ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə93/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   87   88   89   90   91   92   93   94   95

- 257 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Qeyd edək ki, İ.Berezin kabinet alimi deyildi. Türküstanı, Qafqazı, İranı, 
Yaxın Şərqi, Misiri, Anadolunu gəzərək Şərq xalqlarının adət-ənənələrini
mədəniyyətlərini, dillərini öyrənmiş və səyahətləri zamanı vacib qeydlər etmiş 
çalışqan bir tədqiqatçı idi. Bir neçə Şərq dilini mükəmməl öyrənmişdi və Şərq 
xalqlarının mədəniyyətinə yaxşı bələd olan bir mütəxəssis idi. Alimin yuxarıdakı 
qeydindən də göründüyü kimi, o, türkcə “dolma” sözünü rus dilinə “naçinka” 
kimi tərcümə edir. Ümumiyyətlə götürdükdə, “dolma” sözünün türk kəlməsi 
olması heç bir dilçi alim tərəfindən şübhə altına alınmamışdır. Hətta mötəbər 
erməni dilçiləri də bu sözün türk mənşəli olduğunu qeyd etmişlər. 
Buna baxmayaraq, bugünkü erməni ideoloqları “dolma” sözü üçün gülünc 
erməni etimologiyası uydururlar. Və ən acınacaqlısı isə ondan ibarətdir ki, bu 
gülünc etimologiyanı həm də tirajlayırlar. Yəni hər zaman olduğu kimi, ermənilər 
tərəfindən növbəti yalan 
uydurulur, sonra bu yalana 
öz xalqlarını da inandırırlar. 
Növbəti mərhələdə isə artıq 
bu yalanı tirajlayaraq digər 
xalqların nümayəndələrinə 
də aşılamağa çalışırlar. 
Türklər arasında çeşidli 
dolma növləri barədə hələ 
orta əsrlərdən başlayaraq 
bir çox avropalı və rus 
səyahətçi və etnoqraflarının 
tarixi qeydləri vardır. Alman əsilli rusiyalı ensiklopedist-alim, səyyah Peter 
Simon Pallasın 
(1741-1811-ci illər) qeydlərində Krım türklərinin mətbəxinə 
toxunulmuşdur. O, yazılarında üzüm, ya da quzuqulağı yarpağı ilə dolanmış 
düyülü ət yeməyinin,  həm də qiymə ət ilə doldurulmuş xiyar, heyva, alma, 
badımcan, qabaq, balqabaqdan hazırlanmış yeməklərin Krım tatarları arasında 
sevimli süfrə bəzəyi olduğunu bildirmişdir.
449
Hələ XII əsrdə yaşamış ərəb səyyahı və salnaməçisi Əbu Həmid əl-Qərnati 
Bakıda olarkən ətrafdakı torpaqdan çıxan təbii alovlar barədə yazmışdı. 
Onun sözlərinə görə, yerli xalq bu təbii od üzərində həm də çeşidli yeməklər 
hazırlayırdı. Bu yeməklərin arasında düyü, ya da başqa dənli və paxlalı bitkilərlə 
qarışdırılmış ət parçalarının dəriyə sarılmış şəkildə hazırlandığı xörək növü 
449 
 Паллас П. Наблюдения, сделанные во время путешествия по южным наместничествам русского госу-
дарства в 1793-1794 годах. Москва: НАУКА, 1999
Yarpaq dolması


- 258 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
də olmuşdu.
450
 Bu gün də Azərbaycanda incə dəriylə sarılan, ya da bağırsağa 
doldurulan ət yemək növləri mövcuddur. Bəzi bölgələrimizdə bu cür xörəklərə 
bu gün də “dolma” deyirlər. Dolma adı ilə tanınan yemək növləri türklərlə 
təmasda olan, onların mədəniyyətindən təsirlənən bir çox xalqların mətbəxinə 
hələ orta əsrlər dövründə keçmişdi. Və rus dili ədəbiyyatında da bu sözün 
“dalma”, “dulma” və “durma” şəklində tələffüzləri mövcud olmuşdu. “Dolma” 
sözünün bu tələffüzləri Vladimir Dal 
(1801-1872-ci illər) tərəfindən hazırlanmış 
rus dilinin ilk izahlı lüğətində yer almışdı. Bu termini o, 
“üzüm yarpağı ilə 
dolanmış qoyun əti qiyməsi, ya da kələmə bürünmüş paxlalı ət, balıq” kimi 
izah edir və Həştərxan tatarlarının yeməyi olduğunu bildirir.
451
 Ensiklopedist-
alim olan Vladimir Dal bir çox dilləri bilirdi. Həmçinin, türk dilinə də bələd idi. 
V.Dal hətta Rusiyanın ilk türkoloqlarından biri sayılır. Yuxarıda da qeyd edildiyi 
kimi, bu sözün türk mənşəli olması dilçi alimlər tərəfindən qəbul edilmiş elmi 
faktdır.  
Sloven mənşəli avstriyalı dilçi alim Frants Mikloşiç 
(1813-1891-ci illər) 
“Şərqi Avropa dillərinə keçmiş türkcə sözlər” adlı ikicildlik sözlüyündə “dolma”, 
“dulme” sözlərinin türkcədən alman dilinə etimologiyasını “füllsel” – “dolma, 
doldurmaq üçün istifadə olunan ləvazimat”,
452
 “sarma” sözünün tərcüməsini 
isə “Art Pastete mit Weinlaub oder Krautblatt umwickelt” – “üzüm, ya da 
kələm yarpağına bürünmüş paştet” kimi verir.
453
 Alman türkoloqu, məşhur 
dilçi alim Cerard Derfer 
(1920–2003-cü illər) də başqa dillərə keçən “dolma” 
sözünün türkcə olduğunu qeyd etmişdir. Tərtib etdiyi dördcildlik “Fars dilində 
türkcədən alınma sözlər” lüğətində o, “dolma”, “dulma”, “dolme”, “dalma” və 
“dolama” kimi transkripsiyalara yer vermişdir. “Dolma” termininin o, türkcədəki 
“dol” 
(dolmaq) feli kökündən yarandığını qeyd edir və alman dilində “dolma” 
sözünün etimologiyasını “füllung” 
(dolma, doldurulma) kimi göstərir. “Dolama” 
termininin isə türkcədəki “dola/tola” 
(dolamaq) feli kökünə dayandığını yazaraq 
bu feli əsasın da alman dilinə tərcüməsini “umgeben, einwickeln” 
(dolamaq, 
sarmaq, sarımaq) kimi qeyd edir.
454
 
Rusiya dilçiləri tərəfindən tərtib olunmuş sözlüklərdə də “dolma” kəlməsi
  
türk dilindən alınma söz kimi bir neçə dəfə qeyd edilib. Onu da bildirək ki, 
“dolma” sözü Yelena Şipova tərəfindən hazırlanmış “Rus dilinə keçmiş türkcə 
450 
 Путеществие Абу Хамида ал-Гарнати. Москва 1971
451 
 В. И. Даль. Толковый словарь живого великорусского языка. Том  I. Санкт-Петербург, Москва, 1880
452 
 Franz Miklosich. Die türkischen elemente in den südost – und osteuropäischen sprachen. Vol I. Vyana, 1884
453 
 Yenə orada
454 
 G. Doerfer. Türkische und mongolische elemente im neupersischen. Vol. III. Wiesbaden, Franz Steiner Ver-
lag, 1967


- 259 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
kəlmələr” sözlüyündə də yer almışdır.
455
 Qeyd edək ki, Y.Şipovanın bu lüğəti 
aparıcı sovet-rus türkoloqu Andrey Kononovun rəhbərliyi altında redaktə 
olunmuşdur. Rusiyalı məşhur dilçi alim və dördcildlik “Rus dilinin etimoloji 
sözlüyü” lüğətinin müəllifi Maks Fasmer də rus dilinə keçmiş bu sözün türk 
mənşəli olduğunu bildirmiş və onun rus ədəbiyyatına Krım tatarcası və Türkiyə 
türkcəsi vasitəsilə daxil olduğunu qeyd etmişdir.
456
  “Dolma” kimi bir çox digər 
türkcə mətbəx terminləri erməni dilinə də keçmişdir. Bu terminlərin bir qismini 
ermənişünas və türkoloq Hraçya Açaryan özünün “Türkcə sözlərin erməni dilinə 
təsiri” kitabında təqdim etmişdi. H.Açaryan “dolma” sözünün türk mənşəli 
olduğunu və ermənicə լիցք 
(ličk) – “dolma”, “doldurma” mənasını verdiyini 
qeyd etmişdir.
457
 Onu da əlavə edək ki, Açaryan “dolma” sözünün erməni dili 
və ədəbiyyatında iki “dolma” 
(դoլմաvə “tolma” (տոլմա) transkripsiyalarını 
da göstərmişdir.
Göründüyü kimi, Şərqdə doğranmış qiymə ətlə doldurulmuş badımcan, 
qabaq, xiyar, alma, heyva, pomidor, bibər kimi tərəvəzlər, ya da üzüm, kələm və 
digər növ yarpaqlarla sarınmış, dolanmış yemək növlərinin ümumi adı “dolma” 
kimi qəbul edilir. Həmçinin bu gün Azərbaycanda bütün bu növ yeməklərin 
ümumi adı “dolma” 
kimi qeyd olunur. 
Yalnız Ukraynada 
kələm dolmasının 
adı “qolubtsı” kimi 
də tanınır və rus 
ədəbiyyatına da bu 
termin Ukraynadan 
k e ç m i ş d i r . 
Türkiyədə isə kələm, 
üzüm yarpağına 
d o l d u r u l a r a q 
bürünmüş, sarılmış 
yeməklərin adı “sarma”, qiymə ətlə düyünün qarışığı ilə doldurulmuş badımcan, 
pomidor, bibər kimi tərəvəzlərdən hazırlanan yeməklərə isə “dolma” deyilir. Bu 
cür yeməklərin bəzilərinin adı tarixi ədəbiyyatda həm də “dolama” 
(dolanmış, 
455 
 Е. Н. Шипова. Словарь тюркизмов в русском языке. Алма-Ата, 1976
456 
 Макс Фасмер. Этимологический словарь русского языка. Том  I. Москва, 1986
457   Hrač‘eay  Ačaṙean.  Թուրքերէնի    ազդեցութիւնը    հայերէնի  վրայ    եւ    թուրքերէնէ    փոխառեալ 
բառերը  պօլսի  հայ ժողովրդոկան լէձ֊ոիին  մէջ   համէմատոիթեամք.  Վանի, ՚ղարաբաղի եւ  նոր–
նախիջեւանի բարբաղներու. 1902
Azərbaycan mətbəxində bəzi dolma növləri


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə