ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə87/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   83   84   85   86   87   88   89   90   ...   95

- 239 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
dördsinifli klassik progimnaziyaya çevrilmişdi. Progimnaziya isə 31 mart 
1881-ci ildə səkkizsinifli tam gimnaziyaya çevrilmiş və sonralar İrəvan 
Oğlan Gimnaziyası adlanırdı. 1 yanvar 1883-cü ilə olan məlumata görə
İrəvan gimnaziyasında təhsil alan 237 şagirddən 37-si azərbaycanlı idi.
425
 
İrəvan Oğlan Gimnaziyası Azərbaycan ictimaiyyətinə, dövlətinə, elminə, 
mədəniyyətinə və incəsənətinə bir sıra görkəmli şəxslər bəxş etmişdi. Tanınmış 
dövlət xadimlərindən Məmməd bəy Qazıyev, Teymur bəy Makinski, Əkbər 
ağa Şeyxülislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov, 
Əziz Əliyev, maarif və elm xadimlərindən Miryusif Mirbabayev, Mustafa bəy 
Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov, generallardan Həbib bəy 
Səlimov, Qambay Vəzirov İrəvan gimnaziyasının məzunları olmuşdular.
İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də 1850-ci il yanvarın 2-də 
açılan Müqəddəs Ripsime qızlar məktəbi idi. Təkcə 1916-1918-ci illərdə 
Müqəddəs Ripsime məktəbini 36 azərbaycanlı qız bitirmişdi.
426
 Müxtəlif 
vaxtlarda Mirzə Həsən Rüşdiyyə, Məşədi İsmayıl Kazımzadə, Mirzə Kazım 
Əsgərzadə, Haşım bəy Nərimanbəyov, Məhəmmədqulu bəy Kəngərlinski 
İrəvanda məktəb açaraq irəvanlı oğlan və qızlara dünyəvi təhsil vermişdilər. 
1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər 
Seminariyası açılmışdı. Tanınmış simalardan Haşım bəy Vəzirov, Həmid ağa 
Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, 
Cabbar Məmmədov İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşdular. 
İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunları quberniyanın 
ərazisində mövcud olan rus-tatar məktəblərinə müəllim təyin edilirdilər. 
Ermənilərin 1918-1920-ci illərdə İrəvanda həyata keçirdikləri soyqırımı 
azərbaycanlı məktəblərinin hamısının bağlanması ilə nəticələndi. İrəvan 
ziyalılarının bir qismi erməni vəhşiliklərinin qurbanı oldular.
Ermənistanda sovet hakimiyyətinin ilk illərində İrəvan şəhərində azərbaycanlı 
qızlar məktəbində, keçmiş Haşım bəy Nərimanbəyovun məktəbinin bazasında 
fəaliyyət göstərən Məşədi Əzizbəyov adına səkkizillik məktəbdə (
bu məktəbi 
irəvanlılar Haşım bəyin məktəbi adlandırırdılar), əvvəllər S.M.Kirov adına olan 
və sonralar Mizə Fətəli Axundovun adını daşıyan orta məktəbdə və şəhərdəki 
digər iki beynəlmiləl məktəbdə azərbaycanlı uşaqlar təhsil alırdılar. 1924-cü 
ildən fəaliyyət göstərən internat tipli İrəvan Türk Pedaqoji Texnikumunun 
məzunları arasından onlarca akademik, elmlər doktorları, yüzlərlə maarif 
fədailəri yetişmişdi. 1936-cı ildən bu məktəb İrəvan Azərbaycanlı Pedaqoji 
Məktəbi adlanırdı. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuş 
425 
 Развитие Еревана после присоединения Восточной Армении к России. Сборник документов. 1801-
1917гг. Ереван: Изд-во Ереванского Университета, 1978
426 
 Yenə orada.


- 240 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Yusif Məmmədəliyev Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir qədər 
sonra - 1928-1929-cu illərdə İrəvan Pedaqoji Məktəbində və fəhlə fakültəsində 
müəllim işləmişdi. Əslən İrəvan şəhərindən elmin müxtəlif sahələrini əhatə 
edən 6 akademik, akademiyanın 3 müxbir üzvü, 30-a yaxın elmlər doktoru və 
80-ə yaxın elmlər namizədi yetişmişdir.
Azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası 
zamanı İrəvan Pedaqoji Texnikumu 1948-ci ildə tələm-tələsik Azərbaycanın 
Xanlar (
indiki Göygöl) rayonuna köçürülmüşdü. 1928-ci ildən İrəvanda Kənd 
Təsərrüfatı Texnikumunun azərbaycanlı bölməsi fəaliyyətə başlamış, 1933-
cü ildən isə həmin bölmə müstəqil İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı 
Texnikumuna çevrilmişdi. Son illərdə İrəvan Pedaqoji İnstitutunda yalnız 25 
tələbənin qəbul edildiyi ədəbiyyat fakültəsi saxlanmışdı.
1914-cü il fevralın 22-də İrəvan şəhərində Azərbaycan dilində ilk mətbu 
orqan -  “Lək-lək” 
(“Leylək”)  adlı satirik məcmuə nəşr olunmuşdu. Bu 
məcmuənin cəmi 12 nömrəsi işıq üzü görmüşdü. 1917-ci il yanvarın 1-də dərc 
edilən “Bürhani-həqiqət” məcmuəsi isə 9-cu nömrədən sonra bağlanmışdı. 
Sovet hakimiyyətinin ilk illərindən etibarən İrəvanda Azərbaycan dilində 
“Kommunist”, “Rəncbər”, “Zəngi”, “Qızıl Şəfəq”, yenidən “Kommunist” və 
nəhayət, “Sovet Ermənistanı” qəzetləri nəşr edilmişdi.  
İrəvan şəhərində ilk teatr tamaşası həvəskar aktyorlar tərəfindən 1882-ci ildə 
göstərilmişdi. İrəvanda Azərbaycan teatrının formalaşması Yunis Nurinin adı 
ilə bağlıdır. Onun rəhbərliyi ilə yaradılan teatr truppası 1903-cü ildən fəaliyyət 
göstərmiş, ilk tamaşalar Pənah xan Makinskinin malikanəsində səhnələşdirilmişdi. 
1918-1920-ci illərdə ermənilər İrəvan şəhərində kütləvi qırğınlar törətdiklərindən 
İrəvanın həvəskar aktyor truppası İranın Xoy şəhərinə mühacirət etmiş, üç ilə 
qədər orada qalmış, ara-sıra teatr tamaşaları göstərmişdi.
427
1928-ci il mart ayının 15-də Ermənistan hökumətinin qərarı ilə səyyar tipli 
İrəvan Dövlət Türk Dram Teatrı yaradılmışdı. Azərbaycanlıların Ermənistandan 
1948-1953-cü illər deportasiyası nəticəsində C.Cabbarlı adına İrəvan Dövlət 
Azərbaycan Dram Teatrının fəaliyyəti dayandırılmışdı. 1967-ci ildə İrəvan 
Dövlət Azərbaycan Dram Teatrı 15 illik fasilədən sonra bərpa edilsə də, 1988-ci 
ildə ermənilər teatrın ləvazimatlarını yandırmışdılar. İrəvan teatrı 1989-cu ilin 
iyul ayından Bakıda fəaliyyətini davam etdirir.
Son illərdə Ermənistan rəhbərləri “İrəvan qalası” adı altında yeni layihə 
həyata keçirmək fikrinə düşüblər. İrəvanda azərbaycanlılara məxsus maddi-
mədəniyyət nümunələrini tamamilə məhv edən ermənilər indi XVII-XVIII 
əsrlər memarlığı üslubunda inşa edilməsi nəzərdə tutulan “Sərdar sarayı”ndan, 
ticarət obyektlərindən, bazarlardan, karvansaralardan, Şərq hamamlarından və 
427 
 Rəhimli İ. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Bakı: E.L., 2007


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə