ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə65/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   61   62   63   64   65   66   67   68   ...   95

- 177 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
20-də Xankəndi şəhər meydanında keçirilən mitinqdə Ermənistandan gələn 
azərbaycanlı qaçqınların muxtar vilayətin ərazisindən dərhal çıxarılmaları tələbi 
irəli sürülmüşdü.
Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən 
olan akademik Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən 
mitinqdə demişdi: “
Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək 
lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı türklərdən 
təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin 
ən böyük nailiyyəti hesab edirəm”.
296
 Rusiya tarixçisi Yuri Pompeyev 1988-
ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir 
edirdi: “
Müdafiəsiz, silahsız azərbaycanlıları, adətən, çılpaq və əliyalın 
halda evlərindən qovaraq deyirdilər: “Lənətə gəlmiş türklər, rədd olun 
Ermənistandan!”.
297
1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən 
artıq qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında 
keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət 
verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan televiziyası həmin 
gün Bakıda keçirilən mitinqdən reportajlar göstərərək, həmin qətnamənin 
tələblərini dəfələrlə efirdə səsləndirmişdi. Noyabrın 22-də Ermənistan SSR 
Ali Sovetinin azərbaycanlı deputatlarının iştirakı olmadan növbədənkənar 
sessiyası çağırılmışdı. Sessiyanın keçirildiyi Opera teatrının binasının qarşısına 
toplaşan mitinq iştirakçılarının hücumundan sonra Ermənistan rəhbərliyi 
mitinqçilərin tələbi ilə sessiyanın gedişini dayandırmış, deputatları və rayon 
rəhbərlərini “qayda-qanunu bərpa etmək” adı altında yerlərə göndərmişdi. 
Rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-
dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar.
Ermənistan KP MK, Ali Sovet və Nazirlər Sovetinin orqanı olan 
“Коммунист” (
rusca) qəzeti 13 dekabr 1988-ci il tarixli sayında dərc 
edilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində həmin günlərdə törədilən 
qırğınlardan bəhs edərək yazırdı: “
Noyabrın 26-da “Qarabağ” hərəkatı 
fəallarının təhrikçi çıxışlarından qızışmış 500 nəfər Kirovakan (indiki 
Vanadzor) sakini Şaumyan (əvvəlki adı Vartanlı olmuşdur) kəndinə doğru 
hərəkət etdi. Vuruşma iki gün davam etdi, silahlı atışma oldu. Ölənlər var. 
Kuybışev kəndində də qırğınlar törədildi, orada da tələfat var. Hərəkatın 
fəallarının köməyi ilə yaradılmış “özünümüdafiə dəstələri” yollarda 
296 
 Армения двадцать месяцев борьбы, Ереван, 1989
297 
 Помпеев Ю. Карабахский дневник. Москва, 2010


- 178 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
qoyduqları postlarda azğınlıqlar törədirdilər. Azərbaycanlı kəndlərinə 
ərzaq köməyi göstərən ermənilər döyülürdülər”.

 
Vartanlı və Kuybışev kəndlərində ermənilərin törətdikləri qırğınları ört-
basdır edən rəsmi orqanlar yalnız “atışma olmuşdur, tələfat var” ifadələrini 
işlətməklə kifayətlənmişdilər. Vartanlı kəndi Kirovakan şəhərinə bitişik 
olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna daxil 
idi. XX əsrin əvvəllərində tamamilə azərbaycanlılar yaşayan Vartanlı kəndində 
1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər. Ermənilər noyabrın 
25-dən 26-na keçən gecə kəndə silahlı hücum etmişdilər. Həmin gün güclü 
qar yağırdı, boran idi. Azərbaycanlılar əsasən kəndi tərk edib ətraf meşələrə 
çəkilməyə məcbur olmuşdular. Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı 
ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını 
qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox 
yazılıb. Lakin Vartanlı erməniləri bu cür insani hisslərdən uzaq idilər. Onlar 
azğınlaşmış dəstənin önündə gedir, azərbaycanlıların sığındığı evləri nişan 
verirdilər. Azğınlaşmış dəstəyə isə Vartanlı kənd sovetinin sədri J.Arakelyan 
bələdçilik etmişdi.
Hazırda Vanadzor şəhərində yaşayan jurnalist Mane Papyanın 29 aprel 
2015-ci il tarixində www.epress.am saytında “События в Гугарке. Как громили 
азербайджанцев в Армении” başlıqlı yazısı yerləşdirilib. Mane Papyan faciəli 
hadisələrin baş verdiyi Vartanlı kəndinə gedərək hadisənin canlı şahidləri 
ilə söhbət edib. Həmin məqalədə Vartanlı qırğınlarının baş verdiyi zaman 
Kirovakan şəhər prokuroru olmuş Qriqori Şahverdyanın jurnalistə verdiyi 
məlumatlardan aydın olur ki, Sumqayıt hadisələri ərəfəsində Ermənistanda milli 
münasibətlər gərginliyin pik həddinə çatıbmış. Şahverdyanın dediyinə görə, 
1988-ci ilin mart-noyabr aylarında Quqark rayonunda 634 azərbaycanlının 
işdən qovulması barədə onun əlində rəsmi sənəd vardır. 
“Qarabağ” komitəsinin keçmiş üzvü Artur Sakuns da etiraf edib ki, gecə 
vaxtı Quqark rayonunun Arçut kəndindən azərbaycanlıları aparan avtobuslara 
ermənilər yolda hücum etmişdilər. Mane Papyan yazır: “
Rəsmi məlumata 
əsasən, o zaman Vartanlı kəndində 11 azərbaycanlı öldürülüb. Bu hadisə 
təkcə Ermənistanda deyil, onun hüdudlarından kənarda da böyük əks-səda 
doğurdu. Təqsirkarları aşkar etmək üçün Moskvadan 100 nəfərdən artıq 
istintaq qrupu gəlmişdi. Nəticədə, Quqark Rayon Partiya Komitəsinin 
bürosunda birinci katib Lavrenti Bağdasaryan, İcraiyyə Komitəsinin sədri 
Samvel Qazaryan və Şaumyan milisinin bütün əməkdaşları işdən azad 
edildilər”.


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə