ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə85/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   81   82   83   84   85   86   87   88   ...   95

- 234 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi.
411
 Şəhərin ətrafında mövcud 
olan Poğos-Petros və Katoğke kilsələri vaxtilə xristian missionerlərinin vəsaiti 
hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınını təmin etməkdən 
ibarət idi.
Jan Şardən 1673-cü ildə İrəvanda olarkən şəhər bazarı ilə üzbəüz kərpicdən 
tikilən və həmin vaxt uçulub-dağılmış vəziyyətdə olan bir məscid haqqında 
məlumat vermişdi. O, bu məscidin onun əsasını qoyan şəxsin şərəfinə Div 
Sultan məscidi adlandırıldığını yazır. J.Şardəni İrəvan səfərində müşayiət edən 
rəssam Qrelonun çəkdiyi qədim qüllənin (
türbənin) şəklində arxa planda daha 
iki möhtəşəm məscidin minarələri təsvir edilmişdir, hansı ki, indi onların heç 
birindən əsər-əlamət qalmamışdır. Erməni tarixçisi T.Hakopyan qeyd edir ki, 
çox güman Div Sultan məscidi günümüzədək gəlib çatan Göy məscidin yerində 
olmuşdu və 1679-cu il zəlzələsi zamanı dağılmışdı.
412
  
1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Frederik Dübua de 
Monpere 1839-cu ildə Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” əsərinin 
3-cü cildində İrəvan qalasını və Göy məscidi ətraflı təsvir etmişdi. Onun 
Sərdar məscidinin əsas girişi tərəfdən çəkdiyi rəsm və Göy məscidin rəsmi 
hər iki məscidin möhtəşəmliyini və memarlıq nöqteyi-nəzərindən mükəmməl 
sənət əsəri olduqlarını əyani nümayiş etdirir. Həmin rəsmlər müəllifin adı 
çəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən atlasın üçüncü hissəsində 
yer almışdı. Qravüraçı Erkül Nikole Dübua de Monperenin çəkdiyi rəsmlərin 
qravüralarını hazırlamışdı.
413
 
Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə 
İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin 
dağıdılmasını ürək ağrısı ilə təsvir etmişdi. Erməni müəllifi Yervand Şahəziz 
1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” əsərində P.Uvarovadan 
sitat gətirərək, onun Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini 
Vereşşaginin fırçasından çıxan tabloya bənzətdiyini yazır. P.Uvarovaya istinadən 
Y.Şahəziz yazır ki, Sərdar məscidinin əsas günbəzi, xarici divarları, sütunları, 
iç divarları, çoxsaylı digər günbəzləri rəngli kaşılarla və gözəl təsvirlərlə 
bəzədilmişdi. P.Uvarova Sərdar məscidinin tünd mavi rəngli günbəzinin açıq 
səma ilə bütöv bir ahəng təşkil etdiyini, onun portalındakı tünd mavi lövhə 
üzərində ərəb əlifbası ilə ağ rəngdə mətn həkk olunduğunu, divar sütunları 
411 
 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. s. 158-159; Bourn-
outian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828. Mazda Publishers in association with Bibliotheca 
Persica. Costa Mesa, California and New York, 1992
412 
Հակոբյան  Թադևոս.  Երևանի  պատմությունը  (1500-1800  թթ.).  Երևանի  համալսարանի 
հրատարակչություն, 1971 (Hakopyan Tadevos. Yerevanın tarixi (1500-1800). İrəvan, 1971
413 
 Frederic Dubois de Montpereux. Voyage autour du Caucase, chez les tcherkesses et les abkhases, en Georgie, 
en Armenie et en Crimee. Volume III, Paris, 1839


- 235 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
üzərində ucalan minarələrinin üzərinin kvadrat şəkilli tünd mavi və açıq mavi 
kaşılarla bəzədildiyini qeyd etmişdi.
414
 
XIX əsrdə Qərbi Avropa və Rusiya bədii yaradıcılığının mütərəqqi ənənələri 
Azərbaycan sənətkarlarının yaradıcılığına da öz təsirini göstərmişdi. Yeni 
meyillər ilk növbədə rəssamların iş üslubunda və təsvir formasında özünü 
büruzə verirdi. Şimali Azərbaycan təsviri sənətində realist meyillər XIX əsr 
rəssamlığının görkəmli nümayəndələrindən sayılan Mirzə Qədim İrəvaninin 
(
1825-1875-ci illər) yaradıcılığında da öz əksini tapmışdı. O, Azərbaycan 
dəzgah boyakarlığının banisi hesab edilir. 
Mirzə Qədim rəssamlığın bir çox sahələrində fəaliyyət göstərən 
sənətkarlardan olmuşdu. O, portret və ornamental kompozisiyalar sahəsində 
xüsusilə böyük məharətlər göstərmişdi. Onun şüşə, dəri, parça üzərində işlənmiş 
əsərləri Bakıda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan 
Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında 
nümayiş etdirilir. Mirzə Qədim ilk əsərlərini şüşə üzərində çəkməyi sevirmiş. 
Bunlar da əsas etibarilə gənc qadın portretləri olmuşdu. Mirzə Qədimin hazırda 
Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan qızılgül şaxəsi üzərində 
oturan bülbül rəsmi xüsusilə diqqəti cəlb edir.
415
 
XIX əsrin 50-ci illərində baxımsızlıq üzündən yararsız hala düşən, nəmişlikdən 
divar rəsmləri korlanan, karniz və tavanının güzgüləri qopub tökülən Xan sarayında 
qismən də olsa bərpa işləri aparılmışdı. 1867-1874-cü illərdə Xan sarayında 
dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirmişdi. O, Güzgülü 
zaldakı divar rəsmlərinin əksəriyyətini bərpa etmişdi. Rəssamın yağlı boya ilə 
çəkdiyi “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda 
Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə 
Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Sənətşünas N.Miklaşevskaya 
həmin portretləri mahiyyət etibarilə Azərbaycan dəzgah rəssamlığının ilk əsərləri 
hesab edir və 1914-cü ildə Sərdar sarayı dağıdılan zaman həmin portretlərin 
divarlardan qoparıldıqdan sonra Tiflisə aparıldığı və Gürcüstanda muzeydə 
saxlanıldığı barədə məlumat vermişdi.
416
 
İrəvan şəhərində mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq 
abidələrinin, o cümlədən də Xan sarayının və məscidlərin məşhur rus fotoqrafı 
Dmitri Yermakov tərəfindən XIX əsrin 80-90-cı illərində çəkilmiş fotoları 
fotoqrafın 1896 və 1901-ci illərdə çap etdirdiyi albomlara daxil edilmişdir. 
414 
 Յերվանդ Շահազիզ: Հին Յերևանը: Յերևան, 1931 (Yervand Şahəziz. Qədim İrəvan. İrəvan, 1931
415 
 Əfəndi R. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb, 2007
416 
 Миклашевская Н. О наследии и традициях в Азербайджанском изобразительном искусстве. В книге: 
Искусство Азербайджана. Том VII, Баку, 1959


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə