ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə63/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   59   60   61   62   63   64   65   66   ...   95

- 171 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
millətçilik ab-havası gündən-günə qızışırdı. 1987-ci ilin avqustunda ermənilər 
Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə 
göndərmişdilər. Dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri 
muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə 
verilməsi haqqında hazırlanmış müraciəti Sov.İKP MK-ya təqdim etmişdilər. 
Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə pərdəsi altında 
Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinin qarşısını ala biləcək 
şəxs – Heydər Əliyev 1987-ci il oktyabrın 19-da erməni lobbisinin təzyiqi ilə Sov.
İKP MK Siyasi Bürosunun 
üzvlüyündən və SSRİ 
Nazirlər Soveti sədrinin 
1-ci müavini vəzifəsindən 
uzaqlaşdırıldı. Bundan 
az sonra - noyabrın 18-
də Sov.İKP MK-nın Baş 
katibi M.Qorbaçovun 
iqtisadi məsələlər üzrə 
müşaviri akademik Abel 
Aqanbekyan Parisdə 
“L’Humanite” qəzetinə 
verdiyi müsahibəsində 
DQMV-nin Ermənistana 
birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində 
xüsusi komissiyanın işlədiyini bəyan etdi.
282
Həmin ilin dekabrında M.Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı 
Raisa Qorbaçova “Daşnaksutyun”un nümayəndələri ilə görüşmüşdü. Raisa 
Qorbaçovanın tamahına bələd olan erməni diasporunun nümayəndələri ona 
qiymətli hədiyyələr bağışlamış, M.Qorbaçovdan Dağlıq Qarabağ ermənilərinin 
tələblərini müdafiə etməyi xahiş etmişdilər.
283
5-12 yanvar 1988-ci il tarixində Dağlıq Qarabağın erməni icmasının 
separatçı nümayəndələri Moskvada olmuş, SSRİ Ali Soveti sədrinin birinci 
müavini Pyotr   Demiçevlə və Sov.İKP MK-nın millətlərarası münasibətlər 
şöbəsinin müdiri V.Mixaylovla görüşmüşdülər.
284
 Görüş zamanı onlar Dağlıq 
Qarabağ ermənilərinin müraciətini və toplanmış imzaları təqdim etmişdilər. 
282 
 Томас де Ваал. Черный сад. Армения и Азербайджан между миром и войной. Москва, 2005
283 
 Мехтиев Р. Нагорный Карабах: история, прочитанная по источникам. Москва: Аквариус, 2014
284 
 Арутюнян В. События в Нагорном Карабахе: Хроника. Часть 1, Ереван, 1990
Ermənistandan qovulan azərbaycanlıların ilk köç dalğası


- 172 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində 
1988-ci il yanvarın 25-də Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk 
azərbaycanlı qaçqınlar qatarla Azərbaycana gəlmiş, onlar Abşeron rayonunda 
yerləşdirilmişdilər. Lakin bu, ictimaiyyətdən gizli saxlanılmışdı. 
Fevralın 13-də DQMV-də gizli fəaliyyət göstərən separatçı “Krunk” 
(“
Комитет Революционного Управления Нагорнoго Карабаха”) təşkilatının 
təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə 
ilk mitinq keçirilmişdi. Fevralın 18-də Kremldəki erməni lobbisinin “kuratoru” 
Georgi Şahnazarovun M.Qorbaçovun köməkçisi təyin edilməsindən sonra 
erməni separatçıları daha da fəallaşmışdılar. Həmin günlərdə İrəvanda keçirilən 
mitinqlərdə “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistanda ancaq 
ermənilər yaşamalıdır!” kimi millətçi şüarlar irəli sürülmüşdü.
DQMV Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasının çağırılacağı 
xəbərini alan Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov 1988-ci 
il fevralın 20-də səhər-səhər təyyarə ilə Xankəndinə gəlmiş, Vilayət Partiya 
Komitəsinin büro iclasını keçirmiş, erməni separatizminin qarşısını almağa 
çalışmışdı. Lakin elə həmin gün axşam Vilayət Xalq Deputatları Sovetinin 
növbədənkənar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in 
tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında 
qərar qəbul edilmişdi. Qərara anlayışlı yanaşılması üçün Azərbaycan və 
Ermənistan Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş və bu 
məsələnin müsbət həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdı. 
Elə həmin gün Qafan rayonundan qovulan azərbaycanlı 
qaçqınların ilk dəstəsinin nümayəndələri Azərbaycan SSR KP 
MK-nın katibi Ramiz Mehdiyev tərəfindən qəbul edilmişdilər.
 
  Fevralın 21-də səhər-səhər əllərində Ermənistan SSR-in bayrağı və 
M.Qorbaçovun portretləri olan nümayişçilər Vilayət Partiya Komitəsi binasının 
qabağına toplaşaraq “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir!”, 
“Qarabağ – yox, Artsax – hə!”, “Yaşasın milli siyasətdə yenidənqurma!” 
şüarlarını səsləndirmişdilər. Həmin gün axşam Sov.İKP MK-nın Siyasi Bürosu 
DQMV-də baş verən hadisəni müzakirə etmiş, ermənilərin iddiasının dövlətin 
mövcud milli-ərazi quruluşunun dəyişdirilməsinə cəhd və yolverilməz olduğu 
mövqeyi bildirilmişdi. Vəziyyəti nəzarətdə saxlamaq üçün Sov.İKP MK-nın 
katibi Georgi Razumovski, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci 
müavini Pyotr  Demiçev və SSRİ DTK sədrinin birinci müavini Flipp Bobkov 
Bakıya gəlmiş, oradan da Xankəndinə getmişdilər.
285
 
285 
 Багиров М., Вердиева Х.. В поисках истины... : лицо армянства: Архив Политических Документов Управ-
ления Делами Президента Азербайджанской Республики: документы свидетельствуют.... Баку: МВМ, 2011


- 173 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Kremlin ilk rəsmi açıqlamasından narazı qalan ermənilər İrəvanda və 
Xankəndidə etiraz mitinqlərinə başlamışdılar. Fevralın 21-də İrəvanda fəaliyyət 
göstərən yeganə Dəmirbulaq 
məscidi və M.F.Axundov adına 
azərbaycanlı orta məktəbin 
binası, C.Cabbarlı adına İrəvan 
Dövlət Azərbaycan Dram 
Teatrının ləvazimatı yandırıldı. 
İrəvanda bu hadisələrə 
qarşı etirazını bildirən 
azərbaycanlıların evlərinə od 
vurdular. M.F.Axundov adına 
azərbaycanlı orta məktəbin 
direktoru Əziz Süleymanov 
İrəvanda dərc olunan 
“Yerekoyan Yerevan” qəzetinə 
verdiyi müsahibədə məktəbdə dərslərin dayandırılmasını etiraf etmiş, lakin 
qorxusundan bunu şəhərdə qrip epidemiyasının yayılması ilə izah etməyə 
məcbur olmuşdu.
286
Fevralın 22-də ermənilər Əsgəran rayonunda Bəxtiyar Quliyev və Əli 
Hacıyev adlı iki gənci qətlə yetirdikdən sonra Xankəndi-Ağdam yolunda 
Ağdam rayonunun sakinləri ilə Əsgəran sakinləri arasında qarşıdurma olmuş, 
19 nəfər yaralanmışdı.
287
 
Fevralın 25-də Azərbaycanın öz ərazisindən azərbaycanlıların ilk qaçqınlıq 
dalğası başladı. DQMV-nin ərazisində ermənilərin təzyiq və təhqirlərinə tab 
gətirməyən 540 ailə (
təqribən 2,5 min nəfər) Ağdam rayonuna, 150 ailə isə 
(
təqribən 500-600 nəfər) Ağcabədi rayonuna pənah gətirdi.
288
  
Ermənistan ərazisindən isə azərbaycanlıların deportasiyası günü-gündən 
intensivləşirdi. Fevralın 28-nə olan rəsmi məlumata görə, Qafan rayonundan 
qonşu Zəngilan rayonuna təqribən 2 min nəfər azərbaycanlı qaçqın kimi 
gəlmişdi. Həmin günlərdə İmişli və Qubadlı rayonlarına da Ermənistandan 
yüzlərlə qaçqın ailəsi pənah gətirmişdi. Ermənistandan canını qurtarıb Abşeron 
rayonuna gələn 200 nəfər qaçqını Mərkəzi Komitənin birinci katibi K.Bağırov 
və Moskvadan gələn yüksək vəzifəli şəxslər qəbul etmişdilər. Azərbaycanlıların 
286 
 Yenə orada
287 
 Yenə orada
288 
 Манукян А. “По привичному расписанию”. “Коммунист” (Ереван), 3.03.1988. 
Azərbaycanlı köçkünlər ümidsizlik içində


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə