ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə76/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   72   73   74   75   76   77   78   79   ...   95

- 210 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
göndərilmişdi ki, DQMV və ətraf rayonların Ermənistana birləşdirilməsi, yaxud 
da RSFSR-in tərkibinə daxil edilməsi məsələsini həll etsin.
358
  
1966-cı ilin martında Ermənistanın bir qrup elm və mədəniyyət xadiminin 
imzası ilə Sov.İKP-nin XXIII qurultayına müraciət ünvanlanmışdı ki, “süni 
surətdə Sovet Ermənistanından ayrı salınmış Dağlıq Qarabağın və Naxçıvanın 
Ermənistana qaytarılması” məsələsi müzakirə edilsin. Həmin məktubu Sov.
İKP MK-nın Katibliyi baxılmaq üçün Ermənistan KP MK-ya göndərmişdi. 30 
sentyabr 1966-cı ildə Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanın 
və Nazirlər Sovetinin sədri Bədəl Muradyanın imzaları ilə Sov.İKP MK-ya 
göndərilən cavab məktubunda qeyd edilirdi ki, Azərbaycanın tərkibində 
olduğu 40 il ərzində guya Dağlıq Qarabağın iqtisadi və mədəni inkişafı təmin 
edilməmişdir. Həmçinin, yazılırdı ki, guya DQMV Ermənistana bitişikdir 
və onun üzvi davamıdır. Nəhayət bildirilirdi ki, Naxçıvanın Ermənistana 
“qaytarılması” çətinliklərə səbəb ola bilərsə də, Dağlıq Qarabağın “qaytarılması” 
heç bir çətinliklə bağlı deyil və ağrısız həll edilə bilər. Həmin məktubda qeyd 
edilirdi ki, guya Azərbaycan rəhbərliyinin DQMV-nin erməni əhalisinə qarşı 
həyata keçirdiyi diskriminasiya siyasəti nəticəsində 1926-cı illə müqayisədə 
1959-cu ildə vilayətin erməni əhalisi artmaq əvəzinə azalmış, əhali 111.694 
nəfərdən 110.053 nəfərə enmişdir.
359
 
Əslində isə həmin illər İkinci Dünya müharibəsi dövrünə təsadüf etdiyi 
üçün ölkənin hər yerində təbii artıma mənfi təsir göstərmişdi. Lakin erməni 
tədqiqatçılarının özləri İkinci Dünya müharibəsinin Qarabağ ermənilərinin 
sayına olduqca mənfi təsir göstərdiyini yazır, həmin illərdə Dağlıq Qarabağdan 
45 min nəfərin cəbhəyə getdiyini və onlardan 22 min nəfərinin həlak olduğunu 
qeyd edirdilər.
360
DQMV-də erməni əhalisinin azalmasının digər səbəbi isə ondan ibarət idi 
ki, 1949-cu ildə Sumqayıta, 1954-cü ildə isə Mingəçevirə respublika tabeli 
şəhər statusu veriləndən və həmin şəhərlərdə bir-birinin ardınca sənaye 
müəssisələrinin yaradılmasından sonra Dağlıq Qarabağda yaşayan erməni 
gənclərinin bir çoxu Sumqayıta və Mingəçevirə axışmışdı. Bakı və Gəncədəki 
sənaye müəssisələrinə Qarabağ ermənilərinin axını isə bütün Sovet hakimiyyəti 
illərində davam etmişdi. 1926-1959-cu illərdə Dağlıq Qarabağda ermənilərin 
358 
 Борьба армян за воссоединение НКАО с Советской Арменией. Сборник документов и материалов. 
Ереван: Институт Истории, 2011
359 
 Кочинян А. Документы, письма, воспоминания. Национальный Архив Армении. Ереван, 2003, 
360 
 Мирзоян Б.С. Нагорный Карабах (Размышления над статистикой). http://lraber.asj-oa.am/4067/1/1988-
7(43).pdf;  Абрамян Г.Б. Арцахские армяне в годы Великой Отечественной войны. http://mrav.net/2007/04/
artsakh-heroes/


- 211 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sayının azalması müharibə və ölkədə gedən urbanizasiya prosesləri ilə bağlı 
idi. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda birinci katib Karen 
Dəmirçyanın məruzəsində göstərilirdi ki, Ermənistanda 476 kənd istifadəsiz 
qalmışdır.
361
 Bəlkə, XX əsrin 50-70-ci illərində Ermənistanda gənclərin şəhərlərə 
axını nəticəsində erməni kəndlərinin boşalmasının təqsirkarı da Azərbaycan 
hökuməti idi? 
Əslində isə Sovet hakimiyyəti illərində Ermənistanda azərbaycanlı 
əhaliyə qarşı həyata keçirilən diskriminasiya siyasəti nəticəsində azərbaycanlı 
əhalinin artım faizi erməni əhalisinin artım faizindən aşağı olurdu. Halbuki, 
azərbaycanlıların təbii artım tempi erməni əhalisinə nisbətən həmişə dəfələrlə 
yüksək idi. Bunu o dövrdə Ermənistanda yaşayan çoxuşaqlı anaların təltif 
edilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları da təsdiq edir.  
Qafqaz üzrə mütəxəssis ingilis Tomas De Vaal “Qara bağ: Ermənistan 
və Azərbaycan sülh və savaş arasında” əsərində yazır ki, 1970-1979-cu illər 
arasında keçirilən siyahıyaalmalar zamanı məlum olmuşdu ki, Ermənistan 
əhalisi 23 faiz artmış, eyni dövrdə azərbaycanlılar cəmisi 8 faiz artmışdır. Bu, 
onu göstərir ki, azərbaycanlılar, hansı ki, onlarda doğum tempi daha yüksəkdir, 
deməli, Ermənistanı tərk etmişdilər.
362
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi DQMV-də erməni 
millətçilərinin təxribatçı hərəkətlərinin qarşısını almağa çalışır, separatçılar 
barədə mərkəzi hakimiyyət orqanlarını vaxtaşırı məlumatlandırırdı. 1969-
cu ilin aprelində Azərbaycan DTK-sının sədri Heydər Əliyev Sov.İKP MK-
nın nəzdindəki Partiya Nəzarət Komitəsinə göndərdiyi məktubunda qeyd 
edirdi ki, son illərdə DQMV-də yaşayan millətçi ünsürlər və həmçinin bir sıra 
Ermənistan SSR sakinləri əhali arasında vilayətin Azərbaycanın tərkibindən 
çıxarılıb Ermənistana birləşdirilməsi istiqamətində qızışdırıcı cəhdlər edirlər. 
Heydər Əliyev millətçi elementlərin təsiri altına gənclərin, o cümlədən də 
komsomolçuların düşdüklərini yazırdı.
363
 
SSRİ-nin yaranmasının 50 illiyi ərəfəsində - 1972-ci ilin dekabrında 
Ermənistanın elmi işçiləri, yazıçıları, rəssamları və artistləri adından Baş 
katib Leonid Brejnevə ünvanlanan  məktubda qeyd edilirdi ki, guya Dağlıq 
Qarabağı Ermənistanla tarix, mədəni həyat, məişət və həyat tərzi birləşdirir, 
onu Ermənistandan cəmisi 3 kilometr məsafə ayırır və Dağlıq Qarabağın 
361 
 Газета “Коммунист”, Ереван, 20 января 1975  
362 
  Томас де Ваал. Черный сад: Армения и Азербайджан между миром и войной. Москва: Политическая 
энциклопедия, 2014
363 
 Нагорный Карабах в международном праве и мировой политике. Документы и комментарий. Сост., 
отв. ред., авт. вступ. ст. и коммент. д. ю. н., проф. Ю.Г.Барсегов. Москва: КРУГЪ, 2008, Том. 1


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə