ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə94/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   87   88   89   90   91   92   93   94   95

- 260 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sarılmış) kimi də qeyd olunmuşdur. Bu gün isə bu termin arxaikləşmişdir. 
Məsələn, orta əsr çağatay mətnlərində yarpaqlarla sarılmış, dolanmış qiymə ət 
yeməyinin adı “
dolma” kimi deyil, “dolama” kimi göstərilir.
458
 
Erməni leksikası “dolama” termini ilə tanış deyil. Və yalnız “dolma” sözünü 
bilir. Bu da onu göstərir ki, “dolma” sözü erməni leksikasına Azərbaycan 
türkcəsindən son dönəmdə keçmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi, 
Türkiyədə yarpaq və kələm dolması “sarma”, bəzi bölgələrdə isə “dolama” 
adlandırılır. Azərbaycan leksikasında isə “dolama” termini “dolma” ilə 
əvəzlənmiş və ermənilər sırf Azərbaycanda yarpaq və kələm dolması üçün 
işlənən söz variantını mənimsəmişlər. Maraqlıdır ki, yaxın zamanlara qədər 
erməni mətbəxi yalnız yarpaq dolması ilə tanış idi. Bu səbəbdən də “dolma” 
sözünü guya ermənicə üzüm yarpağı, ya da saplağı mənasına gələn “toli” 
sözü ilə bağlamağa çalışırlar. Digər dolma növləri isə erməni mətbəxinə yaxın 
zamanlarda keçmişdir. Təbii ki, yenə də qonşuları türklərdən.  
Bütün bu aşkar faktlara baxmayaraq, erməni tərəfi yarpaq dolması yeməyinin 
mənşəyi barədə yalan məlumatlar yayır, bu yemək növünün tarixən ermənilərə 
məxsus olduğunu iddia edir və qonşu türklərə də guya onlardan keçdiyi barədə 
dezinformativ məlumatlar tirajlayır. Və adı türkcə olan bir çox yemək növləri 
də dolma kimi sırf erməni mənşəli mətbəx nümunəsi elan edilir. Halbuki, bu 
yeməklərin heç birinin adı ermənicə deyildir.  
Bəzən də bu yemək adları üçün heç bir dil qanununa uyğun gəlməyən 
ermənicə yalan, saxta etimologiyalar uydurulur. Çünki bu gün xarici ölkələrdə 
erməni dilini araşdıran çox az dilçi alim vardır. Qonşu Rusiyada isə yox 
dərəcəsindədir. Bu amildən istifadə edən erməni ideoloqları erməni dili və 
ermənicə terminlər barədə hər növ yalanı digər xalqların nümayəndələrinə 
aşılamaqla məşğuldurlar. Ən maraqlısı da budur ki, bu saxta etimologiyaların 
heç bir elmi əsaslara dayanmadığını da görmək istəmirlər. Bu gün erməni 
“mətbəx ideoloqları” “dolma” sözünü guya ermənicə “üzüm yarpağı”, ya da 
“saplağı” mənasına gələn “toli” 
(տոլի) sözüylə əlaqələndirir və bu xörəyin 
adını da “tolma” şəklində yazıya alırlar. Bu da çox gülünc görünür. Özləri də 
bilmədən bu terminin Azərbaycan transkripsiyasından “qurtulub” onun tatar 
transkripsiyasından yapışıblar. Lakin Stepan Malxazyants kimi ermənişünasın 
tərtib etdiyi və 1944-cü ildə nəşr edilən “Erməni dilinin izahlı lüğəti” sözlüyündə 
bu söz “tolma” kimi deyil, “dolma” şəklində verilmişdir.  Müəllif bu sözün 
mənasını erməni dilinə “doldurma”
 (լիցք-litsk) və “doldurulma” (լցման-
458 
 Şeyx Suleyman Efendi’s. Çağatay-osmanisches wörterbuch. Budapest, 1902


- 261 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
ltsman) kimi tərcümə edir.
459
 H.Açaryandan sonra tanınmış ikinci ermənişünas, 
dilçi alim Malxazyants da bu sözün türk mənşəli olduğunu öz elmi əsərində 
vurğulamışdır. Bütün bu məlumatlara rəğmən, bu gün erməni ideoloqları dolma 
xörək növünü erməniləşdirir və bu söz üçün saxta etimologiyalar uydururlar. 
Məsələn, onların iddialarına əsasən, “dolma”/”tolma” sözü guya Urartu dilində 
mövcud olmuş “uduli” – 
“üzüm” sözündən yaranmışdır. Bununla da həm erməni 
dilini, həm də “erməni mətbəxini” Urartu dönəminə aparıb çıxarırlar. Əvvəla, 
dolmanın çeşidləri çoxdur və təkcə üzüm yarpağından hazırlanmır. İkincisi isə, 
Urartu dilində “uduli” sözü yox idi. Bu da erməni saxtakarlarının tirajladığı yeni 
yalandır. Çünki Urartu leksikasında, “üzümlük” anlamını verən  “uldi” və ya 
“ulde” sözü vardır.
460
 
459 
 Степан Малхазянц. Erməni dilinin izahli lüğəti (Հայերէն Բացատրական Բառարան). Yerevan, 1944
460 
 И. М. Дьяконов. Урартские письма и документы. АН СССР Институт Археологии. Москва, Ленинград 1963


- 262 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XXIV iddia
“Lavaş” ermənilərin qədim çörək məmulatıdır”
   XX əsrin əvvəllərinədək erməni lüğətlərində “lavaş” sözünə rast gəlinmir. 
Lakin 2014-cü il noyabrın 26-da Parisdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs 
üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasının gedişində Ermənistan “ənənəvi 
erməni çörəyi – lavaşın” qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ 
Siyahısına daxil edilməsi üçün ərizə ilə müraciət etmişdi. Ermənistan tərəfinin 
quruma təqdim etdiyi fayl “Lavaş: ənənəvi erməni çörəyinin hazırlanması, 
əhəmiyyəti və xarici görünüşü mədəniyyətin ifadəsi kimi” adlanırdı. Qeyd 
edək ki, ilkin olaraq UNESCO-nun Hökumətlərarası Komissiyası bu formulu 
qəbul etmişdi. Lakin Azərbaycan, İran və Türkiyə dərhal bu formula etiraz 
etdilər. İran tərəfi lavaşın qədim İran çörək növü olduğunu bildirdi. Azərbaycan 
lavaşın bütünlükdə bölgənin mədəni elementi olduğunu bəyan etdi. Türkiyə 
Azərbaycanın mövqeyinə dəstək verdi. Etirazlardan sonra UNESCO formulu 
dəyişərək faylı belə adlandırdı: “Lavaş: ənənəvi çörəyin hazırlanması, əhəmiyyəti 
və xarici görünüşü Ermənistanda mədəniyyətin ifadəsi kimi”. 
Lavaş çörəyi mayasız xəmirdən bişirilən kökəyə deyilir. Tarixən bu adla 
Qafqazda, həmçinin Türkiyədə, İranda, Mərkəzi Asiyada, Volqaboyu ərazilərdə 
də yayılıb. Bu şəkildə hazırlanan çörək Hindistandan Mərakeşədək bütün Şərq 
ölkələrində fərqli adlarla tanınır. Amma bu çörək növünün bişirildiyi və istifadə 
olunduğu ölkələrin heç biri lavaşı yalnız öz xalqına aid etmək kimi absurd 
addım atmaq fikrinə düşməyib. Ermənilər isə başqalarına məxsus olanları 
özününküləşdirməklə bu əməllərinə UNESCO da daxil olmaqla, beynəlxalq 
təşkilatlarda bəraət qazandırmağa çalışırlar. İlk növbədə qeyd etmək lazımdır 
ki, lavaşın Azərbaycanda hazırlanması Ermənistanla müqayisədə daha dərin 
ənənəvi köklərə malikdir. Bu çörək növü Ermənistanda yalnız təndirdə bişirilir. 
Azərbaycanda və Türkiyədə isə həm təndirdə, həm sobada, həm də sacda 
hazırlayırlar. Ən nazik və yumşaq lavaş təndirdə deyil, məhz sacda bişirilir. Orta 
Asiyada isə əsasən, lavaş arxası üstə çevrilmiş tiyanın 
(qazanın) səthi üzərində 
də hazırlanır. 
Sac isə köçəri və yarımköçəri tayfaların səyyar mətbəxinin vacib atributu 
sayılır. Sacın iç tərəfində müxtəlif qızardılmış, qovrulmuş xörəklər, qabarıq 
hissəsində isə, lavaş, kökə, içi doldurulan yaymalar 
(kətə, qutab, gözləmə, qatlama-
qattama və s.), sacüstü ət xörəkləri bişirilirElə lavaşın yaranması, onun forması 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə