Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   2   3   4   5   6   7   8   9   ...   49


 
erməniləĢdirilməsinə  baĢlandı.  Bununla  da  Xilafət  dövründə  Qriqorian  kilsəsinin 
dini təsir dairəsi Cənubi Qafqaza doğru geniĢlənməyə baĢladı. 
Qriqorian  missionerlərinin  gəliĢi  ilə  Cənubi  Qafqaz  əvvəlcə  dini 
toqquĢmalar,  bunun  dalınca  etnik  qarĢıdurmalar,  daha  sonralar  isə  soyqırımları 
dövrünə  qədəm  qoydu.  Ərəb  xilafəti  zəiflədikdən  sonra  Qriqorian  kilsəsi  bu  dəfə 
Azərbaycan  türk  dövlətlərinə  -  qaraqoyunlulara,  ağqoyunlulara,  səfəvilərə  və 
nəhayət, Osmanlı imperiyasına sığındı. 
*** 
Azərbaycan  Qaraqoyunlu  dövlətinin  baĢqa  etnoslara,  dinlərə  dözümlü 
münasibətindən  və  himayəsindən  istifadə  edən  Qriqorian  kilsəsi  1441-ci  ildə  öz 
mərkəzini  -  erməni  katolikosluğunu  Azərbaycan  torpağına  (indiki  Ermənistan 
Respublikasının  ərazisinə)  -  Eçmiədzinə  köçürdü.  Sonralar,  Azərbaycan 
Ağqoyunlu və Səfəvi hökmdarları da qaraqoyunluların siyasətini davam etdirərək 
erməniləri və erməni katolikoslarını himayə etdilər. 
Lakin  tarixi  Ģəraitin  dəyiĢməsindən  asılı  olaraq  ermənilər  sonralar  hər  üç 
Azərbaycan dövlətinə də xəyanət etdilər. Daha sonra Qriqorian kilsəsi və ermənilər 
Osmanlı  sultanları  tərəfindən  himayə  olundular.  Zaman  keçdikcə  ermənilər  onlar 
üçün  türklərlə  eyni  Ģərait  yaratmıĢ  Osmanlı  imperiyasının  maliyyə-iqtisadi  və 
hərbi-siyasi həyatında mühüm mövqelər ələ keçirdilər. 
Qriqorian kilsəsi və ermənilər, eyni zamanda, Azərbaycan dövlətlərindən, o 
cümlədən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarından da geniĢ imtiyazlar 
qopara  bildilər.  Osmanlı  sultanları  kimi  Azərbaycan  hökmdarları  da  Qriqorian 
kilsəsinə  sərbəstlik  verdilər.  Ölkənin  müxtəlif  yerlərində,  o  cümlədən  indiki 
Ermənistan Respublikasının ərazisini əhatə edən Azərbaycan torpaqlarında erməni 
kilsələri  tikildi.  Yuxarıda  qeyd  edildiyi  kimi,  1441-ci  ildə  erməni  kilsəsinin 
mərkəzi  Azərbaycan  Qaraqoyunlu  dövlətinin  ərazisinə  -  indiki  Eçmiədzinə 
köçürüldü. Ermənilər Səfəvi dövlətində, xüsusilə ġah Abbas [1587-1629] dövründə 
daha mühüm mövqelər ələ keçirdilər. 
Beləliklə,  Qaraqoyunlu,  Ağqoyunlu  və  Səfəvi  dövlətlərinin,  Osmanlı 
imperiyasının  himayəsi  sayəsində  Azərbaycanda,  Anadoluda,  Ġran  ərazisində, 
Cənubi Qafqazda Qriqorian kilsəsi və ermənilərin mövqeyi xeyli gücləndi. 
Tarixi  “ənənələrinə”  sadiq  qalan  ermənilər  qərb  dövlətlərinin  antitürkiyə 
siyasəti  gücləndikcə  Osmanlı  dövlətinə  də  xəyanət  etdilər.  Beləliklə,  vaxtı  ilə 
Qaraqoyunlu,  Ağqoyunlu,  Səfəvi,  Osmanlı  dövlətlərinə  xidmət  edən  ermənilər 
növbəti  dəfə  mövqelərini  dəyiĢib  qərb  hökmdarlarına  “xidmət”  göstərdilər  və 
Osmanlı imperiyasına arxadan zərbə vurulmasında fəal iĢtirak etdilər. Ermənilərin 
qərb  dövlətlərinin  əlində  Azərbaycana  və  Türkiyəyə  qarĢı  alətə  çevrilməsi  dövrü 
baĢlandı. 
Çar  Rusiyası  Cənubi  Qafqazda  iĢğalçılıq  müharibələrinə  baĢladıqda   
Qriqorian  kilsəsi  və  ermənilər  bu  dəfə  yeni  təcavüzkarın  tərəfinə  keçdilər.  Lakin 
budəfəki xəyanət adi xəyanət deyildi! Ermənilər bu dəfə silahlı dəstələr yaradaraq 



 
Rusiya  qoĢunlarının  tərkibində  Azərbaycan  dövlətlərinə  və  Osmanlı  imperiyasına 
qarĢı  hərbi  əməliyyatlarda  iĢtirak  etdilər.  Və  bu  yolla  Azərbaycan  və  Anadolu 
türklərinə qarĢı kütləvi qırğınlar həyata keçirdilər. Çar Rusiyasının ermənilərə arxa 
durması 
nəticəsində 
Azərbaycanın 
xristian 
alban 
əhalisinin 
zorla 
qriqorianlaĢdırılması və alban kilsəsinin təqib olunması gücləndi. 
Bununla  yanaĢı,  silahlı  erməni  quldur  dəstələrinin  Azərbaycanda  və  ġərqi 
Anadoluda dinc türk-müsəlman əhalisinə qarĢı soyqırımları dövrü baĢlandı. 
Çar  Rusiyası  ermənilərin  və  Qriqorian  kilsəsinin  bu  “xidmətlərini”  nəzərə 
alaraq Osmanlı imperiyası və Qacarlar Ġranın ərazisindən erməniləri kütləvi surətdə 
Ģimali  Azərbaycana,  xüsusilə  Ġrəvan,  Qarabağ,  ġirvan,  Bakı,  Gəncə  və  Naxçıvan 
xanlıqlarının  ərazilərinə  köçürdü.  Yeri  gəlmiĢkən,  çar  hökuməti  erməniləri 
Azərbaycan  torpaqlarına  Rusiya  dövlətinin  xüsusi  nəzarəti  altında  və  mütəĢəkkil 
qaydada  köçürür,  onlara  hər  cür  qayğı  göstərilirdi.  Məsələn,  Ġran  və  Türkiyə 
ərazisindən  hərəkətə  baĢlayan  erməni  köçlərini  bütün  yol  boyunca  Rusiyanın 
mühafizə  dəstələri  müĢayiət  edir,  onlara  adambaĢına  pul  və  ərzaq  paylanır,  köç 
üçün  nəqliyyat  ayrılır,  ən  münbit  Azərbaycan  torpaqları  onlara  verilir  və  bütün 
vergilərdən  azad  olunurdular.  Beləliklə,  Çar  Rusiyası  XIX  əsrin  əvvəllərindən 
baĢlayaraq 1873-cü ilədək Cənubi Qafqaza, əsasən ġimali Azərbaycan torpaqlarına 
334.242 nəfər erməni köçürdü. Sonralar Azərbaycan torpaqlarında xristianlaĢdırma 
siyasəti daha da sürətləndirildi. Bunu arxiv sənədləri çox aydın təsdiq edir. Belə ki, 
Cənubi  Qafqazda  erməni  köçkünlərinin  sayı  1886-cı  ildə  690.615  nəfərə,  1897-ci 
ildə 786.447 nəfərə, 1916-cı ildə isə 1.211.145 nəfərə çatdırıldı. Bu qanlı siyasəti 
rusların  özləri  də  təsdiq  edirlər.  Məsələn,  N.N.ġavrov  hələ  1911-ci  ildə  yazırdı: 
“Zaqafqaziyada  yaĢayan  1  milyon  300  min  nəfər  erməninin  1  milyonu  yerli 
deyildir.    Və  onlar  vilayətə  bizim  tərəfimizdən  köçürülüblər”.  Ermənilərin 
Azərbaycan  torpaqlarına  köçürülməsinin  əsas  təĢkilatçılarından  biri  olan 
A.S.Qriboyedov  isə  Rusiya  imperatoruna  belə  məsləhət  verirdi:  “Əlahəzrət, 
olmaya  mərkəzi  rus  torpaqlarında  ermənilərin  məskunlaĢmasına  icazə  verəsiniz. 
Onlar  elə  tayfadırlar  ki,  bir  neçə  on  il  yaĢadıqdan  sonra  dünyaya  hay-küy 
salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”. 
Beləliklə,  Çar  Rusiyası  Cənubi  Qafqazın  etnik  tarixində  zorla  dəyiĢiklik 
əmələ  gətirdi:  Azərbaycan  torpaqlarında  yeni  bir  etnos-erməni  etnosunu 
məskunlaĢdırdı. 
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan 
torpaqları  Rusiya  ilə  Qacarlar  Ġranı  arasında  bölüĢdürüldükdən  və  Azərbaycanın 
müstəqil dövlətləri-xanlıqlar aradan qaldırıldıqdan sonra Çar Rusiyası Azərbaycan 
xalqına  qarĢı  növbəti  cinayətə  əl  atdı,  ermənilərə  isə  növbəti  “bəxĢiĢ”  verdi: 
Azorbaycan  torpaqlarında  (Naxçıvan  və  Ġrəvan  xanlıqlarının  əraziləri  əsasında) 
“Erməni vilayəti” adlı qondarma inzibati idarə vahidi yaratdı. 
Yeri gəlmiĢkən, çar I Nikolay “Erməni vilayəti”nin yaradılması haqqındakı 
sərəncamı  1828-ci  il  martın  21-də  -  Azərbaycan  xalqının  Novruz  bayramı  günü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə