ErməNİstan-azərbaycan münaqiŞƏSİNİn yaxin gəLƏCƏYİ (TƏHLİl yə MÜlahiZƏLƏR) emiN ŞIXƏLİyev



Yüklə 87,04 Kb.
Pdf görüntüsü
tarix14.02.2018
ölçüsü87,04 Kb.
#26904


«Xəbərlər. AMEA Naxçıvan bölməsi».-2013.-№1. -S.30-39. 

ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN YAXIN GƏLƏCƏYİ 

(TƏHLİL YƏ MÜLAHİZƏLƏR)

EMİN ŞIXƏLİYEV

AMEA Naxçıvan Bölməsi 

E-mail: 

emin.amea@yahoo.com

Dağlıq Qarabağ problemi Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində ərı

böyük  maneələrdən  biridir.  Üzərindən  20  il  keçməsinə  baxmayaraq  öz  həllini  tapmayan  Ermənistan-Azərbaycan

münaqişəsinin  gələcəyi  ilə  bağlı  qeyri-müəyyən  bir  vəziyyət  yaranmışdır.  Azərbaycan  torpaqlarının  20%-inin

Ermənistan  tərəfindən  işğalının  davam  etməsi  müharibə  ehtimalını  artırmaqdadır.  Ermənistan-Azərbaycan

münaqişəsinin nəticəsi və yaxın gələcəyi necə olacaq? Sülh, atəşkəs, yoxsa müharibə? Məqalədə bu məsələlər təhlil

edilmiş, analitik süzgəcdən keçirilmişdir.

Açar  sözlər:  sülh,  atəşkəs,  müharibə,  Rusiya,  Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatı,  Ermənistan,

Azərbaycan.

Üzərindən təxminən 20 il keçməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi öz siyasi və hüquqi

həllini hələ də tapmamışdır. Atəşkəs haqqında razılığın əldə edildiyi 1994-cü il tarixdən etibarən hər iki ölkədə bir-

birinə  münasibətdə  düşmən  obrazı  möhkəm  yer  almış  və  tərəflər  arasında  “nə  sülh,  nə  də  müharibə”  kimi

qeyri-müəyyən  vəziyyət  yaranmışdır.  Hər  iki  variantın  da  nizama  salınması mümkün  olmadığına  görə,  problemin

beynəlxalq  hüquq  normaları  çərçivəsində  həlli  tələb  edilməkdədir.  Dünyanın  aparıcı  dövlətləri  bu  münaqişəyə

münasibətdə müxtəlif mövqelərdə dayandıqlarından bu variant da real nəticə verməməkdədir.

Ermənistan  ilə  Azərbaycan  arasında  “sülh”  variantı  real  görünmür.  Hər  şeydən  əvvəl  ona  görə  ki,  bu

variantın reallaşması tərəflərin qarşılıqlı anlaşması ilə mümkün ola bilər. Lakin Ermənistan problemin real həllinə

yanaşmaq istəmir. Həll məsələsində maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar münaqişə tərəflərinin qarşılıqlı

güzəştə getmələrini məqsədəuyğun hesab edərək, bunu da xüsusi olaraq vurğulayırlar ki, konfliktin  həllində  qalib

tərəf ola bilməz və əgər problemin tənzimlənməsinə beynəlxalq hüquq normaları şamil olunmursa, onda tərəflər dil

tapıb  barışmalıdırlar.  Şübhəsiz  ki,  Ermənistanın  bu  torpaqlardan  xoşluqla  çıxacağı  məntiqə  uyğun  deyil.

Azərbaycan  tərəfi  də  torpaqlarının  heç  bir  şəkildə  güzəştə  getməyəcəyini  bütün  rəsmi  və  qeyri-rəsmi  səviyyədə

keçirilən görüşlərdə bəyan etmişdir. Bu baxımdan Ermənistatı-Azərbaycan münaqişəsinin yaxın gələcəyində ‘ sülh”

variantının yeri yoxdur. Eyni zamanda qeyd etmək lazımdır  ki, hər iki tərəf Dağlıq Qarabağa  digər tərəfdən əvvəl

gəldiyini  və  bu  torpaqlar  üzərində  öz  varlığının  qanunu  olduğunu  iddia  edirlər.  Halbuki  tarixi  materiallar

ermənilərin  bölgəyə  1828-ci  ildə  imzalanan  Türkmənçay  müqaviləsinin  XV  maddəsinə  uyğun  olaraq  ruslar

tərəfindən köçürüldüklərini sübut edir. Bu barədə rus müəllifi Nikolay Şavrov yazır: XIX əsrin əvvəllərində Cənubi

Qafqazda saylan 1,3 milyon olan ermənilərin 1 milyondan çoxu bölgənin yerli əhalisi olmayıb, bizim tərəfimizdən

yerləşdirilənlərdir...” (22, s. 64).

Hətta erməni tarixçisi M.G.Nersisyan da Türkmənçay müqaviləsindən sonra Qarabağ və İrəvan bölgəsinə

İran və Türkiyədən ermənilərin köçürülməsi gerçəyini təsdiqləyir: “XIX əsrin 20-ci illərinin sonunda bu bölgələrə

İrandan 40.000-dən çox, Türkiyədən isə 90.000 erməni köçürülmüşdür...” (18, s. 227).

Köçürülmə  siyasəti  ilə  bağlı məlumatlar  İ.K.Yenikolopovun  (10,  s.  137),  S.V.Şostakoviçin  (24,  s.  154),

Ç.P.Ağayanın (2, s. 220) və s. əsərlərində də yer almaqdadır.

Məsələyə tarixi reallıqlar prizmasından baxılarsa, ermənilərin Dağlıq Qarabağa azərbaycanlıların onlardan

sonra  gəldiklərini  və  bu  torpaqlar    üzərində  mövcudiyyətinin  qanuni  olduğunu  iddia  etmələrinin  heç  bir  əsası

olmadığı  ortaya  çıxar.  Lakin  problemin  tarixi  həqiqətlər  əsasında  həlli  heç  bir  vəchlə  reallığı  əks  etdirməz.  Heç

təsadüfi deyildir ki, Ermənistan prezidenti Serj Sarkisyan özündən əvvəlki rəhbərlər kimi Dağlıq Qarabağı heç vaxt

Azərbaycanın idarəsinə verməyəcəyini qəti şəkildə bildirmişdir (6).

Belə  bir  vəziyyətdə  Ermənistan  ilə  Azərbaycan  arasında  “sülh”  variantının  yeri  görünmür  və  nəticədə

münaqişənin yaxın gələcəyini müəyyənləşdirmək çətinləşir. Ermənistan-Azərbaycan münasibətlərində ortaya çıxan

bu qeyri-müəyyən və qarışıq vəziyyəti analiz edən erməni politoloq Artem Vartanyan münaqişəni “tədricən yanan,

közərən problem” (тлеющий конфликт — smouldering conflict) olaraq dəyərləndirmiş və problemin uzun müddət

həll  edilməyəcəyini  göstərmişdir.  Lakin  Vartanyan  problemin  həlli  üçün  ilkin  mərhələdə  Qarabağın  müvəqqəti

olaraq  Rusiyanın  mandatlığı  altına  verilməsini,  bu  mandatlığın  20  il  və  ya  daha  uzunmüddətli  davamını tövsiyə



etməkdə,  gələcəkdə  isə  bölgədə  referendumun  keçirilməsi  ilə  Dağlıq  Qarabağ  probleminin  öz  real  həllinə

qovuşacağının  mumkün  ola  biləcəyini  qeyd  etmişdir  (5).  Dolayı  olaraq  Vartanyan  Ermənistan-Azərbaycan

münaqişəsinin Rusiyanın inhisarında qalmasını ən real və məqbul variant olaraq dəyərləndirir.

Azərbaycanlı  politoloqlardan  Samir  Həmidov  problemi  “labirint”  olaraq  dəyərləndirmiş  (13,  s.  156),

xarici məsələlər üzrə ekspert Zaur Şiriyev isə “Fələstin sindromu”na bənzətmişdir (23, s. 112).

Həqiqətən də labirintin girişi olsa da çıxışı çətin və yolları qarmaqarışıqdır. Labirintə daxil olub müəyyən

məsafə  qət  etdikdən  sonra  düzgün  yolu  tapa  bilmədikdə  giriş  və  çıxışın  statusu  bərabərləşir.  Beləliklə,  çıxış  yolu

tapmaq  ümidi  ilə  yorulanadək  ortada  dolaşmaqdan  başqa  bir  yol  qalmır.  Bu  mənada  Ermənistan-Azərbaycan

münaqişəsinin “labirint”ə bənzədilməsində doğruluq payı yüksəkdir. Sülh danışıqlarının inkişaf mərhələlərinə nəzər

salsaq  görərik  ki,  problemin  hər  dəfə  nizamlanması istiqamətində  durğunluq  yarananda  və  Azərbaycan  alternativ

həll yolları axtarmağa başladığı zaman qarşı tərəf və ya ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni təkliflər irəli

sürərək  Azərbaycanın  danışıqlara  olan  inamını  bərpa  etməyə  çalışırlar.  Danışıqlar  həlledici  mərhələyə  çatdıqda

Ermənistan  tərəfinin  geri  çəkilməsi  nəticəsində  bütün  proses  yenidən  durğunluq  vəziyyətinə  qayıdır.  Atəşkəs

haqqında razılığın əldə edildiyi 1994-cü ildən günümüzə qədər etibarən eyni durğunluq davam edir. Problemin daha

uzun  müddət  bu  ssenari  çərçivəsində  davam  etməsi  ehtimalı  olduqca  yüksəkdir.  Münaqişənin  həlli  yolunda

ATƏT-in  Minsk  Qrupu  nəzdində  heç  bir  irəliləyişin  olmaması  və  hər  dəfə  yenidən  durğunluq  vəziyyətinə

qayıtması, dolayısı ilə “Fələstin sindromu” və ya Kəşmir sindromu”na çevrilməsi problemin daha uzun illər davam

etməsi və ya “ani müharibə”nin baş verməsi istiqamətində şübhələr oyandırmaqdadır. Lakin müharibə Azərbaycana

hansı perspektivlər vəd edir? Ermənistanın Rusiya ilə ittifaq yaradaraq Türkiyə və Azərbaycana qarşı regionda təsis

etməyə  çalışdığı  güc  balansı  Azərbaycanı  hərbi  əməliyyatlara  baş  vurma  xüsusunda  daha  diqqətli  davranmağa

məcbur edir (12).

Bəzi  siyasi  şərhçilərə  görə,  Azərbaycanın  hərbi  əməliyyatlara  başlaması  üçün  əvvəla  Rusiyanın

tərəfsizliyinin  təmin  edilməsi  vacibdir.  Bunun  üçün  rəsmi  Moskvaya  siyasi,  hərbi  və  ya  iqtisadi  sahədə  güzəştlər

verilməli, enerjinin nəqli və ya müxtəlif iayihələr barəsində Rusiya ilə məsləhətləşməli, Azərbaycan torpaqlarında

Rusiyanın  hərbi  bazaları yerləşdirilməli,  nəhayət  Azərbaycan  Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatına  üzv

qəbul edilməlidir (3, s. 6).

Azərbaycanın torpaqlarının 20%-ni  işğal  altında  saxlayan  Ermənistanın  bu  təşkilatda  yer  alması diqqətə

alınarsa,  Azərbaycanın  da  eyni  təşkilata  üzv  olması nə  dərəcədə  doğru  olar?  Ermənistan  Kollektiv  Təhlükəsizlik

Müqaviləsi  təşkilatına  üzv  olmaqla  özünü  Türkiyə  və  Azərbaycandan  qorumaqda,  həm  də  Dağlıq  Qarabağın

təhlükəsizliyinin təminatçısı olaraq görməkdədir (20,  s.  19-  20).  Bəs,  Azərbaycan  bu  təşkilata  üzv  olmaqla  özünü

kimdən  qoruyacaq?  Ermənistan  və  Rusiyadanmı?  Digər  bir  tərəfdən,  Azərbaycanın  Müstəqil  Dövlətlər  Birliyinə

daxil  olması,  Qəbələ  Radiolokasiya  Stansiyasının  Rusiya  tərəfindən  icarəyə  götürülməsi  və  rəsmi  Moskva  ilə

inkişaf  etdirilən  enerji  sahəsindəki  əməkdaşlıq  Dağlıq  Qarabağ  problemində  Rusiyanın  mövqeyində  heç  bir

dəyişiklik  yaratmamışdır.  Lakin  Azərbaycan  yuxarıda  sadalanan  güzəştlərə  getsə,  Rusiyanın  tərəfsizliyinin  təmin

edilməsinə nəinki ehtiyac qalmayacaq, Azərbaycan eyni Ermənistan kimi asılı bir dövlətə çevriləcəkdir.

Bəzi  şərhçilərə  görə  isə  Azərbaycan  ordusu  işğal  altındakı  torpaqlarını  qaytarmaq  üçün  genişmiqyaslı

hərbi əməliyyatlar gerçəkləşdirə biiəcək gücə malik deyildir (7, s. 7). Əslində Azərbaycan inkişaf edən iqtisadiyyatı

və  artan  hərbi  gücü  ilə  Ermənistan  qarşısında  müqayisə  edilməyəcək  bir  üstünlüyə  sahibdir.  Azərbaycan  ordusu

erməni  hərbi  birliklərini  işğal  altındakı torpaqlardan  çıxara  biləcək  bir  gücə  malikdir.  Lakin  kənar  müdaxilələrin

təsir  gücünü  də  diqqətdən  qaçırmamaq  lazımdır.  Xüsusilə  burada  Rusiyanın  Ermənistana  təxminən  bir  milyard

dollarlıq qanunsuz silah verməsi və müxtəlif müqavilələr əsasında öz hərbi bazalarının müddətini hər dəfə uzatması

faktlarını da xatırlatmaq kifayətdir. Heç təsadüfi deyildir ki, Rusiyanın Ermənistanda mövcud olan hərbi bazalarının

müddətini 2044-cü ilə qədər uzatması ilə bağlı 20 avqust 2010-cu il tarixli müqaviləyə əsasən Rusiya öz bazalarını

daha  da  yeni  silahlarla  təchiz  edəcək  və  Ermənistanın  təhlükəsizliyini  qoruyacaq  (8).  Həmin  müqavilənin

imzalanmasından  çıxarılan  nəticəyə  görə,  Azərbaycanın  öz  qanuni  hüquqlarından  istifadə  edərək  işğal  altındakı

torpaqlarını geri qaytarmağa təşəbbüs göstərməsi istər-istəməz Rusiyanın silahlı müdaxiləsinə səbəb olacaq. Çünki

Ermənistanın təhlükəsizliyi Rusiyanın təminatı altındadır.

Kənardan  hərbi,  siyasi  dəstək  almaq  da  real  və  məntiqli  görünmür.  Münaqişənin  nizama  salınması

istiqamətində ATƏT-in Minsk Qrupunun qətiyyətsizliyi, Qərbin aparıcı dövlətlərinin ikili standartlar mövqeyindən

çıxış  etmələri  səbəbilə  onsuz  da  Qərbə  inam  sarsılmış  vəziyyətdədir.  Azərbaycan  bunun  ən  bariz  nümunəsini

Rusiyanın Gürcüstana hücumunda da gördü. 2008-ci ilin avqust ayında Rusiya Gürcüstana hücum etməklə özünün

nə qədər sərt və ciddi olduğunu Cənubi Qafqaz da daxil keçmiş Sovetlər İttifaqının bütün dövlətlərinə və dünyanın

aparıcı güclərinə göstərmiş  oldu. Məlum olduğu kimi, rus ordusu 1990-cı illərdə çökmüşdü və belə bir vəziyyətdə



Rusiya  öz  ordusunun  artıq  əvvəlki  gücündə  olmadığı  fikrini  bütün  hafızələrdən  silməliydi.  Eyni  zamanda  bütün

postsovet  ölkələrinə,  o  cümlədən  Cənubi  Qafqaz  dövlətlərinə  ABŞ-ın “dostluğu’nun,  təminatlarının  və  vədlərinin

heç bir dəyəri olmadığını da sübut etmək istəyirdi. Rusiyanın Gürcüstana hərbi müdaxiləsi böyük bir dövlətin kiçik

bir  dövlətə  qarşı kiçik  hücumu  olaraq  xarakterizə  oluna  bilər,  ancaq  bu  müdaxilə  ABŞ-a  daha  çox  meyl  edən  bir

dövlətə qarşı hücum və eyni zamanda regionun digər dövlətlərinə, o cümlədən Azərbaycana qarşı açıq xəbərdarlıq

idi.  Bu  müdaxilə  qarşısında  ABŞ-ın  elə  də  ciddi  sayılmayan  reaksiyası  və  Avropanın  laqeydliyi  öz  növbəsində

region  dövlətlərini  də  olduqca  təəccübləndirdi.  ABŞ  və  Avropa  sadəcə  diplomatik  notalarla  və  bəyanatlarla

kifayətlənmək  məcburiyyətində  qaldılar.  Təsadüfi  deyildir  ki,  Rusiya  bu  addımı  heç  şübhəsiz  ABŞ-ın  həyati

maraqlarının Cənubi Qafqazda deyil, əsas olaraq Yaxın Şərqdə olduğunu nəzərə alaraq atmışdır (11, s. 169-170).

Milli  təhlükəsizlik,  geosiyasət  və  kəşfiyyata  dair  yazılmış  çox  sayda  məqalələrin  və  analitik

monoqrafiyaların  müəllifi,  “Stratfor”  analitik-araşdırma  şirkətinin  təsisçisi,  amerikalı  politoloq  Corc  Fridman

ABŞ-ın Gürcüstana böyük vədlər verməsini mənasız olaraq dəyərləndirmişdir. Fridmana görə Gürcüstan ABŞ üçün

az  qazanc  gətirən  bir  yükdür.  Yəni  ABŞ-ın Gürcüstandakı strategiyası ortadan  qalxmalıdır.  Bu,  amerikalıların bu

cür  mövqelərin  risksiz  və  məsrəfsiz  olduğunu  düşündükləri  bir  dövrdən  qalma  strategiyadır.  Risklərin  və

məsrəflərin yüksəldiyi bir dövrdə ABŞ xərclərini daha diqqətli gözdən keçirməli və Gürcüstanın mənafedən çox itki

olduğunu qəbul etməlidir (11, s. 182). Dolayısı ilə Corc Fridman risk və məsrəfləri nəzərə alaraq Cənubi Qafqazın

ABŞ-ın maraqlarına zidd olduğu mesajını vermişdir.

Gürcüstana tuta bilməyəcəyi sözlər verən başda ABŞ olmaqla, Qərb dövlətlərinə Azərbaycanın onsuz da

əvvəlcədən etibarı sarsılmışdır. Azərbaycan bunun ən açıq nümunəsini 14 mart 2008-ci il tarixində BMT-nin Dağlıq

Qarabağ  haqqında  qəbul  etdiyi  qətnamə  ilə  bağlı  ATƏT-in  Minsk  Qrupunun  həmsədrlərinin  münasibətində

müşahidə  etdi.  Həmin  tarixdə  BMT  Baş  Assambleyasının 62-ci  sessiyası çərçivəsində  keçirilən  növbəti  iclasında

“Azərbaycanın  işğal  edilmiş  ərazilərində  vəziyyət”  adlı  qətnamənin  ikinci  bəndində  göstərilir:  “Baş  Assambleya

tələb  edir:  bütün  erməni  qüvvələri  dərhal,  qeyd-şərtsiz  və  tam  tərkibdə  işğal  olunmuş  Azərbaycan  ərazilərini  tərk

etsin” (14).

Bu  bənd  yerinə  yetirilmiş  olsa,  münaqişə  demək  olar  ki,  həll  edilmiş  olacaq.  Ancaq  BMT  Baş

Assambleyasında  adı  çəkilən  məsələ  səsə  qoyularkən  bu  qətnamənin  qəbul  edilməsinin  əleyhinə  səs  verən  7

dövlətdən  3-ü  məhz  ATƏT-in  Minsk  qrupuna  həmsədr  oian  ölkələr,  yəni  ABŞ,  Rusiya  və  Fransa  oldular.

Həmsədrlərin  iddialarına  görə,  guya  qətnamədə  səslənən  fıkirlər  birtərəflidir  və  hər  iki  tərəfın  mövqeyini  əks

etdirmir.  Eyni  zamanda  iki  ölkə  arasında  aparılan  danışıqlarda  tərəflər  razılaşdırlmış  siyasət  yeritməlidirlər.

Vasitəçilərin sözlərindən belə çıxır  ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqların müzakirə obyekti  olub

və  onların  mənsub  olduqları  ölkələr  bu  məsələni  Ermənistanla  “razılaşdırılmadan”  BMT  Baş  Assambleyasında

müzakirəyə  çıxara  bilməzmiş.  Həmsədrlərin  verdiyi  bəyanatda  belə  bir  ifadə  də  öz  əksini  tapır  ki,  guya  qətnamə

balanslaşdırılmış ərazi bütövlüyü təkliflərini nəzərə almır (17). Halbuki beynəlxalq hüquqda balanslaşdırılmış ərazi

bütövlüyü  termini  yoxdur.  Bütün  bunlar  onu  göstərir  ki,  vasitəçilik  missiyasını  həyata  keçirən  dövlətlər  BMT

BA-da  Azərbaycanın  ərazi  bütövlüyünü  dəstəkləyən  və  təcavüzkarı  öz  adı  ilə  çağıran  qətnamənin  qəbulunun

əleyhinə  səs  verməklə  təcavüzkar  və  işğalçı  Ermənistanı  açıq  şəkildə  dəs-  təkləməkdədirlər.  Bu  isə  əslində

vasitəçilərin təxminən 20 il ərzində pərdə arxasında oynadıqları oyunların ifşası deməkdir.

Buradan  aydın  görünür  ki,  böyük  dövlətlər  də  hərbi  əməliyyatların  gedişinə  asanlıqla  təsir  edə  və  güc

balansını  istədikləri  şəkildə  dəyişdirə  bilərlər.  Azərbaycanın  öz  ərazi  bütövlüyünü  təmin  etmək  məqsədilə  hərbi

əməliyyatlara başlayacağı halda “demokratiya quruculuğu” təşəbbüsləri ilə çıxış edən Qərbin aparıcı dövlətləri və

beynəlxalq strukturları ilə əməkdaşlıq,  eyni zamanda bu strukturlara inteqrasiya prosesində ciddi maneələr yarana

bilər.  Çünki  həm  Qərb  dövlətləri,  həm  də  Azərbaycanın  əməkdaşlıq  etdiyi  və  üzvü  olduğu  bütün  bey-  nəlxalq

təşkilatlar münaqişənin müharibə yolu ilə həllini əsla qəbul etmirlər. Bütün bunlara baxmayaraq, ehtimali müharibə

reallaşarsa,  bunun  Azərbaycan  baxımından  nəticələri  necə  ola  bilər?  Bu  variantla  bağlı  müxtəlif  ehtimallar

mövcuddur:

*Azərbaycan  öz  qanuni  hüquqlarından  istifadə  edərək  işğal  altındakı  torpaqlarını  geri  qaytarmağa

təşəbbüs  göstərərsə,  həm  ikili  müqavilələr  çərçivəsində,  həm  də  Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatının

üzvü kimi Rusiyanın hərbi müdaxiləsi ilə üzləşə bilər;

*Rusiya bilavasitə hərbi müdaxilə etməsə belə ən azından vasitəçilik missiyasını öhdəsinə götürərək yeni

bir status-kvo yaratmağa çalışa bilər (19, s. 21);

*Rusiyanın  da  hərbi  müdaxiləsi  ehtimalı nəzərə  alınarsa,  müharibə  çox  sayda  insan  həyatına  və  növbəti

torpaq itkilərinə yol aça bilər (4, s. 2);

*Belə  bir  vəziyyətdə  Azərbaycan  1990-cı  illərin  əvvəllərində  olduğu  kimi,  yenidən  etnik  problemlərlə



qarşılaşa bilər, ölkənin müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına düşə bilər;

*Ehtimali  bir  müharibə  Azərbaycanın  beynəlxalq  arenadakı  sülhsevər  imicinə  və  dünya  enerji

bazarlarındakı mövqeyinə ciddi təsir göstərə bilər (19, s. 14);

*Hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycanın beynəlxalq təşkilatlarda üzvlüyün dondurulması

və hətta çıxarılması mümkündür (13, s. 155);

*Azərbaycan beynəlxalq aləmdə təklənər, iqtisadi və siyasi sanksiyalara məruz qala bilər.

Bu  ehtimalların  əksəriyyəti  bir  çox  məşhur  strateqlərin  mülahizələridir.  Şübhəsiz  ki,  önə  sürülən  bu

mülahizələrdə  müəyyən  haqlılıq  payı  vardır.  Lakin  münaqişənin  hüquqi  müstəvidə  həlli  məhdudlaşdığına  görə

“hərbi  gücdən  istifadə”dən  başqa  geriyə  yoi  qalmır.  Düzdür,  müasir  geosiyasi  şəraitə  əsaslanaraq  orta  müddətli

perspektivdə  münaqişənin  “atəşkəs”  ssenarisinə  uyğun  olaraq  davam  edəcəyini  proqnozlaşdırmaq  mümkündür.

Mövcud şəraitdə “Zaman”ın Ermənistanın lehinə olduğunu düşünənlər ola bilər. Ermənistan bu prosesdə işğa-  lın

uzunmüddətli  ola  biləcəyini  hesablayır.  Bu  bir  həqiqətdir  ki,  “Zaman”  Ermənistana  işğal  etdiyi  Azərbaycan

torpaqlarında güclənmək imkanını yaratmış, Rusiyadan və digər dövlətlərdən alınan silahlarla militarist bir dövlətə

çevrilmişdir.  Lakin  Ermənistan  hərbi  gücünü  getdikcə  artırmaq  niyyətində  olsa  da,  iqtisadi  olaraq  geriləmiş  və

çökmüş  vəziyyətdədir.  İqtisadi  çöküşlə  birlikdə  demoqrafık  tənəzzül  də  nəzərə  alınarsa,  “Zaman”  qətiyyən

Ermənistanın lehinə işləmir. Bu dövlət Azərbaycan torpaqlarını işğal etsə də, heç bir şəkildə qalib sayılmaz. Çünki

ermənilərin  faktiki  olaraq  özlərinə  məxsus  olmayan  əraziləri  ələ  keçirməsi  onlara  bədbəxtlikdən  başqa  heç  nə

qazandırmayıb. Heç təsadüfı deyildir ki, “ikili standartlar siyasəti”ndən Ermənistan da öz nəsibini almışdır. Bunun

ən  açıq  isbatı  Ermənistanın  işğal  etdiyi  Azərbaycan  torpaqlarını  tam  olaraq  mənimsəyə  bilməməsi  və  zaman

keçdikcə işğal etdiyi bölgələrin əsirinə çevrilməsidir. Həqiqət budur ki, onlar yad ideyaların qurbanlarıdır. Normal

dövlət  olmaq  üçün  ermənilər  “Böyük  Ermənistan”  ideologiyasının  yad  ideya  olduğunu  dərk  etməlidirlər.  Məhz

bunun  nəticəsidir  ki,  Ermənistan  uzun  illərdir  özünü  inteqrasiya  proseslərindən  və  enerji  layihələrindən  kənarda

tutmuşdur.Azərbaycan  isə  torpaqlarının Ermənistanın  işğalı altında  olmasına  baxmayaraq  iqtisadi  baximdan  xeyli

inkişaf etmiş, regional iqtisadi liderə çevrilmişdir.                              

Məlumdur  ki,  Ermənistanın  Rusiyadan  iqtisadi  asılılığı  getdikcə  artır  və  bu  asılılığın  artması  rəsmi

Moskvanın  Ermənistanın  digər  dövlətlərlə  münasibətlərindəki  inkişaf  tempini  istədiyi  kimi  idarə  etməsinə  imkan

yaratmışdır.  Xüsusilə  2003-cü  ildə  Rusiyanın  Ermənistandan  borclarını  ödəməsini  tələb  etməsi  nəticəsində

iqtisadiyyatının strateji əhəmiyyətli obyektlərini  borc müqabilində bu ölkəyə verməsi, yaxud ucuz qiymətə satmasi

nəticəsində Ermənistan iqtisadiyyatının əsas sahələri Rusiyanin nəzarətinə keçmişdir.   

Digər  bir  tərəfdən,  Ermənistana  iqtisadi  baxımdan  nəfəs  verdirən  yeganə  dovlətin  İran  oldugu  da  bir

gerçəkdir. Ermənistan prezidenti Serj Sarkisyanın İranın rəsmi Erevan üçün əhəmiyyətini açıqlayan aşağıdakı fikri

münasibətlərə aydınlıq gətirir: “İran Ermənistan üçün çox vacib ölkədir, ona görə yox ki, biz bir çox əsrlərdir qonşu

olmuşuq  və  indi  də  qonşuyuq.Bunun  başqa  səbəbləri  də  var.  Faktiki  olaraq  İran  bizim  xarici  aləmlə  ünsiyyət

qurduğumuz  iki  ölkədən  biridir.  İranın  problemlərə  məruz  qalması  Ermənistanın  nəfəs  aldığı  borunun  getdikcə

daralması deməkdir” (25)

 Lakin  uranın  zənginləşdirilməsi  istiqamətində  tədqiqatlarını  daha  da  artıran,  qlobal  güclərə  meydan

oxuyan  dövlətlərdən  biri  olaraq  İranla  səmimi  münasibətlər  içərisində  olmasına  baxmayaraq,  Ermənistan  bu

səbəblərdən  dolayı  İranın  ABŞ-ın  ehtimalı  hücumuna  məruz  qaldığı  təqdirdə  ölkə  iqtisadiyyatının  böyük  zərbə

altında  qalacağının  da  fərqindədir.  İran  ətrafında  yaranan  beynəlxalq  təzyiqlər  və  İran-Qərb  münasibətlərində

müşahidə olunan gərginliklər Ermənistanın gələcəyini təhlükə altında  qoymaqdadır.  Sıxışmış  bir  vəziyyətdə    olan

Ermənistan Azərbaycan ilə münasibətlərini gözdən keçirmək məcburiyyətindədir. Ermənistan işğal altında tutduğu

Azərbaycan torpaqlarından çıxmalı, ərazi iddialarından əl çəkməlidir. Yalnız bu şəkildə iqtisadi tənəzzüldən qurtula

bilər,  eyni  zamanda  inteqrasiya  prosesində  və  enerji  layihələrində  yer  ala  bilər.  Əks  təqdirdə  Ermənistan  iqtisadi

baxımdan  Azərbaycanın  təzyiqlərinə  müqavimət  göstərmək  məcburiyyətində  qalacaq.  Bu  vəziyyət  əslində

Ermənistanın  bəzi  siyasi  xadimləri  tərəfindən  təsbit  edilmişdir,  amma  mövcud  vəziyyəti  öz  lehlərinə  dəyişdirə

biləcək gücü özlərində tapa bilmirlər. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan “Müharibə, yoxsa sülh?

Qərar vermək zamanı” adlı məşhur məqaləsində müharibənin “qalibiyyət havası”na qapılan Ermənistan baxımından

dağıdıcı  nəticələr  doğuracağını  bildirərək  problemin  “qeyri-həlli”nin  Ermənistanı  fəlakətə  aparacağını,  bu

baxımdan uzlaşmağın vacib şərt olduğunu önə sürmüşdür (21). Lakin Ermənistan problemin öz real həllinə heç bir

şəkildə  yanaşmamaqda,  Rusiyanın  və  Qərb  dövlətlərinin  siyasi  oyunları davam  etdiyi  müddət  içərisində  “Böyük

Ermənistan” ideologiyasını reallaşdırmaq düşüncəsindədir.

Müəyyən  təhlükələrlə  üzləşdiyinin  onsuzda  fərqində  olan  Azərbaycan  konfliktin  dinc  yollarla

nizamlanması  kursunu  ardıcıl  səbirlə  davam  etdirməklə  birlikdə  öz  imkanları  ilə  Ermənistana  qarşı  təzyiq



vasitələrini  də  artırır.  Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  son  mərhələdə  hərb  varianti  istisna  edilməməlidir.  Heç

təsadüfi  deyildir  ki,  Azərbaycan  hərbi  güc  tətbiq  etməkdən  belə  çəkinməyəcəyini  xüsusi  olaraq  vurğulamaqdadır.

Xüsusi  ilə  son  dövrlərdə  Azərbaycanın  hərbi  doktrinasının  müdafiə  xərclərinin  ordunun  taktiki  və  strateji

tutumunun  istifadəsinə  yönləndirilməsi  və  Dağlıq  Qarabağ  probleminin  həllinin  milli  prioritet  məsələ  kimi

müəyyənləşdirilməsi  beynəlxalq  miqyasda  əks-səda  doğurmuşdur.  Azərbaycanın  hərbi  büdcəsini  artırması

Ermənistan  tərəfindən  siyasi  manevr  olaraq  qəbul  edilsə  də,  8  iyun  2010-cu  ildə  Hərbi  Doktrinanın  qəbulu

Azərbaycanın bu məsələdə son dərəcə  ciddi  olduğunu  ortaya  qoymuşdur  (bu  barədə  geniş  məlumat  üçün  bax:  1).

Doktrinada beynəlxalq hüququn Azərbaycana tanıdığı haqlar çərçivəsində hərbi güc tətbiq edərək işğal altında olan

torpaqların qaytarılması təsbit edilmiş və bu məsələ dəfələrlə təkrarlanmışdır.

ƏDƏBİYYAT

1. Azərbaycan  Respublikasının  Hərbi  Doktrinası.  Azərbaycan  Respublikasının  Milli  Məclisi,  08  iyun

2010-cu il. 

http://meclis.gov.az/?/az/law/183#comment

.

2. Агаян  Ц.П  Роль  Росии  в  исторических  судьбах  армянского  народа  /  К  150-летию



присоединения Восточной Армении к Росии. Москва: Наука, 1978, 311с

3. Jarociewicz  A.,  Strachota  K.  Nagorno-Karabakh-conflict  unfreezing,  Center  for  Eastern

Studies,http://www.osw.waw.pl/en/publikacje/osw-commentary/2011-10-26/nagornokarabakh-conflic

t-unfreezing.

4. Paul

 A.


 Nagorno-Karabakh

 –

 A



 taking

 time


 bomb.

 European

 Policy

 Center,


http://www.epc.eu/documents/uploads/pub_1148_nagorno-karabakh.pdf

5. Вартанян  А.  Проблема  урегулирования  конфликта  в  Нагорном  Карабахе  и  роль

международных  организаций.  Москва,  2011,  тема  диссертации  и  автореферата  по  ВАК

23.00.04,

http://www.dissercat.com/content/problema-uregulirovaniya-konflikta-v-nagornom-karabakhe-i-rol-m

ezhdunarodnykh-organizatsii

6. Azerbaijan  and  Armenia:  Peace  prospects.  Military  Realities&the  role  of  the  Armenian  Diaspora  //

Caspian


 Information

 Center,


 2011,

 №

 16,



 pp.

 1-2,


http://www.caspianinfo.com/wp-con-tent/uploads/2011/10/Op-No-16-Armenia-and-Azerbaijan-Peace-

Prospects-Military-Realities-and-the-Role-of-the-Armenian-Diaspora.pdf

.

7. Blandy C.W. Azerbaijan: Is War Over Nagorny Karabakh a Realistic Option? /  Advanced  Research



and  Assessment  Group.  Caucasus  series  08/17.  United  Kingdom:  Defence  Academy  of  the  United

Kingdom, 2008, 23 p.

8. Şahinoğlu  E.  Rusya-Ermenistan  askeri  işbirliğine  karşı  Türkiye-Azerbaycan  İşbirliği,  http://

www.21yyte.org/tr/yazi.aspx?ID=5350&kat1=1

9. Danielyan E.Russia Tightens Grip on Armenia with Debt Agreements //

Headlines

 I

 Eurasianet.



 org.,

 2003,


 6

 May.


 Web.

 09


 Nov.

 2010,


http://www.eurasianet.org/departments/business/articles/eav050703.shtml

.

10. Ениколопов И.К. Грибоедов и Восток. Ереван: Айпетрат, 1954,196 с.



11. Friedman G. Gelecek 10 yil. Istanbul: Pegasus yayınları, 2011, 317 s.

12. Novikova G. Implications of the Russian-Georgian War in the Nagorno- Karabakh Conflict: Limited

Maneuverability.

 Caucasus

 Edition,

http://caucasusedition.net/analysis/implications-of-the-russian-georgian-

war-in-the-nagomo-karabakh-conflict-limited-maneuerability

13. Həmidov  S.  Dağlıq  Qarabağ  münaqişəsi  2020-ci  ildə:  sülh,  yoxsa  müharibə?  //  Dirçəliş-XXI  əsr,

2011, № 153-154, s. 146-159.

14.


http://www.azerbaijan.az/News/newse.html?lang=en&did=2008-03-l

 5

15. Huntington S.P. Medeniyetler çatışması ve dünya düzeninin yeniden kurulması.  Istanbul: Okuyan Us



yayınlan, 2005, 536 s.

16. Quluzadə  V.  Gələcəyin  üfuqləri  (Azərbaycan  Respublikasının  xarici  siyasəti  barədə  mülahizələr,

müsahibələr, şərhlər). Bakı: Azərbaycan nəşriyyatı, 1999, 288 s.

17. Əziz M. Vasitəçilərdən növbəti riyakarlıq. “Zaman” qəz., Bakı, 2008,19 mart.

18. Нерсисян  М.Г.  Из  истории  русско-армянских  отношений.  Книга  I,  Ере ван:  изд-во  АН



Армянской ССР, 1956,405 с.

19. Sapmaz  A.,  Sarı  G.  Dağlık  Karabağ  sorununda  Azerbaycan  tarafından  kuvvet  kullanım  olasılığının

analizi // Güvenlik Stratejileri Dergisi, 2012, № 15, s. 1-31.

20. Smigielski  R.  Prospects  for  Nagorno-Karabakh  Settlement  Following  the  Russia-Georgia  Conflict  //

Bulletin Polish Institute of International Affairs, 2009, 16 February, № 10 (10), p. 19-20.

21. Тер-Петросян  JI.  Война  или  мир?  Время  призадуматься.  Газ.  «Респуб лика  Армения», 1997,  5

ноября, № 209 (1534).

22. Шавров  Н.  Новая  угроза  русскому  делу  в  Закавказье:  предоставление  рас порядка  Мугани

инородцам. Баку: Элм, 1990,156 с.

23. Şiriyev  Z.  Azerbaycan’ın  Karabağ  politikası  ve  stratejik  vizyonu  //  Orta  Asya  ve  Kafkasya

Araştırmaları Dergisi, 2011, с. 6, № 12, s. 88-117.

24. Шостакович  C.B.  Дипломатическая  деятельность  А.С.Грибоедова.  Моск ва:  Изд-во

социально-экономической литературы, 1960,294 с.

25. Эхо  Москвы/Передачи/Интервью/Четверг,  27.01.2011:  Серж  Саргсян,  президент  Армении,

http://www.echo.msk.ru/programs/beseda/744902- echo.phtml

.

Эмин Шихалиев



БЛИЖАЙШИЕ ПЕРСПЕКТИВЫ АРМЯНО АЗЕРБАЙДЖАНСКОГО КОНФЛИКТА

(АНАЛИЗ И СООБРАЖЕНИЯ)

Нагорно-Карабахская  проблема  является  одним  из  самых  больших  препятствий  в  вопросе

обеспечения  безопасности  и  стабильности  на  Южном  Кавказе.  Несмотря  на  то,  что  с  начала  конфликта

прошло уже более 20 лет, в вопросе будущего нерешаемого конфликта между Арменией и Азербайджаном

возникла  неопределенная  ситуация.  Продолжающаяся  оккупация  20%  земель  Азербайджана  со  стороны

Армении  увеличивает  шансы  возгорания  новой  войны.  Каково  будет  ближайшее  будущее,  результаты

армяно-азербайджанского  конфликта?  Мир,  война  или  перемирие?  В  статье  эти  проблемы  рассмотрены

сквозь призму аналитического взгляда.



Ключевые  слова:  мир,  перемирие,  война,  Россия,  Организация  Договора  о  коллективной

безопасности, Армения, Азербайджан.

Emin Shikhaliyev

SHORT-RANGE PROSPECTS OF ARMENIAN-AZERBAIJAN CONFLICT (ANALYSIS AND

OPINION)

Nagorno-Karabakh  problem  is  one  of  the  greatest  obstacles  in  the  question  of  safety  and  stability  on

Southern Caucasus. In spite of the fact that from the conflict beginning has passed already more than 20 years, in

the  problem  of  the  future  of  not  solved  conflict  between  Armenia  and  Azerbaijan  an  ambiguous  situation  exists.

Proceeding occupation of 20% of the Azerbaijan territo ry by Armenia increases chances of new war ignition. What

near future, results of the Armenian-Azerbaijan conflict will be? The world, war or the armistice? These problems



are considered through the prism of the analytical sight in this paper.

Key  words:  world,  armistice,  war,  Russia,  Organization  of  Collective  Security  Pact,  Armenia,

Azerbaijan.

(Akademik LM.Haciyev tərəfındən təqdim edilmişdir)

Yüklə 87,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə