ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə70/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   66   67   68   69   70   71   72   73   ...   95

- 192 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
qarşısındaca döymüşdülər. “Hər şey aydın idi: əgər sağ qalmaq istəyirsənsə 
çamadanını götür, haydı vağzala doğru”- yazır İşxan Ankosi. 
İşxan Ankosi daha sonra yazır ki, 1988-ci ildə Spitakda baş verən zəlzələdən 
iki gün sonra Araqats (
Ələyəz) Rayon Partiya Komitəsinin üçüncü katibi Valeri 
Tonoyan Camışlı kəndində yaşayan 
yezidi kürdlərinə demişdi ki, dekabrın 
11-də erməni millətçiləri kürdlərə 
qarşı qırğınlar törədəcəkdilər. Təkcə 
Ələyəz rayonunda 11 yezidi kürd 
kəndi darmadağın ediləcəkdi. Bunun 
üçün yezidi və müsəlman kürdlərin 
yaşadıqları evlər və cinayətin konkret 
icraçıları əvvəlcədən müəyyən 
edilmiş, benzindaşıyan maşınlar hazır 
vəziyyətə gətirilmişdi. Sadəcə olaraq, 
dekabrın 7-də baş verən zəlzələ 
nəticəsində ermənilərin növbəti 
cinayətlərinin qarşısı alınmışdı.
322
1991-ci ildə kürd ziyalılarından 
bir qrupu müsəlman və yezidi kürdlər 
arasında Ermənistan rəhbərliyinin 
apardığı təfriqəçilik siyasətinə qarşı 
etirazlarını bildirmək üçün prezident Levon Ter-Petrosyanın qəbulunda 
olmuşdular. Kürd ziyalısı Çərkəze Raş demişdi: “
Məgər siz bir şərqşünas kimi 
bilmirsiniz ki, yezidilər digər kürdlərdən yalnız dini inanclarına görə 
fərqlənirlər və onlar kürd xalqının bir parçasıdır? Sizin siyasətiniz 
kürdlərin müxtəlif konfessiyaları arasında nifaq yaratmağa yönəlib”. 
Levon Ter-Petrosyan cavab vermişdi: “Biz erməni xalqının maraqlarından 
çıxış edirik”.
323
 
Kürdlərə qarşı törədilən qətl və qırğınların cəzasız qalması erməni 
millətçilərini yeni-yeni qırğınlara həvəsləndirirdi. 2006-cı il avqustun 17-də 
Kotayk vilayətinin Zovuni kəndində yaşayan yezidi kürdlərlə ermənilər arasında 
kütləvi dava baş vermişdi. Həmin vaxt 42 yaşında yezidi kürd Kərəm Avdalyan 
qətlə yetirilmişdi. Hadisə yerinə gələn Ermənistan Yezidiləri İttifaqının sədri 
322 
 Обращение к aрмянскому народу. http://www.kurdist.ru/index.php?option=com_con-
tent&task=view&id=324
323 
 Журнал “Дружба” (Dostani). Москва, 2003, № 22, c. 70-71; http://ezid.ru/articles/old_
article/09-04-2005_11-18-33.html
Kürdlər özlərini yandırmaqla  Ermənistan 
hakimiyyətinə qarşı etirazlarını bildirirlər 


- 193 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Aziz Tamoyanın başına isə odlu silah dayayaraq demişdilər ki, kürdlər rədd olub 
öz ölkələrinə getsinlər. Bu cinayəti Ermənistanın hüquq-mühafizə orqanları 
ört-basdır etmişdilər. 2006-cı il dekabrın 7-də K.Avdalyanın anası, arvadı və iki 
oğlu Ermənistan Prezidentinin iqamətgahı qarşısında özlərini yandırmışdılar.
324
 
2009-cu il iyun ayının 3-də Abovyan rayonunda Məcid Hasoyan adında 
yezidi kürdün 6 nəfərlik ailəsini erməni qonşuları bütünlüklə qətlə yetirmişdilər. 
Hansı ki, həmin ailənin qətlə yetirilən ən kiçik üzvü Tengizin 13 yaşı var idi, ona 
daha çox işgəncə vermiş, venalarını doğramışdılar. Üst-üstə Hasoyan ailəsinin 
üzvlərinə 80 bıçaq zərbəsi vurmuşdular. Bundan sonra erməni qonşuları 
yezidilərin saxladıqları pulları və qızılları oğurlamışdılar. 
Ararat (
Vedi) rayonunun Qaralar kəndində 1988-ci ilədək azərbaycanlılarla 
yanaşı, ermənilər, müsəlman və yezidi kürdləri birgə yaşayırdılar. 
Azərbaycanlılarla müsəlman kürdlər 1988-ci ildə Qaralardan deportasiya 
edilmişdilər. 1994-cü ilin iyul ayında ermənilər Qaralar kəndində yaşayan 
yezidi kürdlərə qarşı qırğınlar törətmişdilər. Bununla bağlı olaraq Azərbaycan 
Kürd Mədəniyyət Mərkəzi dünya xalqlarına müraciət edərək qeyd edirdi ki, 
“qaniçən erməni hərbçiləri Vedi (
Ararat) rayonunun yezidi kürdlər yaşayan 
Qaralar kəndində 50-dən artıq dinc sakini qətlə yetirmişlər”. Azərbaycan Kürd 
Mədəniyyət Mərkəzi ermənilərin təcavüzünə son qoymaq və yezidi kürdlərin 
məhv olmaqdan xilas edilməsi üçün dünya xalqlarını səslərini ucaltmağa 
çağırırdı.
325
 
Ermənistanda daşnakların hakimiyyəti dövründən aparılan etnik təmizləmə 
siyasəti nəhayət, müasir Ermənistan hakimiyyəti tərəfindən başa çatdırıldı. 
Erməni Ümummilli hərəkatının 1994-cü ildə İrəvanda keçirilən mitinqlərindən 
birində Levon Ter-Petrosyan demişdi: 
"O şeyi ki biz 2-3 il ərzində etdik, 
digərləri bunu 600-700 il ərzində də edə bilməyiblər. Biz Ermənistanı 
digər xalqlardan təmizlədik".
326
Erməni eksperti Karine Ter-Saakyanın verdiyi məlumata görə, 2002-ci ildə 
Ermənistan parlamenti yezidilərlə kürdlərin ayrı-ayrı milli azlıq nümayəndələri 
olması barədə qətnamə qəbul etmişdi. Ermənistan hökumətindən dəstək alan 
həftəlik “Yezidixana” qəzeti kürdlərə qarşı yazılar dərc edirdi. İrəvan radiosunda 
bir saatlıq kürdcə verilişlərdə yezidilərin kürd olmadığı təbliğatı aparılırdı. 1992-
2012-ci illərdə Ermənistanda yaşayan yezidilərin 30 faizi ölkəni tərk etmək 
məcburiyyətində qalmışdı. Məsələn, əgər 1990-cı illərin əvvəllərində Ələyəzin 
324 
 Жена убитого езида подожгла себя и детей перед зданием резиденции президента Армении. https://
www.newsru.com/arch/world/07dec2006/fakel.html 
325 
 “Azərbaycan” qəzeti, 8 iyul 1994-cü il.
326 
 Журнал “Дружба” (Dostani). Москва, 2003, № 22, c. 71.


- 194 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Hakko kəndində 100-dən çox yezidi ailəsi yaşayırdısa, 2012-ci ildə 16 yezidi 
ailəsi qalmışdı. Bir çox yezidilər iqtisadi vəziyyətin ağırlığına tab gətirməyərək 
ərzaq və digər yardımlar almaq üçün xristianlığı qəbul etmək məcburiyyətində 
qalırdılar. Məsələn, Ələyəz rayonunun Amre-Taza (
keçmiş Karvansara, hazırda 
Saduns kəndi – N.M.) kəndində yaşayan yezidilərin təqribən 35 faizi xristian 
protestanta çevrilmək məcburiyyətində qalmışdı.
327
 
Rəsmi Ermənistan dairələrinin azərbaycanlılara və müsəlman kürdlərinə 
qarşı apardıqları etnik təmizləmə siyasəti hazırda yezidi kürdlərə qarşı 
davam etdirilir. Bir zamanlar kürdlərin ermənilərlə birlikdə türklərə qarşı 
vuruşduqlarını yazan erməni tarixçiləri və siyasətçiləri bu gün kürdlərin 
ermənilərin soyqırımında iştirakçı olmaları barədə iddialarla çıxış edirlər. 
Milli azlıqlara qarşı Ermənistanda həyata keçirilən diskriminasiya siyasəti 
Avropa Şurasının İrqçilik və irqi dözümsüzlüyə qarşı mübarizə komissiyasının 
hesabatlarında öz əksini tapmışdır. Komissiyanın 13 fevral 2011-ci ildə 
dərc edilən hesabatında qeyd edilir ki, milli azlıqlar olan yezidilərin torpağa 
mülkiyyət sənədi almaq, suvarma və otlaq problemləri mövcuddur. Habelə, 
yerli hakimiyyət, polis və ordu tərəfindən yezidi icmalarının hüquqlarının 
pozulması faktları aşkar edilmişdir.
328
 
Müsəlman kürdlərin Ermənistandan deportasiyası zamanı yezidi kürdlər 
çox təəssüf ki, erməni millətçi dairələrinin yanında yer almışdılar. Lakin çox 
keçmədi ki, yezidi kürdlər də eyni aqibəti yaşadılar. Bu gün diskriminasiyaya və 
kütləvi qırğınlara məruz qoyulan yezidi kürdlər Rusiyaya, Ukraynaya, Belarusa, 
Qərbi Avropa ölkələrinə, ABŞ-a, hətta Avstraliyaya üz tuturlar. Erməni vandalları 
kürdlərin qəbiristanlıqlarını buldozerlərlə yerlə-yeksan edirlər.
2011-ci ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə, Ermənistanda 
yaşayan 3.018.854 nəfər əhalinin 35.308 nəfərini yezidilər, 11.911 nəfərini ruslar, 
2.162 nəfərini kürdlər təşkil edirdi.
329
 1979-cu ildə keçirilən siyahıyaalmanın 
nəticələri ilə müqayisədə kürdlər artmaq əvəzinə, əksinə 13.352 nəfər azalmışdı. 
Əslində, kürd ailələrində çoxuşaqlılığın normal həyat tərzi olması nəzərə alınsa, 
1979-cu ildən keçən 32 il ərzində - yəni 2011-ci ildə Ermənistanda yaşayan 
kürdlər ən azı iki dəfə artmalı idi. 
Ermənistanın şəhərlərində yaşayan yezidi kürdlər əsasən şəhərin kommunal 
327 
 Тер-Саакян Карине. Курдский сепаратизм – поддержат ли его из Армении? http://www.iran.ru/news/
analytics/80795/Kurdskiy_separatizm_podderzhat_li_ego_iz_Armenii
328 
 Акопян Т. У езидов есть проблема земли, воды и пастбищ, - отмечено в отчете Евросовета.
 http://ar-
chive.hetq.am/rus/society/0702-yezidi.html
329 
 http://armstat.am/file/doc/99484883.pdf


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə