ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə80/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   76   77   78   79   80   81   82   83   ...   95

- 220 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
iqtisadiyyatı üzrə Sovet İttifaqında ən nüfuzlu alim hesab edilirdi. O, hələ 1950-
ci illərdən etibarən Bakı-Dağlıq Qarabağ-Laçın-Zəngəzur-Naxçıvan-Türkiyə 
dəmiryol xəttinin çəkilməsi ideyasını irəli sürmüş, bu xəttin SSRİ-nin Qara 
dəniz - Xəzər dənizi - Orta Asiya regionunun tranzit arteriyasına çevriləcəyini 
əsaslandırmışdı. Lakin bu layihə müxtəlif səbəblərdən reallaşmamışdı. 
T.Xaçaturov Moskvada doğulub boya-başa çatmışdı. O, Dağlıq Qarabağın 
iqtisadi cəhətdən zəif Ermənistana birləşdirilməsindənsə, mövcud problemlərin 
həll edilməsinin tərəfdarı idi. 
Bakıda keçirilən müzakirədə həmçinin o dövrdə Azərbaycanda yüksək vəzifə 
tutan ermənilər də iştirak edirdilər. Azərbaycan KP MK-nın Tikinti və şəhərsalma 
şöbəsi müdirinin müavini L.Davidyan bildirmişdi ki, son beşilliklər ərzində 
Dağlıq Qarabağda mənzil, məktəbəqədər müəssisələr, səhiyyə obyektlərinin 
tikintisi üçün ayrılan kapital qoyuluşunun xüsusi çəkisi Azərbaycanın və digər 
regionların orta göstəricilərindən xeyli dərəcədə yüksəkdir. O, son üç beşillik 
ərzində muxtar vilayətdə 15 yeni sənaye müəssisəsinin istifadəyə verildiyini 
vurğulamışdı. Onun çıxışından aydın olmuşdu ki, 1971-1985-ci illərdə muxtar 
vilayətin inkişafı üçün 483 milyon manat kapital qoyuluşu ayrılsa da, bunun 45 
milyon manatı bilərəkdən istifadə edilməmişdi.
382
   
Azərbaycan yüngül sənaye nazirinin müavini C.Avetisov öz çıxışında qeyd 
etmişdi ki, Qarabağ ipək kombinatı respublikada ipək sənayesi üzrə məhsulun 
25 faizini istehsal edir və geniş təsərrüfat əlaqələrinə malikdir. C.Avetisov ipək 
kombinatında sosial strukturun formalaşdığını, lakin müəyyən səbəblərdən 
avadanlıqların yenilənmədiyini bildirmişdi. O, bunun başlıca səbəbini İttifaq 
büdcəsindən ipək sənayesi üçün yeni texnologiyaların alınması məqsədilə 
lazımi valyuta vəsaitinin ayrılmaması ilə izah etmişdi.
383
 
Azərbaycan SSR-in meşə və ağac emalı sənayesi naziri A.Hayriyan bildirmişdi 
ki, Stepanakert (
Xankəndi) mebel fabriki yüksək məhsuldarlıqlı xarici və yerli 
avadanlıqlarla təchiz edilmiş, son 17 ildə onun istehsal gücü 5 dəfə artmışdı.
384
 
Respublika Plan Komitəsi şöbə müdirinin müavini A.Poğosova demişdi 
ki, DQMV-də hər min nəfərə orta hesabla 26,3 avtomobil düşürsə, bu rəqəm 
Azərbaycan üzrə 17,5 maşın təşkil edir.
385
 
Azərbaycan SSR-in məişət xidməti naziri B.Aleksenko qeyd etmişdi ki, 
1970-ci illə müqayisədə, 1987-ci ildə muxtar vilayətdə əhaliyə göstərilən məişət 
xidməti 3,3 dəfə artmışdı. Əgər respublika üzrə hər bir nəfərə 30,2 manatlıq, 
382 
 Конфликт в Нагорном Карабахе: сборник статей. Баку: Азернешр, 1990
383 
 Yenə orada
384 
 Yenə orada
385 
 Yenə orada


- 221 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İttifaq üzrə 38 manatlıq məişət xidməti göstərilmişdisə, muxtar vilayətdə 41,4 
manatlıq xidmət göstərilmişdi.
386
  
Həmin müzakirələr zamanı muxtar vilayətdə sosial inkişaf göstəricilərinin 
Azərbaycan, Ermənistan və SSRİ ilə müqayisəli cədvəli diqqətə çatdırılmışdı:
387
 
Göstəricilər
DQMV
Azərbaycan
Ermənistan
SSRİ
Hər 10 min nəfərə görə xəstəxana 
çarpayılarının sayı
101,7
97,7
86,2
130,1
Hər 10 min nəfərə düşən bütün 
ixtisaslardan həkimlər
29,1
38,4
42,7
38,6
Hər 10 min nəfərə düşən orta tibb 
personalı
122,7
93,5
93,5
114,7
Hər 10 min nəfərə düşən kütləvi 
kitabxanalar
13
6
4,1
4,8
Hər 10 min nəfərə düşən 
kinoqurğular
11,2 
3
2,9
5,4
Hər 10 min nəfərə düşən klublar
15
5
3,8
4,8
Hər bir nəfərə düşən mənzil 
fondu(kv.m) 
14,6
10,9
13,7
14,9
Sov.İKP MK və SSRİ Nazirlər Soveti 24 may 1988-ci ildə “1985-1995-ci 
illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi 
inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul etmişdi. Qərarın 
preambula hissəsində DQMV-nin sosial-iqtisadi inkişafı sahəsində ciddi 
nailiyyətlər əldə edildiyi, son üç beşillik ərzində sənaye istehsalının həcminin 3 
dəfə, kənd təsərrüfatı məhsulları istehsalının isə 1,5 dəfə artdığı, əhalinin mənzil 
sahəsi ilə, xəstəxanalarla, kitabxanalarla, klublarla təminatının yaxşılaşdığı qeyd 
edilmişdi. Daha sonra isə əvvəlcə sadalanan faktların ziddinə olaraq qeyd edilirdi 
ki, muxtar vilayətdə kapital tikinti planı, yaşayış evlərinin istismar planları 
yerinə yetirilməmişdi. Həmin qərarla DQMV-nin sosial-iqtisadi vəziyyətinin 
daha da yaxşılaşdırılması üçün 400 milyon manat (
rubl) vəsait ayrılmışdı. 
Erməni lobbisinin səyləri nəticəsində ayrılan bu vəsait, əslində, DQMV üçün 
həddindən artıq böyük bir məbləğ idi. Bunu SSRİ Ali Soveti Rəyasət Heyətinin 
386 
 Yenə orada
387 
 Yenə orada 


- 222 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
18 iyul 1988-ci il tarixli iclasında çıxış edən Vilayət Partiya Komitəsinin yeni 
birinci katibi, erməni separatçılarının lideri Henrix Poğosyan da təsdiqləmiş və 
bildirmişdi ki, DQMV-nin tikinti təşkilatlarının illik istehsal gücü 20 milyon 
manatdır. O, mərkəzin ayırdığı vəsaitin 7 il ərzində xərclənməsinin nəzərdə 
tutulduğunu və bunun üçün 140 milyon manat vəsait lazım olacağını, qalan 
260 milyon manat vəsaiti isə DQMV-nin xərcləmək imkanının olmadığını 
bildirmişdi.
388
 
Erməni separatçıları SSRİ hökumətinin ayırdığı vəsaiti Azərbaycanın başı 
üzərindən xərcləmək yollarını axtarırdılar və bu yolu muxtar vilayətin sənaye 
müəssisələrinin Azərbaycanın tabeçiliyindən çıxarılıb, Ermənistanın və 
Rusiyanın müvafiq qurumlarının tabeçiliyinə verilməsində görürdülər. 1989-
cu il yanvarın 19-da DQMV-də Arkadi Volskinin rəhbərliyi altında Xüsusi 
İdarə Komitəsinin yaradılması nəticəsində onlar öz istəklərinə nail oldular. 
SSRİ hökumətinin ayırdığı vəsait DQMV-nin Azərbaycanın tərkibindən 
çıxarılmasına, erməni terrorçu və silahlı dəstələrinin yaradılmasına, silah-sursat 
alınmasına yönəldildi. Muxtar vilayətin sənaye müəssisələri heç də yenidən 
qurulmadı, müasir avadanlıqlarla təmin edilmədi.  
İrəvanda rus dilində nəşr edilən “Коммунист” qəzetinin 1990-cı il 14 
noyabr tarixli sayında “Bəs 400 milyon manat hanı?” başlıqlı məqalə dərc 
edilmişdi. Məqalə müəllifi qeyd edirdi ki, DQMV-nin sosial-iqtisadi inkişafı 
üçün ayrılan 400 milyon manat vəsaitdən Qarabağ ipək kombinatına, eləcə də 
digər müəssisələrə bir qəpik də olsun ayrılmayıb və görünür bu, kimlərəsə, o 
cümlədən də Moskvaya sərf edir.
389
Bütün yuxarıda qeyd edilənlərdən belə nəticə hasil olur ki, DQMV-də 
sosial-iqtisadi vəziyyətin Azərbaycanın digər regionlarından aşağı səviyyədə 
olması barədə erməni iddialarının heç bir əsası olmamışdır və bu iddialar 
rəsmi Moskvanın əli ilə muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq 
Ermənistanın tərkibinə qatılması üçün ortaya atılmışdı.
388 
 Газ. “Правда”, 19 июля 1988 
389 Бадалян А. “А где же те самые 400 миллионов рублей? Задаются этим вопросом на Карабахском шелковом комбинате”. 
Газ. “Коммунист”, 14.11.1990, № 251


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə