ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə56/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   52   53   54   55   56   57   58   59   ...   95

- 153 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Avqustun əvvəllərindən etibarən İqdır və Eçmiədzin qəzalarının müsəlman 
kəndlərində qırğınlara başlanmışdı. Həmin bölgələrdə ermənilər 60 kəndi 
darmadağın etmişdilər.
254
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinski 1 avqust 
1919-cu ildə xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi teleqramda qeyd edirdi 
ki, erməni qoşunları iyulun 4-də Böyük Vediyə çatmışlar və danışıqlar zamanı 
ilk atəş ermənilər tərəfindən açılmış, Böyük Vedidən olan nümayəndələr - 
Zeynalabdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşir bəy oğlu öldürülmüşlər. Bundan 
sonra böyük vedililər də atəş açmış, atışma axşamadək davam etmişdir. 
Axşamüstü ermənilər Böyük Vedi müsəlmanlarının hücumuna tab gətirməyərək 
döyüş meydanında pulemyotlar, mərmilər buraxaraq geri çəkilmişlər. 
M.Təkinski daha sonra qeyd edirdi ki, böyük vedililər İrəvan quberniyasında 
300-dən artıq müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığını və on 
minlərlə kişi, qadın və uşağın öldürüldüyünü görüb mübarizə aparırlar.
255
   
Ermənistan ordusunun İrəvan quberniyasının azərbaycanlılar yaşayan 
bölgələrində silah gücünə həyata keçirdiyi etnik təmizləmə siyasətinə qarşı 
aparılan bütün diplomatik yazışmalar heç bir nəticə verməmişdi. Azərbaycanın 
xarici işlər naziri M.Y.Cəfərovun Ermənistandakı həmkarına 22 sentyabr 
1919-cu ildə göndərdiyi notada 1918-ci ilin yanvarından etibarən ermənilərin 
İrəvan quberniyası ərazisində törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz 
əksini tapmışdı. Notada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında türklərin 
İrəvan quberniyasından çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının 
Qaraxaç (
Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını tərk-silah 
etmiş, Qədili, Şahablı, Qaraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s. kəndləri 
darmadağın etmiş, demək olar ki, adları çəkilən kəndlərin sakinlərinin hamısını 
öldürmüşdür. Eyni aqibətlə Milli Dərəsi bölgəsinin bəzi kəndləri də üzləşmişlər. 
Daha sonra notada qeyd edilirdi ki, təqribən həmin vaxt erməni ordusu 
Novo-Bəyazid qəzasının Basarkeçər rayonunun kəndlərini mühasirəyə almış, 
Qızılvəng, Subatan, Zağalı kəndlərinin əhalisini qırmışdır... Şahab kəndində 
uşaqları təndirə atıb yandırmışlar.
256
Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy 
Makinskinin 11 noyabr 1919-cu il tarixli məruzəsində Ermənistan hökumətinin 
əsl siması açılırdı: “
1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 
yarım milyon əhali dilənçi vəziyyətinə düşüb (Naxçıvan qəzasından, 
254 
 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. I cild, Bakı, 1998
255 
 ARDA, fond 970, siyahı 1, iş 15, vərəq 13.
256 
 ARDA, fond 970, siyahı 1, iş 84, vərəq 16-17.


- 154 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və 
Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər 
şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən 
artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və 
qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, 
Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. 
Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər 
Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar 
rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayır. 
Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 
3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri 
Maku xanlığına və Türkiyə ərazisinə köçüblər... İrəvan şəhərində aclıq 
keçirən əhalinin sayı 8 min nəfərdir”.
257
1919-cu il dekabrın 16-da Ermənistan Nazirlər Soveti Zəngibasara hücum 
məsələsini müzakirə edir. Dekabrın 21-də Ermənistan ordusu Zəngibasar 
rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayır. İrəvan 
quberniyasının Zəngibasar rayonu müsəlmanlarının müvəkkilləri tərəfindən 3 
yanvar 1920-ci ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə 
göndərilən məktubda onlar müttəfiq dövlətlərin ali komissarı ilə görüşə 
bilmədiklərindən, Zəngibasar müsəlmanlarının vəziyyətinə dair məruzələrinin 
Ali komissara çatdırılmasını xahiş edirdilər. Onlar öz müraciətlərində hər bir 
gecikdirilən saatın minlərlə müsəlman ailəsinin məhvinə səbəb olduğunu qeyd 
edirdilər. 
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir 
Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi 
məxfi məktubunda göstərirdi ki, erməni silahlı birləşmələri Zəngəzuru 
müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında 
qoymaq istəyirlər. M.M.Mirbabayev yazırdı ki, İran tərəfi ingilislər və 
ermənilərlə əlaqəyə girərək, böyük şirnikləndirici vədlər verməklə naxçıvanlıları 
İrana köçürməyə təşviq edir ki, Naxçıvan zəifləsin və ermənilər oraya soxulmaq 
imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (
Milli Şura və yaxud Araz-
Türk hökuməti nəzərdə tutulur) Böyük Vedi və Aralıq rayonlarını əhatə edir
Zəngibasarla əlaqə qurulub. Sürməli və Eçmiədzində törədilən qırğınlardan 
sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətində qalmış və hərbi təlimlər 
keçirmək üçün təlimatçılar dəvət etmişdir. M.M.Mirbabayev daha sonra yazırdı 
ki, Zəngibasarın 12 kəndində tamamilə müsəlmanlar yaşayır və bu kəndlər 
257 
 ARDA, fond 2894, siyahı 1, iş 1, vərəq 19.


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə