ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə8/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   4   5   6   7   8   9   10   11   ...   95

- 24 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Qafqaz Albaniyasına yunan kilsəsinin nümayəndəsi kimi gəlmişdi. Bundan 
on il əvvəl - 301-ci ildə isə xristian dinini mifik “Ermənistan dövləti” deyil, 
Parf imperiyasının bir parçası – etnik parf olan III Trdatın məliklik etdiyi 
Ermənistan əyaləti qəbul etmişdi. Bundan başqa, həm Qriqori-Suren, həm 
də xristianlığı Alban dövlətinə qəbul etdirən Urnayr eyni parf sülaləsinin – 
Arşakilərin nümayəndələri idilər. Bunların ermənilərə və sonralar xristian 
dininin məzhəblərə parçalanması nəticəsində yaradılmış erməni-qriqorian 
kilsəsinə nə aidiyyatı var? Qeyd edək ki, erməni-qriqorian kilsəsi yalnız 
və yalnız   451-ci il oktyabr ayının 8-də çağırılmış IV  Xalkedon Kilsə 
Məclisində xristianlığın məzhəblərə parçalanması nəticəsində yaranmışdı. 
Və Maarifçi Qriqori Albaniyaya “erməni kilsəsinin nümayəndəsi” kimi 
deyil, yunan təmayüllü (qrekofil) xristianlığın missioneri kimi gələ bilərdi. 
Həmin məntiqə əsaslansaq, Qafqaz Albaniyasına ilk dəfə xristianlığı gətirən 
həvarilər Varfolomeyin və Yeliseyin etnik mənsubiyyətinə əsasən, buradakı 
İsa Məsih təlimi mərkəzi “Alban-yəhudi kilsəsi” adlandırılmalı idi. Lakin, o 
da danılmaz, lakin nədənsə az vurğulanan həqiqətdir ki, dünyada xristianlığı 
dövlət səviyyəsində qəbul edən (IV əsr) ilk dövlət Eritreya olmuşdu. 
  Bu gün İranın Qərbi Azərbaycan vilayətində, Çaldıran məntəqəsində 
yerləşən Qarakilsə məbədi dünyanın müxtəlif ölkələrindən axışan 
minlərlə erməninin dini ziyarətgahlarından biridir. Onlar inanırlar ki, 
“erməni hökmdarı” V Abqarı və Edessanı (onlar barədə az sonra məlumat 
veriləcəkdir) xristianlaşdıran həvari Faddey öldürüldükdən sonra burada 
dəfn olunmuş və bu məbəd onun məzarı üzərində ucaldılmışdır. Odur 
ki, hər il Çaldıranda Ermənistan-İran tarixi dostluğuna həsr olunmuş 
mərasimlər keçirirlər. Ermənistanın xristian dinini qəbul etməsinin 1700 
illiyi münasibətilə 2001-ci ildə Qarakilsə məbədində təşkil olunmuş 
mərasimdə İran İslam Respublikasının mədəniyyət və maarif naziri Məcid 
Calal öz çıxışında bir tərəfdən erməni iddialarını təkzib etmiş, digər tərəfdən 
isə bu iddialara göz yumulduğuna eyham vurmuşdur: 
“İsa Rəsulullahın 
həvarilərinin bu ərazilərdə olması, onların gəlişindən sonra bir çox 
iranlının xristianlığı qəbul etməsi, sonralar bu dinin başqa vilayətlərə 
də yayılması barədə mən də eşitmişəm. Xristianlıq İranın milli tarixinin 
bir parçasıdır. Ermənilər isə İran millətinin bir hissəsidirlər, bizim irqi 
və dil köklərimiz eynidir”.
  Ermənistan tarixşünaslarının bədii təxəyyülü ilə yaxından tanış olduqdan 
sonra oxucuda qəribə bir məntiqi qənaət yaranır. Yəni, əgər XIX əsrdə çar 


- 25 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Rusiyası hökuməti İran və Türkiyədə yaşayan erməniləri Azərbaycana deyil, 
hipotetik də olsa, məsələn, Finlandiyaya, Yeni Qvineyaya, Maqadaskar 
adasına və ya uzaq Alyaskaya köçürsəydi, az sonra həmin ərazilərin 
“tarixi Ermənistan torpaqları”, “qəhrəman Haykın” vaxtilə öz qövmünü 
Babilistandan məhz buraya qaçırtması barədə “tarixi sübutlar”, “artefaktlar”, 
xüsusilə “erməni xalqının tarixi yaddaşında həmin torpaqlarla bağlı simvolik 
əlaqələr” və s. üzə çıxacaqdı. Erməni mənşəli rusiyalı professor Mkrtıç 
Mnatsakanyan da “Millətlər və millətçilik. Milli həyatın sosiologiyası və 
psixologiyası” əsərində bu rəmzi əlaqələrdən danışır. Rusiya Federasiyası 
Təhsil Nazirliyinin qərarı ilə “ali məktəblər üçün dərs vəsaiti” statusu qazanan 
bu kitabda bildirilir ki, “
Erməni xalqının təfəkküründə milli kimliyin 
rəmzləri xüsusi əhəmiyyət daşıyır. Bu rəmzlər isə “Urartu”, “Erebuni”, 
“Ararat”, “Yerevan”, “Eçmiədzin” və “Matenadaran” sözləri ilə üzvi 
şəkildə bağlıdır. Xalqın tarixi yaddaşı bu kimi çoxsaylı ötürücülərin 
rəmzi xarakteri ilə keçmiş və gələcək nəsilləri bir-birinə bağlayır”.
16
  
 Bu sitata etirazımız yoxdur. Həqiqətən də keçmişi gələcəklə bağlamaq 
üçün sanballı “ötürücülər” seçilib. Amma kiçik bir qanqaraldıcı məqam da 
var. O da həmin ötürücülərin heç birinin nə erməni xalqı ilə, nə də onun 
tarixi ilə bağlılığının olmasıdır. Məsələn, “Urartu” və onun təhrif edilmiş 
variantı olan “Ararat” kəlmələri arami mənşəlidir. Matenadaran, əslində 
“Mətndarən” (əlyazmaların/mətnlərin saxlandığı yer, kitabxana) sözü 
göründüyü kimi, fars kökənlidir. XX əsrdə erməniləşdirilib “Erebuni” kimi 
təqdim olunan Urartunun İrpun şəhəri ilə bağlı isə çox gecikmişlər. Bu 
şəhər hayların regiona gəlişindən çox-çox əvvəl süqut etmişdi. Qeyd edildiyi 
kimi, “erməni xalqının əbədi niskili” olan “Ararat” kəlməsinin erməni dilinə 
aidiyyatı yoxdur. Movses Xorenatsinin “Tarix” kitabının 1893-cü il nəşrinə 
ön söz yazmış tərcüməçi, İsfahan ermənisi 
Nikita  (Mkrtıç) Emin aydın 
şəkildə bildirirdi ki, “
Erməni dağları içərisində “Ararat” kimi tanınan 
məşhur yüksəklik ermənicə “Masis” adlanır”.
17
 Təsadüfi deyil ki, SSRİ 
dövründə Ermənistan SSR-də çap olunan xəritələrdə bu yüksəklik “Ararat” 
kimi deyil, 
“Azat (Azad) Masis Ararat” kimi təqdim olunurdu. Lakin bu 
məsələdə isə bir azca tələsmişlər. Çünki, “sis” sözü qədim İran dillərində 
16   Мнацаканян М. Нации и национализм. Социология и психология национальной жизни. Москва, 2004
17   Шахмурадов А. Армянские фальсификации начались с Мовсеса Хоренаци. http://1905.az/ru/%D0%B0%D1%80%D0
%BC%D1%8F%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B5-%D1%84%D0%B0%D0%BB%D1%8C%D1%81%D0%B8%D
1%84%D0%B8%D0%BA%D0%B0%D1%86%D0%B8%D0%B8-%D0%BD%D0%B0%D1%87%D0%B0%D0%BB%D0%B8%D
1%81%D1%8C-%D1%81-%D0%BC/


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə