ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə66/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   62   63   64   65   66   67   68   69   ...   95

- 179 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Vartanlı kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş 
Rima Sarqsyan müxbirə 9-cu sinifdə oxuyan Alim İsgəndərovun ermənilər 
tərəfindən qayadan atılaraq öldürüldüyünü söyləmişdi. Vartanlı kəndinin sakini 
olan Samvel adında bir qatil kəndi tərk edərək dağlara çəkilən azərbaycanlıları 
necə güllələdiyini, onları sıldırımlı qayalardan necə tulladığını müxbirə fəxrlə 
danışıb. Moskvadan gəlmiş istintaq 
qrupu Samveli həbs etsə də, sonradan 
azad edibmiş. Mane Papyana verdiyi 
müsahibəsi zamanı Samvel vaxtilə 
azərbaycanlıları qətlə yetirdiyi silahların 
fonunda şəkil çəkdirib.
Vartanlı sakini Stepan Ayvazyan 
isə kənddə qalmış azərbaycanlıların 
Kirovakandan gəlmiş ermənilər 
tərəfindən öldürüldüklərini və sonra 
isə yandırıldıqlarını etiraf edib: 

Vanadzordan gələn qruplar Edik 
Martirosyanın rəhbərliyi altında 
Şaumyana gəldilər. Meyitləri 
yandırırdılar ki, onları tanıyan 
olmasın”. Direktor müavini Rima 
Sarqsyan xatırlayır ki, azərbaycanlılardan 
biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırdılar. Rima Sarqsyan 
azərbaycanlının yandırıldığı yeri müxbirə göstərib. Vartanlıda azərbaycanlılara 
qarşı soyqırım törədilməsindən dərhal sonra ermənilər onların evlərini zəbt 
etmiş, daha sonra isə kəndin qəbiristanlığını vandalcasına dağıtmışdılar.
298 
Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı kəndində 14 nəfər 
azərbaycanlı vəhşicəsinə öldürülmüş və yandırılmışdı. Kəndin sağ qalan əhalisi 
qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə, gündüzlər gizlənib yalnız gecələr 
yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar. Onlarca vartanlılı 
dağlarda itkin düşmüşdü. Toqquşma zamanı aldıqları bədən xəsarətindən, 
yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarca vartanlılı 
vəfat etmiş, bir çoxları ömürlük şikəst olmuşdular. Ümumiyyətlə, həmin dövrdə 
Quqark rayonunda ermənilərin törətdiyi qırğınlar nəticəsində 30-dan artıq 
azərbaycanlı qətlə yetirilmişdi. 
298 
Папян М. События в Гугарке. Как громили азербайджанцев в Армении http://vestikavkaza.ru/analytics/
Sobytiya-v-Gugarke-Kak-gromili-azerbaydzhantsev-v-Armenii.html
Azərbaycanlıların qəbirlərinə  
qarşı erməni vandalizmi


- 180 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Vartanlı faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə İrəvan 
quberniyasında azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının 
hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi. Erməni tarixçisi Leo 1925-
ci ildə Tiflisdə ermənicə çap olunan “Ançyaliç” (
“Keçmişdən”) əsərində erməni 
silahlı dəstələrinin Böyük Qarakilsə şəhərinin yanındakı Vartanlı türk kəndində 
törətdiyi qırğınlardan bəhs etmişdi.
299
 1918-ci ildə Vartanlıda törədilən 
qırğınlar düz 70 ildən sonra bir də təkrarlanmışdı. 1918-ci ilin Novruz bayramı 
günlərində ermənilər Vartanlı kəndinin kişi cinsindən olan bütün sakinlərini 
qoyun tövlələrinə toplayaraq hamısını yandırmışdılar. Qadınlar, körpələr 
meşələrə qaçaraq dağlarda tələf olmuşdular. Deməli, ermənilər təkcə XX əsrdə 
Vartanlı kəndində iki dəfə azərbaycanlılara qarşı soyqırımı törətmişdilər. Təəssüf 
ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, nə də 1988-1989-
cu illər qırğınları haqqında xəbər tutmuşdu. 
Kirovakan şəhərinin sabiq prokuroru Qriqori Şahverdyanın verdiyi 
məlumata əsasən, həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətlə 
yetirilməsi faktı istintaq materiallarında öz əksini tapmışdı. Onun sözlərinə 
görə, Kirovakanda ən çox hallandırılan qətllərdən biri Telman Hüseynovun 
qətli idi. O, 1988-ci il noyabrın 27-də gecə saat 22 radələrində bıçaq və balta 
ilə öldürülmüşdü. Yerli istintaq orqanları cinayətin üstünü açmışdılar və azyaşlı 
Usik Marutyanla Tiqran Evinyanı həbs etmişdilər.
300
 Halbuki, pəhləvan cüssəli, 
idmançı Telman Hüseynovu iki azyaşlının qətlə yetirməsi mümkün olan iş 
deyildi. T.Hüseynovun əsl qatilləri kənarda qalmış, cinayəti iki azyaşlının 
ayağına yazmışdılar ki, sonra onları azadlığa buraxa bilsinlər.  
1988-ci il noyabrın 28-də Spitak rayonunun erməni rəhbərləri 
azərbaycanlıların yaşadıqları Saral və Qusarlı kəndlərinə gəlib bildirmişdilər ki, 
onların təhlükəsizliklərinə təminat vermirlər, ona görə də əgər iki saat ərzində 
kəndi tərk etməsələr, silahlı dəstələr kəndə hücum edəcəklər. Onlar özləri ilə 
34 avtobus və 40 yükünü özüboşaldan maşın gətirmişdilər. Onların göstərişi 
ilə bir dəstə erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə çıxarıb, 
od vurdular. Əhalini zorla avtobuslara mindirərək kəndlərdən çıxardılar. 
Həmin avtobusları Spitak rayonunun ərazisindən kənarda - Quqark rayonunun 
Mrqahovit (
Həmzəçimən) kəndi yaxınlığında silahlı dəstələr gözləyirdilər. 
Pusquda durmuş quldurların avtobusları atəşə tutması nəticəsində 3 nəfər 
- Balacayev Şahin Səyyad oğlu, Balacayev Teymur Məsim oğlu və Balacayeva 
299 
 Լեո. Անցյալից (Leo. Ançyaliç). Tiflis: “Советский Кавказ” nəşriyyatı, 1925.
300 
  Папян М. События в Гугарке. Как громили азербайджанцев в Армении http://vestikavkaza.ru/analyt-
ics/Sobytiya-v-Gugarke-Kak-gromili-azerbaydzhantsev-v-Armenii.html


- 181 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Sürəyya Hüseyn qızı həlak olmuş, 7 nəfər ağır yaralanmışdı.
301
Ermənistanda azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədilən rayonlardan 
biri də Stepanavan (
Cəlaloğlu) rayonudur. Kuybışev kəndinin sakinləri Təmraz 
Yusif oğlu İsgəndərov, Gilas Rüstəm qızı Xəlilova, Şərif Cabbar oğlu Xəlilov 
vəhşicəsinə döyülmüş və soyuq silahla qətlə yetirilmişdilər. Gərgər kənd sakini, 
Puşkino kolxozunun sağıcısı Bəsti İsrafil qızı Mustafayeva isə Ermənistanda baş 
vermiş dəhşətli zəlzələdən sonra, yəni bütün dünyanın Ermənistanın halına 
ağladığı bir vaxtda - 30 dekabr 1988-ci ildə diri-diri yandırılmış və meyiti 
zibillikdə gizlədilmişdi. Xeyli müddət keçdikdən sonra onun meyiti hərbçilərin 
köməyi ilə tapılmışdı.
302
Yuxarıda adı çəkilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində 
azərbaycanlıların hansı şəraitdə və necə deportasiya edilmələrinə qismən də 
olsa aydınlıq gətirilmişdi: “
Qarabağ” komitəsi avantüristlərinin çağırışına 
millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşdular. 
Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları 
cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, 
onlar adamların (yəni azərbaycanlıların) kütləvi surətdə çıxarılmasına 
“fətva” verirdilər. Bu cür “missiya” ilə bəzi  “xadimlər” Kirovakanda, 
Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər”. Əlbəttə, azərbaycanlılar 
yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya aksiyasını müəyyən 
olunmuş müddətdə başa çatdırmaq üçün Kalinino, Spitak, Quqark, 
Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, 
Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişdilər. 
“Fəlakət anı, məsuliyyət anı” məqaləsinin bir yerində yazılırdı: “
Komitənin 
(yəni “Qarabağ” komitəsinin) yerli özəklərinin təşəbbüsü ilə rayon və 
kəndlərdə mitinqlər təşkil edilərək azərbaycanlılardan öz evlərini tərk 
etmələri tələb olunurdu. Ən həyəcanlandırıcı hal isə odur ki, “Qarabağ” 
komitəsinin hazırladığı siyasi münaqişələrə hətta uşaqları da cəlb 
edirdilər. Təsəvvür edin ki, Amasiya rayonunun mərkəzində rayon Xalq 
Nəzarəti Komitəsi sədrinin oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş 
keçirir və azərbaycanlıların işdən qovulmasını tələb edirdilər”. Amasiya 
beynəlmiləl məktəbinin erməni şagirdlərinin tələbi ilə dərhal məktəbin 
Azərbaycan bölməsi bağlanmışdı. Bir həftə ərzində, 1988-ci il dekabrın 
1-dək rəhbər vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad 
edilmişdi.
301 
 Arzumanli V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı: Qartal,1998
302 
 Yenə orada


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə