ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə74/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   70   71   72   73   74   75   76   77   ...   95

- 203 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sizdən xahiş edir ki, qısa zamanda onların köçürülməsi imkanını nəzərdən 
keçirəsiniz. Bundan öncə isə, Qars vilayəti əhalisini daşnak qırğınlarından 
qorumaq üçün bütün mümkün tədbirləri görəsiniz”.
345
  
1920-ci ilin oktyabrında türk qoşunları yenidən Qars vilayətini erməni 
silahlı qüvvələrindən təmizlədiyi zaman cəmisi 3 kənddə az sayda rus əhalisi 
qalmışdı. 1918-ci ilin mayında keçmiş İrəvan xanlığı ərazisində daşnak 
hakimiyyəti qurulduqdan sonra da bir çox rus zabitləri Ermənistan ordusuna 
qatılaraq qulluqlarını davam etdirmişdilər. Lakin onları “etibarsız ünsür” hesab 
edir və yüksək rütbəli erməni zabitlərinin tabeliyində saxlayırdılar. Rus zabitləri 
hər cür repressiyalara məruz qalırdılar. 1920-ci ilin mayında Ermənistanda 5 
rus zabitini öldürmüşdülər. Aleksandropolda (
Gümrüdə) isə ermənilər Rus 
Milli Şurasının sədri Ressleri qətlə yetirmişdilər.
346
 
1918-1920-ci illərdə Ermənistanda rusların öz yaşadıqları kəndləri tərk 
edərək Cənubi Azərbaycana qaçmalarını müşahidə edən gürcü müəllifi Karibi 
(əsl soyadı Qoleşvili, Gürcüstanın kənd təsərrüfatı naziri olmuşdur – N.M.) 1920-
ci ildə Tiflisdə nəşr etdirdiyi “Qırmızı kitab”da yazırdı: “
Daşnak yazıçıları 
dünyaya sübut etmək istəyirlər ki, onlar Rusiyanı çox sevirlər. Lakin rus 
kəndliləri qorxu içərisində Ermənistanı tərk edərək öz vətənlərinə deyil
Məhəmməd hümməti İrana qaçırlar. Onlar yaxşıdan yaxşısını axtarmırlar. 
Hesab etmək lazımdır ki, əgər rus kəndliləri Ermənistanda yaxşı yaşamış 
olsaydılar, onlar heç bir dini, siyasi və mədəni əlaqəsi olmayan İranda 
özlərinə sığınacaq axtarmazdılar”.
347
  
Erməni müəllifi Marietta Şahinyanın verdiyi məlumata görə, daşnakların 
hakimiyyəti dövründə Zəngəzurda mövcud olan Bazarçay və Borisovka rus 
kəndləri də dağıdılmış, əhali Şimali Qafqaza qaçmağa məcbur olmuşdu.
348
 
Amerika tədqiqatçısı Səmyuel Uimz “Ermənistan - terrorçu “xristian” ölkənin 
gizlinləri” əsərində yazır ki, XX əsrin lap əvvəllərindən başlayan erməni kilsəsi ilə 
terrorçu siyasi hərəkatın 
(yəni “Daşnaksutyun” Partiyasının – N.M.) birləşməsi 
bu gün də davam edir. Müəllif erməni kilsəsinin üsyanları planlaşdıran və həyata 
keçirən terrorçuların qərargahı kimi fəaliyyət göstərdiyini, terrorçuların üsyan 
əmrini almaq üçün kilsə xadimlərinin qərarını gözlədiklərini yazır.
349
 
Sovet hakimiyyəti illərində də gizli erməni təşkilatları öz istəklərinə nail olmaq 
345 
 ARDA, fond 28, siyahı 1, iş 174, vərəq 14-15.
346 
 ARDA, fond 28, siyahı 1, iş 210, vərəq 74.
347 
 Кариби. Красная книга. Баку: Азернешр, 2013 
348 
 Шагинян М. Советское Закавказье. Очерки 1922-1930 гг. Государственное издательство художествен-
ной литературы. Москва-Ленинград, 1931
349 
 Uimz Səmyuel. Ermənistan - terrorçu “xristian” ölkənin gizlinləri. Bakı: OKA Ofset, 2004


- 204 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
üçün Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən Moskvada dəfələrlə terror 
aksiyaları həyata keçirmişlər. 8 yanvar 1977-ci ildə Moskva şəhərində erməni 
terrorçuları tərəfindən bir-birinin ardınca üç terror aktı həyata keçirilmişdi. 
Əvvəlcə metronun “İzmayılovsk” və “Pervomaysk” stansiyaları arasında hərəkət 
edən vaqona qoyulan bomba partladılmış, sonra “Lubyanka” küçəsindəki ərzaq 
mağazasına, bir qədər sonra isə “Nikolskaya” (
keçmiş “Oktyabr”) küçəsinin 
yaxınlığındakı zibil qutusuna qoyulmuş bomba partladılmışdı. Partlayışlar 
zamanı 7 nəfər ölmüş, 37 nəfər yaralanmışdı. 
 
Moskva metrosunda terror aktının nəticələri
Həmin terrorçu qrupun istintaqı zamanı müəyyən edilmişdi ki, qrup üzvləri 
oktyabrın 7-də Moskvanın Kursk vağzalında da silsilə terror aktları törətməyi 
planlaşdırırmışlar. Terror aktını İrəvan şəhərinin sakinləri Stepan Zatikyan, 
Hakop Stepanyan və Zaven Bağdasaryan törətmişdilər. Bir ildən artıq çəkən 
istintaqdan sonra qapalı şəkildə keçirilən məhkəmə iclasında hər üç terrorçuya 
ən yüksək cəza – güllələnmə hökmü çıxarılmış və hökm icra edilmişdi.
350
 
Ermənistanın o zamankı rəhbəri Karen Dəmirçyan istintaq prosesinə mane 
olmaq istəsə də, onları xilas edə bilməmişdi. İstintaq müəyyən etmişdi ki, 
terrorçular İrəvanda gizli fəaliyyət göstərən və ASALA terrorçu təşkilatı ilə bağlı 
olan Milli Birlik Partiyasının üzvləridirlər. 
XX əsrin 90-cı illərində ermənilər tərəfindən Şimali Qafqaz ərazisində 
sərnişin və dəmiryol nəqliyyatında həyata keçirilən müxtəlif terror aktları 
nəticəsində onlarca rus həlak olmuşdu. 
8 aprel 1991-ci ildə Rostov şəhərində SSRİ DİN-in podpolkovniki 
Vladimir Blaxotin erməni terrorunun qurbanı olmuşdu. Ermənilər 1988-
1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin hərbi komendantı olmuş 
350 
 Как армяне устраивали взрывы в Москве. https://anaga.ru/armianskie-vzryvy-v-moskve.html


- 205 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
general Vladislav Safonovun 
maşını ilə Blaxotinin 
maşınının nömrəsini dəyişik 
salmış, podpolkovnikin 
maşınını partladaraq onu 
qətlə yetirmişdilər. General 
Safonovun isə hələ DQMV-
də hərbi komendant olarkən 
qayda-qanun yaratmaq 
istəməsi ermənilərə sərf 
etmədiyi üçün İrəvanda 
keçirilən mitinqlərin birində ona qarşı ölüm hökmü çıxarmışdılar. İstintaqla 
müəyyən edilmişdi ki, terror aktını Xankəndi, İrəvan və Rostov şəhərinin 
sakinləri olan ermənilər törətmişdilər. Məhkəmə cinayətkarlara müxtəlif 
müddətlərə həbs cəzası kəsmişdi.
351
   
1992-ci il iyun ayının 10-da Gümrü şəhərinin (
keçmiş Leninakan
mərkəzində, günün günorta çağı, sakinlərin 
gözləri önündə Rusiyanın Zaqafqaziya 
Hərbi Dairəsinin qərargahında qulluq 
edən 5 rus hərbçisi  - 1 zabit, bir çavuş və 
üç sıravi odlu silahla qətlə yetirilmişdi. 
Rus hərbçiləri Rusiyanın Gümrüdəki 
hərbi bazasından kosmik rabitə qurğularını 
Kutaisidəki desant-hücum briqadasına 
daşımaq əmrini yerinə yetirirdilər. Lakin 
erməni “boyevikləri” həmin qurğuların 
daşınmasına maneçilik törətmiş və rus 
hərbçilərini qətlə yetirmişdilər. Bununla 
bağlı cinayət işi açılmış, lakin bir müddət 
sonra “boyeviklərin” hamısının Qarabağda 
ölməsi “səbəbindən” cinayət işinə xitam 
verilmişdi. Beləliklə, ruslara qarşı törədilən 
bu cinayət də “müttəfiq Ermənistanda” ört-basdır edilmişdi.
352
 
1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 
351 
 Батыев Б. Армяне взрывают Россию. https://haqqin.az/news/67753 
352 
 Ступишин Владимир. Моя миссия в Армении. 1992-1994. Воспоминания первого посла России. Изда-
тельство Academia, Москва, 2001г.; http://armenianhouse.org/stupishin/docs-ru/mission/8.html
Erməni terrorçusu S.Zatikyan
General V.Safonov


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə