ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə72/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   68   69   70   71   72   73   74   75   ...   95

- 198 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
keçirməyi qərara almışdılar. Həmin qanunun icrası erməni kilsələrinin 
maliyyələşdirdiyi siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə vurmuş, 
bu da öz növbəsində erməni terrorizminin genişlənməsinə, antirus əhval-
ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. 
Erməni terrorçu təşkilatları knyaz Q.Qolitsını aradan götürmək üçün terrora 
əl atmışdılar. 14 oktyabr 1903-cü ildə “Hnçak” Partiyasının terrorçu dəstəsinin 
dilənçi qiyafəsinə girən üzvləri Tiflisin ətrafındakı Botanika bağında arvadı ilə 
gəzintidən sonra şəhərə qayıdan knyaz Qolitsının ekipajına hücum etmiş, onu 
xəncərlə ağır yaralamışdılar. Terrorçulara tapşırıq verilmişdi ki, Qolitsının başını 
bədənindən ayırıb, Tiflisin “İrəvan meydanı”ndakı dirəyə sancsınlar. Qolitsını 
öldürməyə müvəffəq olmayan erməni terrorçuları onun sarayını partlatmaqla 
həyatına son qoymağa çalışmışdılar.
332
 Qolitsın uzun müddət öz vəzifəsini icra 
edə bilmədiyi üçün 1904-cü ilin iyulunda Rusiyaya getmiş və istefa verməyə 
məcbur olmuşdu.
Eçmiədzin kilsəsi və 
“Daşnaksutyun” Partiyasının birgə 
təşkilatçılığı ilə çar II Nikolaya qarşı 
da sui-qəsd planı hazırlanmışdı. Bu 
əməliyyatın həyata keçirilməsi üçün 
“Daşnaksutyun” Partiyasının 4 üzvü 
Bakıdan Peterburqa göndərilmişdi. 
“Armenak”, “Qriqor”, “Simon” və 
“Kaspar” gizli adları altında fəaliyyət 
göstərən terrorçular niyyətlərini 
həyata keçirməyə imkan tapmamış və 
ifşa olunmuşdular. General-adyutant 
knyaz Q.Qolitsın çar II Nikolaya qarşı 
sui-qəsd planının təşkilatçısı ittihamı 
ilə Mkrtıç Xrimyana qarşı cinayət işi 
başlatdırmışdı. Bu barədə Rusiyanın 
daxili işlər naziri Vyaçeslav Pleve 13 
avqust 1903-cü ildə katolikos Mkrtıç 
Xrimyana məktubla bildirmişdi. 4 
sentyabr 1903-cü ildə katolikos Xrimyan nazir Pleve ilə görüşmək məqsədilə 
knyaz Qolitsından ona Peterburqa getmək üçün vəsatət qaldırmasını xahiş 
332 
 Исмаил-Заде Д. И. Граф И. И. Воронцов-Дашков. Наместник Кавказский (Россия забытая и неизвест-
ная). Москва: Центрполиграф, 2005
Knyaz Q.Qolitsın


- 199 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
etmişdi. Knyaz Q.Qolitsın katolikos Xrimyana sentyabrın 5-də göndərdiyi 
cavabda bildirirdi ki, 12 iyun qanunu dəqiqliklə və tam həcmdə, həmçinin 
təxirə salınmadan yerinə yetirilməyincə, onun Peterburqa getməsi üçün vəsatət 
qaldıra bilməz.
333
1903-cü il avqustun 13-də Aleksandropol (
indiki Gümrü) şəhərindəki rus 
pravoslav kilsəsinin baş keşişi Vasilov “Daşnaksutyun” Partiyasının terrorçuları 
tərəfindən xəncərlə qətlə yetirilmişdi.
334
XIX əsrin 90-cı illərində xarici dövlətlərin təhriki ilə Türkiyə ərazisində baş 
qaldıran erməni üsyanlarının yatırılmasından sonra 400 mindən artıq erməni 
Cənubi Qafqaza axışmışdı. 1905-ci ildə Qafqaza canişin təyin edilən İllarion 
Voronsov-Daşkovun ermənipərəst mövqeyindən istifadə edən “Daşnaksutyun” 
və “Hnçak” partiyaları Türkiyədən gələn erməni ailələrini məskunlaşdırmaq 
üçün İrəvan, Yelizavetpol (
Gəncə) və Tiflis quberniyalarında azərbaycanlılar 
yaşayan əraziləri silah gücünə təmizləmək siyasəti həyata keçirmişdilər. Digər 
tərəfdən, erməni siyasi partiyaları öz silahlı dəstələrini maliyyələşdirmək 
üçün terrorçu dəstələr vasitəsilə banklara və poçt şöbələrinə basqınlar edir, 
inkassatorları öldürür, silah-susat daşıyan qatarlara hücumlar təşkil edirdilər. 
Milliyyətindən asılı olmayaraq terrorçuların tələblərinə əməl etməyən ayrı-ayrı 
sahibkarlara qarşı da sui-qəsdlər həyata keçirirdilər.
1905-ci ilin əvvəllərində Bakıdan başlayan, sonralar bütün Cənubi Qafqazı 
bürüyən bu qırğınlara hakim dairələrin göz yumması üçün əvvəlcə onları 
qorxutmaq, başqa sözlə, sui-qəsdlər təşkil etmək, terror aksiyalarına başlamaq 
lazım gəlirdi. Qafqaz Canişinliyinin sənədlərində göstərilir ki, erməni təşkilatları 
1905-1906-cı illərdə öz siyasi məqsədlərinə nail olmaq üçün Canişinlikdə və 
onun yerli orqanlarında fəaliyyət göstərən ruslara və rusdilli məmurlara qarşı 
çoxsaylı terror aktları həyata keçirmişlər. 
Erməni terrorçuları törətdikləri təxribatların qarşısını almağa cəhd 
göstərdiyinə görə 11 sentyabr 1904-cü ildə Yelizavetpol (
Gəncə) quberniyasının 
vitse-qubernatoru Andrey Andreyevi qətlə yetirmişdilər.
335
 “Daşnaksutyun” 
Partiyasının terrorçu dəstəsinin üzvləri 1905-ci il mayın 11-də Bakının gürcü 
əsilli, ruslaşmış general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna 
333 
 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA): Fond. 276, si-
yahı. 8, iş 60, v. 25; 
Багиров M., Вердиева Х. В поисках истины...: лицо армянства: Архив Политических Документов Управ-
ления Делами Президента Азербайджанской Республики: документы свидетельствуют... Баку: МВМ, 2011
334 
 Величко В. Кавказ. Русское дело и междуплеменные вопросы. Баку: Элм, 1990
335 
 Кузнецов О. История транснационального армянского терроризма в XX столетии: историко-кримино-
логическое исследование: монография / О. Ю. Кузнецов. Баку: Шарг-Гарб, 2015


- 200 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
bomba ataraq onun ölümünə səbəb olmuşdular. Hərbi məhkəmənin qərarı 
ilə M.Nakaşidzeyə sui-qəsd edən terrorçulara edam hökmü çıxarılmışdı.
336
 
Erməni terror təşkilatları İrəvan quberniyasında da çar məmurlarına qarşı terror 
aktları həyata keçirmişdilər. İrəvanın qubernatoru Qafqazın Baş Rəisliyinə 
göndərdiyi məxfi məktubda yazırdı ki, 1903-cü ilin sentyabrından 1904-cü 
ilin iyul ayınadək İrəvan quberniyasında erməni komitəçiləri tərəfindən İrəvan 
şəhərində polis işçisi öldürülmüş, Aleksandropolda (
Gümrüdə) polis işçisi 
Dardımanov qətlə yetirilmiş, Sürməli qəzasının rəisi polkovnik Boquslavski qətl 
edilmiş, quberniyanın kəndlərində “ümumerməni işinin” həyata keçirilməsinə 
mane olan bir neçə nəfər qətlə yetirilmişdi.
337
 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər 
Arxivində polkovnik Yakovlevin imzası ilə saxlanılan bir sənəddə 1905-ci il 
fevralın 19-da İrəvan şəhərində qubernatorun dəftərxanasının yaxınlığında 
quberniya həkimi, mülki müşavir Urazovun qətlə yetirildiyi yazılır. Mərhumun 
bədənində bir neçə xəncər yarası aşkar edildiyi qeyd edilir.  Ermənilər quberniya 
həkimi Urazovu qətlə yetirdikdən sonra onun yerinə erməni millətindən olan 
bir həkimin təyin edilməsinə nail olmuşdular. Bununla da ermənilər iğtişaşlar 
zamanı azərbaycanlıların tələfatının daha az, ermənilərin tələfatının isə daha 
çox göstərilməsini təmin etmişdilər.
338
 
“Daşnaksutyun” Partiyasının mərkəzi komitəsi general Frezenin 
öldürülməsini ona görə qərara almışdı ki, o, erməni terrorçu dəstələrinin 
Türkiyə ərazisindən Aleksandropol qəzasına buraxılmaması haqqında 
sərəncam vermişdi və nəticədə, bu bandalardan biri sərhədi keçərkən məhv 
edilmişdi. Həmin bandalardan birinin məhv edilməsinə rəhbərlik edən 
sərhəd mühafizəsinin rəisi podpolkovnik Bıkovu erməni terrorçuları qətlə 
yetirmişdilər.
339
 
Ermənilər 1905-ci ildə Sürməli qəzasında kütləvi qırğınlara başlamazdan 
öncə qəzada erməni terroruna qarşı mübarizə aparan administrasiya 
nümayəndələrini hədəfə götürmüşdülər. “Daşnaksutyun” Partiyasının 
“qara siyahı”sına düşənlərdən biri də Sürməli qəzasının rəisi podpolkovnik 
Boquslavski idi. Uzun müddət təqib etdikdən sonra erməni terrorçuları 
Boquslavskini 11 iyul 1904-cü ildə gecə saat 2-də İqdır bazarında odlu silahla 
336 
 ARPİİSSA: F. 276, siy. 8, iş 60, v. 1; Багиров М., Вердиева Х. В поисках истины... Лицо армянства. Баку: 
МБМ, 2011
337 
 Qasımlı Musa. Cənubi Qafqaz kütləvi qırğınlar ərəfəsində (1903-1904) // Milli Məclisin analitik-informasiya 
jurnalı, 2012.
338 
 Багиров М., Вердиева Х. В поисках истины... Лицо армянства. Баку: МБМ, 2011
339 
 Yenə orada.


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə