ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə7/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   2   3   4   5   6   7   8   9   10   ...   95

- 21 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
da qiymətləndirməyi unutmadılar. Üstəlik, digər salnaməçi Sebeos “Mar 
Abas Katina” kimi tanınan şəxsin suriyalı deyil, “Maraba Mtsurnatsi” adlı 
vətənpərvər erməni olduğunu bildirmişdi! 
Erməni tarixçilərindən A.Abramyan, Q.Açaryan, S.Malxasyants, 
L.Xaçikyan, M.Abeqyan və 
Y.Manandyan onun tarixi şəxsiyyət 
olmasını təsdiqləyirlər. Amma 
erməni alimləri burada vacib 
bir detalı nədənsə “nəzərdən 
qaçırmışlar”. İş burasındadır ki, 
həqiqətən də real şəxsiyyət olan Mar 
Abas Katina iddia olunduğu kimi 
“eramızdan əvvəl II əsrdə” deyil, 
eramızın IV əsrində yaşamışdı. 
Bunu Mar Abasın Britaniya 
muzeyində saxlanılan əlyazması da 
təsdiqləyir.
9
 Digər tərəfdən, Mar 
Abasın Nineviya kitabxanasında 
biblioqrafik araşdırmalar aparması 
da qeyri-mümkün idi. Çünki, 
Assuriya dövlətinin son paytaxtı 
olan Nineviya şəhəri eramızdan 
əvvəl VII əsrdə tarix səhnəsindən 
tamamilə silinmişdi və nə miladdan 
öncə II əsrdə, nə də eramızın  IV 
əsrində burada hansısa kitabxananın mövcudluğundan söhbət gedə bilməzdi! 
Belə çıxır ki, qədim ermənilərdən bəhs edən salnamə Movses Xorenatsinin 
növbəti uydurmalarından biridir. Təsadüfi deyil ki, Qərb alimləri, o cümlədən 
XIX əsrdə yaşamış fransız şərqşünası 
Fransua Lenorman “Assuriyalogiya 
məktubları” əsərində Mar Abas Katinanın adına çıxarılan qədim mətnləri 
əslində 
“sadəlövh oxucuların aldadılmasına yönəldilmiş saxtakarlıq” 
kimi dəyərləndirmişdi.
10
 Görkəmli rus şərqşünası İqor Dyakonov erməni 
salnaməçisini açıq şəkildə saxtakarlıqda ittiham etməsə də, eyhamla bunları 
9    Мириджанян Л. “О некоторых реальных и мнимых источниках “истории Армении” Мовсеса Хоренаци”/ “Истоки 
армянской поэзии”, http://armenianhouse.org/mirijanyan/armenian-poetry/5.html
10  Гурбанов А. “Сказки армянских “мудрецов”, Баку, 2005
Ermənistanın ilk “rəsmi arxivşünası”   
 Mar Abas Katina


- 22 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
yazırdı:
 “Xorenatsi kitabında Mar Abas Katina adlı hansısa suriyalıya 
ifrat şəkildə etibar etmişdir. Mar Abas Katina və ya bu ad altında 
gizlənən şəxs Arşakilər sülaləsindən olan ilk hökmdarların müasiri 
kimi (eramızdan əvvəl II əsr) təqdim olunsa da, əslində onun yazdıqları 
ən azı eramızın III əsrinə aid olan və həddən artıq kobud  şəkildə 
yaradılan kompilyasiyadır”.
11
  Ermənistanda isə Movses Xorenatsiyə 
bəraət qazandırmaq istəyənlər çoxdur. Onlardan biri - alim və şair 
Levon 
Miricanyan Mar Abasın hansı dövrdə yaşaması məsələsinə toxunmadan 
iddia edir ki, guya onun Nineviya kitabxanasında işləməsinə dair yanlış 
qənaət Xorenatsinin öz salnaməsində buraxdığı qrammatik səhv ucbatından 
yaranmışdı. L.Miricanyan yazır: “
Məhz bu səbəbdən Qərb alimləri bir 
tərəfdən Movses Xorenatsini saxtakar kimi tanıyır, digər tərəfdən Mar 
Abas Katinanı özündən salnamə uyduran və onu “qədim kitab” adı ilə 
erməni hökmdarına  təqdim edən yalançı hesab edirlər… Həqiqətdə 
isə, bu ifadə “Nineviya kitabxanası” deyil, “Nineviyanın kitabxanası” 
kimi yazılmalı və oxunmalı idi. Yəni, həmin arxiv vaxtilə Nineviyadan 
Böyük Arşakın sarayına gətirilmiş və Mar Abas əlyazma ilə burada tanış 
olmuşdu”.
12
 
Beləliklə, erməni tarixçilərinin “Qafqaz Albaniyası sevdasının” kökündə 
gizlənən qeyri-səmimiliyin səbəblərinə nisbətən aydınlıq gətirə bildik. 
Bu “məhəbbət” ilə erməni-qriqorian məzhəbinin Alban həvari kilsəsinə 
qarşı açıq düşmənçilik münasibəti əks-mütənasibdir. Onun təmsilçiləri 
zahirən müxtəlif qütblərdə dayansalar da, bir-birini üzvi şəkildə tamamlayır, 
eyni maraqların təminatına – Cənubi Qafqazın, Anadolunun, Qafqaz 
Albaniyasının dini və etnomədəni tarixinin, dövlətçilik ənənələrinin 
mənimsənilməsinə xidmət edirlər. Ziddiyyətin məğzi isə Alban kilsəsinin 
yarandığı dövrdən etibarən daha yüksək statusa və nüfuza malik olması, 
onun İsa Məsih həvarilərindən Fomanın şagirdi, həvari Yeliseyin (ermənilər 
onu “Yeqişe” adlandırırlar) missionerlik fəaliyyəti ilə bağlanmasıdır. 
Albaniya ərazisində xristian dinini ilk yayanlar həvari Varfolomey (68-71-
ci illər) və “Albaniya həvarisi” adını qazanan Yelisey (təqribən 50-70-ci illər 
arasında) olmuşlar. O da xüsusi vurğulanmalıdır ki, həvari Yeliseyi Qafqaz 
Albaniyasına Yerusəlimin ilk patriarxı olan Yakov (Yaqub - xristian dini 
tarixində İsa Məsihin qardaşı) göndərmişdi. Bu fakt alban salnaməçiləri 
11  Дьяконов И. “История Мидии”, Москва, 1956 
12 
 Мириджанян Л. “О некоторых реальных и мнимых источниках “истории Армении” Мовсеса Хоренаци”/ “Истоки 
армянской поэзии”, http://armenianhouse.org/mirijanyan/armenian-poetry/5.html


- 23 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Mxitar Qoş və Kirakoz Qandzakinin əsərlərində də yer almışdır.
13
 Alban 
tarixçisi Moisey Qağankatlı həvarinin Yerusəlimdən birbaşa Albaniyaya 
yola düşməsi barədə açıq şəkildə yazır: “
Yerusəlimdən səmt götürən 
müqəddəs Yelisey Ermənistandan yan keçərək  (kursiv bizimdir-müəl.) 
Albaniyaya gəlmişdir. Ermənistandan xeyli əvvəl məhz burada, Qis 
kəndində kilsə (Şəkidəki Kiş məbədi) ucaltmışdır. Bu kilsə bütün Şərq 
kilsələrinin anası idi”.
14
 Erməni kilsəsinin (əslində, parf xristian kilsəsinin) 
isə təməli əksinə, Bizansda “yepiskop” rütbəsi və “Qriqori” adını almış əslən 
parf olan (Arşakilər sülaləsinin Karen nəsli) Suren vasitəsilə qoyulmuşdu. 
Bu baxımdan, Alban Həvari kilsəsinin ali statusu, Yerusəlimlə, İsa Məsih 
ardıcılları ilə bilavasitə bağlılığı, qeyri-erməni etnik mənşəyi qrekofil 
(mənbəyini yunan kilsəsindən götürən) erməni-qriqorian ruhanilərində 
qıcıq və həsəd oyadırdı. Təsadüfi deyil ki, 1813-cü ildə erməni-qriqorian 
kilsəsi Alban həvari kilsəsini ələ keçirdikdən, Rusiya İmperiyasının köməyi 
ilə özünə birləşdirdikdən sonra özünün əhəmiyyətsiz statusunu dəyişmiş 
və “erməni həvari kilsəsi mitropoliyası” adlandırılmağa başlanmışdı. Lakin 
Albaniya əhalisi uzun müddət erməni-qriqorian kilsələrində ibadətdən 
imtina etmişdi. Məsələn, udilər dini ayinləri evlərdə icra etməyi üstün 
tuturdular. Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 
2003-cü ildə Alban-udin xristian icması yenidən bərqərar olmuşdur. 
Erməni kilsəsində qıcıq oyadan digər səbəb isə erməni dini 
mifologiyasının əksinə olaraq, albanların xristianlığı daha erkən dövrlərdə 
qəbul etməsidir. Bu isə eramızın I əsrinə təsadüf edir. Həmin tarixi fakt 
ermənilərin “ilk xristian dövləti qurucuları” olmalarına dair mifoloji 
statusuna ciddi xələl gətirməklə, onların iddialarını şübhə altına alır. 
Erməni tərəfi və rus pravoslav kilsəsi bildirir ki, Qafqaz Albaniyasının İsa 
Məsih dinini qəbul etməsi  IV əsrə təsadüf edir. Belə ki, 313-cü ildə bütün 
ermənilərin ilk katolikosu Maarifçi Qriqori (Qriqor Partav – Qriqor Pəhləv) 
guya Albaniyaya gəlmiş, Arşakilər sülaləsindən olan çar Urnayrı, onun 
ailəsini, zadəganları, qoşunları, əhalini kollektiv xaç suyuna salmış, ölkəni 
xristianlaşdırmış və ən nəhayət, nəvəsi Qriqorisi Alban kilsəsinə rəhbər təyin 
etmişdi.
15
 Hadisədə şübhəli məqamlar olsa da, onu təkzib etməyə tələsmirik. 
Amma, erməni tarixçilərindən bu suallara cavab axtarırıq: Maarifçi Qriqori 
13   Гош М. Албанская хроника /Предисл., пер. и коммент. З.М.Буниятова. Баку, 1960
14  Каланкатуйский М. “История Агван”, СПб.,1861
15   “Принятие Христианства. Царь Урнайр и равноапостольный Григорий Просветитель”, http://baku.eparhia.ru/history/
albania/roman_byzantine_period/tsar_urnair/


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə