
1919-cu ildə Nəsib bəy Usubbəyova göndərdiyi məlumatda bildirilirdi 
ki, türk qoşunlarının təxliyəsindən sonra əhalisinin, demək olar ki, hamısı 
müsəlmanlardan ibarət olan İrəvan quberniyasının bir hissəsində Araz 
Respublikası (
Araz-Türk Respublikası) və onun müvəqqəti hökuməti 
yaradılmışdı. Müvəqqəti hökumətin qurulmasında məqsəd Ermənistanın iddia 
etdiyi həmin əraziyə erməni qoşunlarını buraxmamaqdan və ilk imkanda öz 
üzvi orqanizmi ilə - Azərbaycanla yenidən birləşməkdən ibarətdir. İyunun 21-
də Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Məhəmməd xan 
Təkinski xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi şifrəli teleqramda 
bildirirdi ki, Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı rayonları erməni qoşunları 
tərəfindən tutulmuşdur və artıq orada erməni administrasiyası yaradılmışdır.
1919-cu ilin yay ayları ərzində erməni quldur birləşmələri 300 azərbaycanlı 
kəndini yandırmışdılar. On minlərlə adam - kişilər, qadınlar və uşaqlar həlak 
olmuşdu.
253
252 
 ARDA, fond 897, siyahı 1, iş 24, vərəq 360.
253 
 ARDA, fond 970, siyahı 1, iş 54, vərəq 94-97.


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə