ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə64/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   60   61   62   63   64   65   66   67   ...   95

- 174 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ermənistanda təqib edilmələrinə qarşı etiraz əlaməti olaraq Gəncədə və 
Naxçıvanda aksiyalar keçirilmişdi.
289
 
İrəvanda fəaliyyət göstərən “Qarabağ” komitəsinin rəhbərləri Silva 
Kaputikyan və Zori Balayan fevralın 24-də Moskvada Sov.İKP MK 
Siyasi Bürosunun üzvü, MK katibi Aleksandr Yakovlevlə üç saata yaxın 
danışıqlar aparmışdılar. Fevralın 26-da isə M.Qorbaçovun köməkçisi Georgi 
Şahnazarovun və A.Yakovlevin 
(“Латинская Америка” jurnalının redaktoru 
Serqo Mikoyanın qaynı A.Yakovlevin köməkçisi idi) müşayiəti ilə Sov.İKP MK-nın 
Baş katibi M. Qorbaçov S.Kaputikyanı və Z.Balayanı qəbul etmişdi. Saatyarım 
müddətində onlar M.Qorbaçova türk dünyasının xəritəsini və saxta tarixi 
arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının 
mümkünsüzlüyünə inandırmağa çalışmışdılar. Lakin Qorbaçov onlara Dağlıq 
Qarabağın Ermənistana veriləcəyini vəd etməmişdi. Əvəzində, DQMV-nin 
sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük bir məbləğ 
olan 400 milyon rubl ayrılacağına söz vermişdi. Çünki Qorbaçov bilirdi ki, 
SSRİ ərazisində 19 potensial milli münaqişə ocağı mövcuddur və sərhədlərin 
dəyişdirilməsi yolu ilə Dağlıq Qarabağın Ermənistana verilməsi SSRİ-nin 
süqutuna gətirib çıxara bilər. Həmin görüşdə G.Şahnazarov S.Kaputikyan 
və Z.Balayana deyir ki, gedin İrəvanda deyin ki, tezliklə milli məsələyə həsr 
olunacaq Ümumittifaq konfransı keçiriləcək və o zaman qərar qəbul ediləcək. 
Bundan sonra İrəvanda və Xankəndidə yeni mitinqlər dalğası başlamışdı. 
Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci 
müavini Karen Brutens, “Novosti” Agentliyinin direktor müavini R.Xaçaturov, 
Sov.İKP MK nəzdində Marksizm-Leninizm İnstitutunun direktor müavini 
M.Mçedlov Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə görüş 
keçirmişdilər.
290
Ermənistandan azərbaycanlıların deportasiyasının qarşısını almağın 
mümkünsüzlüyünü görən Azərbaycan KP MK martın 1-də Həsən Həsənovun 
başçılığı ilə Ermənistandan gələn azərbaycanlı qaçqınlarla iş aparmaq məqsədilə 
respublika komissiyası yaratmışdı.
291
 
Fevralın 27-28-də Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara 
qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-
nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda 
289 
 Багиров М., Вердиева Х.. В поисках истины... : лицо армянства: Архив Политических Документов Управ-
ления Делами Президента Азербайджанской Республики: документы свидетельствуют.... Баку: МВМ, 2011
290 
 Yenə orada
291 
 Yenə orada


- 175 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistandan azərbaycanlıların 
yeni qaçqınlıq dalğası başladı. Moskvanın, onun Azərbaycana və Ermənistana 
göndərilmiş emissarlarının ikiüzlü 
mövqeləri (
Yeqor Liqaçov Azərbaycanda, 
Aleksandr Yakovlev Ermənistanda) erməni 
millətçilərinin öz bədnam niyyətlərini 
həyata keçirmək ümidlərini artırırdı. 
Erməni millətçiləri üçün Ermənistanda 
ən münbit rayonlarda yaşayan 200 
mindən artıq azərbaycanlının deportasiya 
olunması Dağlıq Qarabağ problemini 
həll etmək qədər vacib idi. Azərbaycan 
hökuməti isə Ermənistandan gələn 
qaçqınları yük maşınlarına dolduraraq 
geri qaytarmaqla öz işini bitmiş hesab 
edirdi. 1988-ci il martın 21-nə olan rəsmi 
məlumata görə, fevralın 28-dən həmin 
günədək Ermənistandan 16900 nəfər 
qaçqın gəlmiş, onlardan 8600 nəfəri 
geri qaytarılmışdı.
292
 Buna baxmayaraq, dağ yolları ilə Ermənistanın Vardenis 
(
Basarkeçər), Masis (Zəngibasar), Razdan (Axta), Krasnoselo, Yeğeqnadzor, 
Ararat (
Vedi) rayonlarından qaçqın axını gəlir və əsasən, Gəncə, Mingəçevir, 
Naxçıvan şəhərlərində, Şərur, Zəngilan, Qazax, Salyan, Xanlar (
Göygöl), Jdanov 
(
Beyləqan) rayonlarında özlərinə sığınacaq tapırdılar. Naxçıvanda vəziyyət o 
həddə çatmışdı ki, Bakıdan oraya əlavə ərzaq göndərilməsinə başlanılmışdı.  
Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək, onların 
problemlərini həll etmək məqsədilə Azərbaycan KP MK-nın katibi Ramiz 
Mehdiyevin başçılığı ilə İrəvana nümayəndə heyəti göndərilmişdi. 13-15 
aprel 1988-ci il tarixində Ermənistanda olmuş nümayəndə heyəti iki dəfə 
Ermənistan KP MK-nın birinci katibi Karen Demirçyanla görüşmüşdü. 
Lakin verilən vədlərə baxmayaraq, azərbaycanlılara qarşı edilən zorakılıqlara 
və onların deportasiyasına son qoyulmamışdı. Ermənistandan qovulan 
azərbaycanlılar Azərbaycan KP MK-ya gələrək, onların Dağlıq Qarabağda 
məskunlaşdırılmalarını xahiş edirdilər. Azərbaycan rəhbərləri isə nəinki onlara 
bu şəraiti yaradır, əksinə, onları DQMV-nin ərazisinə buraxmamaq haqqında 
292 
 Yenə orada
Ermənilərin Vartanada qətlə yetirdikləri 
məktəbli Alim İsgəndərov


- 176 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
hüquq-mühafizə orqanlarına möhkəm-möhkəm tapşırıqlar verirdilər.
293
  
11 may 1988-ci ildə ermənilər Ararat (
Vedi) rayonunun Şirazlı kəndinə 
hücum etmiş, iki nəfər qətlə yetirilmiş, onlarca adam yaralanmış, evlər 
yandırılmışdı. Əhali SSRİ-Türkiyə sərhədinə çəkilərək uzun müddət çadırlarda 
yaşamaq məcburiyyətində qalmışdı.
294
 1988-ci il mayın 15-də ilk dəfə Bakının 
keçmiş Lenin, indiki “Azadlıq” meydanında əsasən tələbələrin və ziyalıların 
iştirakı ilə azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq 
izdihamlı mitinq keçirildi. Mitinqdə “Erməni təhrikçiliyinə son qoyulsun!”, 
“Ermənistanda yaşayan azərbaycanlılar üçün muxtariyyət!”, “Daşnaklara ölüm!” 
və s. şüarlar səsləndirilmişdi. 
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin 
Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə 
müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-
də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların 
vəziyyəti daha da ağırlaşdı. İyunun 17-20-də İrəvanda Teatr meydanında 
mitinqə toplaşan qeyzlənmiş erməni dəstələri avtobuslarla azərbaycanlılar 
yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçilər, Dostluq, 
Nizami, Sarvanlar kəndlərinə basqın etdilər. On mindən çox müdafiəsiz 
azərbaycanlı SSRİ-Türkiyə sərhədinə toplaşmış, günlərlə orada gecələməyə 
məcbur olmuşdu. Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon 
mərkəzi Masis (
Uluxanlı) qəsəbəsindən 3 mindən çox azərbaycanlı evlərindən 
çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan 
qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar.
1988-ci il iyulun 9-da Azərbaycan KP MK-nın yeni birinci katibi 
Əbdürrəhman Vəzirovun tapşırığı ilə Şuşada və DQMV-nin digər 
məntəqələrində özbaşına və yaxud qohumlarının yanında məskunlaşmış 
azərbaycanlı qaçqınlar muxtar vilayət ərazisindən çıxarılaraq digər rayonlara 
göndərildilər. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası 
DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin 
dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul etdikdən sonra erməni 
millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər 
yerdə mitinqlər təşkil etməyə başladılar. İyulun 21-də ermənilərin Kalinino 
rayon mərkəzində yaşayan azərbaycanlılara silahlı hücumu nəticəsində 86 yaşlı 
Məhəmməd Sadıqov qətlə yetirilmiş, onlarca adam yaralanmışdı.
295
 Avqustun 
293 
 Yenə orada
294 
 İsmayıl E. Ermənistan türklərinin 1988-ci il soyqırımı. Bakı: Səda, 2014
295 
 “Правда” (Moskva) qəzeti, 7.01.1989;  “Соцалистическая индустрия” (Moskva), 18 декабря 1988 г. 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə