ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə6/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   2   3   4   5   6   7   8   9   ...   95

- 18 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Gerb müəlliflərinin zəngin yaradıcı təxəyyüllərinə əsasən, həmin qalxanı 
caynaqları və pəncələri ilə möhkəm tutub-saxlayan qartal (təsvirdə tipik 
Bizans simvolu) və arxa pəncələri üzərində qalxmış heraldika şiri (Orta 
əsrlərdə Fransa, İngiltərə, Almaniya və digər dövlətlərin rəmzi) “tarixən 
erməni dövlətçiliyinin milli simvollarından” sayılmış, semantikaları ilə 
“erməni xalqına xas olan müdriklik, qürur, səbr və alicənablıq kimi yüksək 
mənəvi keyfiyyətləri” simvolizə etmişlər. Erməni simvolizminin tədqiqatçısı 
Samvel Qriqoryan gerbdəki zooloji rəngarəngliyə bəraət qazandıraraq bunları 
bildirir:
 Tarixi Ermənistan ərazisində mövcud olmuş dörd çar və ya kral 
(!) sülalələrinin rəmzlərinə -  heyvan və quş  təsvirlərinə görə, bəzən 
gerbimizi “zoopark” da adlandırırlar. Halbuki, “quşlar şahının” (qartal) 
və “heyvanların hökmdarının” (şir) rəmzi himayəsi altında olan bu 
“heyvanxana” (ekspert Ermənistan Respublikasının müasir gerbini nəzərdə 
tutur)
 çoxəsrlik erməni monarxiyalarının zəngin tarixini özündə əks 
etdirir”.
7
 Bu sitatda cənab Qriqoryanın milli təəssübkeşlik hissinə söykənən 
romantik “erməni monarxiyaları” ifadəsinin həqiqətdən uzaq olması ətrafında 
elmi dəlil-sübutlar gətirə bilsək də, həmin rəmzlərin bilavasitə erməni 
xalqının gerçək tarixini özündə əks 
etdirməsi ilə tamamilə razıyıq və onu 
əsaslandırmağa çalışacağıq. 
 O ki qaldı heraldik qalxan 
içərisindəki “milli fauna 
nümunələrinin” və solyar işarələrin 
etnik mənsubiyyətinə, onların da 
erməni simvolizmi ilə bağlılığına dair 
indiyədək heç bir təsdiqləyici tarixi 
material əldə edilməmişdir. Yəni, 
erməni alimlərinin etiraf etdikləri 
kimi, təsvirlər yalnız və yalnız erməni 
araşdırmaçılarının ehtimalları, daha 
dəqiq desək, şəxsi istəkləri əsasında 
yaradılmışdı. İstinad mənbəyi 
qismində isə Anadoluda və tarixi 
Azərbaycan ərazilərindəki qədim 
tikililərin, o cümlədən Orta əsrlərdə 
7   “Знаки всеармянских монархов в свете проблемы государственных символов Первой и Третьей Республик”, http://
armmir.ru/?p=61
Ermənistanın plagiat “heraldik fauna 
nümunələri” -Xetumilər, Rubenyanlar, Baqratilər, 
Mamikonlar, Arşakunilər sülalələrinə məxsus 
olduğu iddia edilən  rəmzləri


- 19 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
inşa edilmiş məscid binalarının, müsəlman qəbir daşlarının üzərindəki 
ornamentlər əsas götürülmüşdü. Lakin bəri başdan onu bildirək ki, İrəvan 
tədqiqatçıları nədənsə, həmin istinad mənbələrinin köklərini müəyyən etməyi 
“diqqətdən qaçırmışlar”. Köklər isə analoji rəmzlərin təkcə Azərbaycan (o 
cümlədən Qərbi Azərbaycan), Türkiyə və İran ərazilərində deyil, türk xalqlarının 
yaşadıqları digər torpaqlarda – Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, 
Özbəkistanda, Xakasiyada, Çuvaşıstanda,  Tatarıstanda, Tuvada, Şimali 
Qafqazda, Krımda və s. ərazilərdə də geniş yayıldığını, həm semantika, həm 
mifoloji təsəvvürlər, həm də etnik dövlətçilik tarixi baxımından ortaq türk 
simvolizminin ayrılmaz hissəsi olduğunu göstərir. Onu da xüsusi vurğulamaq 
istərdik ki, “qədim erməni dövlətçilik rəmzlərinin” nə tarixi mənbələrdə, nə də 
numizmatik nümunələrdə ilkin təsvirləri yoxdur və Ermənistan alimlərinin 
etiraflarına görə, həmin simvolların “ilkin görkəmi” XIX-XX əsrlərdə erməni 
tarixçilərinin səyləri nəticəsində “bərpa olunmuşdu”. Aşağıdakı təsvirlər isə 
həmin saxtakarlıqların hansı səviyyədə və hansı etnik heraldik mənbələr 
əsasında aparıldığını göstərir.
Yuxarıdan aşağıya: 1. Səfəvi dövlətinin bayraqlarından biri; 2. “Kilikiya erməni krallığında” 
Rubenyanlar sülaləsi üçün XX əsrdə yaradılmış bayraq. Burada Günəşin təsvirini xaç işarəsi 
əvəz etmişdir. Əslinə qalsa, həmin işarə də qədim Günəş rəmzlərindən biri hesab edilir; 3. Böyük 
Səlcuq İmperiyasının bayrağında ikibaşlı toğrul və dominant-vassal münasibətlərinin rəmzi olan 
“yay-ox” damğa işarəsi. 4. Erməni tarixçilərinin “Mamikonlar sülaləsi” üçün “bərpa etdikləri” 


- 20 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
bayraq 
Erməni xalqı üçün süni tarix yaratmaq və onu qədimləşdirmək məqsədilə 
təkcə xristianlığın müqəddəs mətnləri deyil, Orta Şərq xalqlarının qədim 
tarixi də erməni təftişlərinə məruz qalmışdı. Bu islahatların ilk müəllifi yenə 
də adı bəlli salnaməçi Movses Xorenatsi olmuşdu. Salnaməçinin “Tarix” 
kitabına istinadən, guya eramızın II əsrində “Ermənistan dövlətinin” 
(əslində Parf səltənətinin bir vilayətinin) məliyi Valarşak (Arşakilər 
sülaləsindən olan etnik parfiyalı) öz xalqının (oxu: “ermənilərin”) tarixini 
öyrənmək, onların nə zaman bu torpaqlara sahib olduqlarını müəyyən 
etmək üçün göz yaşı içərisində böyük qardaşına – Parfiya taxtında əyləşən 
hökmdar Böyük Arşaka (M.Xorenatsiyə görə, o da ermənidir) məktub 
yazır və onu ünvana çatdırmağı Mar Abas Katina adlı suriyalı (assur) saray 
mirzəsinə tapşırır. Məktubda Valarşak qədim Ermənistanda arxivləşdirmə 
və kitabxana işində yol verilmiş əyintiləri əsas götürərək bildirirdi: 
“Ermənistan ölkəsində mənədək kimlərin hakim olduqlarını bilmək 
istəyirəm. Çünki burada əvvəllər hansı qaydaların olması, məbədlərdə 
ayinlərin necə keçirilməsi barədə məlumat yoxdur. Hər şey dolaşıqdır, 
vəhşilikdir! O da məlum deyil ki, bu ölkənin başçılarından kim birinci, 
kim axırıncı olmuşdur… Ona görə də, Əlahəzrət, sənə yalvarıram, 
hüzuruna gəlmiş bu şəxsə (Mar Abasa) hökmdar arxivlərinin qapısını 
açdırasan ki, o, sənin qardaşının istədiklərini oradan tapa bilsin”.
8
 
Böyük Arşak sevimli qardaşının qəlbini qırmadı və Mar Abas Katinanın 
Nineviya şəhərindəki saray kitabxanasında saxlanılan qədim əlyazmalarla 
tanış olması haqqında əmr verdi. Çox keçməmiş Mar Abasın tədqiqatları 
nəhayət ki, öz bəhrəsini verdi. Araşdırmalar zamanı o, erməni xalqının 
qədim tarixindən bəhs edən ensiklopediya xarakterli naməlum bir əlyazma 
üzə çıxartdı. M.Xorenatsi həmin əlyazmanın guya vaxtilə assur dilində 
yazıldığını, sonra isə Makedoniyalı İskəndərin tapşırığı ilə (?) yunan dilinə 
tərcümə olunduğunu bildirir. Beləliklə, ermənilərin mifik əcdadı olan 
Haykın “dövlət müstəqilliyi” uğrunda mübarizəsi, onun Babil hökmdarı 
ilə münaqişəyə girməsi, sonra isə öz qövmünü götürüb Ağrı dağının 
ətəklərinə çəkilməsi və buradan da ermənilərin artıb-çoxalması, geniş 
torpaqlar zəbt edərək “Böyük Ermənistan” dövlətini qurmaları barədə 
“təkzibolunmaz” faktlar əldə olundu. Ermənilər Mar Abasın fədakarlığını 
8   Xоpeнaци М. “История Армении”. Перевод с древнеармянского языка, введение и примечания Гагика Саркисяна. “Ай-
астан”, 1990


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə