ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə90/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   87   88   89   90   91   92   93   94   95

- 247 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Yuxarıda sadalanan faktlar sübut edir ki, təkcə İrəvan şəhərində deyil, 
bütövlükdə Ermənistan adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq 
aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus 
tarixi-memarlıq abidələrinə, onların maddi irsinə qarşı, sözün həqiqi mənasında 
mədəni vandalizm aktlarının həyata keçirilməsi bu gün də davam etdirilir. 


- 248 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XXII iddia
“Əmir Səəd məqbərəsi Azərbaycan 
türklərinə aid deyildir”
İrəvan şəhəri və onun ətrafında mövcud olan azərbaycanlılara məxsus 
tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı şəhərin yaxınlığında, 
İrəvan-Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd 
məqbərəsidir. İrəvandakı Göy məsciddə aparılan təmir-bərpa işlərindən sonra 
rəsmi İrəvan dairələri onu “İran məscidi” və yaxud “Fars məscidi” adlandırdıqları 
kimi, Cəfərabad kəndindəki orta əsrlərə aid məqbərəni də “Türkmən məqbərəsi” 
adlandırırlar. 
Ermənilərin məqsədləri aydındır: tarixi Azərbaycan torpağı olan indiki 
Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata 
keçirdikdən sonra, onlara məxsus tarixi-memarlıq abidələrini də yer üzündən 
silmək, bu da mümkün olmazsa, onların adlarını dəyişdirməklə izi azdırmaq. 
Azərbaycan elminə və dövlətinə görkəmli şəxsiyyətlər bəxş edən 
Topçubaşovlar (
Topçubaşilər) nəslinin Cəfərabad kəndində əkin yerləri və ata-
baba mülkləri olmuşdu. Məşhur cərrah, akademik Mustafa bəy Topçubaşovun 
doğum şəhadətnaməsində onun 1895-ci ildə Göykümbət kəndində doğulduğu 
qeyd edilmişdir. Cəfərabad kəndi ona bitişik olan qədim Göykümbət kəndindən 
sonradan ayrılmışdı. İki kəndi bir-birindən ortadan axan çay ayırırdı. Əmir Səəd 
məqbərəsi yeni yaranan Cəfərabad kəndinin ərazisinə düşmüşdür. Göykümbət 
kəndinin adı elə onun ərazisində yerləşən Əmir Səəd məqbərəsinin günbəzinin 
göy rəngdə olması ilə bağlı idi. Bu kəndin adı bəzi mənbələrdə Göygünbəz 
kimi çəkilir. Zəngibasar (
Masis) rayonunun inzibati-ərazi bölgüsünə daxil olan 
Cəfərabad kəndinin adını Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 
1946-cı il tarixli qərarı ilə dəyişdirərək Arqavand qoymuş, Göykümbət kəndini 
isə 1 dekabr 1949-cu ildən etibarən Gexanist adlandırmışlar. 
Göykümbət kəndində Qaraqoyunlu tayfa birliklərinə daxil olan Səədli 
tayfası başçılarının qəbiristanlığı var idi. Həmin qəbiristanlıqda bir neçə türbə 
olmuşdu ki, onlardan da yalnız biri – Əmir Səəd məqbərəsi günümüzə qədər 
gəlib çatmışdır.
Əmir Səəd məqbərəsi Qaraqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu 
Pir Hüseyn tərəfindən 1413-cü ildə inşa etdirilmişdi. Hələ Əmir Səədin 
sağlığında onun hakimiyyəti altında olan ərazilər Çuxur Səəd, yəni Səədin 


- 249 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
çuxuru adlandırılırdı. Çuxur-Səəd əmirliyinın tabeliyində olan ərazilərə hazırda 
Türkiyənin İqdır vilayətinin düzənlik ərazisini əhatə edən və o zaman Sürməli 
adlanan ərazi və Ağrı dağı vadisi daxil idi. Pir Hüseynin idarəçiliyi dövründə 
əmirliyin sərhədlərinə Qars şəhəri və onun ətraf əraziləri də daxil edilmişdi. 
Erməni tarixçisi A.D.Papazyanın 
yazdığına görə, Çuxur-Səəd adına 
ilk dəfə erməni mənbələrində 
Matenadaranda saxlanılan 1428-ci ilə 
aid alqı-satqı sənədində rast gəlinir. 
Üçkilsə (
Vağarşabad, indiki Eçmiədzin
kəndinin alqı-satqısına aid həmin 
sənəddə qeyd olunur ki, Üçkilsə kəndi 
Karpi nahiyəsinin kəndlərindən biridir, 
hansı ki, Azərbaycan ölkəsinin Çuxur-
Səəd vilayətində yerləşir. Ərəbcə tərtib 
edilən həmin sənəddə şahidlər özlərini 
“səədilər” adlandırmışdılar.
441
Qaraqoyunlu tayfa birliklərinin 
başçısı Qara Yusif Əmir Teymurun 
vəfatından bir il sonra, yəni 1406-cı 
ildə onun nəvəsi Əbu Bəkiri Çuxur-
Səəddə məğlubiyyətə uğratmış və onu 
qaçmağa məcbur etmişdi. Bununla 
da həmin ərazidə Teymurilərin 
hakimiyyətinə son qoyulmuşdu. Qara Yusif bölgənin idarəçiliyini yenidən 
səədli tayfasının başçısı və həmin bölgəni XIV əsrin sonlarından idarə edən 
Əmir Səədə həvalə etmişdi. 1411-ci ildə Əmir Səəd vəfat etmiş, onun yerinə 
hakimiyyətə oğlu Pir Hüseyn keçmişdi. Orta əsr müəllifləri Pir Hüseynin 
hakimiyyəti dövründə Çuxur-Səəddə və Əmir Teymurun hücumundan 
sonra dağılan Qarsda xeyli abadlıq və quruculuq işlərinin həyata keçirildiyini 
təsdiqləyirlər. 1414-cü ildə Pir Hüseynin vəfatından sonra hakimiyyətə onun 
oğlu Pir Qaib (
bəzi müəlliflər onun adını Pir Yaqub kimi çəkirlər), sonra isə digər 
oğlu Pir Əvdül gəlmişdi.
Əmir Səədin vəfatından iki il sonra – yəni 1413-cü ildə Pir Hüseyn atasının 
məzarı üzərində həmin məqbərəni tikdirmişdi. Bu abidəni digər orta əsr 
441 
 Папазян А. Иноземное господство в Арарaтской области (ХV в.). “Известия АН Армянской ССР. Об-
щественные науки”, № 7-8, 1960 
Əmir Səəd məqbərəsi. 1413.  
Cəfərabad kəndi


- 250 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
abidələrindən fərqləndirən əsas cəhət ondan ibarət idi ki, o, kərpicdən deyil, 
yerli qırmızı tuf daşından inşa edilmişdi. Azərbaycan memarlıq tarixinin 
görkəmli tədqiqatçısı professor Leonid Bretanitski 1939-cu ildə Q.Yelkin, 
L.Mamikonov, D.Motislə birgə Əmir Səəd məqbərəsində ölçmə işləri 
aparmışdı. L.Bretanitski Əmir Səəd məqbərəsini Möminə-xatun məqbərəsinin 
kərpic memarlığı formasından daş memarlığa “keçidinin” özünəməxsus forması 
adlandırmışdır.
442
 
Naxçıvan memarlıq məktəbinə aid edilən düzgün onikiüzlü Əmir Səəd 
məqbərəsinin hündürlüyü günbəzi nəzərə alınmamaqla 12 metr, yerin 
səthindən yuxarıda qalan hissəsində içəridən diametri 5 metrdir. Kürsülükdən 
12 daş yuxarıda içəriyə işıq düşməsi üçün biri şimal, digəri isə cənub tərəfə 
iki balaca deşik qoyulmuşdur. Məqbərənin tağlı qapısı cənuba baxır və oyma 
naxışla haşiyələnmişdir. Məqbərənin karnizinin altında 50 sm enində, 22 metr 
uzunluğunda friz üzərində nəsx xətti, süls elementləri ilə Qurandan ayələr həkk 
olunmuş və məqbərəni kimin inşa etdirdiyi qeyd edilmişdir. 
Məqbərənin ərəb dilində olan kitabəsindəki yazının birinci hissəsi “Rəhmli 
Allahın adı ilə” və bir çox sərdabələrdə rast gəlinən “Quran-i Kərim”in 
2-ci surəsinin 255-ci ayəsi ilə başlayır. Sonra isə Azərbaycan Qaraqoyunlu 
dövlətinin bir sıra tarixi şəxsiyyətlərinin adları çəkilir. Kitabədə yazılır: “
Bu 
müqәddәs qübbәli sәrdabә әn böyük, әn gözәl, әn nәcib, xoş xasiyyәtli 
padşaһların vә sultanların dayağı, fәqirlәrin, sәfillәrin arxası, aqillәrin 
vә biliklәr üçün susamışların һimayәçisi, yoxsullara vә iztirab çәkәnlәrә 
әl tutan, dövlәtinә eşq olmuş Әmir Sәədin oğlu Pir Hüseynin buyruğu ilә 
ucaldılmışdır. Qoy onun әdalәtli idarә üsulu var olsun. Qoy mәrһәmәtli, 
mәrһum, mәrһәmәtlilәrin ağuşuna atılmış Әmir Sәədin torpağı pak 
olsun. Qoy Allaһ böyük padşaһın һökmranlığı dövründә alicәnab xaqan, 
Şәrqin vә Qәrbin şaһlar şaһı, dövlәtin vә dinin dayağı Pir Budaq xan vә 
Yusif noyənin һakimiyyәtini әbәdi etsin - 816 hicri, rәcәb ayının 15-i”. Bu 
tarix miladi təqvimi ilə 11 oktyabr 1413-cü ilə təsadüf edir. 
Əmir Səəd məqbərəsini 1950-ci illərin sonlarında tədqiq edən erməni 
tarixçisi A.Papazyan kitabədə Pir Budaq xanın adının Qaraqoyunlu hökmdarı 
Qara Yusifin adından öncə çəkilməsini məşhur tarixçi V.Minorskiyə istinadən 
onunla izah edir ki, Qara Yusif 1409-cu ildə Təbrizdə oğlu Pir Budağı taxta 
çıxartdıqdan sonra özü səltənətin naibi (
regent) kimi qalmışdı. Ona görə də, 
Əmir Səəd məqbərəsindəki kitabədə Əmir Yusifin adı Pir Budağın adından 
442 
 Бретаницкий Л.С. Художественное наследие Переднего Востока эпохи феодализма. “Советский худож-
ник”, 1988


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə