- 162 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
gətirilən ermənilərin sayının azalmasının
səbəbini onunla izah edirdi ki, xaricdən
gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək
mümkün deyil, köçürülənlər isə əsasən İrəvan şəhəri və onun ətraf rayonlarında
məskunlaşmaq istəyirlər. Ümumiyyətlə, 1946-1949-cu
illərdə xarici ölkələrdən
Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda
məskunlaşmışdı. Onlar əsasən şəhər ətrafındakı Nor-Areş, Zeytun, Nor Kilikiya
massivlərində məskunlaşdırılmışdılar.
274
Azərbaycanlıların deportasiyasına dair SSRİ Nazirlər Sovetinin qərarı
Tarixçilər SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasını İkinci Dünya
müharibəsindən sonra SSRİ ilə Qərb dövlətləri arasında “soyuq müharibə”nin
başlanğıc mərhələsi kimi izah edirlər. Sovet hökuməti ilə ABŞ və İngiltərə
274
Акопян Т. Очерк истории Еревана. Ереван, 1977
- 163 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
arasında aparılan uzun sürən diplomatik danışıqlar nəticəsində nəhayət ki,
Sovet hökuməti Türkiyəyə hücum etmək niyyətindən əl çəkmişdi.
Ermənilər
Sovet hökumətinin köməyi ilə Qars və Ərdəhanı ələ keçirmək fürsətini əldən
versələr də, 100 mindən artıq azərbaycanlı əhalinin tarixi-etnik torpaqlarından
deportasiya edilməsinə nail oldular.
1947-ci il dekabrın əvvəllərində Azərbaycan və Ermənistan K(b)P MK-
larının birinci katiblərinin adından İ.Stalinə məktub göndərilir. Birgə məktubda
Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlının köçürülməsi məsələsini
həll etmək xahiş olunurdu. Surəti Azərbaycan Respublikası Siyasi Sənədlər
Arxivində saxlanılan həmin məktubun altında imza,
imzalanma tarixi və
göndərilmə nömrəsi qeyd olunmamışdı.
275
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər
azərbaycanlı əhalinin Ermənistan SSR-dən
Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi
ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də
yaşayan 100 min kolxozçu və digər azərbaycanlı
əhali Azərbaycan SSR-in Kür-
Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-
cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu.
Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə
icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini
xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər.
276
“Digər azərbaycanlı əhali” kateqoriyasına açıqlıq gətirilməsə də, aydın olurdu ki,
bu kateqoriya altında Ermənistanın şəhərlərində yaşayan fəhlələrin və kolxozçu
olmayan azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu.
2 fevral 1948-ci ildə Azərbaycan SSR Nazirlər Soveti “Kolxozçuların və
digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsinə hazırlıq tədbirləri haqqında” məxfi qərar qəbul edir,
1948-ci ildə köçürülənlərin Azərbaycan SSR-in kolxozlarına bölüşdürülməsi
planını təsdiq edir.
277
10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli
qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan
SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi ilə əlaqədar
tədbirlər haqqında” ikinci qərar qəbul etmişdi. 14 maddədən ibarət olan bu
275
ARPİİSSA, fond 1, siyahı 222, iş 48, vərəq 1-2.
276
Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), fond 1894, siyahı 1, iş 13, vərəq 13-16.
277
ARDA, fond 411, siyahı 33, iş 112, vərəq 55-59.
- 164 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
qərarda köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan
və Ermənistan Nazirlər Sovetlərinin qarşısında konkret tədbirlərin həyata
keçirilməsi vəzifəsi qoyulmuşdu.
278
Azərbaycanda köçürmə işlərinə əvvəllər Nazirlər Sovetinin Köçürülmə
şöbəsinin müdiri, milliyyətcə erməni Nerses Brutens-Astvasaturyan
(O,
1935-1936-cı illərdə DQMV milis idarəsinin rəisi, sonra isə respublika avtomobil
müfəttişliyinin rəisi vəzifələrində işləmişdi. Uzun müddət Sov.İKP MK-nın
beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini olmuş Karen Brutensin atası
–N.M.) rəhbərlik edirdi. Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 13
may tarixli qərarına əsasən, həmin il Ermənistan SSR-in kənd rayonlarının
kolxozçuları
ilə bərabər, İrəvan şəhərinin Stalin və Spandaryan rayonlarından
da azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu.
1948-ci ilin sonunda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur
Quliyevin SSRİ Nazirlər Soveti sədrinin müavini V.Malenkova ünvanladığı
27 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli yuxarıda sadalanan qərarların
yerinə yetirilməsinin vəziyyəti haqqında hesabat xarakterli məktubunda Kür-
Araz ovalığına köçürülən əhali üçün bütün zəruri şəraitin olmaması - yaşayış
üçün mənzillərin yoxluğu, torpağın yararlı hala salınmaması, su təchizatının
həll edilməməsi, sanitar-profilaktik müəssisələrin olmaması vurğulanırdı.
Bütün bunları nəzərə alaraq, Ermənistan SSR-dən azərbaycanlıların köçürülmə
planında dəyişiklik edilərək bu rəqəmin 1949-cu ildə 15000-dən artıq nəzərdə
tutulmaması, Ermənistanın dağlıq rayonlarından köçürülənlərin Azərbaycanın
dağlıq rayonlarında yerləşdirilməsinə icazə verilməsi SSRİ
Nazirlər Sovetindən
xahiş edilir və həmin şəxslərə də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il
tarixli güzəştlərinin şamil edilməsinin məqsədəmüvafiq olması qeyd edilirdi.
279
Lakin SSRİ Nazirlər Soveti dəfələrlə edilən bu cür müraciətlərə bir qayda
olaraq belə cavab verirdi ki, təsdiq edilmiş köçürmə qrafikindən kənara çıxmaq
olmaz.
SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar
Ermənistan hökumətinə şans vermişdi ki, İrəvan ətrafında
və Ermənistan
sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrini köçürmək
yolu ilə birdəfəlik xəritədən silə bilsin. Ermənistanın hökumət nümayəndələri
azərbaycanlı əhalinin psixoloji cəhətdən köçürülməyə hazırlanması üçün
müxtəlif şayiələr yayırdılar. Ermənistan SSR-in daxili işlər naziri general-mayor
Xoren Qriqoryanın imzası ilə 3 may 1948-ci ildə Mir Cəfər Bağırova ünvanlanmış
278
ARDA, fond 411, siyahı 9, iş 580, vərəq 191.
279
ARDA, fond 411, siyahı 9, iş 734, vərəq 71-74.