ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə75/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   71   72   73   74   75   76   77   78   ...   95

- 206 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
ikinci katibi vəzifəsində çalışmış Viktor Polyaniçkonun qətlində də “erməni izi” 
vardır. Belə ki, 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin 
qərarı ilə DQMV-də ermənipərəst Arkadi Volskinin rəhbərliyi ilə təşkil 
olunmuş Xüsusi İdarə Komitəsi həmin ilin sonunda ləğv edildikdən sonra 
V.Polyaniçkonun sədrliyi altında Təşkilat 
Komitəsi yaradılmışdı. 1990-1991-ci illərdə 
V.Polyaniçko Xankəndidə işlədiyi dövrdə 
ona qarşı 6 dəfə sui-qəsd təşkil edilsə də, 
ermənilər istəklərinə nail ola bilməmişdilər. 
Azərbaycandan gedəndən ilyarım sonra – 
26 iyun 1993-cü ildə V.Polyaniçko Rusiya 
prezidentinin sərəncamı ilə Şimali Osetiya 
və İnquşetiya münaqişəsi üzrə səlahiyyətli 
nümayəndə təyin edilmişdi. V.Polyaniçko 
1 avqust 1993-cü ildə Şimali Osetiyada öz 
xidməti maşınında inquş döyüşçülərinin 
rəhbərləri ilə görüşə gedərkən hücuma 
məruz qalmış və 15 güllə yarasından 
yerindəcə keçinmişdi. Onunla bərabər, 
Vladiqafqaz qarnizonunun rəhbəri general-
mayor Anatoli Koretski və xüsusi təyinatlı “Alfa” qrupunun üzvü, baş leytenant 
Viktor Kravçuk da öldürülmüşdü. Bundan başqa, 4 rus hərbçisi də yaralanmışdı. 
Əldə edilən məlumatlara görə, V.Polyaniçkoya qarşı terror aktını Ermənistan 
DTK-sının kəşfiyyat əməliyyatları şöbəsinin müdir müavini Can Hovanesyanın 
təşkil etdiyi terrorçu qrup həyata keçirmişdi. İngiltərəli tədqiqatçı-jurnalist 
Tomas de Vaal “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə 
arasında” kitabında Viktor Polyaniçkonun erməni döyüşçülər qrupunun 
hücumu nəticəsində öldürüldüyünü yazır.
353
  
2 aprel 1997-ci ildə Rusiya Dövlət Dumasının Müdafiə məsələləri 
komissiyasının sədri general Lev Roxlinin Rusiyadan Ermənistana gizli olaraq 
1 milyard dollar məbləğində silah verilməsi barədə Dumada hesabatla çıxış 
etməsi Rusiyanın siyasi dairələrində böyük qalmaqal doğurmuşdu. 3 iyul 1998-
ci ildə Lev Roxlin Moskva yaxınlığındakı bağ evində odlu silahdan açılan atəşlə 
qətlə yetirilmişdi. Hələ ki, istintaqla öz təsdiqini tapmasa da, bu terror aktının 
arxasında da ermənilərin olduğu qənaəti mövcuddur. 
353 
 Томас де Ваал. Черный сад: Армения и Азербайджан между миром и войной. Москва, 2013
General L.Roxlin


- 207 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Təkcə XX əsrin son 30 ilində müxtəlif erməni terrorçu qruplaşmaları 
tərəfindən 200-dən artıq terror aktı həyata keçirilmiş, təqribən 70 siyasi qətl icra 
edilmiş, 40-dan artıq sui-qəsd həyata keçirilmiş, 1500 nəfərdən artıq günahsiz 
insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. 
Ermənistan müstəqillik əldə etdikdən sonra bu ölkədə yaşayan ruslara 
qarşı diskriminasiya siyasəti həyata keçirilmiş və onların böyük əksəriyyətinin 
deportasiyasına nail olunmuşdu. 
Faktlar göstərir ki, ermənilər tarix boyu bir tərəfdən Rusiyanın himayəsini 
qazanmaq üçün özlərini rusların sadiq dostu kimi qələmə vermiş, digər tərəfdən 
isə fürsət düşən kimi ruslara qarşı quldurluq, terror və qırğınlar törətmişdilər. 


- 208 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XIX iddia
 “1988-ci ilədək Dağlıq Qarabağ Muxtar Vilayətində 
sosial-iqtisadi vəziyyət Azərbaycanın digər 
regionlarından aşağı səviyyədə olub”
Sovet Ermənistanı rəhbərlərinin təhriki ilə 1988-ci ildə Dağlıq Qarabağ 
Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbini əsaslandırmaq üçün 
iddia irəli sürülmüşdü ki, guya Azərbaycan rəhbərliyinin yeritdiyi diskriminasiya 
siyasəti nəticəsində muxtar vilayətin sosial-iqtisadi vəziyyəti Azərbaycanın 
digər regionlarından aşağı səviyyədə olub. Azərbaycanlı müəlliflər tərəfindən 
həmin iddianın arxiv sənədlərinə istinadən əsassızlığını sübut edən çoxsaylı 
əsərlər və məqalələr yazılmışdır. Bəs görəsən, Sovet hakimiyyəti illərində 
erməni müəlliflərinin özlərinin yazdıqları əsərlərdə və tərtib etdikləri statistik 
məcmuələrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyəti öz 
əksini necə tapmışdır? Dağlıq Qarabağda yaşayan ermənilərin vəziyyəti ilə 
Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətlərinin müqayisəli təhlili hansı 
mənzərəni ortaya qoyur? 
Məsələnin mahiyyətinin tamamilə açılması üçün əvvəlcə Ermənistanın 
Azərbaycana qarşı qaldırdığı ərazi iddialarına tarixi ekskurs etmək lazımdır. 
Ermənilər Azərbaycanın bir parçası olan Dağlıq Qarabağa ilk ərazi iddiasını 
1918-ci ildə tarixdə ilk dəfə qurulan müstəqil Ermənistan (
Ararat) Respublikası 
dövründə irəli sürmüşdülər. Hansı ki, həmin dövlətin özü tarixi Azərbaycan 
torpağının - keçmiş İrəvan xanlığının ərazisində yaradılmışdı. 
1919-cu il mayın 28-də Ermənistan parlamenti “Birləşmiş Ermənistan” 
haqqında qərar qəbul etmiş, Qarabağı, Naxçıvanı və Qars vilayətini Ermənistan 
ərazisi elan etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistan 
ordusunun Qarabağa hücumunun qarşısı qətiyyətlə alınmış və daşnak 
hökumətinin təhriki ilə Dağlıq Qarabağda baş qaldıran erməni üsyanları 
yatırılmış, Azərbaycanın suveren hüquqları bütün Qarabağ ərazisində bərqərar 
edilmişdi. 
Ermənilər ikinci dəfə Sovet hakimiyyətinin ilk illərində yenidən Dağlıq 
Qarabağa və Naxçıvana ərazi iddiası irəli sürmüşdülər. Lakin 7 iyul 1923-
cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycanın 
tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmaqla erməni iddialarına son 


- 209 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
qoyulmuşdu. Naxçıvanın taleyi isə 1921-ci il Moskva müqaviləsi ilə birdəfəlik 
həll edilmiş, əsassız erməni iddialarına kökündən balta vurulmuşdu. 
Ermənilərin növbəti dəfə Dağlıq Qarabağa ərazi iddiası ilə çıxış etməsi 
İkinci Dünya müharibəsinin sonlarına təsadüf edir. Müharibənin sonunda 
SSRİ-nin Türkiyənin Qars vilayətinə qarşı ərazi iddiası ilə çıxış etməsi Sovet 
Ermənistanının rəhbərlərinə fürsət vermişdi ki, Dağlıq Qarabağa və Naxçıvana 
ərazi iddiası məsələsini yenidən qaldırsınlar. 1945-ci il oktyabrın 27-də 
Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqor 
Arutinov İosif Stalinin qəbulunda olarkən xaricdə yaşayan 300 mindən artıq 
erməninin Sovet Ermənistanına köçmək istədiyini, amma əvvəlcə “mövcud 
ədalətsizliyin” aradan qaldırılmasını – yəni Dağlıq Qarabağ və Naxçıvanın 
Ermənistana birləşdirilməsi məsələsinin həll edilməli olduğunu bildirmişdi.
354
 
Lakin 1945-ci il dekabrın 10-da Azərbaycanın rəhbəri M.C.Bağırov Q. 
Arutinovun iddiasına cavab olaraq Moskvaya bildirmişdi ki, Qağlıq Qarabağın 
Şuşa istisna olmaqla Ermənistana birləşdirilməsi təklifi ilə o şərtlə razıdır ki, 
Ermənistanda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edən Əzizbəyov, Vedi 
və Qarabağlar rayonları Azərbaycana birləşdirilsin.
355
 Bundan sonra bir müddət 
Ermənistanın Dağlıq Qarabağa olan ərazi iddiası arxa plana keçirilmişdi. 
Əvəzində, ermənilər 100 minə yaxın azərbaycanlının Ermənistandan 
deportasiya edilməsinə nail olmuşdular. 
1949-cu ildə Sovet Ermənistanının rəhbəri Q.Arutinov yenidən İ.Stalinə 
müraciət edərək Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasını xahiş 
etmişdi. Lakin M.Bağırovun və L.Beriyanın səyləri nəticəsində bu məsələnin 
müzakirəsi yersiz sayılmış və məqsədəuyğun hesab edilməmişdi.
356
 
1960-cı illərdə Ermənistanın Dağlıq Qarabağa ərazi iddiası üçün yenidən 
münbit şərait yaranmışdı. 1961-ci ildə Ermənistanda sovet hakimiyyətinin 
qurulmasının 40 illiyi münasibətilə Ermənistana gələn Sov.İKP MK-nın Baş 
katibi Nikita Xruşova Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barəsində 
edilən müraciətə cavab olaraq o, bəyan etmişdi ki, artıq SSRİ-də milli məsələ 
həll edilmişdir.
357
 Lakin buna baxmayaraq, 1963-cü ildə Dağlıq Qarabağda 
və ətraf rayonlarda yaşayan 2500 erməninin imzası ilə N.Xruşova məktub 
354 
“Ноев Ковчег” , Москва, март, 2009, № 3 (138)
355 
 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA). Fond 1, siyahı 
169, iş 249, vərəq 8-12
356 
 Борьба армян за воссоединение НКАО с Советской Арменией. Сборник документов и материалов. 
Ереван: Институт Истории, 2011
357 
 Затикян О. Армянский вопрос и проявление национального сознания в 1960 годы. Вестник архивов 
Армении. № 1, 2009


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə