ErməNİ TƏcavüZÜ VƏ DİNİ abiDƏLƏRİMİZ Əliheydər Zülfüqarov



Yüklə 358,24 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü358,24 Kb.
#53906


“Dövlət və Din”.-2015.-№ 2(31).-S.21-33.

 

 

ERMƏNİ TƏCAVÜZÜ VƏ DİNİ ABİDƏLƏRİMİZ 



 

Əliheydər Zülfüqarov, 

Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  Dinşünaslıq  ekspertizası,  ictimai  məsələlər  və  analitik  təhlil 

şöbəsinin müdir müavini. 

 

AÇAR SÖZLƏR: 



monoetnik, multietnik, tarixi-dini abidələr, məscid, məbəd, ziyarətgah, təcavüz, erməniləşdirmə. 

КЛЮЧЕВЫЕ  СЛОВА

:  моноэтнический,  мультиэтнический,  историкорелигиозные  памятники,  мечеть, 

храм, святилище, агрессия, арменизация. 

KEY  WORDS

:  monoethnic,  multiethnic,  historical  and  religious  monuments,  mosque,  temple,  sanctuary, 

aggression, armenization. 

 

Bu  gün  müasir  dünya  ölkələrinin  mütləq  əksəriyyəti  çoxmillətli  olduğundan  etnomədəni,  multikultural 



dəyərlərin  qorunması  və  gələcək  nəsillərə  ötürülməsi  sahəsində  beynəlxalq ictimaiyyət  həmrəylik  nümayiş  etdirir 

və  bu  sahədə  geniş  müzakirələr  aparır.  Bu  baxımdan  dünya  dövlətləri  istər  beynəlxalq,  istərsə  də  lokal  siyasi 

kurslarmı  multietnik  münasibətlərin  inkişafı  və  qorunması  istiqamətində  formalaşdırır  və  Azərbaycan  da  bu 

platformada uğurla irəliləməkdədir. 

Lakin Qafqaz regionunda monoetnik dövlət yaradan və irqçi siyasət aparan Ermənistan bu dəyərlərdən nəinki 

uzaqdır, hətta qlobal kulturoloji anlamda dünya mədəniyyəti irsinin qorunması sahəsində ciddi təhlükədir. Belə ki, 

Ermənistan  bir  tərəfdən  həm  Qərbi  Azərbaycan  torpaqlarında,  həm  də  işğal  etdiyi  Dağlıq  Qarabağ  ərazilərində 

genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, digər tərəfdən də azərbaycanlılara məxsus tarixi-

mədəni, xüsusilə dini abidələrə təcavüz etmişdir. 

Məlumdur  ki,  dini  abidələr  həm  bir  xalqın  milli-mənəvi  dəyərlərinin  tərkib  hissəsidir,  həm  də  milli  kimliyin 

formalaşmasında  əhəmiyyətli  rol  oynayan  əsas  amillərdəndir.  Dolayısı  ilə  dini  abidələr  xalqın  milli-mənəvi 

dəyərlərinin  daşlaşmış  tarixidir.  Ona  görə  də  əsarət  altında  olan  digər  mədəni-tarixi  irsimizlə  yanaşı,  dini 

abidələrimizi tanımağımız, bilməyimiz və bu sahədə gənclərlimizin maarifləndirilməsi olduqca vacibdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş 

“Dünya  əhəmiyyətli  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  siyahısı”,  “Ölkə  əhəmiyyətli  daşınmaz  tarix  və 

mədəniyyət  abidələrinin  siyahısı”  və  “Yerli  əhəmiyyətli  daşınmaz  tarix  və  mədəniyyət  abidlərinin  siyahısı”na 

əsasən, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən 

çoxdur. Bunlardan 347-si tarixi-dini abidələrimizdir: 

[səh. 21-22]

 

Məscidlər-67; 



Məbədlər (Alban irsinə aid kilsələr, sovməələr və monastırlar) -140; 

Ziyarətgahlar (Pirlər, türbələr, ocaqlar, məqbərələr) -140. 

Tarixi-dini abidələrimizin işğal olunmuş rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə göstərilmişdir. 

 

№ 



Şəhər və rayonların 

adı 

İşğal tarixi 

Məscidlərin 

sayı 

Məbədlərin 

sayı 

Ziyarətgahların 

sayı 

Cəmi 



Xocalı rayonu 

26.02.1992 





10 



Şuşa şəhəri 

08.05.1992 

16 





25 



Laçın rayonu 

18.05.1992 

14 


25 




Xocavənd rayonu 

02.10.1992 

63 


19 

83 




Kəlbəcər rayonu 

02.04.1993 

34 


42 





Ağdam rayonu 

23.07.1993 



12 



23 



Cəbrayıl rayonu 

23.08.1993 



46 



54 



Füzuli rayonu 

23.08.1993 

19 





26 



Qubadlı rayonu 

31.08.1993 



19 



32 

10 

Zəngilan rayonu 

29.10.1993 



20 



27 

YEKUN 

67 

140 

140 

347 

 

Qeyd  edək  ki,  dini  abidələrimizə  qarşı  erməni  təcavüzü  təkcə  siyahıda  göstərilən  işğal  olunmuş  ərazilərlə 



məhdudlaşmır. Bura indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan torpaqları da daxildir. Ermənilər hələ Dağlıq 

Qarabağ  münaqişəsi  başlamamışdan  əvvəl,  sovetlər  dönəmində  belə,  dini  abidələrimizə  qarşı  aşkar,  yaxud  gizli 

formada təcavüz həyata keçirmişlər. 

Ümumiyyətlə, ermənilər tarixi-dini abidələrimizə qarşı təcavüzü əsasən dörd istiqamətdə aparmışlar və həmin 

“ənənəni”  bu  gün  də  davam  etdirirlər:  1)  Abidələr  tamamilə  uçurulur;  2)  Özgələşdirilərək  dəyişdirilir.  Yəni 

Azərbaycanın  deyil,  başqa  mədəniyyətlərin  nümunəsi  kimi  təqdim  edilir;  3)  Dağıdılaraq  təhqir  olunur;  4) 

Erməniləşdirilir. 

Qeyd olunan dörd istiqamət üzrə erməni təcavüzünə məruz qalmış istər İslam, istərsə də Alban irsinə aid tarixi-

dini abidələrdən nümunələr təqdim etməklə, əsir abidələrimizin taleyinə diqqət çəkmək istərdik. 

[səh. 22-23]

 

 

1) İrəvan Şah Abbas məscidi 

Məscid Səfəvi hökmdarı I Şah Abbas tərəfindən 1604-cü ildə Sərdar sarayının şərq hissəsində inşa edilmişdir. 

Memarı gəncəli Şeyx Bəhaəddin Məhəmməd Amulidir. İki il ərzində (1606-cı ildə) inşa olunmuş məscid ümumi 

memarlıq  baxımın-  dan  Gəncədəki  Şah  Abbas  məscidinə  bənzəyir.  Məscid  kompleksində  mədrəsə,  kitabxana, 

mehmanxana və böyük həyətlə birgə hovuz da inşa edilmişdir. 

Tarix  boyu  erməni  təcavüzkarları  bütün  fürsətlərdən  istifadə  edərək  məscidi  korlamaqla  onu  məhv  etməyə 

çalışmış  və  sonunda  istəklərinə  nail  olmuşlar.  Hələ  1918-ci  ilədək  məscid  və  ətrafındakı  binalar  kompleksi 

yarıuçuq  halda  idi.  Lakin  sonradan  onu  tamamilə  məhv  etmişlər.  Hazırda  məscidin  yerləşdiyi  ərazidə  yüksək 

mərtəbəli binalar inşa olunmuşdur. 

 

2) Buğakar ziyarətgahı 

Ziyarətgah  Zəngəzur  mahalının  Mığrı  rayonunun  Buğakar  kəndi  ərazisində  (rayon  mərkəzindən  12  km  şimal-

şərqdə),  Ələngəz  dağının  ətəklərində  yerləşmişdir.  Xalq  arasında  Sultan  Seyid  Əhməd  məqbərəsi  kimi  də 

tanınmışdır.  Bəzi  müəlliflər  bu  məqbərədə  əslində  ərəb  sərkərdəsi  Əhməd  ibn  əl-Xəlil  ibn  Hişamın  məzarının 

yerləşdiyini və məqbərənin də ona aid olduğunu qeyd edirlər [1, 355]. 

“Buğakar” sözü IX əsr ərəb sərkərdəsi Buğa əl-Kəbirin adından alınmışdır. Tarixdən məlumdur ki, Babək Buğa 

əl-Kəbiri mühasirəyə alıb, bu kənddə məğlub etmişdir. Faktı akademik Ziya Bünyadov da təsdiqləyir [1, 355]. 

Buğakar kəndində qədimdən azərbaycanlılar yaşasalar da, 1939-cu ildə kənd ermənilər tərəfindən ləğv edilmiş, 

əhalisi isə digər kəndlərə köçürülmüşdür. Buna baxmayaraq, pir bölgənin azərbaycanlı əhalisi üçün daim ziyarətgah 

olaraq  qalmış  və  bura  təkcə  mığrılılar  deyil,  Zəngilan,  Ordubad,  Culfa,  Qafan  və  s.  rayonlardan  da  axın-axın 

zəvvarlar gəlmişlər. 

1988-ci ildə bölgədəki azərbaycanlılar zorla deportasiya olunduqdan sonra Buğakar piri təcavüzkarlar tərəfindən 

tamamilə dağıdılmışdır.

 [səh. 23-24]

 

 

3) Ağadədə ziyarətgahı 

Ağadədə  ziyarətgahı  Zəngibasar  mahalının  Uluxanlı,  Həbilkənd,  Seyidkənd  və  Sarvanlar  kəndlərinin 

əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarında yerləşirdi. Bu ziyarətgah ötən əsrin 50-80-ci 

illərində  bölgənin  ən  mötəbər  ziyarətgahlarından  olmuşdur.  Bura  müsəlmanlarla  yanaşı,  bəzən  xristianlar  da 

ziyarətə gəlirmişlər. 



Keçən əsrin 50-ci illərinədək burada ancaq bir qəbir olmuş, insanlar onu pir kimi ziyarət etmişlər. Daha sonra 

üzərində tikili ucaldılmışdır. Get-gedə ətraf kəndlərdən, hətta İrəvan şəhərindən imkanı olan adamlar öz əzizlərini 

bu  ocağın  ətrafında  yaranmış  qəbiristanda  dəfn  etmişlər.  Qərbi  azərbaycanlılar  1988-ci  ildə  buradan  didərgin 

salındıqdan sonra bu ziyarətgah da ermənilər tərəfindən tamamilə dağıdılmışdır. 



 

Özgələşdirilərək dəyişdirilmişdir: 

 

1)

 

İrəvan Göy məscidi 

Məscid  Qərbi  Azərbaycan  ərazisində  mövcud  möhtəşəm  dini  abidələrimizdən  biridir.  Onun  inşasına  1760-cı 

ildə  başlanılsa  da,  1764-cı  ildə  İrəvan  xanı  Hüseynəli  xan  Qacar  (1762-1783)  tərəfindən  tamamlanmışdır.  Bu 

səbəbdən də məscid xalq arasında daha çox Hüseynəli xan məscidi kimi tanınmışdır. 

Azərbaycan memarlığı nümunələrindən sayılan Göy məscid İrəvan məbədləri arasında ölçüsünə görə ən böyüyü 

imiş. Ümumiyyətlə, bu ibadət ocağı tarixən İrəvanda 

[səh. 24-25]

 mərkəzi məscid rolunu oynamışdır, bu baxımdan 

digər məscidlərə din xadimi buradan göndərilirmiş. 

Göy  məscid  də  tarixi  dövr  ərzində  erməni  vandalizminə  məruz  qalmışdır.  XX  əsrdə  bu  abidə  ermənilər 

tərəfindən  iki  dəfə  -  1918-ci  və  1955-ci  ildə  yandırılmışdır.  Sonralar  məscid  binasının  bir  hissəsi  planetari,  bir 

hissəsi isə tarix muzeyi kimi fəaliyyət göstərmişdir. 

1995-2006-cı  illərdə  məscid  İran  tikinti  şirkətinin  köməyi  ilə  bərpa  olunmuş  və  İranın  Ermənistandakı 

mədəniyyət mərkəzindən birinə çevrilmişdir. 

Təmirdən  sonra  məscidin  giriş  hissəsində  farsca  yazılmışdır:  “Məscid  İran  Islam  İnqilabının  Yoxsullar  və 

Fədakarlar Fondunun köməyi ilə yenidən qurulmuş və təmir edilmişdir”. 

Məscid hazırda ermənilər tərəfindən dünyaya “Fars məscidi” kimi təqdim olunur. 

 

2) Cəfərabad türbəsi 

Qaraqoyunlu  əmirlərinin  sərdabəsi  üzərində  inşa  olunmuş  bu  möhtəşəm  türbə  Azərbaycanın  qədim  diyarı 

Zəngibasar  mahalının,  Zəngibasar  rayonunun  mərkəzi  -  Uluxanlı  qəsəbəsindən  14  km  şimalda,  İrəvan  şəhəri 

yaxınlığındakı (8 km) Cəfərabad (indiki Arqavanq) kəndindədir. 1928-ci ilədək ancaq azərbaycanlıların yaşadığı bu 

kənddə sonralar İrandan köçürülmüş ermənilər məskunlaşmağa başlamışlar. 

Türbə  qırmızı  tuf  daşdan  tikilmiş  və  hündürlüyü  günbəzsiz  12  metr  olmuşdur.  Yuxarıdan  türbəni  kəmərvari 

şəkildə  22  metr  uzunluğunda  ərəbdilli  kitabə  əhatə  etmişdir.  Kitabədə  Çuxursəd  vilayətinin  Saatlu  (Saqatlı) 

tayfasından olan iki  əmirin 

[səh.  25-26]

  -  Pir  Hüseynin  və  atası  Əmir  Sədin  adlan  çəkilmişdir.  Elə  buna  görə  də 

türbə xalq arasında Pir Hüseyn türbəsi kimi də tanınmışdır. 

Ermənilərin  özgələşdirmək  istədikləri  Azərbaycan  abidələri  arasında  bu  türbə  də  vardır.  Belə  ki,  məkrli 

ermənilər türkmən alimlərini dəvət edərək türbənin bünövrəsində qazıntı işləri aparıb belə “qənaətə” gəlmişlər ki, 

guya  Qaraqoyunlu  dövləti  İran  dövləti  olmuş,  onun  başında  isə  türkmən  (müasir  türkmənlər  nəzərdə  tutulur) 

əmirləri durmuşlar. Bu, heç bir elmi əsası olmayan fikirdir. 

Cəfərabad  türbəsi  erməni  maddi-mədəniyyət  abidəsi  kimi  təqdim  edilsə  də,  həqiqət  bundan  ibarətdir  ki, 

memarlıq quruluşuna görə, bu dini-tarixi abidə Naxçıvandakı Möminəxatun və Yusif ibn Kəbir türbələri ilə eynidir. 

Bu isə abidənin Əcəmi ibn Əbu Bəkr Naxçıvani memarlıq məktəbinin nümunəsi olduğunu göstərir və Azərbaycana 

məxsusluğunu təsdiqləyir. 

Nəzərə alınmalıdır ki, həmin yerdə bir neçə türbə və azərbaycanlılara aid böyük qəbiristan olmuş, lakin hamısı 

ermənilər tərəfindən dağıdılmışdır. 

 

Dağıdılaraq təhqir olunanlar: 

 

1) Ağdam Cümə məscidi 

İki minarəli və ikimərtəbəli olan məscid 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa 

edilmişdir.  Ağdam  şəhəri  1993-cü  ildə  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal  olunmuş  və  Azərbaycan 

memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin 

minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuşdur. 



2008-ci  ildə  ABŞ  vətəndaşı  Frank  Noe  tərəfindən  çəkilmiş  şəkillərdən  də  görünür  ki,  məscid  ermənilər 

tərəfindən  təhqir  obyektinə  çevrilərək,  içində  donuz  və 

[səh.  26-27]

  mal-qara  saxlanılır  [2].  Bu  vandalizm  aktı 

erməni xislətinin dünya ictimaiyyətinə əyani sübutudur. 

 

2) Yuxarı Gövhər ağa məscidi 

Məbəd  1768-69-cu  illərdə  Şuşada  Qarabağ  hakimi  İbrahimxəlil  xan  tərəfindən  inşa  edilmiş,  1866-1867-ci 

illərdə  isə  onun  qızı  Gövhər  ağanın  tapşırığı  və  vəsaiti  ilə  memar  Kərbəlayi  Səfixan  Qarabaği  tərəfindən 

mükəmməl  şəkildə  təmir  olunmuşdur.  Səxavəti  və  xeyriyyəçiliyi  ilə  ad  çıxaran  xan  qızı  məscidin  bir  hücrəsini 

mədrəsə  etmiş,  bura  ibadətə  gələn  və  ehtiyacı  olanlara  həftədə  bir  dəfə  yardım,  məsciddə  Quran  oxuyan  və  azan 

verən vaizlərə məvacib ayırmışdı. Gövhər ağa vəfat edəndən sonra məscid həyətində dəfn edilmiş, az sonra isə nəşi 

Məkkəyə aparılaraq orada torpağa tapşırılmışdır [3, 149]. 

1992-ci  ildən  bu  günədək  gözəl  Şuşanın  digər  tarixi-mədəni  abidələri  kimi,  Yuxarı  Gövhər  ağa  məscidi  də 

erməni işğalı altındadır. Məscid 2007-ci ildə ermənilər tərəfindən guya “bərpa” edilmişdir. Tarixiliyi qorunmamış 

məscidin “təmir” zamanı mərkəzi günbəzi uçurulmuşdur [4]. 



 

3) Aşağı Gövhər ağa məscidi (Şuşa) 

Şuşa şəhərinin aşağı məhəlləsində yerləşən bu dini-tarixi abıdə 1874-187Ş-Cİ illərdə Gövhər ağa tərəfindən inşa 

etdirilmişdir. Bu məscid də memar Kərbəlayi Səfixan Qarabağinın əsəridir.

 [səh. 27-28]

 

1992-ci  ilin  mayında  Şuşanın  işğalı  zamanı  məscidin  binası  və  minarələri  zirehli  texnikanın  atəşlərinə  məruz 



qalaraq  ciddi  zədələnmişdir.  Abidənin  divarlarındakı  yazılar  pozularaq,  əvəzinə  erməni  və  rus  dillərində 

azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılmışdır. 



 

4) Saatlı məscidi 

Məscid 1883-cüildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. Şuşa şəhərinin tarixini tədqiq 

edən  Çingiz  Qacarın  yazdığına  görə,  Saatlı  məscidinin  yerində  1759-cu  ildə  Pənahəli  xanın  tikdirdiyi  məscid  və 

mədrəsə olmuş, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs demişdir [3, 150].

 [səh. 28-

29]


 

Məscid  Şuşanın  Saatlı  məhəlləsində  tikildiyi  üçün  belə  adlanır.  İbadət  evi  məhəllə  məscidi  olmasına 

baxmayaraq, şəhərin digər məhəllə məbədlərindən həm həcmi, həm memarlıq quruluşu, həm də dekorativ tərtibatı 

ilə seçilirdi. Tədqiqatçı Rizvan Qarabağinin yazdığına görə, bu, Kərbəlayi Səfixan Qarabağinin tikdiyi son minarəli 

məscid olmuşdur. 

Saatlı  məscidi  2007-ci  ildə  ermənilər  tərəfindən  məscid  memarlığından  kənar  formada,  adi  iaşə  obyekti  kimi 

“təmir” edilmiş, tarixiliyi qorunmamışdır. Məscidin minarəsi yarıuçuq formada qalmışdır. 

 

Erməniləşdirilənlər: 

 

1) Ağoğlan məbədi 

V-VI  əsrlərə  aid  Alban  məbədi  (monastırı)  olan  Ağoğlan  məbədi  Laçın  rayonu  ərazisində,  Ağoğlan  çayının 

sahilində  yerləşir.  Tarixi  abidə  əvvəllər  qəsr  olmuş,  lakin  müxtəlif  dövrlərdə  dağıntılara  məruz  qaldığından,  IX 

əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınmışdır. 

1992-ci  ildə  erməni  qəsbkarları  ərazini  işğal  etdikdən  sonra  Ağoğlan  məbədini  erməniləşdirməyə  başlamışlar. 

Onlar məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban 

dövrünə  aid  ornament  və  rəmzləri  tamamilə  silmiş,  formalarmı  dəyişdirmişlər.  Məbədin  guya  erməni  qriqoryan 

kilsəsinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkitmişlər [1,388]. 

Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş 

xaçdaşlar basdırmış, binanın fasadını söküb kirəmit və dəmirlə əvəzləmişlər. 

2007-ci  ildə  İrəvan  şəhərində  Ermənistan  hökumətinin  tapşırığı  ilə  erməni  yepiskopları  daxili  qərarla  abidəyə 

erməni  qriqoryan  kilsəsi  statusu  verməklə  işğal  olunmuş  ərazilərdə  Azərbaycan  mədəniyyətinə  və  tarixinə  qarşı 

təcavüz siyasəti yürütdüklərini bir daha təsdiq etdilər. 

 

2) Xudavəng məbədi (Kəlbəcər rayonu) 



Qafqaz Alban memarlığının möhtəşəm nümunələrindən olan Xudavəng məbədi (monastır kompleksi) Ağdərə-

Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşir. 

Bu  qədim  Alban  monastır kompleksi  VI-VII  əsrlərdə inşa olunmuşdur.  Məbədin  ilkin tikintisinin  məhz  bu  dövrə 

aid olması buradakı qazıntılar zamanı aşkara çıxarılmış saxsı məmulatların öyrənilməsi nəticəsində aşkarlanmışdır. 

Sonrakı dönəmlərdə məbəd bir neçə dəfə təmir edilərək ona əlavələr olunmuş, nəhayət Xaçın knyazı Həsən Cəlal 

(1215-1261) tərəfindən məbəddə 

[səh. 29-30]

 əsaslı bərpa işləri həyata keçirilmişdir. Bəzi məlumatlara görə, Həsən 

Cəlalın həyat yoldaşı Minə Xatun burada dəfn olunmuşdur. 

Ümumilikdə,  kompleksə  doqquz  tikili  daxildir:  1.  Qədim  kilsə;  2.  Kiçik  birnefli  Müqəddəs  Məryəm  ana 

bazilikası; 3. Arzu Xatun məbədi; 4. Həsən Cəlal məbədi; 5. Müqəddəs Qriqoris məbədi; 6. Arzu Xatun məbədinə 

əlavə edilmiş zal; 7. Zəng qülləsi; 8. Məktəb binası; 9. Qalereya. 

Xudavəng məbədi də dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Düşmən abidədəki Alban kilsəsinə aid 

xaç  və  yazıları  balta  ilə  çaparaq  yox  etmiş,  beləliklə,  tarixi  saxtalaşdırmağa  çalışmışdır.  Onlar  öz  təbliğatlarında 

ustalıqla bu məbədi erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-mədəni irsini özününküləşdirirlər. 

 

3) Tatev məbədi 

Alban  monastırı  olan  bu  abidə  Qərbi  Azərbaycanın  Zəngəzur  mahalının  Gorus  rayonunda,  Tatev  kəndi 

yaxınlığında  yerləşir.  Rəvayətə  görə,  məbəd  ərazisindəki  ilk  kilsəni  həvari  Faddeyin  şagirdi  Yevstafey  inşa 

etdirmişdir.  Sonrakı  dönəmlərdə  burada  müxtəlif  dini  təyinatlı  digər  binalar  ucaldılmaqla  monastır  kompleksinə 

çevrilmiş məbəd VII-IX əsrlərdə Sünik arxiyepiskopunun kafedrası olmuşdur. 

Tatev  monastırı  1837-ci  ildə  Eçmiədzin  sinodunun  qərarı  ilə  İrəvan  yepiskopuna  tabe  edilsə  də,  onun  Alban 

məbədi  olduğu  unudulmamışdır.  Bunu  məbəddə  yerləşən  məzarlar  da  tarixin  yaddaş  salnamələri  kimi 

göstərməkdədir. Məsələn, Əziz Ələkbərli “Qərbi Azərbaycan abidələri” kitabında yazır ki, Tatev monastırının əsas 

məbəd  binasının 

[səh.  30-31]

  girişində  müsəlman  Sasunun  (İslamı  qəbul  etmiş  alban  zadəganlarından  biri)  qızı, 

Sünik hakimi Darsaicanın xanımı Aruz Xatunun məzarı yerləşir [5, 54]. 

Məbəd tarixi dövr ərzində təbiət hadisələrinə də sinə gərmişdir. 1931-ci il zəlzələsi zamanı ciddi zədələr alsa da, 

tamamilə  uçmamışdır.  Lakin  ermənilər  tərəfindən  bərpa  edilərkən  erməniləşdirilmiş  və  dünya  ictimaiyyətinə 

erməni monastırı kimi təqdim olunmuşdu. 

 

4) Gəncəsər məbədi 

Məbəd  Ağdərə  rayonunun  Vəngli  kəndində,  Xaçın  çayının  sol  sahilində  yerləşən  XIII  əsr  xristian  Alban 

monastırıdır. Orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahı olan monastır Gəncədağ dağında tikilmiş və adını 

da buradan almışdır. 

İbadət  evi  Xaçın  knyazı  Həsən  Cəlal  və  oğlu  tərəfindən  1216-1265-ci  illərdə  inşa  olunmuşdur.  Monastırın 

özündə saxlanan epiqrafikanın köməyilə məlum olur ki, məbədin tikintisinə Həsənin atası Vaxtanqın vəsiyyəti ilə 

1216-cı ildə başlanmışdır. 1261-ci ildə monqollar tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal 

Dövləni  oğlu  knyaz  Atabəy  gətirib  Gəncəsər  məbədində  dəfn  etmişdir.  Bu  məbəd  1511-ci  ildən  1836-cı  ilədək, 

yəni Rusiya Pravoslav Kilsəsi Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının 

iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri bu məbəd kompleksinin ərazisində 

dəfn edilmişlər [1, 394]. 

Gəncəsər  və  onun  camaatının  XIII  əsr  Alban  kilsəsinin  sonrakı  tarixini  öyrənmək  üçün  çox  mühüm  sənəddir. 

Abidədə bir çox diofizit elementləri var ki, bunlar da XIII əsrdə Alban katolikosluğunun başqa kilsələrə tabe olmaq 

istəməməsini təsdiq edir.

 [səh. 31-32]

 

Politoloq  Fuad  Axundov  erməni  əsilli  müəllif,  sovet  alimi  İyosif  Orbelinin  XX  əsrin  20-ci  illərində  yazdığı 



“Gəncəsər və Avotsptuk kitabələri” kitabı haqqında ermənilərin susduğunu, bu kitabı məhv etməyə çalışdıqlarını 

deyir. F. Axundov vurğulayır ki, həmin kitabda Gəncəsər məbədi üzərindəki divar yazılarında sonradan ermənilərin 

məbədi  qriqoryanlaşdırmaq  məqsədi  ilə  necə  saxtakarlıqlar  etdiklərini  elə  erməni  müəllifi  özü  sübutlarla  göstərir 

[6]. 


Beləliklə, ermənilərin Azərbaycanın tarixi-dini abidələrinə etdikləri təcavüz heç bir beynəlxalq hüquqa sığmır. 

Göstərilənlər  sübut  edir  ki,  təcavüzkar  Ermənistan  “Silahlı  münaqişə  baş  verdikdə  mədəni  dəyərlərin  qorunması 

haqqında” 1954-cü il Haaqa Konvensiyasını, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-

nun  1972-ci  il  konvensiyasını,  1972-ci  ildə  qəbul  edilmiş  UNESCO-nun  Ali  Konvensiyası  tərkibinə  daxil  olan 




ölkələrə mədəni tarixi dəyərlərin qorunması haqqında tövsiyələrini, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci 

il Avropa Konvensiyasını kobud şəkildə pozmuşdur. 

Erməni təcavüzkarları bu əməlləri ilə təkcə beynəlxalq hüququ deyil, mənsub olduqları xristian ehkamlarını da 

pozmuşlar. Ümumiyyətlə, səmavi dinlərdə məbədləri, yəni Tanrı evlərini məhv etmək, dağıtmaq böyük günah kimi 

səciyyələndirilir.  Məsələn,  İncildə  deyilir:  “Kim  Allahın  məbədini  məhv  edərsə,  onu  Allah  məhv  edəcəkdir.  Zira 

Allahın məbədi müqəddəsdir;...” [7, Korinflilərə I məktub, 3/17,]. 

Müqəddəs  kitabımız  Qurani-Kərimdə  də  analoji  ayələr  mövcuddur:  “Allahın məscidlərində Onun  (Allahın) 

adının  çəkilməsinə  maneçilik  törədənlərdən  və  onların  xarab  edilməsinə  (dağılmasına)  çalışanlardan  daha 

zalım  kim  ola  bilər?  Halbuki  onlar  oraya  (məscidlərə)  ancaq  qorxa-qorxa  girməli  idilər.  Onları  dünyada 

rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” [8, Bəqərə, 114]. 

 

ƏDƏBİYYAT 

1.

 



Orucov Hidayət. “Azərbaycanda din: ən qədim dövrdən bu günədək”, Bakı: CBS, 2012. 

2.

 



https://www.youtube.com/watch?v=lYTJ5FIWZwM

  (İşğalda  olan  Ağdam  şəhərinin  Cümə  məscidində  ABŞ 

vətəndaşı Frank Noe azan səsləndirdi.29/09/2008). 

3.

 



Azərbaycan  Respublikasının  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsi,  Dialoq  və  Əməkdaşlıq  uğrunda  İslam 

Konfransı Gənclər Forumu. Azərbaycan - Islam mədəniyyətinin incisi, Istanbul: Mega basım: 2013. 

4.

 

http://az.wikipedia.org/wiki/G%C3%B6vh%C9%99r_a%C4%9Fa



 (“Gövhər Ağa” maddəsi). 

5.

 



Ələkbərli Əziz. Qərbi Azərbaycan abidələri, Bakı: 2007. 

6.

 



http://echo.az/article.php?aid=65704

  («Еревану  не  удалось  уничтожить  труд  академика  Орбели»). 

[səh.  32-

33]


 

7.

 



İncil (Əhdi Cədid). Bakı: Bibliya tərcümə institutu, 1993. 

8.

 



Qurani-Kərim (ərəb dılındən tərcümə edənlər: Z.M. Bünyadov, V.M. Məmmədəliyev). Bakı: İpək yolu nəşriyyatı, 

2007. 


9.

 

İsmayılov  Faiq.  Tarix  və  mədəniyyət  abidələri;  qoruması,  istifadəsi  və  bərpası  barədə  təlimatlar,  Bakı:  Nurlar, 



2013. 

10.


 

İsmayılov Faiq. Məcburən erməniləşdirilmə, Bakı: Nurlar, 2009. 

11.

 

Göyüşov Rəşid. Azərbaycanda xristıan abıdələri, Bakı: 1988. 



12.

 

Azərbaycan  Respublikası:  Nazirlər  Kabinetinin  2  avqust  2001-ci  il  tarixli,  132  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş 



“Dünya  əhəmiyyətli  daşınmaz  tarix  və  mədəniyyət  abıdələrinin  sıyahısı  ,  Ölkə  əhəmiyyətli  daşınmaz  tarix  və 

mədəniyyət abidələrinin siyahısı” və “Yerlı əhəmıyyətlı daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı. 

[səh. 

33-34]


 

 

Алигейдар Зульфугаров 

АРМЯНСКАЯ ОККУПАЦИЯ И НАШИ РЕЛИГИОЗНЫЕ ПАМЯТНИКИ 

РЕЗЮМЕ 

В  статье  говорится  об  агрессивной  политике,  осуществляемой  Арменией  в  отношении  религиозных  памятников, 

относящихся  к  историко-культурному  наследию  нашей  страны,  которые  находятся  на  землях  Западного 

Азербайджана и оккупированных территориях Нагорного Карабаха. 

Также,  систематически  определены  направления  агрессивной  политики  армян  в  отношении  религиозных 

памятников и даны примеры по каждому из направлений. В статье представлены статистические данные религиозных 

памятников, которые находятся на оккупированных территориях. 

 

Aliheydar Zulfugarov 

ARMENIAN AGGRESSION AND OUR RELIGIOUS MONUMENTS 

SUMMARY 

The article deals with aggression perpetrated by Armenia against religious monuments inherent to Azerbaijani cultural and 

historical  heritage  in  Western  Azerbaijani  territories  and  occupied  Nagorno-Karabakh.  Directions  of  aggressive  policy  of 

Armenia were systematically defined and examples of such policies were cited respectively. In the article statistics of religious 



monuments in the occupied territories were presented. 

Yüklə 358,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə