ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə82/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   78   79   80   81   82   83   84   85   ...   95

- 226 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
iqtisadi cəhətdən sürətlə inkişaf etmişdi. Zəngi çayı və Gedər çaylarının arasında 
yerləşən İrəvan şəhəri şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə
cənub və cənub-qərb tərəfdən isə əkinə yararlı rəvan vadi ilə əhatə olunmuşdu. 
İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. 
Çox məşhur olan İrəvan qalası və bağları şəhərə gələn bütün səyyahların diqqət 
mərkəzində olmuş, onlar haqqında geniş məlumatlar verilmişdi. 
Türk səyyahı və coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi 
kimi XV əsrin əvvəllərinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-
cu ildə (
1407-1408-ci illər) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani 
adlı tacir çox münbit 
Rəvan torpağına 
qədəm qoymuş, 
öz ailə üzvləri ilə 
burada sakin olmuş 
və düyü əkini 
hesabına gündən-
günə varlanaraq bu 
böyük kəndin əsasını 
qoymuşdu. Övliya 
Çələbi daha sonra 
əlavə edir ki, Səfəvilər 
dövlətinin başçısı Şah İsmayıl hicri 915-ci ildə (
1509-1510-cu illər) qala 
salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 
7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdu.
394
Qaraqoyunluların hakimiyyəti dövründə İrəvanın daxil olduğu ərazi Səədli 
tayfasının başçıları tərəfindən idarə edilirdi və Çuxur Səəd əmirliyi adlanırdı. 
Əgər həmin dövrdə Çuxur Səəd əmirliyinin iqamətgahı İrəvanda yerləşmiş 
olsaydı, Səədli tayfasının başçılarının qəbiristanlığı da orada olmuş olardı. Lakin 
1411-ci ildə vəfat edən Çuxur Səəd əmiri Əmir Səədin məqbərəsi onun oğlu 
Pir Hüseyn tərəfindən İrəvan şəhərindən 7 km cənubdakı Göykümbət (
1946-
cı ildən Arqavand adlandırılmışdır- N.M.) kəndində 1413-cü ildə ucaldılmışdı. 
Əmir Səəd məqbərəsi hazırda mövcuddur və onu ermənilər “türkmən abidəsi” 
kimi təqdim etməyə çalışırlar.
395
394 
 Тер-Гевондян А.Н. Армения и арабский хилафат. Ереван, 1977
395 
 Папазян А. Арабская надпись на гробнице туркменских Эмиров в селе Аргаванд. Журнал “Ближний и 
средний Восток”. Сб. статей памяти Б.И.Заходера, Москва, 1961
İrəvanda Xan bağı


- 227 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Bəzi tədqiqatçılar İrəvan şəhərinin və qalasının salınmasının tarixçəsi ilə bağlı 
Övliya Çələbinin yazdıqları ilə razılaşır, bəziləri isə şəhərin tarixinin daha qədim 
olması haqqında yazan digər müəllifləri haqlı hesab edirlər. Fakt odur ki, Şah 
İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu 
xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə 
etmişdi. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırmışdı.
396
Səfəvilər dövründə Çuxur-Səəd bəylərbəyliyini, əsasən, rumlu və ustaclı 
qızılbaş əmirləri idarə etmişlər. Osmanlı və Səfəvi imperiyaları arasında gedən 
müharibələr nəticəsində İrəvan şəhəri 14 dəfə əldən-ələ keçmişdi. Hər dəfə də 
müəyyən dağıntılara məruz qalmış, sonradan yenidən bərpa edilmişdi. 1554-
cü ildə Osmanlı qoşunları İrəvanı darmadağın edərək onu ələ keçirmişdilər. 
1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa paşa yenidən İrəvanı işğal etmişdi. Bir 
çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan qalası köhnə qalanın yerində, 
Osmanlı işğalı dövründə Fərhad paşa tərəfindən 1582-1583-cü illərdə inşa 
edilmişdi. Uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında 
olub, 7 ha ərazini əhatə edirdi. İkiqat qala divarlarının hündürlüyü 10,5-12m 
idi. Qalanın birqat divarı Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən 
keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı 
(
yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə 
şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı. 
Avropadan və Rusiyadan gələn səyyah və tədqiqatçılardan Jan Tavernye
Jan Şardən, Ceyms 
Morier, İvan Şopen, 
Dübua de Monpere, 
qrafinya Praskovya 
Uvarova, Henri Linç, 
akademik Nikolay 
Marr və başqaları 
müxtəlif vaxtlarda 
İrəvanda olmuş, 
Xan sarayını, onun 
Güzgülü salonunu, 
Yay köşkünü, qaladakı 
şəhərdəki məscidləri, karvansaraları, hovuz və hamamları öz əsərlərində 
təsvir etmişdilər.
396 
 Çələbi Evliya. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr. Hazırlayan Seyidağa Onullahi). Bakı: 
Azərnəşr, 1997
Pənah xan Makinskinin malikanəsi


- 228 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala, Şəhri (
yaxud Köhnə 
şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki 
tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar 
meydanı və bağlar mövcud idi. Şəhri məhəlləsi Qırxbulaq çayının sağ 
sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün 
meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. 
Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə 
yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı 
adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur 
Xan bağı və Yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq 
məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində 
yerləşirdi. 
1604-cü ildə I Şah Abbasın qoşunu İrəvan şəhərini türklərin əlindən 
alsa da, əks-hücum nəticəsində geri çəkilərkən “yandırılmış torpaq” siyasəti 
yeritmiş, Çuxur-Səəd 
bəylərbəyliyinin bütün 
əhalisini, o cümlədən İrəvan 
şəhərinin əhalisini Arazın o 
tayına köçürmüşdü.
1635-ci ildə Osmanlı 
qoşunları yenidən İrəvanı 
ələ keçirir. 1639-cu ildə 
Səfəvilərlə Osmanlılar 
arasında bağlanan Qəsri-
Şirin müqaviləsinə əsasən, 
İrəvan əyaləti, o cümlədən 
İrəvan şəhəri yenidən 
Səfəvilərin hakimiyyəti 
altına keçir. Səfəvilərin 
süqutundan sonra 1723-
cü ildə şəhər türklər 
tərəfindən işğal edilir. 
1733-cü ildə Nadir şah 
İrəvanı Osmanlılardan azad 
edir. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar 
yaranır. İrəvan şəhəri eyniadlı xanlığın mərkəzi olur. 
İrəvan qalasında və şəhərdə nadir memarlıq inciləri hesab edilən çox sayda 
İrəvan xanının qəbul otağı. Rəssam Q.Qaqarin 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə