ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.

səhifə62/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
1   ...   58   59   60   61   62   63   64   65   ...   95

- 168 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
əhalisi yarıbayarı azalmışdı. Bunu 1939-cu ildə keçirilən siyahıyaalma zamanı 
İrəvan şəhərində 6569 nəfər azərbaycanlının qeydə alınması müqabilində, 
1959-cu ildə 3413 nəfər azərbaycanlının qeydə alınması əyani göstərir (
1949-
cu ildə siyahıyaalma keçirilməmişdi).
Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki 
tarixi-etnik torpaqlarından köçürülməsi (
deportasiyası) haqqında SSRİ Nazirlər 
Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə yetirilmişdi. 
Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının 
köçürülməsi nəzərdə tutulmuşdusa, əslində, adi insan hüquq normalarına zidd 
olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya 
qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən 
(
200-dən artıq yaşayış məntəqəsindən) təqribən 100 min nəfər azərbaycanlı öz 
tarixi-etnik torpaqlarından deportasiya edilmişdi. 
Azərbaycan xalqına qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya 
hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması 
məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 
1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 
fərman imzalamışdır.
Yuxarıda sadalanan faktlar sübut edir ki, 1948-1953-cü illərdə azərbaycanlı 
əhalinin Ermənistandan könüllü surətdə Azərbaycana köçürülməsi haqqında 
erməni müəlliflərinin iddiaları tamamilə yalandır.


- 169 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XVI  iddia
“Ermənistanda yaşayan azərbaycanlılara qarşı  
1988-1989-cu illərdə zorakılıq edilməyib”
Ermənilərin bir əsrə yaxın müddətdə havadarlarının köməyi ilə azərbaycanlı 
əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasəti, 
nəhayət, 1988-1989-cu illərdə başa çatdırıldı. Müasir erməni tarixşünaslığında 
1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlılara qarşı heç bir 
zorakılıq edilmədiyi, onların Qarabağ münaqişəsi fonunda respublikanı dinc 
şəraitdə tərk etdikləri ifadə edilir. Ümumiyyətlə, son dövrdə Ermənistanda 
dərc edilən tarix kitablarından və dərsliklərdən azərbaycanlıların izi silinir. Elə 
təəssürat yaradılmağa çalışılır ki, guya həmin ərazidə heç vaxt azərbaycanlılar 
yaşamayıb, sadəcə olaraq indiki Ermənistan ərazisində “Osmanlı işğalı” və 
“İran işğalı” dövrü olub. Əslində isə 1988-1989-cu illərdə 250 mindən artıq 
azərbaycanlı əhali kütləvi zorakılıqlarla, qətl və qarətlə müşayiət olunmaqla 
öz tarixi-etnik torpaqlarından deportasiya olunmuşdu. 1988-1989-cu illər 
deportasiyası zamanı azərbaycanlıların başlarına gətirilən faciələrin miqyası o 
qədər böyükdür ki, onu bir kitabda əks etdirmək qeyri-mümkündür. Burada 
sadəcə olaraq azərbaycanlıların Ermənistan ərazisindən etnik təmizlənməsinə 
aparan yola xronoloji çərçivədə nəzər salmağa çalışmış, həmin dövrdə SSRİ və 
Ermənistan SSR prokurorluqları tərəfindən açılmış cinayət işləri nəticəsində 
sübuta yetirilən qətl və qarətlərin cüzi bir qisminə toxunmuşuq.  
İstər daşnak Ermənistanının, istərsə də Sovet Ermənistanının rəhbərliyində 
kimlərin olmasından asılı olmayaraq, bu ölkənin Azərbaycanın Dağlıq Qarabağ 
və Naxçıvan ərazilərinə iddiası və bu iddiaların fonunda azərbaycanlıların 
Ermənistandan sıxışdırılıb çıxarılması hər zaman gündəlikdə olmuşdu. 
Sadəcə, situasiyadan asılı olaraq bu iddialar gah aktuallaşmış, gah da arxa plana 
çəkilmişdi. SSRİ Konstitusiyasında müttəfiq respublikaların ərazi bütövlüyünün 
toxunulmazlığı prinsipinin təsbit edilməsi ermənilərin qarşısında bir maneə 
olsa da, onlar heç zaman bu iddiadan əl çəkməmişdilər. Ermənistan rəhbərləri 
bəzən öz imzaları ilə, bəzən də Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni 
ziyalılarının imzaları ilə SSRİ rəhbərliyinə vaxtaşırı müraciətlər göndərirdilər. 
Rəsmi İrəvan və DQMV erməniləri 1945, 1964, 1975, 1977 və 1987-ci illərdə 
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Moskvaya müraciətlər 
etmişdilər.  


- 170 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
 
1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulmasını  
tələb edən mitinqlərin startı verilmişdi
Ermənistanda antitürk, antiazərbaycan təbliğatı 1960-cı illərin ortalarında 
var gücü ilə yenidən işə salındı. Moskvanın razılığı ilə 1965-ci ildə Ermənistanda 
uydurma “erməni soyqırımı”nın 50 illiyi mərasimi keçirildi. Həmin dövrdə 
İrəvanda Ermənistanı Yenidənbirləşdirmə Komitəsi yaradılmışdı. Bu komitəyə 
gizli surətdə Ermənistanın o zamankı rəhbərləri və ziyalıları başçılıq edirdilər. 
Komitə “Türkiyə Ermənistanı”nı, Naxçıvan və Dağlıq Qarabağı Ermənistana 
birləşdirməyi qarşısına məqsəd qoymuşdu. Həmin dövrdə Ermənistanda 
aparılan milli ayrı-seçkilik və diskriminasiya siyasəti nəticəsində İrəvan və onun 
ətraf rayonlarından yüzlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdu.
Ermənistanda yaşayan azərbaycanlılara qarşı açıq elan edilməmiş “səlib 
yürüşü”nün proqramı respublikanın ən yüksək dairələrində hazırlanır, gizli 
qərarlar və xüsusi göstərişlər vasitəsilə həyata keçirilirdi. 1983-cü il aprelin 24-
də ermənilər “genosid” gününü bəhanə edərək Masis (
Zəngibasar) rayonunun 
mərkəzi Uluxanlıda azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki 
qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə ilə 
sərhəd zolağına sığınmağa məcbur olmuşdu.
281
 
1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gəlməsindən sonra 
Ermənistanda və DQMV-də “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında 
281 
Xəlilov İ. Zəngibasar necə dağıldı. “Vətən səsi” qəzeti, 10 oktyabr 1991-ci il.




Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   95


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə