ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə58/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   54   55   56   57   58   59   60   61   ...   95

- 157 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
ki, həmin kəndlərdə türk əhalisi çox az olduğu üçün ermənilərə heç bir 
ziyan vura bilməzdi. Xüsusən, Böyük Qarakilsə şəhərinin yanındakı 
Vartanlı kiçik türk kəndində törədilən qırğınlar həyəcanlandırıcı idi”.
Erməni sovet tədqiqatçısı Anahid Lalayan 1938-ci ildə Moskvada SSRİ 
Elmlər Akademiyasının nəşri olan “Исторические записки” çoxcildliyinin 
2-ci cildində dərc etdirdiyi “Daşnaksutyun Partiyasının əks-inqilabi 
rolu” məqaləsində yazır ki, “Daşnaksutyun” Partiyasının Ermənistanı 
“erməniləşdirmə” siyasəti azərbaycanlı və kürd əhalisini məhvetmə, yerdə qalan 
milli azlıqları təqibetmə və ölkədə milli ədavəti qızışdırmaq yolu ilə həyata 
keçirilmişdi. Məqalə müəllifi daşnakların hakimiyyətdə olduqları 2,5 il ərzində 
Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı müharibə apardıqlarını, 
heç bir fərq qoymadan dinc əhalini öldürməklə və talan etməklə, azərbaycanlı 
kəndlərini məhv etməklə məşğul olduqlarını yazır. O, 1918-1919-cu illərdə 
Daşnaksutyun hökumətinin azərbaycanlı və kürd kəndlərini “dövlətin tələblərini 
yerinə yetirməmək” bəhanəsi ilə bombardman etdiyini qeyd edir. Daha sonra 
A.Lalayan yazır ki, Ermənistanda 1920-ci il may üsyanının yatırılmasından 
sonra daşnaklar yenidən azərbaycanlı və kürd kəndlərini bombardman etmiş, 
“Müsəlmanlar bizim düşmənimizdir” şüarı ilə dinc sakinləri məhv etmişdilər.
264
 
A.Lalayan daşnakların hakimiyyəti dövründə Baş Gərninin, Böyük Vedinin, 
Basarkeçərin, Şərurun, Qarabağın və Zəngəzurun dəfələrlə bombardman 
edildiyini yazır.
Daha sonra A.Lalayan “Joğovurd” (“
Xalq”) qəzetinə istinadən (№ 105, 
1920-ci il) yazır: “Daşnak hökumətinin zabitlərindən Q.Muradyan ermәni 
һökumәtinin Göyçә gölünün şimal saһilindә olan azәrbaycanlı kәndlәrini 
viran qoyan bandit dәstәlәrinin əməllərini təsvir edərək qeyd etmişdi: “...
Bizim һökumәtin gördüyü tәdbirlәr nәticәsindә... bu kәndlәrin (Toxluca, 
Ağbulaq, Ardanış vә b. – A.L.) әһalisi Ermәnistanın sәrһәdlәrini tәrk 
etmişdir. Mәn saһibsiz qalan kәndlәri gördüm, hansı ki, orada bir neçә 
pişik, iki-üç it qalmışdı. İtlər ölü sükutdan vahimələnərək qәribә səslə 
ulayırdılar...”.
265
 
Erməni müəlliflərindən gətirilən iqtibaslar 1918-1920-ci illərdə daşnak 
hökumətinin türk-müsəlman əhaliyə qarşı sözün həqiqi mənasında soyqırımı 
törətdiyini təkzibolunmaz faktlarla sübut edir. 
Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 
264 
Лалаян А.А. Контрреволюционная роль партии Дашнакцутюн. В кн. Исторические записки. Т.2., Изда-
тельство Академии Наук СССР, 1938
265 
 Yenə orada


- 158 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
500-ə yaxın azərbaycanlı kəndinin əhalisi soyqırımına məruz qalmışdı. Etnik 
təmizləmə həyata keçirildikdən sonra həmin kəndlərin əksəriyyətində xaricdən 
gələn ermənilər məskunlaşdırılmışdı. 
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların 
yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra 
həmişəlik olaraq xarabalığa çevrilmişdi. 
Yuxarıda sadalanan faktlar ermənilərin 1918-1920-ci illərdə İrəvan 
quberniyasında azərbaycanlı əhaliyə qarşı soyqırımı siyasətinin həyata 
keçirilmədiyi barədə iddialarını alt-üst edir. 


- 159 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XV iddia
“1948-1953-cü illərdə azərbaycanlı əhali 
Ermənistandan könüllü surətdə Azərbaycana 
köçürülüb”
Sovet hakimiyyəti illərində azərbaycanlıların 1948-1953-cü illərdə 
Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından deportasiyası məsələsini 
elmi-tədqiqat dövriyyəsinə cəlb etmək qadağan edilmişdi. Erməni tarixçiləri 
1946-cı ildən etibarən xaricdə yaşayan ermənilərin “repatriasiyası” haqqında 
çoxsaylı məqalələr və əsərlər yazsalar da, həmin proseslə yanaşı həyata keçirilən 
azərbaycanlıların deportasiyası barəsində bir cümlə də olsun yazmamışdılar. 
Yalnız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 1997-
ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki 
tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman 
imzalamasından sonra ermənilər bu məsələ barədə yazmaq məcburiyyətində 
qalmışdılar. Lakin erməni müəllifləri iddia edirlər ki, azərbaycanlı əhali 
Ermənistandan deportasiya edilməmiş, onlar “Sovet hökuməti tərəfindən öz 
ana vətənlərində - yəni Azərbaycanda yaradılan hər cür şəraitdən sonra böyük 
imtiyazlar əldə etməklə könüllü köçürülmüşlər”.
266
  
Bəs əsl həqiqət nədən ibarətdir?
Tarixə nəzər saldıqda aydın olur ki, istər çar Rusiyası dövründə, istərsə 
də Sovet hakimiyyəti illərində erməni siyasi dairələri tarixi şəraitin verdiyi 
fürsətdən istifadə edərək öz məkrli niyyətlərini həyata keçirmişlər. Ermənilərin 
azərbaycanlılara qarşı 1905-1906-cı və 1918-1920-ci illərdə həyata keçirdikləri 
kütləvi qırğınlar və soyqırımı aksiyaları məhz müəyyən tarixi şəraitin onlara 
verdiyi fürsətin nəticəsi kimi qiymətləndirilməlidir. 1948-1953-cü illərdə 
azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından 
kütləvi surətdə deportasiyası isə ermənilərin və onların havadarlarının İkinci 
Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə 
yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi.
1944-cü ilin iyununda Ermənistan Kommunist Partiyası Mərkəzi 
Komitəsinin birinci katibi Qriqori Arutinov məşhur sovet tarixçisi, akademik 
Yevgeni Tarleni İrəvana dəvət edərək, onunla “Qərbi Ermənistan”ın (
yəni 
266 
 Действительная история с переселением азербайджанцев из Армении. 
http://www.panarmenian.net/rus/details/152110.


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə