ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə59/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   55   56   57   58   59   60   61   62   ...   95

- 160 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Türkiyənin Şərqi Anadoludakı ərazisinin bir hissəsinin) Sovet Ermənistanına 
“qovuşdurulması” aspektlərini müzakirə etmişdi. Nəticədə, akademik Tarlenin 
Sov.İK(b)P MK-ya təqdim etdiyi arayış SSRİ Xalq Komissarları Sovetinin sədri 
İosif Stalinin yanında müzakirə olunsa da, heç bir qərar qəbul edilməmişdi.
267
 
İkinci Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı 
ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. 
İ.Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars 
və Ərdəhan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin 
Türkiyədən qopardılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması 
problemi qarşıya çıxmışdı. Bu problemin xaricdə məskunlaşan Türkiyə əsilli 
ermənilər hesabına həll edilməsi nəzərdə tutulurdu. 
Qarşıdan isə bütün ermənilərin katolikosunun seçkiləri kampaniyası 
gəlirdi. Bu fürsətdən istifadə edən Eçmiədzin katolikosluğunun arxiyepiskopu, 
Baş patriarxın müavini Gevorq Çörəkçyan 19 aprel 1945-ci ildə SSRİ Xalq 
Komissarları Sovetinin sədri İ.Stalinə ərizə ilə müraciət edərək ondan Eçmiədzin 
kilsəsinin problemlərinin həll edilməsində köməklik göstərməsini xahiş edir.
268
 
İ.Stalin bu məqamdan istifadə edərək, Eçmiədzin kilsəsinin arxiyepiskopu, 
katolikos postuna real namizəd G.Çörəkçyanı Moskvaya çağırır. 1945-ci il 
aprelin 19-da G.Çörəkçyan Stalinlə görüşür. Görüşün sonunda Stalin deyir ki, 
Sovet hökuməti 1921-ci ildə Türkiyəyə verilmiş torpaqları qaytarmaq istəyir
arzu olunandır ki, həmin torpaqlarda Türkiyədən qaçmış və hazırda xaricə 
səpələnmiş ermənilər məskunlaşdırılsınlar. Stalin təqribən 100 min erməninin 
immiqrasiyasını təşkil etmək haqqında tezliklə hökumətin qərarının olacağını 
bildirir və Eçmiədzin kilsəsinin bu işdə köməklik göstərməsini istəyir.
269
 Məhz 
bu görüşdən sonra ermənilərin xaricdən Ermənistana köçürülməsinə və paralel 
olaraq, azərbaycanlıların deportasiya edilməsinə ciddi hazırlıq görülür. Sovet 
hökuməti azərbaycanlıların Ermənistandan köçürülməsinin (
əslində, deportasiya 
edilməsinin) zəruriliyini Mingəçevir su anbarı tikilib istifadəyə verildikdən 
sonra Kür-Araz ovalığında yeni suvarılan torpaq sahələrinin yaranacağı və 
həmin torpaqlarda pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac olacağı ilə 
əsaslandırmağa çalışırdı.
1945-ci il mayın 15-də Ermənistan Kommunist (
Bolşeviklər) Partiyası 
Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov məktubla İ.Stalinə müraciət 
edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” 
267 
“Ноев Ковчег” qəzeti, Moskva, № 3 (138), март, 2009.
268 
 “Отечественные aрхивы” jurnalı, 1995, № 3 
269 
 Геворгян П. В борьбе за существование. Газ. “Армянский вестник”, Москва, сентябрь, 1993.  


- 161 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
haqqında qərar qəbul edilməsini xahiş edir. İyunun 6-da Stalin Kremldə 
Arutinovu qəbul edir. Arutinov Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə 
uyğun sərhədləri bərpa etmək haqqında məktubunu təqdim edir. İ.Stalin xarici 
işlər naziri Vyaçeslav Molotova tapşırır ki, ona 1914-cü il və 1921-ci il xəritələrini 
təqdim etsin. Oktyabrın 27-də Q.Arutinov yenidən Stalinin qəbulunda olarkən 
Stalin ona Sovet hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən 
düşmədiyini bildirir. Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına 
can atdığını, lakin ilk öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını 
– yəni Dağlıq Qarabağ və Naxçıvan məsələsinin həll edilməsini xahiş edir. 
Arutinov görüşün sonunda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana 
birləşdirilməsi haqqında növbəti məktubunu Stalinə təqdim edir.
270
 
SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin 
xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” 
qərar qəbul edir. Bundan bir həftə sonra ÜİK(b)P MK-nın katibi G.Malenkov 
Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə Arutinovun 
Stalin qarşısında qaldırdığı vəsatəti Azərbaycan K(b)P MK-nın birinci katibi 
M.C.Bağırova göndərir.
271
 1945-ci il dekabrın 10-da M.C.Bağırov həmin 
məktuba cavab olaraq göndərdiyi məktubda bildirir ki, o, Arutinovun təklifi ilə 
Şuşa istisna olmaqla, o şərtlə razıdır ki, Ermənistanın əhalisinin əksəriyyətini 
azərbaycanlılar təşkil edən Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana 
birləşdirilsin.
272
Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların 
Ermənistandan deportasiyası məsələsi aktuallaşmışdı.
SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən, xaricdən 
Ermənistana “repatriasiya” edilən ermənilərə Sovet İttifaqının ərazisinə daxil 
olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. Əslində, 
xaricdən köçürülüb gətirilən erməniləri “repatriant” adlandırmaq elmi nöqteyi-
nəzərdən düzgün deyildi. Çünki köçürülüb gətirilən ermənilər heç vaxt indiki 
Ermənistan ərazisində yaşamamışdılar. Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, 
Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya 
edilir. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və 
Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda yerləşdirilir.
273
 
Ermənistan rəhbərliyi 1946-cı ilə nisbətən 1947-ci ildə xaricdən köçürülüb 
270 
“Ноев Ковчег” qəzeti, №3 (138)  март, 2009.
271 
 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), fond 1, siyahı 
169, iş 249, vərəq 7.
272 
 ARPİİSSA, fond 1, siyahı 169, iş 249, vərəq 8-12.
273 
 История армянского народа: С древнейших времён до наших дней. Ереванский Университет, 1980


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə