ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə9/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   5   6   7   8   9   10   11   12   ...   95

- 26 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
“dağ”, “Masis” isə “uca dağ” deməkdir. Amma nə etməli?!  Ermənilər üçün 
Ağrı dağı (Ararat) həm də ona görə müqəddəsdir ki, rəvayət və əfsanələrdə 
öz köklərini bu yüksəkliklə bağlamışdılar. Mifik personaj olan Haykın 
dönəmindən bu yüksəklik Babilistandan köç etmiş ermənilərin sığınacaq 
yeri olmuş və Movses Xorenatsinin yazdığı kimi, “dünyanın dörd bir tərəfinə 
buradan yayılmışdılar”.
Beləliklə, “dünyanın dörd bir tərəfinə buradan yayılmış” ermənilərin 
saxtakarlıq və mənimsəmə konveyeri bu gün də öz işindədir. Bütün bunları 
nəzərə alaraq, “məhsullarının” bəzilərini seçib iddialarına münasibət 
bildirməyi, oxucuları onların saxtakarlıq texnologiyaları ilə tanış etməyi 
qərara aldıq.
Müəlliflər


- 27 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
I iddia
“Rəbb Nuh gəmisinin fraqmentini ermənilərə bağışlayıb”
Əvvəlcə, qlobal tufan, Nuh peyğəmbərin gəmisi və onun “liman olаraq 
lövbər saldığı Ağrı dağına” dair məlum əfsanə haqqında. Ermənilər də xristian 
olaraq, bu qədim rəvayətə inanır və hörmətlə yanaşırlar. Lakin başqalarından 
fərqli olaraq, onların Nuh peyğəmbərə və onun yelkənsiz gəmisinə inamları 
sağlam məntiqdən xeyli kənardadır. İş burasındadır ki, ermənilər özlərini nəinki 
Nuhun birbaşa genetik davamçıları elan etmişlər, hətta onun adı ilə bağlı olan 
bütün “təbərrüklərin” tamhüquqlu varisləri kimi tanınmağa çalışırlar. O da 
yaxşı məlumdur ki, yeri hələ də bəlli olmayan Nuh gəmisinin yeganə “artefaktı” 
– “Rəbbin əmri ilə mələklərin gəmi göyərtəsindən qoparıb erməni rahibinə 
hədiyyə etdikləri” kiçik taxta parçası guya bu gün də Eçmiədzin kilsəsində, qızıl 
mücrünün içərisində ən müqəddəs 
təbərrük kimi saxlanılmaqdadır. Bu 
taxta parçasının tarixçəsi haqqında isə 
danışmağa dəyər. Çünki Ermənistan 
Respublikasının bir sıra kilsə simvolları, 
Ermənistan Respublikasının dövlət 
gerbinin təsvirləri də bu taxta qırığından 
bəhrələnmişdir…
Təqribi hesablamalara görə, Yer 
kürəsinin müxtəlif guşələrində yaşayan 
xalqların Böyük Daşqınla bağlı 500-dən 
çox əfsanəsi var. Onların 59-u Şimali 
Amerika, 46-sı Cənubi Amerika, 17-
si Yaxın və Orta Şərq, 23-ü Uzaq Şərq
37 rəvayət Avstraliya aborigenləri, 
11-i isə Avropa xalqları arasında 
yayılmışdır. Üstəlik, həmin rəvayətlərin 
yüzlərlə variantları da mövcuddur. Bu 
rəvayətlərin baş qəhrəmanının adları da müxtəlifdir. Yəhudilər onu “Noah”, 
müsəlmanlar – “Nuh”, xristianlar “Noy” 
(Noe, Nue, Nouy və s.) adlandırırlar. Bu 
şəxs qədim şumer əhalisində “Utnapiştim”, Babilistanda – “Zisuda”, Assuriyada 
– “Ubaratutu”, Çində – “Fo-şi”, müsəlman çinlilər arasında – “Nu-Hud”, 
qədim iranlılarda – “Cima”, Kolumbiya hindularında – “Boçika”, Kanadanın 
Eçmiədzin kilsəsində guya Nuhun gəmisinin 
fraqmentinin saxlanıldığı qızıl  mücrü


- 28 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
hindu tayfalarında – “Messu”, Alyaskada – “Yel”, qədim asteklərdə – “Nene”, 
Roma-yunan mifologiyasında – “Devkalion” və ya “Pirra” kimi tanınırdı. Hər 
bir personajın xilasedici vasitəsi də fərqli idi. Məsələn, sel gələndə kimi uca 
dağların zirvəsinə qalxmış, kimi quş lələklərindən özünə qanad düzəltmiş
kimi də taxta və ya dəridən qayıq, gəmi hazırlamışdı. Qoz qabığının içərisində, 
tısbağanın üstündə, ağac kötüyündə, nəhəng balığın qarnında, gil parçasının, 
şalbanın üzərində xilas olanlar, hətta yeraltı bunker tikənlər də vardı. Gəmilərin 
yan aldıqları yüksəkliklər də müxtəlifdir: Bibliyanın arami mətnində “Urartu 
dağları”, latın və yunan mətnlərində “Ararat dağı”, Quranda – “əl-Cudi” 
(ərəbcə 
- “yüksəklik”), qədim şumer və babillərdə – “Nisir təpəsi” (hazırda “Pir Ömər 
Hudrun” adlanır), hindlilərdə – “Himaver dağı”, yunanlarda – “Parnas dağı” və s. 
Nuh peyğəmbərin gəmiyə minmiş ailə üzvlərinə gəldikdə isə, erməni mənbələri 
Tövrat və İncil mətnlərindən fərqli olaraq, onu çoxarvadlı kimi təqdim edirlər. 
Salnaməçi 
Ovanes Drasxanakertsi yazır: “Rəbbin əmri ilə Nuh arvadları və 
oğlanları, onlarla olan dilsiz-ağızsız heyvanlar ilə birlikdə Ermənistanda 
(!) 
quruya yan aldı”.
18
  
 O da məlumdur ki, son iki yüz il ərzində Ağrı dağına yüzlərlə ekspedisiya 
təşkil olunmuş, lakin indiyədək burada Nuhun gəmisinin qalıqlarını “gördüm” 
deyən olmamışdır. Çəkilən aerofoto təsvirlərin, “tapılan” taxta qalıqlarının 
isə az sonra saxta olması sübuta yetirilmişdir. Bəlkə, gəmini lazım olan yerdə 
axtarmamışlar? Əslinə qalsa, Tövratın “Breyşit” kitabına daxil olan əfsanənin 
qədim Şumer-Babil mənşəli olması, yəhudilərin Babilistan əsarəti zamanı həmin 
rəvayəti mənimsəmələri çoxdan sübuta yetirilmişdir. Eramızdan əvvəl 1635-
ci ilə aid olan 384 gil lövhəcik üzərindəki mixi yazılarda müdrik Utnapiştim 
Gilqamışa Enki adlı ilahinin Tufan olacağı barədə qabaqcadan xəbər verməsini, 
ailəsinin və heyvanların xilası üçün ağacdan nəhəng  sandıq hazırlamasını 
danışmışdı. Onun danışdığı rəvayət Tövratdakı Tufan və Nuh gəmisi haqqında 
rəvayətə heyrətamiz dərəcədə bənzəyir. Əsas fərqlərdən biri isə sandıq-gəminin 
“Ararat dağları”na deyil, Dəclə və Fərat çayları arasında yerləşən, hündürlüyü 
400 metrə çatan Nisir təpəsinə yan almasıdır.  
Azərbaycanda da, xüsusilə Naxçıvan Muxtar Respublikasında və 2018-
ci ildə islam mədəniyyətinin paytaxtı elan edilmiş Naxçıvan şəhərində Nuh 
peyğəmbər və onun gəmisi ilə bağlı xeyli sayda folklor nümunəsi və toponim 
vardır. Lakin ermənilərdən fərqli olaraq, bu nümunələr dini çərçivədən kənara 
çıxaraq bir çox hallarda minilliklər öncə baş vermiş hadisələrin işartıları kimi 
xalq yaddaşında qorunub-saxlanılmaqdadır. Rəvayətə görə, tufan səngidikdən 
sonra Nuhun gəmisi Naxçıvanın şərq hissəsində yerləşən İlandağa 
(“Elandağ” və 
ya əfsanəyə görə “İnandağ”), Ordubad bölgəsindəki Ələngəz dağına və Araz çayı 
18   Драсханакертци О. История Армении, Ереван,1984


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə