ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə68/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   64   65   66   67   68   69   70   71   ...   95

- 185 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən 
artıq azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (
deportasiyalarla, silah 
gücünə qovmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) 
siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan 
dövləti yaradılmışdır.


- 186 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XVII  iddia
“Kürdlər Ermənistanda diskriminasiyaya 
və deportasiyaya məruz qalmamışlar”
Ermənistanın rəsmi və siyasi dairələri “kürd kartı”ndan həm Azərbaycan, 
həm də Türkiyə əleyhinə istifadə etməyi yüz ildir ki, özlərinin prioritet 
istiqamətlərindən biri hesab edirlər. Ermənilər istər yezidi, istərsə də müsəlman 
kürdlərə qarşı patoloji nifrətlərini mümkün qədər büruzə vermir, özlərini 
onların dostu kimi qələmə verməyə çalışırdılar. Həqiqət isə nə qədər ört-basdır 
edilsə də, gec-tez ortaya çıxır və əsl mənzərə aydın olur. Qərbi Azərbaycanda – 
indiki Ermənistan ərazisində 
ermənilərin kürdlərə qarşı 
törətdikləri deportasiya, 
repressiya və terror 
aktlarından bəhs etməzdən 
öncə həmin regionda 
kürdlərin məskunlaşma 
arealı və demoqrafik 
vəziyyətləri barədə məlumat 
verməyə ehtiyac vardır.
Qərbi Azərbaycan 
ərazisində yaşayan əhalinin 
milli tərkibi haqqında ilk 
müfəssəl məlumatı İrəvan 
xanlığının rus qoşunları 
tərəfindən işğalından sonra rus tarixçi-statisti İvan Şopenin 1829-1832-ci illərdə 
apardığı kameral siyahıyaalmanın nəticələrindən əldə etmək olar. İ.Şopenin 
verdiyi məlumata görə, işğaldan sonra keçmiş İrəvan xanlığının ərazisində 6435 
nəfər şiə, 3.978 nəfər sünni, 324 nəfər yezidi kürd yaşayırdı.
306
 
İrəvan xanlığının işğalından sonra Alagöz (
Ələyəz) dağının ətəyindəki 
bir sıra boşalmış türk kəndlərində də Türkiyədən gələn yezidi kürdlər 
məskunlaşmışdılar. Yezidi kürdlər 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı, 
Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, 
306 
 Шопен И. Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Рос-
сийской империи, СПб, 1852
Ermənistanda yalnız heyvandarlıqla məşğul olmağa 
məhkum edilmiş kürd ailələrindən biri 


- 187 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşmişdilər. Nəhayət, yezidi kürdlər 
1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyə ərazisindən gələrək 
Bağdad Dolu-Taxt və Kiçik Cəngi kəndlərində yerləşmişdilər.
307
 Sonralar 
Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən yezidi 
kürdlərin yaşadıqları kəndləri əhatə edən Araqats (
Ələyəz) rayonu təşkil 
edilmişdi. 
1886-cı ildə keçirilən ailəhesabı siyahıyaalmanın nəticələrinə görə, 
İrəvan quberniyasında 670.405 nəfər yaşayırdı ki, onlardan 251.327 nəfərini 
azərbaycanlılar, 36.478 nəfərini kürdlər təşkil edirdi. Azərbaycanlılar ümumi 
əhalinin 37,5 faizini, kürdlər isə 5,44 faizini təşkil edirdi.
 308
 1890-cı illərdə 
Türkiyədə baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra təqribən 400 
min erməni Rusiyaya köç etmiş, onların da xeyli hissəsi İrəvan quberniyasının 
ərazisində məskunlaşmış, quberniya ərazisində ermənilərin xüsusi çəkisi 
süni surətdə artmışdı. 1897-ci il ümumrusiya siyahıyaalmasının nəticələrinə 
görə, İrəvan quberniyasında yaşayan 829.556 nəfər əhalinin 313.176 nəfərini 
azərbaycanlılar, 49.389 nəfərini kürdlər təşkil edirdi. Kürdlərin də 35.675 
nəfərini müsəlman kürdlər, 13.714 nəfərini isə yezidi və erməni-qriqorian 
dinini qəbul etmiş kürdlər təşkil edirdi.
309
 
Ümumiyyətlə, XIX əsrin sonlarında müsəlman və yezidi kürdlər indiki 
Ermənistan ərazisinin 34 kəndində yaşayırdılar.
310
 Türkiyədən gələn yüz minlərlə 
ermənini daimi məskunlaşdırmaq üçün 1905-1906-cı illərdə erməni silahlı 
dəstələri kütləvi qırğınlar törətmişdilər. Təkcə həmin illərdə İrəvan quberniyası 
ərazisində 150-yə yaxın türk-müsəlman yaşayış məntəqəsi viran edilmiş, əhalisi 
qırğınlara məruz qoyulmuş və evlərindən didərgin salınmış, həmin kəndlərin 
əksəriyyətində Türkiyədən gələn ermənilər məskunlaşdırılmışdı.  
1915-1916-cı illərdə Türkiyə ərazisindən 300 minə yaxın erməni gələrək 
Cənubi Qafqazda məskunlaşmışdı. Həmin ermənilərin böyük bir qismi İrəvan 
quberniyasının ərazisində cəmləşmişdi. 1917-ci ilin Qafqaz təqviminə görə, 
1916-cı ildə İrəvan quberniyasında yaşayan 1.120.242 nəfər əhalinin 373.582 
nəfərini azərbaycanlılar, 59.132 nəfərini kürdlər təşkil edirdi ki, onlardan da 
36.508 nəfəri müsəlman kürdlər, 12.624 nəfəri isə yezidi kürdlər idi.
311
 
307 
 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Тиф-
лись, 1885, Том, I выпуск
308 
 Свод статистических данных о населении Закавказского края извлечённых из посемейных списков 1886 
г., Тифлись, 1893
309 
 Первая всеобщая перепись населения Российской империи 1897 года, LXXI, Эриванская губерния
310 
 Аристова Татьяна. Курды Закавказья (Историко-этнографический очерк). Москва, 1966
311 
 Кавказский календарь на 1917 г.Тифлись, 1916


- 188 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
1919-cu ilin iyun-avqust aylarında Ermənistanın daşnak hökuməti Daxili 
İşlər Nazirliyinin qərarı ilə siyahıyaalma keçirilmişdi. Respublika ərazisində 
qeydə alınan 917.297 nəfər əhalidən 122.185 nəfərini müsəlmanlar, 48.672 
nəfərini isə qeyri-müsəlmanlar təşkil etmişdi.
312
 Erməni müəllifi Zaven 
Qorqodyan yazır ki, daşnakların “təmizləmə” siyasəti nəticəsində 1919-cu ildə 
200 min nəfərdən artıq türk və kürd Ermənistandan qovulmuşdu.
313
 
1922-ci ildə Sovet Ermənistanında keçirilən siyahıyaalmanın nəticələri 
daşnakların hakimiyyəti dövründə türk-müsəlman əhaliyə və yezidi kürdlərə 
qarşı törədilən soyqırımın və kütləvi qırğınların miqyasını əyani şəkildə nümayiş 
etdirir. Belə ki, həmin vaxt Ermənistanda yaşayan 781.011 nəfər əhalinin cəmisi 
76.555 nəfərini Azərbaycan türkləri (
9,8 faiz), 705 nəfərini (0,1 faiz) müsəlman 
kürdlər, 7945 nəfərini (
1,2 faiz) yezidi kürdlər təşkil edirdi.
314
 
1926-cı ildə keçirilən ikinci ümumittifaq siyahıyaalmasının nəticələrinə 
görə, Sovet Ermənistanında 880.464 nəfər əhali yaşayırdı ki, onlardan 85.554 
nəfərini azərbaycanlılar, 3.025 nəfərini müsəlman kürdlər, 12.237 nəfərini isə 
yezidi kürdlər təşkil edirdi.
315
 Faiz etibarilə azərbaycanlılar ümumi əhalinin 9,76 
faizini, müsəlman kürdlər 0,4 faizini, yezidi kürdlər isə 1,4 faizini təşkil edirdi. 
1931-ci il siyahıyaalmasının nəticələrinə görə, Ermənistanda yaşayan 
1.050.633 nəfər əhalinin 106.768 nəfərini azərbaycanlılar
 (10,1 faiz), 19.268 
nəfərini
 (1,9 faiz) kürdlər təşkil edirdi.
316
 1930-cu illərdə Ermənistanda həyata 
keçirilən repressiyalar dalğası fonunda azərbaycanlılar və müsəlman kürdlər 
daha ağır zərbə almış oldular. Xalq düşmənlərini, trotskiçi-buxarinçi casusları 
ifşa etmək məqsədilə A.Mikoyan, N.Yejov və L.Beriya Ermənistana gəlmişdilər. 
Moskvaya belə bir məlumat verilmişdi ki, Ermənistanda Araz və Yuxarı 
Arpaçay çayları boylarında yaşayan müsəlmanlar casusluq edir və guya elliklə 
Türkiyəyə keçmək fikrindədirlər. Ona görə də həmin 1937-ci ilin payızında 
və 1938-ci ilin yazında Ağbaba, Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, 
Hoktemberyan, Meğri rayonlarının Türkiyə və İranla həmsərhəd kəndlərində 
yaşayan azərbaycanlı və müsəlman kürd ailələri kütləvi surətdə repressiyalara 
məruz qalmışdılar. Minlərlə ailə Orta Asiyaya və Qazaxıstana sürgün edilmişdi. 
Ümumiyyətlə, XX əsrin 30-cu illərində Ermənistandan 50 mindən artıq 
312 
 Вестник архивов Армении. № 1 (105), 2005
313 
 Korkotyan Zaven. Sovet Ermənistanının sonuncu yüzillikdə əhalisi (1831-1931). İrəvan, 1932 (erməni 
dilində).
314 
 3акавказье. Статистико-экономический сборник. Тифлис, 1925
315 
 Население Закавказье. Всесоюзная перепись населения 1926 г. Тифлись, 1928
316 
 Населенные пункты и народонаселение Армянской ССР. Ереван, 1936


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə