ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə77/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   73   74   75   76   77   78   79   80   ...   95

- 212 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ermənistana birləşdirilməsi respublikanın inkişafına təkan verər, həmçinin 
xalqlar arasındakı dostluğun təntənəsi hesab edilər.
364
 
Ermənistandakı müəyyən dairələr tərəfindən Qağlıq Qarabağda fasiləsiz 
olaraq qızışdırılan erməni şovinizmi və separatizminin qarşısının alınması 
istiqamətində vilayətin partiya-sovet orqanları ciddi tədbirlər görmürdülər. 
Ona görə də Vilayət Partiya Komitəsinin birinci katibi Qurgen Melkumyan 
vəzifəsindən azad edilmişdi. 1974-cü ildə Vilayət Partiya Komitəsinin birinci 
katibi vəzifəsinə Bakı şəhəri Kirov Rayon Partiya Komitəsinin birinci katibi 
Boris Kevorkov gətirilmişdi. B.Kevorkov siyasi cəhətdən yetkin, hadisələri real 
qiymətləndirməyi bacaran, erməni millətçiliyinin hər cür təzahürlərindən uzaq 
təcrübəli kadr idi. 
Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin 21 mart 1975-ci ildə keçirilən 
plenumunda birinci katib B.Kevorkovun məruzəsi sanki göydə ildırım çaxması 
effekti yaratmışdı. Məruzənin erməni dilində mətni martın 23-də Vilayət Partiya 
Komitəsinin və Xalq Deputatları Sovetinin orqanı olan “Sovetakan Karabağ” 
qəzetində dərc edilmişdi. Məruzənin qısa məzmunu isə B.Kevorkovun imzası 
ilə Bakıda Azərbaycan dilində nəşr edilən “Azərbaycan kommunisti” jurnalında 
dərc edilmişdi.
365
 Bütün bunlar həm Dağlıq Qarabağdakı erməni separatçılarına, 
həm də Ermənistandakı millətçilik azarına düçar olmuş Leonid Qruns, Baqtat 
Ulubabyan, Silva Kaputikyan, Sero Xanzadyan, Zori Balayan, İqor Muradyan 
kimi şovinist ziyalılara fürsət vermişdi ki, B.Kevorkovun əleyhinə Moskvaya 
axın-axın etiraz məktubları göndərsinlər. Bəs, B.Kevorkov məruzəsində nə 
demişdi ki, erməni şovinizmi daha da qızışmışdı?  
Həmin dövrün məruzələrinin ruhuna uyğun olaraq B.Kevorkov öz 
məruzəsində əvvəlcə Kommunist Partiyasının rəhbərliyi altında vilayətdə 
sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər haqqında ətraflı məlumat 
vermiş, sonra ideoloji sahədə mövcud olan problemlərdən geniş bəhs etmişdi. 
B.Kevorkov Vilayət Partiya Komitəsinin əvvəlki rəhbərliyinin ideoloji sahədə 
yarıtmaz fəaliyyətini kəskin tənqid etmişdi. “Правда” qəzetinin 29 may 1975-ci 
il tarixli “Bizim gücümüzün mənbəyi” başlıqlı baş məqaləsində B.Kevorkovun 
mart plenumundakı məruzəsində gətirilən faktlarla səsləşən mövqe bəyan 
edilmişdi. Qəzet yazırdı ki, Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ 
Vilayət Partiya Komitəsinin plenumunu vilayət partiya bürosunun keçmiş 
tərkibinə siyasi cəhətdən yetkin olmayan adamları daxil etdiyinə, keçmişin 
364 
 Борьба армян за воссоединение НКАО с Советской Арменией. Сборник документов и материалов. 
Ереван: Институт Истории, 2011
365 
 Kevorkov B. Beynəlmiləlçilik bayrağını daim uca tutacağıq. “Azərbaycan kommunisti” jurnalı, 1975, № 5


- 213 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
ideallaşdırılmasına, patriarxallığın mədh edilməsinə, tarixi hadisələrin 
qiymətləndirilməsində partiya-sinfi mövqelərdən uzaqlaşma hallarına qarşı 
prinsipial mövqe tutmamasına görə qətiyyətlə qınamışdır”.
 366
 
“Правда”nın baş məqaləsində sadalanan faktlar erməni millətçilərini 
ciddi narahat etmişdi. Bundan bir həftə sonra - yəni  iyunun 5-də yazıçı Silva 
Kaputikyan Sov.İKP MK-nın Baş katibi L.Brejnevə və “Правда” redaksiyasına 
məktub göndərərək qəzetdə yer alan ifadələrə etirazını bildirmiş, Baş katibdən 
Dağlıq Qarabağın problemlərinə, “erməni əhalisinin tapdalanmış hüquqlarına” 
diqqət yetirməyi xahiş etmişdi.
367
  
Münaqişədən əvvəl Xankəndinin mərkəzi 
B.Kevorkov Dağlıq Qarabağın guya Ermənistanın bir parçası olması və 
onun zorla Ermənistandan qoparılması barədə tarixi saxtalaşdıran ermənilərə 
cavab olaraq və “tarixi ədalətsizliyin bərpa edilərək Qağlıq Qarabağın 
Ermənistana birləşdirilməsi” iddiası ilə çıxış edən erməni siyasətçilərinə 
tarixdən sitat gətirərək yazırdı: “
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan 
Dağlıq Qarabağın iqtisadiyyatı, ictimai-siyasi və mədəni həyatı tarixən 
Azərbaycanın bütün ictimai-siyasi və ictimai-iqtisadi həyatı ilə möhkəm 
bağlı olmuşdur. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi 
kimi tərəqqi edib çiçəklənmiş, öz iqtisadiyyat və mədəniyyətini inkişaf 
etdirmişdir. Azərbaycanda Sovet hakimiyyəti qalib gəldikdən sonra 
Dağlıq Qarabağ zəhmətkeşləri Azərbaycana qoşulmağı qət etmişdilər. 
Bununla əlaqədar olaraq A.İ.Mikoyan 1919-cu il mayın 22-də RK(b)P 
MK-ya, V.İ.Leninə göndərdiyi məruzəsində yazırdı: Erməni hökumətinin 
366 
 Источник нашей силы. Газ. “Правда”, 29 май 1975, № 149
367 
 Борьба армян за воссоединение НКАО с Советской Арменией. Сборник документов и материалов. 
Ереван: Институт Истории, 2011


- 214 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
nümayəndələri olan daşnaklar Qarabağı Ermənistana birləşdirməyə can 
atırlar, lakin bu, Qarabağ əhalisinin öz həyat mənbəyindən, yəni Bakıdan 
məhrum olması və heç bir əlaqəsinin olmadığı İrəvana bağlanması demək 
olardı. Erməni kəndliləri (Dağlıq Qarabağın erməni kəndliləri—B.K.) də 
Sovet Azərbaycanını tanımağı və ona qoşulmağı qət etmişlər”.
 368
Erməni separatçı-millətçilərinin muxtar vilayətin sosial-iqtisadi cəhətdən 
geri qalması iddiasının əksinə olaraq B.Kevorkov yazırdı: “
Azərbaycan 
SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti misli görünməmiş 
ictimai-iqtisadi və mədəni tərəqqiyə çatmışdır. Vilayətdə müasir texnika 
ilə silahlanmış sənaye, mexanikləşdirilmiş çoxsahəli kənd təsərrüfatı 
yaradılmış, mədəniyyət, maarif, səhiyyə ocaqlarının sıx şəbəkəsi vilayəti 
bürümüşdür”.
369
B.Kevorkov mart plenumundakı məruzəsində vilayət statistika idarəsinin 
keçmiş rəisi A.Zaxaryanın DQMV-nin iqtisadiyyatına dair statistik 
məlumatların tərtib edilməsi zamanı yol verdiyi saxtalaşdırmalardan da bəhs 
etmişdi. Aydın olmuşdu ki, Dağlıq Qarabağ Muxtar Vilayətində sosial-iqtisadi 
vəziyyətin guya Azərbaycanın digər regionlarından aşağı səviyyədə olması 
barədə erməni millətçilərinin Moskvaya ünvanladıqları məktublarda qeyd 
edilən yalan məlumatların mənbəyi elə vilayət statistika idarəsi imiş. Hansı ki, 
həmin idarədə bir nəfər də olsun azərbaycanlı işləmirdi. 
Zori Balayan L.Qrunsun kitabına yazdığı ön sözdə A.Zaxaryan kimilərini 
nəzərdə tutaraq qeyd edirdi ki, Qarabağdan L.Qrunsun yanına məlumat 
ötürənlər gəlir, vilayətdə baş verən hadisələr barədə bizə konkret materiallar 
gətirirdilər və bütün bu məlumatlar tezliklə kütlələrin malına çevrilirdi.
370
  
Erməni millətçiləri iddia edirdilər ki, guya Azərbaycan hökumətinin 
yeritdiyi ayrı-seçkilik siyasəti nəticəsində DQMV-də iqtisadiyyat və mədəniyyət 
Azərbaycanın digər regionlarından geri qalmışdı. DQMV-nin daha yüksək 
iqtisadi və mədəni inkişafına nail olunması üçün çıxış yolu kimi təklif edirdilər 
ki, DQMV “süni surətdə ayrı salındığı” Ermənistana birləşdirilsin.
371
 B.Kevorkov 
erməni millətçilərinin iddialarına son qoymaq üçün DQMV-nin sosial-iqtisadi 
göstəricilərini bütövlükdə Azərbaycanın göstəriciləri ilə müqayisə etmiş, bütün 
parametrlər üzrə muxtar vilayətin daha öndə olduğunu əsaslandırmışdı: “
Öz 
368 
 Российский Государственный Архив Социально-Политической Истории. Фонд 461, опись 1, дело 4525, 
лист 1
369 
 Kevorkov B. Beynəlmiləlçilik bayrağını daim uca tutacağıq. “Azərbaycan kommunisti” jurnalı, 1975, № 5
370 
 http://armenianhouse.org/gurunts/docs-ru/balayan.html
371 
  Борьба армян за воссоединение НКАО с Советской Арменией. Сборник документов и материалов. 
Ереван: Институт Истории, 2011


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə