ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə92/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   87   88   89   90   91   92   93   94   95

- 254 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Yusifin Teymurilər üzərində qələbəsindən və onların həmin ərazidə varlığına son 
qoyulmasından bir neçə il sonra inşa etdirilmişdi. Məntiqlə, Əmir Səəd məqbərəsi 
Əmir Teymurun düşmənlərinin məzarı üzərində ucaldılan tarixi abidədir. Digər 
tərəfdən, orta əsr ərəbdilli mənbələrində bütün türk-oğuzlar “türkman”, yaxud 
“tərakumə” adlandırılmışdır ki, bu, müasir Türkmənistan ərazisində yaşayan 
türkmən etnosu anlamına gəlmir. Türkmənbaşının yazdığı “Ruhnamə” kitabında 
digər türkdilli xalqları aşağılayan ifadələrə yer verilməsi də ermənilər üçün 
göydəndüşmə olmuşdu. 2005-ci ilin martında “Ruhnamə”nin erməni dilinə 
tərcüməsinin İrəvanda təntənəli təqdimat mərasiminin keçirilməsi S.Niyazovun 
ermənilərin dəyirmanına su sökməsinin qarşılığında atılan addım idi.  
Türkmənistan rəhbərlərinin və alimlərinin orta əsrlər tarixinə “biganəlikləri” 
ermənilərə imkan verirdi ki, bu fürsətdən lazımınca faydalansınlar. Erməni 
mətbuatının yazdığına görə, erməni-türkmən birgə ekspedisiyası Əmir 
Səəd məqbərəsinin içərisində hissə-hissə qazıntı işləri aparmışdır. Məlum 
olmuşdur ki, sərdabənin yeraltı hissəsi kvadrat formasındadır, divarları tağlarla 
bəzədilmişdir. Məqbərənin şimal divarında sərdabəyə enmək üçün pilləkənli 
giriş qapısı olmuşdur. 
Lakin görünür, hər iki tərəfə - ermənilərə və türkmənlərə sərf etmədiyi 
üçün arxeoloji qazıntıların nəticələri, sərdabənin içərisində olan sənduqənin 
üzərindəki yazılar haqqında indiyədək heç bir məlumat verilməmişdir. 
2001-ci ildə şəhərin mərkəzindəki “Yerevan” hoteli ilə üzbəüz, Abovyan 
küçəsi-3 ünvanında aparılan qazıntı işləri zamanı (
həmin ünvanda hazırda “Alen 
& Elen” disko-klubu yerləşir) yerin altında qədim müsəlman sərdabəsi 
aşkarlanmışdı. Ermənilər bunu da “türkmən abidəsi” kimi sırımağa cəhd 
göstərmişdilər. Tuf daşından yonulmuş, dövrün memarlıq üslubu ilə bəzədilmiş, 
divarları şirli daşlarla örtülmüş bu sərdabənin 1319-cu ildə inşa edildiyi bəlli 
olmuşdur. Erməni arxeoloqları bu memarlıq abidəsini əvvəlcə “türkmən 
abidəsi” adlandırsalar da, sonradan ağ elədiklərini anlayıb, onu “monqol 
abidəsi” adlandırmağa başlamışdılar. 
Ermənilərin mövqeyi belədir ki, İrəvan ərazisində mövcud olan və bu 
günədək gəlib çatan azərbaycanlılara məxsus abidələr tarixi saxtalaşdırmaq 
yolu ilə qoy “fars”, “türkmən”, “monqol” abidəsi adlandırılsın, bununla da həmin 
abidələrin əsl sahiblərinin kimlər olduğu ört-basdır edilsin. İndi ermənilər 
Abovyan küçəsində aşkarlanan həmin sərdabəni “monqol abidəsi” adı altında 
Ermənistan hökuməti tərəfindən qorunan tarixi abidələr siyahısına daxil 
etmişlər.
446
 
446 
 http://www.gov.am/u_files/file/kron/ArmeniaPR2_en.pdf
Əmir Səəd məqbərəsinin önündə 
quraşdırılmış və üzərində “türkmənlərin 
tarixi yadigarı” sözləri yazılmış stella


- 255 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Rəsmi İrəvan “türkmən abidəsi” kartından Türkmənistanın yeni prezidenti 
Qurbanqulu Berdıməhəmmədovun İrəvana rəsmi səfəri zamanı da istifadə 
etmişdi. 2012-ci il noyabrın 28-də İrəvandakı Böyük konsert zalında 
Qurbanqulu Berdıməhəmmədovun erməni dilinə tərcümə edilmiş üç kitabının 
(“Полет небесных скакунов”, “Туркменистан” и “Туркменистан – край 
исцелений”) təqdimat mərasimi keçirilmiş, ertəsi gün Türkmənistan prezidentini 
Cəfərabad kəndinə apararaq “türkmən abidəsi” kimi Əmir Səəd məqbərəsini 
necə mühafizə etdiklərini göstərmişdilər. Ermənilərin bu “qayğıkeşliyindən” 
riqqətə gələn Türkmənistan prezidenti öz ölkəsi üçün heç bir geosiyasi və 
iqtisadi əhəmiyyət kəsb etməyən Ermənistanla müxtəlif sahələrdə tərəfdaşlıq 
müqavilələri imzalamış, hətta Türkmənistanın Ermənistana elektrik enerjisi 
ixrac etmək niyyətində olduğunu bildirmişdi.
447
  
Azərbaycan Qaraqoyunlu dövlətinin yadigarı olan Əmir Səəd məqbərəsi 
hazırda “türkmən əmirləri ailəsinə məxsus mavzoley” adı altında Ermənistanda 
qorunan tarixi abidələr siyahısına daxil edilmişdir. 
447 
 http://www.turkmenistan.gov.tm/?id=2833


- 256 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XXIII iddia
“Dolma erməni mətbəxi nümunəsidir”
“Dolma” 
(dulma, dalma, durma, tolma, tulma), “dolama”, “sarma” adlı 
mətbəx nümunələri qiymə ətə əlavə edilmiş ədviyyat, düyü və ya başqa dənli 
və paxlalılardan ibarət qarışığın yarpaqla, kələmlə sarınmış, tərəvəzlərin içinə 
doldurulmuş yeməklərin ümumi adlarıdır. Hazırda dünyada bu cür yemək 
növləri bir çox bölgələrdə yayılmışdır və daha çox “dolma” adı ilə tanınmaqdadır. 
Buna rəğmən, semantik baxımdan “dolma” və “dolama” sözləri arasında aşkar 
fərq vardır. Daha çox “dolma” adı ilə tanınan bu yemək növləri hələ orta əsrlərdə 
Qıpçaq çöllərində, Qafqazda, Orta Asiyada, Anadoluda, Balkanlarda, yəni 
türklərin yaşadıqları ölkələrdə və mədəni təsir altına aldıqları bütün bölgələrdə 
yayılmışdı. “Dolma” sözü türk dünyasında geniş yayılmış termindir və bu sözün 
Krım tatarcasında “tulma”, özbək dilində “dulma” kimi dialektik modifikasiyaları 
da vardır. 
Rusiyalı tarixçi, dilçi, rus şərqşünaslığının əsasını qoyan alimlərdən olan İlya 
Nikolayeviç Berezin 
(1818-1896-cı illər) “Dağıstana və Zaqafqaziyaya səyahət” 
(1850-ci il) adlı əsərinin Dərbənddən Bakıyacan olan bölməsində yerli yemək 
növlərinin bəzilərinin adlarını çəkir. Orada bir neçə cür dolma növünə də 
toxunur:
“Döyülmüş ətlə doldurulmuş almalar: almaların içi təmizlənir, sonra 
isə yağda qızardılmış qoyun əti ilə doldurulur və yağ əlavə olunaraq 
qazanda dəmə qoyulur.
“Yarpax dolmasi” və ya içi doldurulmuş yarpaq yeməyi də vardır. 
Qoyun əti, soğan, noxud, istiot və digər ədviyyatlarla doldurulmuş təzə 
üzüm tənəyindən ibarətdir. Bu dolma növü bütün Şərq aləmində tanınır 
və Konstantinopolda belə sevilir.
“Kalyam dolmasi” və ya içi doldurulmuş kələm yeməyi də vardır. 
Burada üzüm tənəyini kələm yarpağı əvəzləyir. Bu dolma növünü mən bir 
neçə dəfə dadmışam və tərifləməyə hazıram.
“İlpenek dolmasi” da vardır ki, bu, içi doldurulmuş xiyar yeməyidir...
ən nəhayət, “badancan dolmasi” vardır. Badancan  (badımcan) 
– 
xiyar ölçüsündə bir tərəvəzdir və Həştərxanda da vardır. Ondan 
hazırlanan dolma isə bütün Şərqdə yaxşı tanınan və təbii qarşılanan yemək 
növüdür”.
448
448 
 И.Березин. Путеществие по Дагестану и Закавказью. Изд. 2-е. Казань, 1850


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə