Ermənistan hərb yolu ilə qalib gəlməkdə zəifdir



Yüklə 225,42 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü225,42 Kb.
#77613


A.Qross: "Ermənistan hərb yolu ilə qalib gəlməkdə 

zəifdir" (EKSKLÜZİV) 

 

AŞ PA-nın Azərbaycan üzrə keçmiş məruzəçisi hesab edir ki, Ermənistan siyasi 



kompromisə məcburdur 

 

 



Aytən Həmidova

 

23.09.2009 13:15 



Kateqoriya: 

Region


 

Kəmalə Ramazanova, Finlandiya 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə keçmiş məruzəçisi Andreas 

Qrossun ANS PRESS-ə müsahibəsi: 

 

Şimali Qafqazdakı vəziyyəti necə qiymətləndirirsiniz? Sizcə, Şimali Qafqaz hələ də qeyri-sabit 

region olaraq qalır?  

 

Mən fikirləşirəm ki, Şimali Qafqazda vəziyyət iki il bundan əvvəl olduğu kimi pisdir. Ancaq 



İnquşetiyada davam edən hücumlar Kadırovun törətdiyi zorakılıq faktları və bütün regiona 

nəzarəti ələ keçirmək niyyəti ilə bağlı yaranmış gərginlik, heç kimin Kadırovla mübarizə 

aparmaması böyük problemdir. Mən fikirləşirəm ki, Moskva Şimali Qafqaz regionu ilə düzgün 

rəftar etmir. Onlar sadəcə Çeçenistan üçün yox, bütün Şimali Qafqaz üçün Kadırova 

güvənməməlidirlər. Moskva siyasətini dəyişməlidir. Çünki Kadırov nə Moskvanın, nə də Şimali 

Qafqazın marağına uyğun hərəkət etmir. 

 

Bölgədə gərginlik yaratmaq kimin marağındadır?  

 

Mən deməzdim ki, bu gərginliyin yaranması kiminsə marağındadır. Ola bilsin ki, Kadırov və onun 



komandası üçün. Çünki o, Moskvadan çoxlu pul alır və o, adamların ona sadiq ola bilmələrini 

pulla təmin edə bilir. Ancaq hər kəs hətta, Kadırov bilir və ya bilməlidir ki, bu, Çeçenistanın 

gələcəyi üçün yaxşı deyildir. Müsbət element, odur ki, Kadırovun Zakayev ilə danışıqlar 



aparmağa hazır olduğu görünür. Ancaq dissidentlərin fundamentalist hissəsi onu müxalifət 

hərəkatından dərhal çıxardılar. Moskva üçün, bu, həmçinin təhlükəlidir. Rus hakimiyyəti və 

Rusiya qanunvericiliyi Kadırovun idarə sistemindən yaranan zorakılıq ilə dağıdılır. Mən 

fikirləşmirəm ki, bu kiminsə real marağındadır. Moskvanın marağında olmalıdır ki, müxtəlif 

respublikaların Rusiya Federasiyası çərçivəsində özünü müəyyənetmə funksiyasını saxlamaqla 

barışıq prosesini başlamalı və eyni zamanda onlar azad olmalıdırlar ki, Kadırovun 

hakimiyyətindəki zorakılığa üstün gələ bilsinlər. Ancaq bu, çox çətindir. Mən Dik Marty ilə ora 

getmək istəyərdim. Bu vəziyyəti həll etməyə cəhd etmək bizim vəzifəmizdir. Burada bir çox 

səhvlər edilib və biz kompromis əldə etmək üçün çalışmalıyıq. Amma heç bir gələcəyi olmayan 

zorakı fundamentalistlər ilə yox, başqaları ilə.  

 

Sizcə Şimalda tez-tez baş verən terror hücumları Cənuba gələ bilərmi? 

 

Mən düşünürəm ki, indi Türkiyə və Ermənistanın ümumi dil tapması üçün yaxşı vaxtdır və əsas 



odur ki, onlar yaxşı qonşuluq münasibəti yaratmaq istəyirlər. Əgər Türkiyə və Ermənistan yaxşı 

qonşuluq münasibəti yaratsalar və xüsusilə, Ermənistan və Azərbaycan ola bilsin ki, Rusiya və 

Türkiyənin köməyi ilə Dağlıq Qarabağ problemini həll edə bilsə, mən fikirləşirəm ki, terrorçular 

Şimaldan Cənubi Qafqaza keçə bilməyəcəklər. Əlbəttə, Dağıstan terrorçularla doludur və onlar 

Azərbaycana Dağıstandan gələ bilərlər. Ancaq mən fikirləşirəm ki, Ermənistan və Azərbaycan 

Dağlıq Qarabağ münaqişəsini qarşılıqlı anlaşma və insan haqlarına əməl olunması şərtilə həll 

edərlərsə və daha demokratik ölkə olarlarsa, onda bu mümkün deyil. Çünki, domokratiya və insan 

haqları terrorçulara qarşı ən yaxşı müdafiə vasitəsidir. Mən fikirləşmirəm ki, bu, Şimaldan Cənuba 

gələ biləcək bir təhlükədir.  

 

Bəs, Rusiya-Gürcüstan müharibəsi bölgəyə neçə təsir etdi?  

 

Azərbaycan hökuməti Gürcüstan-Rusiya müharibəsindən sonra Dağlıq Qarabağ probleminin heç 



bir hərbi həlli ola bilməyəcəyini öyrəndi. Azərbaycanda bəzi adamlar fikirləşirdi ki, münaqişənin 

hərbi yolla həlli mümkündür. Gürcüstan Rusiya müharibəsi isə göstərdi ki, bu, mümkün deyil. Ola 

bilsin bu, müharibənin yeganə müsbət tərəfidir. Beləliklə, mən Ermənistan və Azərbaycan 

prezidentlərinin son görüşlərindən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli nə baş verdiyini bilmək 

istərdim. Çətin məsələ isə odur ki, münaqişənin həlli üçün kompromis olmalıdır. Bunun üçün isə 

hər iki ölkənin əhalisi buna hazır olmalıdır. Ancaq bugünədək kompromis üçün heç bir hazırlıq 

dərəcəsi görsənmir.  

 

Sizcə, Türkiyə ilə Ermənistan əlaqələrinin normallaşması Dağlıq Qarabağın həllinə müsbət təsir 



edəcək? İki dövlət arasında münasibətlər normallaşdıqdan sonra Ermənistan qondarma soyqırım 

iddialarından əl çəkəcəkmi?  

 



Tamamilə, əlaqələrin normallaşması Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə kömək 

edəcək. Bu aydın müsbət elementdir. Ermənistanın və Türkiyənin yaxşı münasibətlərinin olması 

Azərbaycan xalqının marağında olmaya bilməz. Nə vaxtki onların yaxşı münasibətləri olacaq, 

Dağlıq Qarabağ münaqişəsində kompromis əldə etmək asan olacaq. Bu günədək belə yaxşı şans 

yaranmamışdı. İndi Türkiyə müsbət və konstruktiv formada münasibətlərin normallaşmasına cəlb 

olunub. Uzun müzakirələrdən sonra Ermənistan Türkiyə ilə beynəlxalq tarixi komissiyanı 

yaratmağa razılaşıb. Mən fikirləşirəm ki, bu, hansısa nəticə əldə etməyə kömək edəcək. 

Ermənistanın iki il danışıqlardan sonra Türkiyənin beynəlxalq komissiya yaratmaq təklifini qəbul 

etməsi çox müsbət addımdır. İndi türk-kürd əlaqəsində oxşar irəliləyişi görmək mümkündür. Mən 

olduqca nikbinəm ki, Türk hökuməti düzgün yoldadır. Tarix komissiyası soyqırım məsələsinə tarixi 

aspektdən yalnız tarixi həqiqətlərlə yanaşacaq. Bu isə ermənilərə barışıq əldə etməyə, türklərə 

isə öz tarixləri ilə üzləşməyə kömək edəcək. 

 

Sizcə, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyiş varmı? 

 

Əlbəttə, mən irəliləyişi görürəm. Ancaq əsas irəliləyiş odur ki, tərəflər Gürcüstandakı hadisələrdən 



sonra müharibənin həll yolu olmadığını öyrəndilər. Ola bilsin ki, Ermənistanın daxilində müxtəlif 

fikirlər, maraqlar var. Dağlıq Qarabağ adamları ola bilsin daha radikal düşünürlər. Ancaq 

Ermənistan bilir ki, hərbi yolla münaqişədə qalib gəlmək üçün həddindən artıq zəifdirlər. Onlar da 

həmçinin siyasi kompromis etməyə məcburdurlar. Aland nümunəsindən onu görə bilərsiniz ki, 

siyasi cəhətdən kompromis etmək o deməkdir ki, heç kəs, heç nə əldə etmir, amma hər kəs nəsə 

əldə edir, amma heç kəs həqiqətən istədiyini əldə etmir. Əlbəttə adamlar o vaxt bunu qəbul 

etmədi. Məhz ona görə insanlar hazırlanmalıdır. Onlar İsveçin və Finlandiyanın nümunələrindən 

istifadə edə bilərlər. Maraqlısı odur ki, İsveç və Finlandiya Millətlər Liqasının onlara nəyi təklif 

etdiyini bilmədən kompromisi qəbul etdilər. Millətlərin liqası heç kimin xoşbəxt olmayacağı, hər 

kəsin nəsə əldə edəcəyi, amma heç kəsin məhz istədiyi şeyi əldə edə bilməyəcəyi bir kompromis 

etdi. O vaxt insanların əksəriyyəti bunu qəbul etməsə də, bu gün hər kəs həll ilə xoşbəxtdir.  

 

Dağlıq Qarabağın gələcəyini necə görürsünüz? 

 

Bu, əldə olunacaq kompromisdən asılıdır. Bunu əvvəlcədən demək mümkün deyil. Aydındır ki, 



hər bir tərəfi razı salacaq kompromis əldə etmək heç də asan məsələ deyil. Bir -birini uzun 

müddət təhqir edən insanları barışdırmaq həmişə çətin məsələdir, amma bu prosesin başqa 

alternativi yoxdur. Biz insanlara iqtisadi yardım edərək onların gələcəklərinin olduğunu gəstərə 

bilərik, əgər onlar yenidən birləşməyə və barışıq proseslərinə açıq olsalar. 



Yüklə 225,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə