ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə79/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   75   76   77   78   79   80   81   82   ...   95

- 218 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
iddialarının xilafına DQMV-nin Martuni rayonunun Çartaz erməni kəndində 
gördüklərini belə təsvir edirdilər: “
Avtomatlaşdırılmış süd ferması, 
çəhrayı tuf daşdan tikilmiş 500 yerlik mədəniyyət sarayı, 15 min fondu 
olan kitabxana, məktəblər, xəstəxana, poliklinika, hər cür şəraiti olan 
ikimərtəbəli daş evlər”.
378
 Məqalə müəlliflərinin “Ermənistan SSR-dən ensiz 
torpaq zolaqla ayrılan vilayət nə üçün onun tərkibində deyil” - sualına 
B.Kevorkov belə cavab vermişdi
: “Dağlıq Qarabağın tarixi Azərbaycanın 
tarixi ilə iç-içədir... Elə adamlar var idilər ki, deyirdilər: “Qoy mən pis 
yaşayım, ancaq Ermənistanla bağlı olum”... Bu, geridəqalmışlığın və 
anlaşılmazlığın təzahürü idi. Vilayətin sürətli iqtisadi və mədəni inkişafı, 
bərabərhüquqlu şəraitdə həyat səviyyəsinin yüksəlməsi, milli adət və 
ənənələrə hörmət Azərbaycan KP MK-nın qayğısı və diqqəti sayəsində 
mümkün olmuşdur”.
379
Azərbaycan SSR hökuməti DQMV-də sosial infrastrukturun və humanitar 
sahələrin inkişafına xüsusi diqqət yetirirdi. 1983-cü ildə 220 yaşayış məntəqəsi 
olan muxtar vilayətdə 200 müalicə-profilaktika müəssisəsi, 1865 çarpayılıq 32 
stasionar xəstəxana fəaliyyət göstərirdi. Əhalinin sağlamlığının keşiyində 2366 
həkim və orta ixtisaslı tibb personalı dayanırdı. Hər 10000 nəfərə 112 çarpayı, 
29 həkim düşürdü. 1973-1983-cü illərdə muxtar vilayətdə 17300 şagird yerli 
42 məktəb istifadəyə verilmişdi. 1983-cü ildə DQMV-də 229 klub, mədəniyyət 
evləri və sarayları, 1,5 milyon kitab fondu olan 220 kütləvi kitabxana fəaliyyət 
göstərirdi.
380
 
Muxtar vilayətdə erməni, Azərbaycan və rus dillərində fakültələri olmaqla 
Dövlət Pedaqoji İnstitutu, 6 orta ixtisas məktəbi, 5 texniki peşə məktəbi, 89 
məktəbəqədər uşaq müəssisəsi mövcud idi. Azərbaycan Yazıçılar İttifaqının 
Qarabağ filialı, M.Qorki adına Dram Teatrı, Dövlət Mahnı və Rəqs Ansamblı, 
“Qarabağ” Dövlət Estrada Orkestri, “Knar” özfəaliyyət ansamblı hər cür qayğı 
ilə əhatə olunmuşdu.
381
 
Bütün bunlara baxmayaraq, millətçilik azarına yoluxmuş erməni ziyalıları 
Sovet İttifaqının müxtəlif orqanlarına tamamilə real faktları təhrif edən şikayət 
məktubları və teleqramlar göndərirdilər ki, guya Azərbaycan rəhbərliyi 
DQMV-də yaşayan ermənilərə münasibətdə qərəzli siyasət yeridir, onları 
diskriminasiyaya məruz qoyaraq vilayətin ərazisini tərk etməyə məcbur 
378 
 Митра.С., Хаба А. Мы видели братство наций. Журнал “Проблемы мира и социализма”, 1977, июнь
379 
 Yenə orada 
380 
 Муслюмов И., Мосесова И., Саркисян Е. Советский Нагорный Карабах: торжество Ленинской нацио-
нальной политики. Баку: Азернешр, 1983
381 
 Yenə orada


- 219 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
edir, sosial-iqtisadi sferanın inkişafını qəsdən ləngidir. Bütün məktubların 
sonluğu belə bitirdi ki, DQMV-nin yeganə xilas yolu onun Ermənistana 
birləşdirilməsindədir. O Ermənistana ki, onun özü Azərbaycandan asılı idi, 
sənaye müəssisələri Azərbaycandan göndərilən xammal əsasında fəaliyyət 
göstərirdi. Üstəlik, DQMV-nin sosial-iqtisadi göstəriciləri bütün parametrlər 
üzrə Ermənistanı qabaqlayırdı.
1983-cü ilin sonunda Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin 
birinci müavini təyin edilməsindən və Moskvaya getməsindən sonra erməni 
separatizmi yenidən qızışmışdı. Azərbaycan KP MK-nın yeni birinci katibi 
Kamran Bağırovun erməni separatizminə qarşı mübarizə aparmaması, erməni 
lobbisinin əlində alət olan Mixail Qorbaçovun 1985-ci ildə SSRİ-nin rəhbəri 
olması fürsətindən istifadə edən erməni separatçıları fəal hücuma keçmişdilər. 
Onların qarşısında duran yeganə maneə Heydər Əliyev idi ki, 1987-ci ilin 
oktyabrında onun da SSRİ rəhbərliyindən uzaqlaşdırılmasına nail oldular. 
Bundan bir neçə gün sonra İrəvanda başlayan mitinqlərdə DQMV-nin 
Ermənistana birləşdirilməsı şüarları dalğalandırıldı. 
1988-ci ilin 13 fevralından etibarən Xankəndidə başlayan mitinqlərdə 
DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə 
verilməsi tələbinin başlıca arqumenti yenə də muxtar vilayətin guya sosial-
iqtisadi cəhətdən Azərbaycanın digər rayonlarından geri qalması iddiası idi. 
Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatlarının 
iştirakı ilə növbədənkənar sessiyası keçirildi. Sessiyada muxtar vilayətin 
Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil 
edilməsi haqqında qəbul edilmiş qərara anlaşıqlı yanaşılması üçün Azərbaycan 
və Ermənistan Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş və bu 
məsələnin müsbət həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdı. 
Vilayət Partiya Komitəsinin birinci katibi B.Kevorkov separatçıların təzyiqinə 
tab gətirə bilmədi. Vilayət Xalq Deputatları Sovetinin vəsatəti əsasında fevralın 
24-də vəzifəsindən uzaqlaşdırılıb, yerinə separatizmin dəstəkçisi – Vilayət 
Partiya Komitəsinin katibi Henrix Poğosyan gətirildi. Bununla da DQMV-nin 
idarəçiliyi tamamilə separatçıların əlinə keçdi. M.Qorbaçov başda olmaqla, 
SSRİ rəhbərliyinin erməni separatizminə “Yox!” deməməsi muxtar vilayətin 
tədricən Azərbaycanın nəzarətindən çıxmasına gətirib çıxardı.
Moskvanın məsləhəti ilə 10 mart 1988-ci ildə Azərbaycan SSR Nazirlər 
Sovetinin yanında Xalq Təsərrüfatının İdarəedilməsi İnstitutunda SSRİ Elmlər 
Akademiyasının akademiki Tiqran Xaçaturovun iştirakı ilə Dağlıq Qarabağda 
sosial-iqtisadi vəziyyət məsələsi müzakirə edilmişdi. T.Xaçaturov nəqliyyatın 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə